Redaktor: Dilsuz


partiya işinə keçərdi... Və gələcəkdə də işləri düzələrdi, tək özünün yox, bütün



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   13   14   15   16   17   18   19   20   ...   161

 
37
partiya işinə keçərdi... Və gələcəkdə də işləri düzələrdi, tək özünün yox, bütün 
qohum-əqrəbasının!  
Küçənin yuxarı başında alqış sədaları qopdu və tələbə Murad İldırımlı başa 
düşdü ki, o küləkli havada «Kommunist» küçəsində eləcə ayaq üstə dayanmaqlarına 
daha az qalıb. L.I.Brejnev yoldaş gəlir və doğrudan da, elə o dəqiqə qara maşınlar 
bir-birinin ardınca tələbənin burnunun qabağından ötüb keçdi. Həmin maşınlardan 
ən irisinin və yaraşıqlısının (möhtəşəm bir maşın!) içində L.I.Brejnev oturmuşdu, 
sağ əlini maşının pəncərəsindən çölə çıxarıb onu alqışlamağa toplaşmış Bakı 
zəhmətkeşlərini (yəni tələbələri, formalarını dəyişib adi vətəndaş paltarı geymiş 
hərbi məktəb dinləyicilərini və milis nəfərlərini, komsomol işçilərini, aşağı vəzifəli 
partiya işçilərini – raykom təlimatçılarını, şöbə müdirlərini...) salamlayırdı və tələbə 
Murad İldırımlı o dəm rəhbərin özünü görməyə macal tapmadı, yalnız əlini gördü.  
Rəhbərin əli adi insan əli idi, adi insanlarda olduğu kimi, beş barmağı var idi, 
barmaqlarının dırnağı var idi, bir az ətli idi, amma əti boşalmışdı, özü də, deyəsən, 
günün altında bir az qaralmışdı, tamam çılpaq, tüksüz idi – hər halda, o sentyabr 
səhəri tələbə Murad İldırımlı bir anın ərzində o əli o cürə görmüşdü və aradan keçən 
bu qədər müddətə baxmayaraq, rəhbərin əli hərdənbir tələbənin gözlərinin 
qabağında dayanırdı və dünən gecə – yazıq Xədicə arvadın həyatının son gecəsi də 
elə oldu.  
Tələbə yuxuya getmək istəyirdi və o əl qaranlıq içində yavaş-yavaş 
uzaqlaşırdı, amma birdən-birə qıpqırmızı bir transparantdan yapışıb təzədən 
gözlərinin qabağına gəlirdi və hər dəfə də o qırmızı transparantlarda iri hərflərlə əldə 
edilmiş xoşbəxt həyat haqqında cürbəcür şüarlar yazılırdı və tələbə nə qədər 
eləyirdisə də, yerində nə qədər o tərəf-bu tərəfə çönürdüsə də, rəhbərin əli o qırmızı 
transparantlarla birlikdə bu cavan adamın gecəyarısı elə bil ki, hov çəkmiş beynini 
dinc buraxmırdı. Belə anlarda tələbə yer üzündəki bütün insanlara nifrət edirdi.  
Quran «Nisa surəsi» ndə deyirdi: «Ey insanlar! Əgər O istərsə, sizi aparar, 
başqalarını gətirər. Allah buna qadirdir».  
Yəni Allah istərsə, lazım bilərsə, buna bir səbəb olarsa, insanları məhv edər, 
daha doğrusu, yaşayışı dəyişər, insan əvəzinə başqa bir məxluqat yaradar və o 
gecələr ki, tələbə yerində uzanıb dünyanın buz soyuqluğunu hiss edirdi, o zaman bu 
cavan adamın içindən dəli bir ehtiras baş qaldırırdı: bütün insanlar yox olaydı, 
bəşəriyyətin bütün tarixi pozulaydı və yer üzündə yeni bir məxluqat yaranaydı... 
Bəzən tələbə Murad İldırımlı özü özünə nifrət edirdi ki, insanlara bu qədər kin 
bəsləmək olmaz, sən özün bir heç olduğun üçün, insanları da dartıb özünlə heçliyə 
aparmaq istəyirsən. Sən özün layiq olmadığın halda, çox istəyirsən, çox umursan
buna görə də əzab içində yaşayırsan, elə Quranın həmin surəsində belə bir ayə də 
var: «Əgər siz şükr edən və iman gətirən olarsınızsa, sizə əzab vermək Allahın 
nəyinə lazımdır? Allah şükrə qiymət verən və hər şeyi biləndir». 
Həmin aprel gecəsi (yəni dünən) tələbə Murad İldırımlı göyümtül adyalı (bax, 
bu göyümtül adyalı) üstündən bir kənara atdı və qalxıb yerində oturdu. Həyətdəki 
krantın damcılamağı aydın eşidilirdi, amma o damcı səsiylə bərabər, nəsə qeyri-adi 
bir səs də eşidilirdi və tələbə rəhbərin əlinin təqibindən hələ əməlli-başlı qurtara 
bilməmiş, bir müddət o qeyri-adi səsə qulaq asdı və birdən-birə dərk elədi ki, bu 
səs– xırıltıdır və xırıltı Xədicə arvadın otağından gəlir, hətta tələbənin tükləri 


 
38
ürpəşdi, çünki bir anlıq ona elə gəldi ki, Xədicə arvadı boğurlar və Xədicə arvadı 
boğan... rəhbərin həmin əlidir...  
Sonra tamam ayıldı və yerindən dik atıldı, nəfəsini dərmədən diqqətlə qulaq 
asdı: xırıltı gah kəsilirdi, gah da şiddətlənirdi və tələbə... qorxdu; öz otağının 
qapısını itələyib açdı, bir müddət də qulaq asdı, sakitlik içində o xırıltıyla bərabər, öz 
ürəyinin də döyüntüsünü eşitdi, sonra qaranlıqda Xosrov müəllimin qapısına tərəf 
baxdı, barmaqlarının ucunda ehtiyatla addımlaya-addımlaya – elə bil, kimisə 
yuxudan oyatmağa qorxurdu– Xosrov müəllimin qapısının qabağına gəldi.  
Qapının döyülməyilə Xosrov müəllimin hövlnak: «– Kimdi?» – soruşmağı bir 
oldu. Xosrov müəllim işığı yandırdı, qapını açdı və tələbə yalnız Xosrov müəllimi 
ağ tuman-köynəkdə görəndən sonra, özünün əyninə şalvar geymədiyini, nazik, əyri 
və tüklü qılçaları çılpaq halda, balaqları uzun göy trusiklə (bu göy trusiki – «işdan»ı 
hələ kənddə kitabxanaçı işlədiyi vaxtlar almışdı) gəlib kişinin qabağında dayandığını 
başa düşdü...  
Xosrov müəllim irəlidə, tələbə də onun ardınca Xədicə arvadın otağına 
girdilər, Xosrov müəllim işığı yandırdı və tələbə Murad İldırımlı bu səkkiz ay 
müddətində birinci dəfə Xədicə arvadı yatağında gördü: yorğanı sinəsinəcən üstünə 
çəkmiş Xədicə arvad boynunu yana büküb gözlərini qırpmadan qapının aşağısına 
tərəf baxırdı, hətta tələbəyə elə gəldi ki, Xədicə arvad Balaniyazın göstərdiyi o siçan 
deşiyinə baxır; arvadın ağzından ağ köpük axıb boğazına, ağ gecə köynəyinin 
yaxasına, xırda gül naxışlı balıncına tökülmüşdü. O ağ gecə köynəyi, o xırda gül 
naxışlı balınc üzü o qədər təmiz idi, o yataqda o qədər sadəlik və təmizlik var idi ki, 
tələbə bircə anın içində bu arvadın xəsisliyini də, acgözlüyünü də, ikiüzlülüyünü də 
yadından çıxardı, yatağın o təmizliyi o gecəyarısı Xədicə arvadın özünün 
təmizliyindən xəbər verdi...  
Xədicə arvad daha xırıldamırdı, Xosrov müəllim nikeli parıltıdan düşmüş 
köhnə dəmir çarpayıya yaxınlaşıb diqqətlə ev sahibəsinə baxdı, sonra arvadın göz 
qapaqlarını bağladı, belə bir məqamda çox sakitcəsinə: «– Gedək geyinək...» – dedi 
və tələbə, Xosrov müəllimin bu sakitliyində dünyanın hər üzünü görmüş bir təcrübə, 
daha dünyadan heç nə ummayan bir əlacsızlıq duydu.  
Elə ki, ikisi də geyindi, təzədən Xədicə arvadın otağına gəldi (tələbə çalışırdı 
ki, yazıq Xədicə arvadın ağappaq, donmuş sifətinə baxmasın), Xosrov müəllim 
yuxarıdan aşağı diqqətlə tələbə Murad İldırımlıya baxıb (bayaq da beləcə bir 
diqqətlə Xədicə arvada baxmışdı) birdən-birə gülümsədi: «– Qapını döyəndə məni 
yaman qorxutdun...» – dedi. Xosrov müəllimin o gülümsəməyində Xədicə arvadın 
ağappaq gecə köynəyini, xırda gül naxışlı balıncını bulamış o köpük kimi ət 
ürpəşdirən bir şey var idi... 
... Molla Əsədulla Quranı büküb səliqə ilə qarşısına qoymuşdu və gözlərini 
əlində çevirdiyi təsbehə dikib bir söz demirdi; sonra gözlərini təsbehdən çəkib 
Balaniyaza baxdı və həmin boğuq səsiylə: 
– Işlər çoxdu də deyirsən, Balaniyaz ?.. – soruşdu. 
Balaniyaz da gözlərini həyətin kənar-bucağından çəkib: 
– Əh, bilirsən nə qədərdi, molla əmi?.. – dedi.  – Əl-əlbət çoxdur.  
– Bir söz eşitmişəm axı, Balaniyaz... Deyirlər ki, o köhnə dəyirman var e, 
«Xaqani» küçəsində, o dəyirman day işdiyə bilmir, nöşün ki, day gücü çatmır bu 
boyda şəhərin çörəyini çatdursun. Ancaq deyirlər ki, onu bağlamaq olmaz, söküb 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə