721
Sözardı
əvəzi
islahatlar və əhalinin sosial müdafiəsinə dair tədbirlər iqtisadi
siyasətdə mühüm yer tutmuşdur. Ölkənin bank-kredit, vergi
və büdcə sistemlərinə ciddi dəyişikliklər edilmişdir, vətən-
daşların real gəlirlərinin artırılması sahəsində nəzərəçarpacaq
uğurlar vardır. Söz və vicdan azadlığı, şəxsiyyətin toxunul-
mazlığı, insan hüquqları təmin edilmişdir; ölkədə tolerantlıq
mühitinin bərqərar olması sayəsində vətəndaş cəmiyyətinin
formalaşdırılması yolunda əhəmiyyətli tərəqqi vardır. Bütün
bunlar 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan
Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Bu
Konstitusiya demokratiyaya keçid şəraitində “qərarlar qəbul
edilməsi fazasına” tranzitin bazisinə çevrilmişdir.
XX əsrin son onilliyində ölkəmiz dövlət təsisatlarının və
ictimai təsisatların tənəzzülünün qarşısını almaq üçün çox çə-
tin məsələləri həll etməyə məcbur olmuşdur. Eyni zamanda,
irəlicədən bir neçə illər, onilliklər üçün ölkənin inkişafının
təməlini yaratmaq lazım idi. Başqa sözlə desək, biz uçqunları
təmizləyir və tədricən irəliləyirdik. Bu baxımdan sabitləşmə
siyasəti, əslində, yığılıb qalmış problemlərə münasibət bildir-
mək siyasəti idi. Bu siyasət bütövlükdə özünü doğrultdu.
1990-cı illərin əvvəllərindən etibarən Azərbaycan öz inki-
şafında şərti olaraq bir neçə mərhələdən keçmişdir. Bu mər-
hələlərin birincisi əvvəlki iqtisadi sistemin sökülməsi ilə bağ-
lıdır. O, vərdiş etdiyimiz həyat tərzinin kökündən dəyişdiril-
məsi, kəskin siyasi və sosial münaqişələrlə müşayiət olunur-
du və Azərbaycan cəmiyyəti bu mərhələni çox çətinliklə keç-
di. İkinci mərhələ “köhnə binanın dağıdılması” nəticəsində
yaranmış uçqunları təmizləmə dövrü idi. Bununla bərabər,
iqtisadiyyatda və siyasi sahədə ən təhlükəli meyilləri dayan-
dırmaq mümkün oldu. Həmin illərdə qəbul edilən qərarların
heç də hamısı uzunmüddətli xarakter daşımırdı. Əslində, ölkə
722
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
müasir dövlət quruculuğunun üçüncü mərhələsinə, yüksək
sürətlə inkişaf etmək, genişəhatəli ümummilli məsələləri həll
etmək imkanını yenicə qazanmışdı. İndi, kifayət qədər təcrü-
bə topladığımız, zəruri imkanlar yaratdığımız bir vaxtda biz öz
qarşımıza, həqiqətən, uzunmüddətli məqsədlər qoya bilərik.
Nəhayət, ölkəmiz həm hüquqi, həm də faktik baxımdan öz
birliyini bərpa etmişdir: dövlət hakimiyyəti möhkəmlənmişdir;
müstəqil məhkəmələr yaradılması üçün qanunvericilik qayda-
sında ciddi işlər görülür, seçki sistemi təkmilləşdirilmişdir;
tam mənada vətəndaş cəmiyyətinin inkişafı üçün, o cümlədən
yeni və sivilizasiyalı siyasi strukturun inkişafı üçün şərait
yaradılmışdır; Azərbaycan vergi islahatı yolunda xeyli irəlilə-
mişdir; pensiya sistemində, infrastruktur inhisarlarında islah-
atlar aparılması üçün tədbirlər görülmüşdür və sair.
Son on ildə Azərbaycanda qurulmuş siyasi məkan demok-
ratik, sivilizasiyalı, dünyəvi və vətəndaş cəmiyyətinin forma-
laşmasına yönəlmiş ideyaların məcmusudur. Demokratiyaya
zərər vurmadan suverenliyi saxlamaq və identikliyi itirmədən
demokratik olmaq – milli inkişaf strategiyasının əsasını bun-
lar təşkil edir. Bununla bərabər, başa düşmək lazımdır ki, ayrı-
lıqda götürülmüş hər bir məkanda demokratiyanın məxsusi
qravitasiya itkiləri vardır və mahiyyət etibarilə demokratiya
bütün cəmiyyətlərdə eyni ola bilməz. Mədəniyyət, mentalitet,
siyasi mədəniyyətin səviyyəsi, tarix və ənənələr, dövlətin iqtisa-
di inkişaf səviyyəsi dövlətin və cəmiyyətin demokratik inkişaf
imkanlarını müəyyənləşdirən təriflərin kompleksini ifadə edir.
Lakin çox vaxt demokratiya qondarma “qərbləşmə” la-
yihəsinin tərkib hissəsinə çevrilir ki, bu da ictimai şüurun cə-
miyyətə tamamilə yabançı olan, kənardan “reseptlə” təqdim
edilmiş norma və stereotiplər məcrasına qismən və ya tama-
723
Sözardı
əvəzi
milə transformasiyası deməkdir. Belə vəziyyətdə demokratik
tranzit uğursuzluğa məhkumdur, çünki tranzitar cəmiyyətin
xüsusiyyətləri nəzərə alınmadan, bu və ya digər məkanda de-
mokratiya bərqərar olduqca onun üzləşəcəyi çətinlikləri başa
düşmədən sabit demokratik rejim qurmaq mümkün deyildir.
Azərbaycanda demokratikləşmə prosesi dövlətdə həyata
keçirilən ümumi islahatlarla ahəngdar şəkildə gedirdi. Buna
görə də ölkəmiz uzun bir yol – hazırlıq fazasını, qərarların
qəbul edilməsi, demokratiyanın bərqərar olması fazasını ke-
çərək, konsolidasiya olunmuş demokratiya yoluna qədəm
qoymalı olmuşdur. Demokratik tranzit Azərbaycan cəmiyyə-
tinin yeniləşdirilməsinin məqsədi və vasitəsinə, siyasi siste-
min və sosial münasibətlərin humanistləşdirilməsi proqramı-
na çevrilmişdir. Demokratiya ölkədə hökm sürən anarxiya və
hərc-mərcliyin, Azərbaycan cəmiyyətinn bir hissəsinə aid
olan ictimai ümidsizlik və marginallaşma hallarının öhdəsin-
dən gəlmiş, ordunun və dövlət aparatının parçalanması pro-
sesini dayandırmış, dövlətin oliqarxiya kapitalizminə doğru
yuvarlanmasının qarşısını almış və səmərəli dövlətçilik me-
xanizmləri yaradılması üçün qəti hücuma keçmişdir. Lakin
müşahidələr aparmaq üçün vaxt çox azdır və cəsarətli nəticə-
lər çıxarmaq, bəlkə də, hələ tezdir. Bununla belə, yolun bir
hissəsi artıq keçilmişdir və cəmiyyətimiz həqiqətən azaddır.
Lakin qeyd etmək lazımdır ki, demokratiya mühiti həmişə
radikallarla dolu olur. Əgər onlardan milli immuniteti zəiflət-
mək üçün istifadə etməyə cəhd göstərməsəydilər, bəlkə də,
onları heç yada salmağa dəyməzdi. Demokratik təsisatların
qərarlaşmaması, sabitləşməməsi və möhkəmlənməməsi bəzi-
lərində kvazivassal sistemi yaratmaq, ayrı-ayrı kliyentalist
qruplar tərəfindən hakimiyyətin ələ keçirilməsi kimi iştahalar
oyadır. Azərbaycanın cəlbediciliyi onun müstəqilliyindədir.
Dostları ilə paylaş: |