R b a y c a n X z r d n z g m



Yüklə 403,03 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix21.06.2018
ölçüsü403,03 Kb.
#50436
1   2   3   4   5   6   7

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


15 iyul 2016-cы il   № 41-44 (9047)

4

B

akı–Tbilisi–Ceyhan əsas ixrac neft 

boru kəmərinin – BTC çəkilməsi 

ilə reallaşan və ulu öndər Heydər Əliye-

vin bir neçə onilliklər üçün hesablanan 

neft strategiyasının həlli və uğurla da-

vam etdirilməsinin nəticəsidir ki, bu gün 

Azərbaycan dünya birliyində siyasi, iqtisadi 

inkişafı, qlobal hadisələrə təsir imkanları 

artan qüdrətli dövlət kimi tanınır, qəbul 

olunur. Əminliklə demək olar ki, “Üç dəni-

zin əfsanəsi” adlandırılan və minilliyin ən 

böyük neft ixracı marşrutlarından sayılan 

Bakı-Tbilisi-Ceyhan haqqında deyilən və 

geniş məkan mənasında işlədilən qlobal 

layihə sözü ötən müddətdə artıq öz təsdiqi-

ni tapıb.

Ümummilli lider Heydər Əliyevin rəhbər-

liyi ilə işlənib hazırlanmış yeni neft strategiya-

sının təməl daşını təşkil edən “Əsrin müqavilə-

si”nin  imzalanması  ilə  müstəqil  Azərbaycan 

dövlətinin tarixində milli neft strategiyası hə-

yata keçirilməyə başlandı. Məhz bu müqavilə-

dən sonra dünya dövlətlərinin Azərbaycan iqti-

sadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq 

əlaqələrinin genişlənməsinə güclü təkan veril-

di.  “Əsrin  müqaviləsi”nin  mühüm  tərkib  his-

sələrindən  birini  də  xarici  şirkətlərlə  birlikdə 

hasil olunan neftin nəqlini və xarici bazarlara 

ixracını təmin edəcək çoxvariantlı boru nəqliy-

yat  infrastrukturunun  yaradılması  təşkil  edir. 

Ümummilli lider Heydər Əliyev bu məsələdə 

qətiyyət  nümayiş  etdirərək  Azərbaycan  nef-

tini Aralıq dənizi vasitəsilə dünya bazarlarına 

çıxaracaq Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft 

boru kəməri ideyasını irəli sürdü. Bu ideyanı 

qəbul etmək istəməyən bəzi qüvvələrin cəhdlə-

rinə baxmayaraq, Heydər Əliyevin səyi və gər-

gin keçən danışıqlar prosesinin məntiqi nəticə-

si olaraq bu layihə həyata vəsiqə aldı. Belə ki, 

ATƏT-in 1999-cu ilin noyabrın 18-də İstanbul-

da  keçirilən  sammitində  Bakı-Tbilisi-Ceyhan 

əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı bə-

yannamə imzalandı. Beləliklə də, Bakı-Tbili-

si-Ceyhan layihəsinin reallığa çevrilməsi üçün 

hüquqi baza yaradıldı. Daha sonra isə layihə-

nin bəzi detallarının dəqiqləşdirilməsi, lazımi 

maliyyə mənbələrinin müəyyənləşdirilməsi ilə 

bağlı danışıqlar aparıldı.

BP  şirkəti  layihənin  operatoru  seçildi  və 

kəmərin tikintisi, istismarı üçün isə “BTC Ko.” 

şirkəti  yaradıldı.  Onun  səhmdarları  BP  (30,1 

faiz), SOCAR (25 faiz), Şevron (8,9 faiz), Sta-

toyl (8,71 faiz), TPAO (6,53 faiz), ENİ (5 faiz), 

Total (5 faiz), İtoçu (3,4 faiz), İNPEX (2,5 faiz), 

KonokoFillips  (2,5  faiz)  və  Amerada  Hess 

(2,36 faiz) şirkətləri oldu. Azərbaycan Respub-

likasının Dövlət Neft Şirkəti Bakı-Tbilisi-Cey-

han (BTC) layihəsində iştirak etmək məqsədilə 

“AzBTC Co.” törəmə şirkətini təsis etdi və bu 

qurum layihənin iştirakçıları olan neft şirkətlə-

rinin konsorsiumu tərəfindən yaradılmış “BTC 

Company”  şirkətində  25  faizlik  iştirak  payı 

əldə  etdi.  “AzBTC  Co.”  şirkəti  daxil  olmaq-

la bütün digər iştirakçılar layihənin dəyərinin 

30 faizlik hissəsini öz vəsaitləri hesabına, qa-

lan 70 faizlik hissəsini isə beynəlxalq maliyyə 

institutlarından,  ixrac  kredit  agentliklərindən 

və kommersiya banklarından cəlb edilmiş kre-

dit  vəsaitləri  hesabına  maliyyələşdirilməsi  ilə 

bağlı  qərar  qəbul  etdilər. Azərbaycan  dövləti 

adından  Azərbaycan  “BTC  Co.”  şirkətindəki 

payının maliyyələşdirilməsi isə Dövlət 

Neft Fondu tərəfindən həyata keçirildi. 

Azərbaycan Respublikasının Prezidenti 

Heydər Əliyev 2002-ci il iyulun 30-da 

“Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  boru 

kəməri  layihəsində  Azərbaycan  Res-

publikası Dövlət Neft Şirkətinin iştirak 

payının  maliyyələşdirilməsi  haqqında” 

Fərman  imzaladı.  Həmin  Fərmanda 

BTC  layihəsində Azərbaycan  Respub-

likasının  iştirakının  təmin  edilməsi  ilə 

bağlı öhdəliklərin yerinə yetirilməsi, o 

cümlədən  ölkənin  iştirak  payının  ma-

liyyələşdirilməsi ilə bağlı məsələlər öz 

əksini tapdı.

Nəhayət,  2002-ci  il  sentyabrın  18-

də  Bakıda  -  Səngəçal  terminalının  ərazisində 

Azərbaycan,  Gürcüstan  və  Türkiyənin  dövlət 

başçıları Heydər Əliyev, Eduard Şevardnadze 

və Əhməd Necdət Sezərin iştirakı ilə Bakı-Tbi-

lisi-Ceyhan  əsas  ixrac  boru  kəmərinin  təməli 

qoyuldu. Bununla da, ümummilli lider Heydər 

Əliyevin müəllifi olduğu yeni neft strategiyası-

nın mühüm tərkib hissələrindən olan Bakı-Tbi-

lisi-Ceyhan  layihəsinin  reallığa  çevrilməsinə 

başlanıldı. Kəmərin inşası üçün podratçı şirkə-

tin  müəyyən  edilməsi  məqsədilə  beynəlxalq 

səviyyəli tender elan olundu. Tender prosesi-

nin  nəticəsi  olaraq Yunanıstanın  Konsolidey-

td Kontraktors Kompani (CCIC) şirkəti qalib 

elan  edildi.  2003-cü  ilin  fevral  ayında  Bakı 

yaxınlığındakı  Səngəçal  terminalından  başla-

yaraq kəmərin tikintisinə start verildi. 2004-cü 

ilin  oktyabrında  BTC-nin Azərbaycan  hissəsi 

Gürcüstan ərazisindən keçən hissəsi ilə birləş-

dirildi. BTC-nin Gürcüstan hissəsi 2005-ci ilin 

oktyabrında istifadəyə verildi.

Ulu  öndər  Heydər  Əliyevin  qalibiyyətli 

neft  strategiyasının  ardıcıl  şəkildə  həyata  ke-

çirilməsi sahəsində misilsiz xidmətlər göstərən 

Azərbaycan  Prezidenti  İlham  Əliyev  dövlət 

başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən 

etibarən layihənin gedişi ilə bağlı şəxsən ma-

raqlanır, vaxtaşırı olaraq tikinti işləri ilə tanış 

olur.  Nəhayət,  2005-ci  ilin  aprelində  tikinti 

işləri  yekunlaşdırıldı.  Həmin  il  mayın  25-də 

Səngəçal terminalında xam neftin BTC-yə vu-

rulması  ilə  bağlı  rəsmi  tədbir  keçirildi. Azər-

baycan, Gürcüstan və Türkiyənin dövlət başçı-

ları İlham Əliyev, Mixeil Saakaşvili və Əhməd 

Necdət Sezər terminalda quraşdırılmış xüsusi 

qurğudakı sürgünü açdıqdan sonra kəmərlə il-

kin neft axmağa başladı.

2006-cı  il  mayın  28-də Azərbaycan  nefti 

Ceyhan  limanına  çatdı.  İyulun  4-də  isə  neft-

lə  yüklənmiş  ilk  tanker  buradan  yola  salındı. 

2006-cı  il  iyulun  13-də  Türkiyənin  Ceyhan 

şəhərində XXI əsrin ən böyük enerji layihəsi 

olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan 

əsas ixrac boru kəmərinin təntənəli açılış mə-

rasimi keçirildi.

Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən 

bu  yeni  enerji  dəhlizinin  fəaliyyəti  sayəsin-

də  Azərbaycan  neftinin  beynəlxalq  bazarla-

ra genişmiqyaslı nəqli və ölkədə çoxvariantlı 

ixrac  strategiyasının  həyata  keçirilməsi  üçün 

əlverişli imkan yarandı, eyni zamanda ölkənin 

tranzit potensialı bir neçə dəfə artdı. Xalqımı-

zın  ümummilli  lideri  Heydər  Əliyevin  adını 

daşıyan  Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  boru 

kəməri “Əsrin müqaviləsi” çərçivəsində Xəzər 

dənizinin Azərbaycan sektorunda hasil olunan 

xam neftin dünya bazarına çıxışını təmin etmək 

üçün  inşa  edilmiş  boru  nəqliyyat  vasitəsidir. 

Kəmərin uzunluğu 1768 kilometrdir. Respub-

likamızın 13 rayonundan - Qaradağ, Abşeron, 

Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yev-

lax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağs-

tafadan keçən kəmərin Azərbaycan hissəsinin 

uzunluğu 443 kilometrdir. Qalan 248 kilometr 

Gürcüstanın, 1076 kilometr isə Türkiyənin əra-

zisindən keçir.

Boru  kəmərinin  Azərbaycan  və  Gürcüs-

tanda  yerləşən  hissələrinin  operatoru  “BTC 

Ko”nun  səhmdarları  adından  bp,  Türkiyədə 

yerləşən  hissəsinin  operatoru  isə  “BOTAŞ 

Interneşnl  Limited”  şirkətləridir.  Kəmərin  di-

ametri Azərbaycanda və Türkiyədə, əsasən 42 

düymlükdür.  Gürcüstan  ərazisində  kəmər  46 

düymlük borularla çəkilib. Türkiyədə Ceyhan 

dəniz terminalına enən axırıncı eniş boyu his-

sədə isə 34 düymlüyədək azalır. Boru kəməri 

1500-dən artıq çayla və 13 seysmik qırılma xət-

ti ilə kəsişir. Kəmərin ən yüksək nöqtəsi 2 min 

800 metr olan dağlardan keçdiyi yerdir ki, bun-

dan sonra o, Ceyhanda yenidən dəniz səviyyə-

sinə enir. Kəmərin istismar müddəti 40 il, orta 

ötürücülük qabiliyyəti isə sutkada 1,2 milyon 

barrel nəzərdə tutulub. Səngəçal terminalından 

Türkiyənin  Aralıq  dənizi  sahilindəki  Ceyhan 

terminalınadək  uzanan  kəmərin  çəkilməsinə 

təxminən 4,5 milyard dollar vəsait xərclənib. 

Kəmər vasitəsilə ildə 60 milyon ton neftin nəql 

edilməsi nəzərdə tutulur. Bakı-Tbilisi-Ceyhan 

boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə 

və bütövlükdə bölgə, Avropa və ümumən dün-

ya üçün iqtisadi və siyasi baxımdan, eləcə də 

enerji təhlükəsizliyi cəhətdən çox böyük 

əhəmiyyətə malik olmaqla yanaşı, Tür-

kiyənin Qara dəniz boğazlarının həddən 

artıq yüklənməsinin də qarşısını alıb.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru 

kəməri  əsasən  “Azəri-Çıraq-Günəşli” 

yataqlar blokundan hasil edilən nefti və 

“Şahdəniz”  yatağından  çıxarılan  kon-

densatı Azərbaycandan  nəql  edir.  Bun-

dan  əlavə,  hazırda  Türkmənistan  nefti 

də bu boru kəməri vasitəsilə nəql olunur. 

2013-cü  ilin  oktyabrından  etibarən  isə 

BTC boru kəməri ilə yenidən müəyyən 

həcmlərdə  Qazaxıstanın  “Tengiz”  yata-

ğından  çıxarılan  xam  neftinin  nəqlinə 

başlanıldı.

Bu ilin iyun ayında BTC vasitəsilə 2 mil-

yon  489  min  988  ton Azərbaycan  nefti  nəql 

olunub.  Cari  ilin  yanvar-iyun  aylarında  isə 

kəmərlə 14 milyon 930 min 790 ton neft ötürü-

lüb. Ümumiyyətlə BTC istifadəyə verilən gün-

dən bu il iyulun 1-dək kəmərə 307 milyon 606 

min  179  ton  neft  vurulub.  Həmçinin  iyunda 

BTC kəməri ilə 371 min 206 ton Türkmənistan 

nefti də nəql edilib.

Azərbaycanın iqtisadi siyasətinin ən böyük 

uğurlarından sayılan BTC ölkəmizin Avrasiya 

regionunda mövqeyini xeyli gücləndirib, döv-

lətimizi Cənubi Qafqazın liderinə çevirib. Bu 

gün ulu öndər Heydər Əliyevin adını daşıyan 

BTC təkcə Azərbaycan üçün deyil, ümumilik-

də beynəlxalq aləmdə enerji təhlükəsizliyi sis-

temi və neft ixracı sahəsində ölkəmizlə uğurlu 

tərəfdaşlıq  edən  dövlətlər  üçün  də  müstəsna 

əhəmiyyət  kəsb  edən  bir  layihədir.  BTC  mü-

hüm texniki-iqtisadi əhəmiyyətə malik olmaq-

la yanaşı, həm də böyük siyasi məzmun kəsb 

edir.  Belə  ki,  bu  kəmər  dünya  dövlətləri  ilə 

Azərbaycanın yeni münasibətlərinin qurulma-

sına  təkan  verib,  ölkəmizin  xarici  siyasətinin 

güclənməsinə və inkişaf etməsinə zəmin yara-

dıb.

Nihad Budaqov

ermənistandan axıdılan 

çirkab suları kür çayında 

biogen maddələrin 

miqdarını artırıb

Ekologiya və Təbii Sərvət-

lər Nazirliyinin Ətraf Mühit 

üzrə Milli Monitorinq Depar-

tamenti Kür və Araz trans-

sərhəd çaylarının, həmçinin 

onların qollarının çirklənmə 

vəziyyətini öyrənmək məqsə-

dilə iyul ayının birinci on-

günlüyü üçün növbəti moni-

torinq keçirib.

Nazirliyin  mətbuat  xid-

mətindən    verilən  məlumata 

görə, Kür çayında su sərfi iyun 

ayının  üçüncü  ongünlüyünə 

nisbətən  saniyədə  60  kub-

metr azalıb. Monitorinqin nə-

ticələrinə  əsasən,  Gürcüstan 

və  Ermənistan  ərazilərindən 

təmizlənmədən birbaşa su ob-

yektlərinə axıdılan məişət tul-

lantıları və sənaye müəssisələ-

rinin  çirkab  sularının  təsiri 

nəticəsində  Kür  çayı  və  onun 

qollarında  biogen  maddələrin 

miqdarı  normadan  dəfələrlə 

artıq  olub.  Suyun  tərkibində-

ki  spesifik  çirkləndiricilərdən 

fenollar  Şıxlı-2  məntəqəsində 

3,5, Ağstafaçayda  3,4, Ağsta-

façay su anbarında isə 3,2 dəfə 

yol verilən qatılıq həddini ke-

çib.

Fenolların  Araz  çayı  üzrə 



Horadizdə  3,1,  Birinci  Şah-

sevəndə 3,3, Bəhramtəpədə isə 

3,2 dəfə qatılıq həddini keçdi-

yi müəyyən edilib. Mis birləş-

mələri isə Kür və Araz çayları 

üzrə  bütün  məntəqələrdə  nor-

ma daxilində tərəddüd edib.

Suyun  oksigen  rejiminin 

bütün  məntəqələrdə  sanitar 

norma  daxilində  dəyişdiyi 

qeydə alınıb.

Milli Məclisin iqtisadi siyasət, 

sənaye və sahibkarlıq komitəsinin 

sədri Ziyad Səmədzadə Çində ke-

çirilən “İpək Yolu - əməkdaşlıq və 

inkişaf” mövzusunda investisiya 

forumunda iştirak edib.

Forumun  plenar  iclasında  Çi-

nin  Qansu  əyalətinin  Kommunist 

Partiyasının  katibi  Van  San  Yuun, 

Ümumçin Siyasi Konsultativ Şurası 

sədrinin müavini Van Cin Vey, Tai-

landın Baş nazirinin müavini Som-

kit Çatusipitak, Şanxay Əməkdaşlıq 

Təşkilatının  baş  katibi  Rəşid  Ali-

mov, BMT-nin İnkişaf Proqramının 

rəhbəri Helen Klark çıxış ediblər.

Ziyad  Səmədzadə  plenar  iclas-

dakı  çıxışında  Azərbaycanın  iqti-

sadi  nailiyyətləri,  ölkəmizdə  yara-

dılmış  əlverişli  investisiya  mühiti 

haqqında ətraflı məlumat verib.

Səfərlə  bağlı  təəssüratlarını 

AZƏRTAC ilə bölüşən Milli Məc-

lisin  komitə  sədri  deyib  ki,  iclas 

iştirakçıları  Azərbaycan  iqtisadiy-

yatında baş verən proseslərə böyük 

maraq  nümayiş  etdirdilər. Açıq-aş-

kar  görünürdü  ki,  münbit  sərmayə 

mühiti  və  dayanıqlı  inkişafa  malik 

Azərbaycan  bazarı  getdikcə  Çin 

şirkətləri üçün daha cəlbedici olur. 

Çin sahibkarları üçün emal, toxuma 

və digər sahələrə aid birgə istehsal 

müəssisələrinin tikilməsi, yol inşa-

sı, ticarət, bank, maliyyə, farmako-

logiya, səhiyyə sahələrində əlaqələr 

maraqlıdır.  Çinli  sərmayədarların 

cəlb  edilməsi  üçün  əməkdaşlığın 

prioritet  sahələrindən  biri  də  tu-

rizmdir.

Səfər çərçivəsində Milli Məcli-

sin komitə sədri şimali-qərbi Çinin 

və  Qansu  əyalətinin  xarici  aləmlə 

əməkdaşlığının  möhkəmləndiril-

məsində mühüm rol oynayan 22-ci 

Lançjou  ticarət  yarmarkasında  da 

iştirak  edib.  Lançjou  yarmarkası 

Çində  və  xaricdə  böyük  populyar-

lığa  malikdir  və  bu  tədbirin  güclü 

beynəlxalq təsiri var.

Qansu  əyalətinin  Kommunist 

Partiyasının katibi Van San Yuunla 

keçirilən görüşdə o, ölkəmizin qlo-

bal  çağırışlar  və  təhlükələrə  qarşı 

fəaliyyətini, dayanıqlı sosial-iqtisa-

di  inkişafın  təminatında  əldə  etdi-

yi  uğurları  yüksək  qiymətləndirib. 

Onun  fikrincə,  azərbaycanlı  tərəf-

daşlarla əməkdaşlığın artırılmasının 

əsas  aspekti  hər  iki  ölkənin  kom-

mersiya dairələrində ticarət və biz-

nes  əlaqələrinin  birgə  səylərindən 

keçir.


Şanxay  Əməkdaşlıq  Təşkilatı-

nın  baş  katibi  Rəşid Alimovla  gö-

rüşdə regional əhəmiyyət kəsb edən 

aktual  məsələlərə  dair  fikir  müba-

diləsi  aparılıb.  Bildiri-

lib  ki,  son  illər  ŞƏT-in 

siyasi  yükü  xeyli  artıb, 

bu  təşkilat  praktikada 

çoxqütblü 

dünyamı-


zın  sürətlə  formalaşan 

mərkəzlərindən  birinə 

çevrilib.

Həmçinin  Tacikista-

nın Ticarət-Sənaye Pala-

tasının sədri Şarif Səidlə, 

Çinin  Kommersiya  Na-

zirliyinin  rəhbərliyi,  bu 

ölkənin  Ticarət-Sənaye 

Administrasiyası Baş Dövlət İdarə-

sinin və Ümumçin Sənaye və Tacir-

lər Assosiasiyasının nümayəndələri 

ilə maraqlı diskussiyalar aparılıb.

Azərbaycan-Çin  münasibətlə-

rindən danışan Z.Səmədzadə deyib 

ki, ölkələrimiz arasında keyfiyyətcə 

yeni  səviyyəyə  keçmiş  əməkdaşlıq 

ildən-ilə  genişlənir  və  dərinləşir 

və  bu  da  müsbət  nəticələrini  ver-

məkdədir.  Siyasi  sahədə  qarşılıqlı 

etimad  səviyyəsi  formalaşıb.  İqti-

sadi sahədə Azərbaycan və Çin çox 

mühüm  tərəfdaşlardır.  Humanitar 

mübadilə çox parlaqdır və müxtəlif 

hadisələrlə  zənginləşir,  beynəlxalq 

məsələlər  üzrə  strateji  əlaqələndir-

mə mütəmadi olaraq möhkəmlənir. 

Dövlət başçıları arasında çox gözəl 

işgüzar münasibətlər yaranıb ki, bu 

da  münasibətlərin  inkişaf  vektoru-

nun  müəyyənləşməsi  baxımından 

mühüm  rol  oynayır.  2015-ci  ilin 

dekabrında  Azərbaycan  Prezidenti 

İlham Əliyevin Çinə səfəri zamanı 

siyasi, iqtisadi, sosial inkişaf və qar-

şılıqlı əməkdaşlığın bir çox sahələ-

rini əhatə edən mühüm sənədlər im-

zalanıb. Ən vacib məqamlardan biri 

də odur ki, Çin həmişə Azərbayca-

nın  ərazi  bütövlüyünü  dəstəkləyib. 

Bu gün Çin şirkətləri Azərbaycanda 

energetika,  informasiya-kommu-

nikasiya  texnologiyaları  və  digər 

sahələrdə uğurla fəaliyyət göstərir-

lər. Bu sahələrdə əməkdaşlığın gələ-

cəkdə  də  genişləndirilməsi  üçün 

çox gözəl perspektivlər mövcuddur. 

Bu  baxımdan  Asiya  İnfrastruktur 

İnvestisiya  Bankı  ilə  əməkdaşlıq, 

o  cümlədən  nəqliyyat  və  sənaye 

sahələrində  əlaqələrin  genişlən-

dirilməsi  imkanı  mühüm  əhəmiy-

yət  kəsb  edir.  Azərbaycan  və  Çin 

arasında  təhlükəsizlik  sahəsindəki 

əməkdaşlıq  da  regionda  böyük  rol 

oynayır.  Çinin  təşəbbüsünə  qoşu-

lan Azərbaycan Asiya İnfrastruktur 

İnvestisiya  Bankının  həmtəsisçisi 

olub.  Bu,  bizim  iqtisadi  əməkdaş-

lığımızın  çox  yaxşı  göstəricisidir. 

Bir  çox  Çin  şirkətləri  Azərbay-

canda  aktiv  fəaliyyət  göstərir.  Biz 

Azərbaycanda  müxtəlif  sahələrdə 

-  infrastruktur,  tikinti  sahələrində 

ixtisaslaşmış  çoxlu  Çin  şirkətlərini 

görmək  istəyirik.  Lançjou  yarmar-

kası məhz bu cür əməkdaşlığın fəal-

laşdırılması üçün çox ciddi platfor-

malardan biridir.

Ölkəmizin  Böyük  İpək  Yolu 

layihəsində iştirakı perspektivlərin-

dən söhbət açan komitə sədri deyib 

ki, Yeni İpək Yolu iqtisadi xəttinin 

yaradılması  nəinki  ticarət,  enerji, 

elm  və  texnologiya,  informasiya, 

kənd təsərrüfatında, həm də turizm 

sahəsində  əməkdaşlıq  üçün  yeni 

imkanlar yaradacaq. Strateji ticarət 

marşrutu  olan  Yeni  İpək  Yoluna 

zəngin  mədəni  və  tarixi  dəyərləri, 

ənənələri olan ölkələrin ərazisindən 

keçən böyük turizm marşrutu kimi 

baxılmalıdır.  Böyük  İpək  Yolunun 

bərpası  magistral  boyunca  iqtisadi 

inteqrasiya  və  ticarətin  liberallaş-

dırılmasını nəzərdə tutur. Bu proses 

iki ölkə arasında iqtisadi və mədəni 

mübadiləni yüksək səviyyədə təmin 

edəcək, turizmin inkişafını sürətlən-

dirəcək və asanlaşdıracaq.

Son illər Azərbaycan iqtisadiy-

yatının  şaxələndirilməsi  məqsədilə 

turizm  sənayesinə  xüsusi  diqqət 

yetirilib.  Ölkəmizin  böyük  turizm 

potensialı var və bu bazanı inkişaf 

etdirmək, potensial turistləri maraq-

landırmaq lazımdır.

Z.Səmədzadə  qeyd  edib  ki, 

İpək  Yolu  İqtisadi  Kəmərinin  in-

kişafı  üzrə  birgə  iş Azərbaycan  və 

Çin  iqtisadiyyatının  inkişafı  üçün 

əlavə imkanlar yaradacaq. Həm bu 

məqsədlə, həm də nəqliyyat və in-

frastruktur  inkişafına  xidmət  edən 

birgə  layihələrin  reallaşdırılma-

sı  naminə  iki  ölkənin  səlahiyyətli 

idarələri arasında əməkdaşlığı bun-

dan sonra da dərinləşdirmək önəm-

lidir.

Hər  ölkənin  inkişafında  elə  ta-



rixi  hadisələr  olur  ki,  onlar  əsrlər 

boyu  fayda  gətirir,  gəlir  mənbəyi 

olur,  daimi  iş  yerlərinin  yaradıl-

masına kömək edir, səmərəli inteq-

rasiya  əlaqələrinin  əsasını  qoyur. 

Qədim İpək Yolu Azərbaycan üçün 

məhz  belə  amildir.  Qərb  və  Şərq 

arasında  əlverişli  coğrafi  mövqeyi 

nəzərə alaraq, bu proqramın həyata 

keçirilməsi ilə Azərbaycan ərazisin-

dən  keçən  tranzit  yük  daşınmaları 

dövlət  xəzinəsinə  əlavə  vəsaitlərin 

daxil  olmasına  xidmət  edəcək.  Bu 

layihənin  həyata  keçirilməsində 

Azərbaycanın  fəal  iştirakı  respub-

likanın  dünyada  baş  verən  qlobal 

inteqrasiya  proseslərinə  daha  fəal 

qoşulması deməkdir. Bu isə öz növ-

bəsində  milli  iqtisadiyyatımızın 

strukturunun 

təkmilləşdirilməsi, 

dünya  bazarında  rəqabətədavamlı 

malların istehsalı üçün şərait yara-

dacaq.  Nəhayət,  Qədim  İpək  Yolu 

nəqliyyat  dəhlizində  Azərbaycanın 

fəaliyyəti dövlətimizin iqtisadi təh-

lükəsizliyinin möhkəmləndirilməsi, 

onun iqtisadi qüdrətinin artırılması 

üçün çox vacib amildir.

Qədim  İpək  Yolu  nəqliyyat 

dəhlizinin  mərkəzində  Azərbaycan 

durur və bu ölkə çox mühüm geo-

siyasi  və  geoiqtisadi  mövqe  tutur. 

Şübhəsiz,  Bakı  Beynəlxalq  Dəniz 

Limanının,  donanmanın,  Xəzər 

Dəniz  Gəmiçiliyinin  sahil  obyekt-

lərinin, Azərbaycan Dəmir Yolları-

nın və Azərbaycan Hava Yollarının 

yeniləşdirilməsi,  texniki  təchizatın 

dünya  standartlarına  çatdırılma-

sı  respublikamızın  inkişafına  çox 

güclü təkan verəcək. Bütün bunlar 

ölkəmizin  iqtisadiyyatını  şaxələn-

dirməklə  yanaşı,  onun  tranzit  im-

kanlarını  əhəmiyyətli  dərəcədə  ge-

nişləndirəcək.



böyük ipək yolunun bərpası reGion 

ölkələrinin iqtisadi əməkdaşlığının yüksək 

səviyyəyə çatmasını təmin edəcək

bakı–tbilisi–ceyhan əsas ixrac neft boru 

kəmərinin istifadəyə verilməsindən 10 il ötür


Yüklə 403,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə