Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə233/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   229   230   231   232   233   234   235   236   ...   253

 

 

724 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Buna görə də müəyyən qüvvələrin hadisələrin radikal inqila-



bi ssenari əsasında inkişafına meyil etməsini aktuallaşdırır. 

Lakin Azərbaycanda demokratiya yeni davranış stereotipləri 

formalarına uyğunlaşır. Bu formalar isə anarxist meyilləri, 

artıq keçmişdə qalmış sosial israfçılığı rədd edir. 

Yeni Azərbaycan sabit siyasi rəqabət, sivilizasiyalı, şəffaf 

və  rəqabətədavamlı  məkan yaradılmasına yönəlmiş yeni si-

yasi texnologiyalar deməkdir, çünki siyasi müxtəliflik da-

vamlı inkişafın  şərtidir. E.Toffler yazır: “Üçüncü dalğa  şə-

raitində demokratiyanı yenidən yaratmaq üçün biz adamları 

qorxudan, lakin saxta xarakterli belə bir fərziyyəni kənara at-

malıyıq ki, müxtəlifliyin çoxluğu avtomatik olaraq cəmiy-

yətdə  gərginliyin və münaqişələrin də çox olmasına gətirib 

çıxarır.  Əslində, bunun əksi düz ola bilər. Cəmiyyətdə mü-

naqişə  nəinki zəruridir, hətta müyyən həddə  qədər onun ol-

ması arzuediləndir.  Əgər yüz nəfər mis üzüyə sahib olmağı 

çox istəyirsə, onları həmin üzük uğrunda savaşmağa məcbur 

etmək olar, yox əgər bu yüz nəfərin hər birinin məqsədi var-

sa, onların öz arasında sövdələşməsi,  əməkdaşlıq etməsi və 

simvolik münasibətlər yaratması qat-qat sərfəlidir. Müvafiq 

sosial  şəraitdə müxtəliflik təhlükəsiz və sabit sivilizasiyaya 

gətirib çıxara bilər”

1



Biz Azərbaycanda yeni müxalifət formalaşmasının zəru-

riliyi barədə tez-tez danışırıq. Bu cür mühakimələr üçün ta-

mamilə haqlı və real əsaslar var. Əvvəlki stereotiplərə və xu-

rafata sadiq qalan milli radikal müxalifət bir siyasi opponent 

kimi gərəksiz olmuşdur. İndiki dövrün reallıqları siyasi səh-

nədə “vəzifə naminə” düşmənçilik etməyə yox, rəqabət apar-

mağa hazır olan yeni texnokratların yaranmasını şərtləndirir. 

                                                 

1

 

Э.Тоффлер. Третья волна. М., 1999, стр. 663-664.



 


 

 

725



Sözardı 

əvəzi 


Müasir siyasi məkan milli müxalifətə xas olan avtoritarizmi 

və  tənəzzülü qəbul etmir. Müsavat Partiyası Divanı üzv-

lərindən birinin aşağıdakı sözləri milli müxalifət hərəkatında 

daxili siyasi tənəzzülün və durğunluğun  əyani nümunəsidir: 

“Müxalifət avtoritar idarəetməni ən ideal metod hesab edir”.

1

 



Məhz avtoritarizm radikal müxalifət daxilində disfunksiyaya 

səbəb olmuş və son on ildə onun yetərli siyasi struktura çev-

rilməsinə imkan verməmişdir. 

Azərbaycan demokratiya yolu ilə inkişaf etdikcə, siyasi 

məkan yeni aktorların və zamanın tələblərinə cavab verən, 

postindustrial cəmiyyətin tranzit imkanlarını üzə  çıxaran 

siyasi mədəniyyətinin olmasını tələb edir. Ümumiyyətlə, son 

illərdə Azərbaycan siyasi təsisatları və ənənələri əhəmiyyətli 

dərəcədə təkmilləşdirmişdir. 

Qərbin tanınmış mass-media bosslarından biri ilə söhbə-

tim yada düşür. O deyirdi ki, Qərbdə Azərbaycanı “demok-

ratiya məktəbinin birinci sinif şagirdi deyil, yuxarı sinif 

şagirdi hesab edirlər”. Kifayət qədər tez-tez eşitdiyimiz bu 

sözlər Azərbaycan demokratiyasının keçdiyi yolu düzgün əks 

etdirir. Finlandiyanın xarici işlər naziri Erkki Tuomioyayanın 

söylədiyi çox mənalı fikir buna əyani sübutdur: “Son altı il 

ərzində Azərbaycanda iyirmi ildəki qədər dəyişikliklər baş 

vermişdir. Mən dünyanın heç bir başqa ölkəsində belə  qısa 

müddətdə bu cür inkişaf görməmişəm”. 

Milli demokratik tranzit təkcə daxili dəyişikliklər nəticə-

sində deyil, həm də dünyada yenidən demokratikləşməyə 

doğru qlobal dönüş sayəsində mümkün olmuşdur. Sovet İtti-

faqı dağılandan sonra keçmiş sovet respublikalarında fəal 

surətdə “demokratikləşmə” prosesi başlandı. Lakin demokra-

                                                 

1

 



http://www/day.az/news/politics/65824.html

 



 

 

726 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

tikləşmə təkcə daxili sosiallaşmanın yoxluğu problemləri ilə 



deyil, həm də siyasi mədəniyyət səviyyəsinin aşağı olması, 

siyasi  ənənələrin və  təsisatların formalaşmaması, iqtisadi 

xarakterli çətinliklər kimi problemlərlə  də üzləşirdi. Ona 

görə də bir sıra dövlətlərdə bütövlükdə cəmiyyətin deyil, əs-

lində, ayrı-ayrı sosial qrupların maraqlarını ifadə edən kvazi-

demokratik sistemlər yaranırdı. Sovet İttifaqı dağılandan son-

ra Azərbaycan demokratik cəmiyyət formalaşdırmaq və sa-

bitlik yaratmaq dilemması qarşısında qalmışdı. Dövlətin 

universal rolu onun sabitliyində  və qüvvəsindədir, davamlı 

inkişafı yalnız sabitlik və güc təmin edə bilər. F.Fukuyama 

da bu fikirdədir. O yazır: “Biz böyük güclərin bir-biri ilə mü-

naqişə apardığı dünyaya qayıtmağı arzulamasaq da, həqiqə-

tən, gücə tələbatın qeydinə qalmağa ehtiyac duyuruq. “Döv-

lətçiliyin görüntüsünün” tərəfdarı olanlar azad bazarın müda-

fiəçiləri olmasından, yaxud çoxtərəfli müqavilələr ideyasına 

sadiqliyindən asılı olmayaraq izah etməlidirlər ki, müasir 

dünyada milli dövlətlərin gücünü məhz nə əvəz edəcəkdir”

1



Beləliklə, dövlət daxilində sabitlik onun gücünü təmin edir, 

bu isə son nəticədə davamlı demokratik inkişaf üçün imkan 

yaradır. Heydər  Əliyev hakimiyyətə qayıdandan sonra məhz 

bu prioritet yeni dövlətçilik qurulmasının  əsası kimi qəbul 

edilmişdir. Bütün bu illər  ərzində  məhz sabitlik milli inkişaf 

strategiyasının prioriteti olmuş və Azərbaycanın dərin islahat-

lar və dəyişikliklər yoluna qədəm qoymasına imkan vermişdir. 

Struktur dəyişiklikləri nəticəsində 2003-cü ildə milli siya-

si məkan yeni dövrə – Etimad, Fəallıq və Dinamika dövrünə 

daxil oldu. Məhz bu üç komponent Prezident İlham Əliyevin 

varislik siyasətini  şərtləndirmişdir və XXI əsrin  əvvəlində 

                                                 

1

 

Ф.Фукуяма. Сильное государство. М., 2006, стр. 199.



 


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə