Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə235/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   231   232   233   234   235   236   237   238   ...   253

 

 

730 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

biri olaraq qalmaqdadır. Səciyyəvi haldır ki, Qərb mətbuatı 



bu “inqilabları” cəmiyyəti demokratikləşdirmək cəhdləri ki-

mi qələmə verir. Postsovet respublikalarında “rəngli” inqila-

bın ideoloqlarının  əsas leytmotivlərindən biri budur ki, bu 

respublikalar “Qərb sivilizasiyasına” uyğun gəlmir, öz tə-

biətinə görə Qərb demokratiyalarının tərəfdaşları olmağa ya-

ramır. Bu məsələdə ideoloqlara haqq qazandırmalıyıq, onla-

rın geosiyasi layihəsi onun reallaşdırılması üçün şərait yara-

dılmış ölkələrdə çox vaxt “uğur qazanır”. 

“Britaniya Ensiklopediyası”nda siyasətdə inqilaba dövlə-

tin idarəedilməsinin bütün qaydasını sürətli və fundamental 

şəkildə, adətən, zorakılıqla müşayiət olunmaqla dəyişdirən 

hadisə kimi tərif verilir. Bir qayda olaraq, bu inqilabın nəti-

cəsində iqtisadi sistemdə, sosial strukturlarda və mədəni də-

yərlərdə qarşısıalınmaz dəyişikliklər baş verir. 

Professor P.Qureviç E.Tofflerin “Üçüncü dalğa” kitabı çı-

xandan əvvəl yazdığı məqalədə göstərir ki, “inqilab kütlələ-

rin həyatının maddi və mənəvi şəraitini yaxşılaşdırmağın ən 

pis üsuludur. Sözdə ən böyük dəyərlərin reallaşdırılacağı vəd 

edilir, nəticə isə, bir qayda olaraq, tamamilə başqa olur. 

Pitirim Sorokinin fikrincə, inqilablar insanları sosiallaş-

dırmır,  əksinə, onları biolojiləşdirir. Fəhlə sinfinin iqtisadi 

vəziyyətini yaxşılaşdırmaq  əvəzinə, daha da pisləşdirir. Bü-

tün  əsas azadlıqları artırmır,  əksinə azaldır... Bütün funda-

mental və həqiqətən mütərəqqi proseslər inqilabı labüd şəkil-

də müşaiyət edən nifrətin, vəhşiliyin, sərsəm mübarizənin 

nəticəsi deyil, əksinə, biliyin, həmrəyliyin, kooperasiyanın və 

sevginin nəticəsidir. 

İnqilabları kompleks səbəblər yetişdirir. Necə yaşamaq la-

zım olduğunu bilməyən, inkişaf etmək iqtidarında olmayan 



 

 

731



Sözardı 

əvəzi 


cəmiyyət tədricən islahatlara məruz qalır, gözlənilmədən par-

tlayış  mərhələsindən keçir. Hər bir sabit cəmiyyət “naşı” 

radikalizm baxımından nə dərəcədə qeyri-mükəmməl görün-

sə də, çox böyük milli təcrübənin toplanmasının nəticəsi, ən 

məqbul sosial formalar axtarmaq yolunda göstərilən saysız-

hesabsız cəhdlərin, səylərin, aparılan eksperimentlərin,  əldə 

edilənlərin yekunudur”

1



İnqilabı müşayiət edən zorakılığa gəldikdə isə, bu tərif bir 

qədər köhnəlmişdir. Məsələn,  Şərqi Avropa dövlətlərində 

kommunizmin məğlub olması inqilabi prosesdir, lakin həmin 

ölkələrin  əksəriyyətində bu prosesdə kütləvi  şəkildə zorakı-

lıqdan istifadə edilməmişdir. Göründüyü kimi, müasir inqi-

lablarda qan tökülməməsi mümkündür, lakin bütün siyasi və 

sosial quruluşda sistemli dəyişikliklər aparılmadan inqilab 

ola bilməz. Çexoslovakiya, Almaniya Demokratik Respubli-

kası, Macarıstan və Polşada “məxməri” inqilablardan sonra 

baş vermiş hadisələrdə qan tökülmədi, lakin onlar inqilabi 

hadisələr idi, çünki cəmiyyətin siyasi, sosial, iqtisadi və 

mədəni həyatının bütün sistemini əsaslı şəkildə sarsıtmışdı. 

Lakin postsovet dövlətlərində, xüsusən Gürcüstanda, Uk-

raynada, Qırğızıstanda isə biz tamam başqa mənzərənin  şa-

hidi olduq. Bu dövlətlərdə baş verən hadisələr onların haki-

miyyət sistemlərinin hakim qrupun öz hakimiyyətinin varisli-

yinə  təminat yaratmaq cəhdi və  cəmiyyətin inkişafını  ləngi-

dən problemləri aradan qaldırmağı bacarmaması arasında 

olan daxili ixtilafı  həll edə bilməməsindən irəli gələn siyasi 

böhranın nəticəsi idi. Bunlarla yanaşı, unutmamalıyıq ki, 

geosiyasi amil də mühüm rol oynamışdır. Lakin bu dövlət-

lərdə “rəngli” inqilabların təşkilatçıları  təkamül yolu ilə 

                                                 

1

 



Э. Тоффлер. Третья волна. М., 1999, стр. 10-11.

 



 

 

732 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

keçidin tərəfdarları deyildilər və sistemli dəyişiklikləri heç də 



istəmirdilər, amma inqilab etmək iddiasında idilər. Onların 

əsas məqsədi siyasi elitanı dəyişmək idi. “İnqilaba” başçılıq 

edənlər arasında  əvvəllər hakimiyyətin yüksək eşelonlarına 

daxil olan şəxslər az deyildi. Buna görə də “rəngli” inqilabın 

təşkilatçılarının sözdə  bəyan etdikləri məqsəd yox, onların 

real məqsədi qisas sayıla bilər. 

Azərbaycanda “rəngli” inqilab təşkil etməyə  cəhd göstə-

rənlərin də  əsas məqsədi,  əsasən, belə idi. Burada da Bakı-

dakı “Qələbə” meydanında “inqilab” tribunasına çıxanlar 

arasında A.Mütəllibovun dövründə hakimiyyətin yüksək eşe-

lonlarında olmuş şəxslərin sayı sonradan Ə.Elçibəyin əhatə-

sində təmsil edilənlərdən heç də az deyildi. Təəccüblü deyil 

ki, “inqilabın” təşkilatçıları olan müxtəlif tərkibli bu qrupun 

dürüst ifadə ideologiyası yox idi. Gürcüstan, Ukrayna və 

Qırğızıstandan fərqli olaraq, Azərbaycanda 2003-cü ilin pre-

zident seçkiləri və 2005-ci ilin parlament seçkiləri ərəfəsində 

siyasi və iqtisadi böhran şəraiti yox idi, üstəlik, hətta qon-

darma “Azərbaycan inqilabı”nın rəngi də ukraynalı “narın-

cılardan” götürülmüşdü. 

Azərbaycan cəmiyyəti çox vaxt mürəkkəb tarixi seçimlər 

dilemması ilə üzləşmişdir. Yadımdadır, 2003-cü ilin aprel 

ayında Prezident Heydər  Əliyevin xəstələnməsi cəmiyyətdə 

çoxlu həyəcanlı suallar doğururdu. Cəmiyyət narahat idi: gö-

rəsən, yaxın keçmişdə baş vermiş hadisələr – ölkənin oyun-

caq ev kimi dağıla biləcəyi, bütün cəmiyyətdə  hərc-mərclik 

və gələcəyə inamsızlıq ovqatı yarandığı şərait yenidən təkrar-

lanmayacaq ki; yeni prezident seçmək lazım gələrsə, o, kə-

nardan göstərilən təzyiqə  və radikal müxalifətin təcavüzkar 

çıxışlarına davam gətirə biləcəkmi? Bu və digər suallar heç 

də bayağı xarakter daşımırdı. Yeni prezidentin kimliyindən 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə