RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə79/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   75   76   77   78   79   80   81   82   ...   97

275 
“Koroğlu”sunun hələ cavan olduğunu, hər nə  qədər 
köhnə variantlar olsa belə, qəhrəmanlıq dastanı kimi 
dəyişən və inkişaf edən dastan tipi olduğunu göstərir. 
 


276 
AZƏRBAYCAN FOLKLORUNDA KİÇİK 
JANRLAR 
 
İnanclar.  
İnanclar ibtidai insanların  şüuruna təsir edən  ən 
arxaik folklor düşüncəsidir.  İnancın kökündə  sınama, 
yozma, inam dayanır. Sınama folklorun, xalq 
yaradıcılığının əksər kiçik sahələrini – alqış, qarğış, and, 
əfsun, cadu, fal, atalar sözü və s. əhatə edir. İnamların 
yaranma səbəblərini bu kiçik janrlarda axtarılması o 
demək deyildir ki, iri janrlarda, məsələn, mif və 
əfsanələrdə inama rast gəlinmir. Ona görə də tədqiqatda 
inancların yaranma yollarını müəyyənləşdirərkən  əksər 
janrlara diqqət yetirilməsi vacib olardı. Məsələn, “Kitabi-
Dədə Qorqud”da ana südü ilə dağ çiçəyinin yaraya 
məlhəm olması kimi faktın eposda qalması eposun inamı 
yaşada bilməsi dəlilini təsdiq edir. İnanclar aşağıdakı 
qaydada təsnif edilir: 
Məişət həyatı ilə bağlı inanclar.  
Belə inanclar xalqın gündəlik həyatında təcrübədən 
keçirdiyi, inandığı etiqadlardır. Məsələn, “Çörəyi bir əllə 
kəsməzlər”, “Yemək yeyəndə danışmazlar”, “Süfrəyə 
duz dağılanda dava düşər” kimi inanclar xalqın sınaqdan 
keçirdiyi, təsadüfi hadisələrin belə proseslərlə üst-üstə 
düşməsi nəticəsində formalaşmışdır. 
Uğur və  uğursuzluq kimi anlayışların da gündəlik 
həyatda təkrar olunan hadisələrlə bağlı olduğu aydındır. 
Məsələn, “Qabağına qara pişik çıxsa geri qayıt”, “Qozbel 
qarının üzü düşərli olmaz” kimi inanclar da həyatda baş 
verən təsadüflərin nəticəsində yaranmışdır. 
 
Təbiət hadisələri, bitki və heyvanat aləmi ilə 
bağlı inanclar. 
 


277 
 Belə inanclar təbiət hadisələrinin baş verməsi, bitki 
və heyvanların müəyyən xüsusiyyətləri ilə bağlı olaraq 
yarana bilir. məsələne, uzun sürən quraqlığın qarşısını 
almaq, yağış yağdırmaq üçün həyatda baş verən 
təsadüflər də rol oynaya bilir. Məsələn, baltanın üzü 
yuxarı qoyulması ilə yağışın yağması arasında heç bir 
məntiqi bağlılıq yoxdur. Bu, sadəcə olaraq bir inancdır. 
Deyirlər ki, “Baltanı üzü yuxarı qoysan yağış yağar”. 
Eləcə  də “Tısbağanı ayağından assan yağış yağar” 
inancında da onun su ilə bağlılığı görünür və bu hərəkətin 
özündə baş verən qəddarlığın cəzası kimi onu himayə 
edən suyun, yağışın hiddətlənərək öz qəzəbini göstərməsi 
fikri hiss olunur. 
Bundan başqa heyvanlarla bağlı inanclar da 
insanların həyatını idarə edə bilir. “Qurd üzü mübarək 
olur”, “Yuxuda at görən murada çatar”, “İt göyə hürüb 
daldalı gedərsə, xeyir olmaz” və s. belə inanclarda əks 
olunan fikirlər insanların uzun zamanlardan müşahidə 
etdiyi empirik biliklərinin nəticəsindən doğmuşdur. 
Müəyyən kosmoqonik və astral təsəvvürlərin 
nəticəsində yaranan inanclar da bu qəbildəndir. Məsələn, 
“Ay işığında doğulan uşaq sakit, ayın qaranlığında 
doğulan uşaq pəhləvan olur”, “Ayın üç günündə doğulan 
uşaq gözəl olur”, “Günbatan vaxt doğulan gününü 
qürbətdə keçirər”, “Gün doğan vaxtı doğulan uşaq 
cəngavər olar” və s. 
 
Əsatiri görüş və təsəvvürlərlə bağlı inanclar. 
 Bu tipli inanclar daha çoxdur. Xalqın mifoloji 
görüşlərini əks etdirən belə inanclarda kifayət qədər kult, 
totem, müqəddəs  şəxslər haqqında qədim bilgilər 
toplanmışdır. Belə inancları da kiçik qruplara ayırmaq 
olar: su ilə, od ilə bağlı, kultlarla, totemlərlə, torpaqla 
bağlı xüsusi deyimlərdə  ən qədim mifoloji təsəvvürlərin 


278 
izlərini görmək mümkündür. Məsələn, “İlan ulduz 
görməsə ölməz”, “Vəfat edənin ovcu açıq qalarsa, torpaq 
qoysan yumular”, “Ölümə yaxın torpaq çəkib gətirər”, 
“Qorxana su verərlər”, “Şər qarışan vaxtı yerə su 
atmazlar”, “Pis yuxu görəndə suya danışarlar”, “Su içəni 
ilan vurmaz” və s. 
  Azərbaycan folklor mühitində toy və yasla bağlı 
inancların olması da bu mərasimlərin  əski zamanlardan 
gələrək bu günümüzə çatmasını 
təsdiq edir. 
Ümumiyyətlə, inanc xalqın məişəti ilə bağlı olan 
məsələdir. Hətta müəyyən folklor janrlarının 
təşəkkülündə inancların özündən yaradıcılıqla istifadə 
olunmasına rast gəlinir. Xalq məişətində olan bu 
inancların mövqeyi uğur və  uğursuzluq anlayışlarının 
sınanması ilə əlaqədardır. Uğur və uğursuzluq əsasən, bir 
iş arxasınca getmə, səyahətə çıxma və eləcə də gündəlik 
məişət həyatı  çərçivəsində müşahidələrlə  əlamətdar 
olmuşdur. Aşağıdakı inancları misal göstərmək olar: 
“Çörəyi bir əllə  kəsməzlər”, “Yemək yeyəndə 
danışmazlar”, “Süfrəyə duz dağılanda üstünə  qənd 
qoyarlar”, “Ağızdan loxma düşəndə sevinərlər”, 
“Qabağına boş qabla çıxsalar, getdiyin yerdən qayıt”, 
“Qabağından dovşan qaçsa, ovun boş keçər”, “Axşam ev 
süpürməzlər, süpürəndə də toy evi süpürürəm deyərlər”, 
“Qaynar suyu həyətə atmazlar, cinin balasını 
yandırarsan”, “Çörək  əlindən düşəndə üç dəfə öpüb 
gözünün üstünə qoy” və s. 
İnancların böyük bir qismi təbiət hadisələri, bitki və 
heyvanat aləmi ilə bağlı yaranan inanclardır. Alim 
bunların qədim rituallarla bağlı olduğunu, ritualdan 
ayrılaraq sonrakı inkişaf mərhələlərində müstəqil inanc 
formasına çevrildiyini də  dəqiqləşdirmişdir. Məsələn, 
“Qurd üzü mübarək olar”, “At nalı qapıda assan, evin 
bərəkətli olar”, “İt göyə hürüb daldalı gedərsə, xeyir 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə