RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə76/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   72   73   74   75   76   77   78   79   ...   97

265 
müqəddimənin ustadnamə tipli olduğunu, Dədə 
Qorqudun müdrik sözlərinin ustadnamələrdəki eyni 
bəndlərlə səsləşdiyini göstərir. O, qədim ozanın söylədiyi 
müqəddimənin 3 mərhələli ustadnamə olduğunu 
göstərərək deyir ki, dastana verilən bu ustadnamələrdə 
həm də mövliyəçilik, öyüd-nəsihətçilik, divani 
ünsürlərinin peyvəndləri bir növ müştərəklik təşkil edir. 
M.Həkimov bu ustadnamələrdəki poetik cəhətdən 
peyvəndləşdirilmiş cümlələri öyüd-nəsihətnamələr, 
nəzmə  çəkilmiş poetik ata sözləri adlandırır. Bu 
ustadnamələrin birinci mərhələsindəki mənzum atalar 
sözlərini ümumiləşdirilmiş fikirlər təşkil edir. Bunlar 
həm də öyüdnamələrdir. 
İkinci ustadnamənin 
məzmununu Oğuz – tərəkəmə çoban-maldar adət-
ənənəsindən doğan sözlər təşkil edir: 
-
 
Bəli, mənim şir biləkli, aslan ürəkli birdi bir Allah 
eşqində diləkli-döləkli əzizlərim! – deyə ozan giriş edir. 
Üçüncü ustadnaməyə  Dədə Qorqudun qarılar, 
gəlinlər, xatunlar haqqında dediyi ümumiləşdirilmiş 
poetik fikirlər daxil edilir. Bu atalar sözləri məqamında 
işlənən dədə sözləri alqış, qarğış, tənə, qaxınc, ailə-əxlaq, 
öyüd-nəsihət, vəsiyyət kimi qəbul olunaraq dastanda 
ictimai mahiyyət daşıyır. 
İbtidai Oğuz cəmiyyətində qadının roluna xüsusi 
diqqət yetirmək lazımdır, qadın haqqında məşhur 
formulu – “Ana haqqı tanrı haqqı” deyimi onun 
cəmiyyətdə yüksək rolunu, ananın funksiyalarını, 
döyüşçü və sevimli yar olmasını göstərir. Bunlardan ən 
mühümü dastanda qadının ana portretinin yaradılması və 
onun tipikləşdirilməsidir. Bu problemə geniş rakursdan 
yanaşsaq, ana obrazının yüksək tipik səviyyəsi 
dastançılıqda mühüm mərhələdir və sonrakı dastanlarda 
yaranacaq ana obrazlarına hər cəhətdən təsir edir. Bunun 
da nəticəsində  şifahi xalq ədəbiyyatda Tomris, Nüşabə, 


266 
Tutubikə, Nigar, Həcər, Qaratel kimi qəhrəman qadın-
ana obrazları yaranmışdır.  
Klassik eposlarda tərənnüm olunan ana obrazları 
hər kədərə, ağrıya dözümlüdür, düşmən qarşısında 
alçalmır, ərinə və oğluna sədaqətlidir, öz haqları uğrunda 
döyüşməyi bacarır. Burada xüsusilə Burla xatunu və 
Dirsə xanın xatununa bu keyfiyyətlərin miras qaldığı  ən 
ibtidai epos dövrünün təsirini qeyd etmək lazımdır. 
Tarixdə öz döyüşkənliyi ilə  məşhur olan amazonka 
qadınların Qafqazda yaşaması, bəlkə  də onların 
amazonka yox, Oğuz qadını olması daha 
düşündürücüdür. 
Boylardakı qadın obrazları intuitiv duyumları ilə 
bir-birinə oxşayır. Burla xatunun oğlundan ötəri keçirdiyi 
iztirabları  və onun dilindən söylənən mənzum mətni 
Dirsə xanın xatununun oğlu üçün keçirdiyi həyəcanlarla 
və eyni ritmik quruluşlu şeir mətni ilə müqayisə edəndə 
bu ruhi bağlılığı izləmək olur. Dirsə xan – xatunu – 
Buğac və Qazan xan – Burla xatun – Uruz arasındakı ata 
– ana – oğul silsiləsi hər iki ailədə baş verən dialoq-
məhkəmənin eyni olması ilə başlanır, anaların övladları 
uğrundakı  fədakarlıqları ilə  sona  yetir.  Bu  ana 
obrazlarına o biri boylardakı fəal qadınlar – Banıçiçək və 
Selcan xatun da qoşulur və onların ictimai rolu təkcə 
sevgili olmaqla bitmir, eyni zamanda döyüşçü-qadın 
xüsusiyyətlərini daşıması ilə də yadda qalır. Həm Beyrək, 
həm də Qanturalı onların qəhrəmanlığını qəbul etsələr də, 
bu qızların Oğuzda öyünəcəklərindən rəncidə olub 
üzbəüz döyüşməyi, güləşməyi, onlara öz güclərini 
göstərməyi lazım bilirlər. Amma Dəli Domrulun xatunu 
başqa qadın tiplərindən fərqli olaraq canını belə qurban 
verməyi bacaran obraz kimi səciyyələnir. Bu minvalla 
dastanda 3 tip qadın obrazının olduğunu görürük. Bütün 
bu qadınları birləşdirən məntiqi təfəkkür isə onların 


267 
ərlərinə qarşı  sədaqətli  olmaları haqqındakı düşüncəni 
doğurur. Dastanda da sınağa çəkilənlər Dirsə xan, Qazan 
xan, Buğac, Uruz, Dəli Domrul, Qanturalı, Beyrək deyil, 
məhz onların sədaqətli həyat yoldaşlarıdır. 
 “Kitabi-Dədə Qorqud” dastanı özündən sonra 
yaranan dastanlara da təsir etmişdir. Bu dastanlara 
aşağıdakıları göstərmək olar: 
1.
 
Milli qəhrəmanlıq dastanları – “Koroğlu”, 
“Qaçaq Nəbi”, “Qaçaq Kərəm”, “Qaçaq Yarəli”, “Dəli 
Alı”, “Qaçaq Tanrıverdi”, “Qaçaq Molla Nur”, “Hacı 
Məhəmməd” və s.; 
2.
 
Qardaş özbək, qazax, qırğız, başqırd dastanları – 
“Alpamış”, “Manas”, “Ural Batır”, “Çora batır”, “Yusif 
və Əhməd” və s. 
Klassik, orta və yeni dövr dastanlarındakı 
qadınların, onların sosial yaşayış  tərzinin, milli adət-
ənənələrin,  şeir  şəkillərinin bir-birinə oxşar olması, 
“Kitabi-Dədə Qorqud”dakı “Müqəddimə”nin başqa 
dastanlarda ustadnamə  şəklində olması, yumların isə 
duvaqqapma yerində  işlənməsi də epos yaradıcılığı ilə 
dastan yaradıcılığının köklərinin birliyini sübut edir.
 
Milli dastançılıqda qəhrəmanlıqla bağlı “Koroğlu” 
süjetləri də  aşıq yaradıcılığının  əsas tərkib hissələrindən 
birini təşkil edir. “Koroğlu” dastanı öz səciyyəsi etibarilə 
nəinki milli dastançılıqda, hətta böyük türk aşıq 
yaradıcılığında öndə gedən qəhrəmanlıq mövzusu 
olmuşdur. 
 
“Koroğlu” dastanı
 Dastan  yaradıcılığı  həmişə inkişafda olan, daim 
yeniləşən bir prosesdir. “Koroğlu” dastanının da möv-
zusu belə bir tarixi inkişafda olmuş, özünün variantlarını 
əmələ  gətirmişdir. Aşıq yaradıcılığının da dialektikası 
dastan yaradıcılığının tərəqqisinə imkan yaratmaqdadır. 


268 
Bu xüsusiyyət “Koroğlu” dastanının süjetlərinin 
artmasında da müşahidə olunur. Həm də bu inkişaf böyük 
bir  ərazini  əhatə etdiyindən aşıq yaradıcılığının bu 
xüsusiyyətini izləmək xüsusi diqqət tələb edir. “Koroğlu” 
dastanının məkanca yayıldığı  ərazilər aşıq məktəbləri 
üzrə qruplaşdığından dastanın yenidən yaranma və 
qurulma istiqamətləri də bir-birindən fərqli  ərazilərdə 
genişlənir. Dastan yaradıcılığı qapalı  məkanlarda daha 
çox inkişaf etdiyindən “Koroğlu” mövzusu da belə 
ərazilərdə daha çox yaranma və yayılma səciyyəsinə 
malik olur. Aşıq yaradıcılığının təsiri ilə dastan 
yaradıcılığı qapalı mühitdən ayrıldıqdan sonra təsirlərə 
məruz qalır, ifa zamanı yeni çalarlarla zənginləşir. 
 Azərbaycan “Koroğlu”sunun tarixi kökündə XVI – 
XVII əsr hadisələri dayansa da, dastanın mifoloji kökləri 
daha qədim zamanlarla bağlıdır. Kitabın girişində müəllif 
özü də qeyd edir ki, “Koroğlu” dastanı XVI əsrin sonu, 
XVII  əsrin  əvvəllərində Azərbaycan xalqının xarici 
işğalçılara və yerli feodallara qarşı apardığı qəhrəmanlıq 
mübarizəsinin leytmotivi kimi meydana gəlmişdir. 
Ümumiyyətlə, türk folklorşünaslığında “Koroğlu” dasta-
nının 20-yədək versiya və variantları  tədqiq edilmişdir. 
Bunların içərisində Azərbaycan versiyasına yaxın olanlar 
və ondan müəyyən mənada fərqlənənlər də vardır. 
Məsələn, Azərbaycan versiyası ilə türkmən versiyasının 
tarixi köklərinin eyni olduğunu, özbək “Goroğlu”sunun 
isə daha çox fantastik, sehirli mahiyyətdə olması ilə 
fərqləndiyini söyləmək olar.. 
“Koroğlu” nəşrləri və  tədqiqatçıları. “Koroğlu” 
dastanı haqqında ilk məlumatlar XIX əsrin sonlarında üzə 
çıxmağa başlamışdır. Bizim milli varlığımızı özümüzdən 
yaxşı qiymətləndirən İ.Şopen, A.Xodzko kimi şərqşünas 
və etnoqraflar Azərbaycanın qədim kəndlərini gəzərkən 
“Koroğu” süjetinin dillərdə  əzbər olduğunu duymuş  və 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə