Multikulturallzm - fəlsəfi lüğət
2.
Multikulturaiizmin modelləri.
-
“Multikulturalizm” termini İsə siyasi leksİkona ilk dəfə
1970-ci ildə Avstraliyada immiqrasiya naziri vəzifəsində çalışmış
Al Kresbi tərəfindən daxil edilmişdir. Amma Avstraliyadan da
əvvəl Kanadada multikultural cəmiyyətin formalaşması prosesi
1960-cı illərə təsadüf edir.
-
Multikulturalizm 1960-cı illərin sonunda Kanadada
meydana gəlmişdir - termin kimi o, 1970-ci illərdə ədəbiyyatda
əks olunmuşdur.
-
Multikulturalizm sosial-mədəni davranışın və müvafiq
siyasi strategiyanın modeli kimi də nəzərdən keçirilir.
-
Multikulturalizm modeli dedikdə:
*
bir dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni
tərəflərin dinc yanaşı yaşaması;
*
öz mədəni xüsusiyyətlərini;
*
həyat tərzini rəsmən ifadə etmək və qoruyub saxlamaq
hüququna malik olması nəzərdə tutulur.
-
Multikulturaiizmin müxtəlif modellərinin müqayisəli
təhlili nəticəsində bir neçə ümumiləşdirmə aparmaq olar:
*
multikulturalizm - pozitiv sosial təzahürdür- o, cəmiyyətin
inkişafı üçün münbit şərait yaradır;
*
multikulturalizm - etnik münaqişələrin qarşısını alır və
müxtəlif xalqlar arasında etimadı möhkəmlədir;
*
multikulturalizm - cəmiyyətin mədəni müxtəliflik əleyhinə
etirazını səngitmək üçün alternativ siyasət kimi meydana
gəlmişdir;
*
multikultural cəmiyyətin formalaşmasında demokratiya ən
mühüm amillərdən biridir;
*
multikulturaiizmin fərqli modelininin yaranmasını
bölgələrin tarixi inkişafının xüsusiyyətləri müəyyən etmişdir;
*multikulturalizmin müxtəlif modelləri arasında bəzi
fərqlərin olmasına baxmayaraq, heç şübhəsiz ki, multikultural
23
Yaşar Əhmədov AzərHətəmov
cəmiyyətinin formalaşmasında və multikultural ətraf mühitin
dəstəklənməsində aparıcı rol dövlətə məxsusdur.
-
Yeni əsrə aid bir termin kimi multikulturalizm də özü ilə
bərabər yeni baxış bucağı gətirmiş oldu.
-
Multikulturalizm olduqca mürəkkəb və dinamik
anlayışdır:
*bu gün dünyada fərqli modellər şəklində özünü döstərən
multikulturalizmin araşdınlması olduqca vacibdir.
-
Multikulturalist modellərin - bir ölkəyə uyğunlaşması
mümkündür:
*
ancaq onlar digər şəraitdə heç cür tətbiq edilə bilməz,
*çünki istənilən model əsrlərlə formalaşmış müəyyən
dəyər - məna bazasına oturuşur və ona aid olur.
-
Bu və ya digər modelin tətbiqi üçün əsasların axtarılması
çox çətin vəzifədir:
*
belə ki, yanaşı yaşamanın dünya konsepsiyasmın ümumi
strategiyasının konkret etnomədəni və milli - mədəni inkişaf
konsepsiyası ilə uzlaşması prinsipindən ibarətdir;
*yanaşı yaşama -dünyada mədəni siyasət strategiyasının
axtaniması problemidir.
-
Multikulturalizmə münasibət heç də birmənalı deyildir:
*bir tərəfdən o, tolerantlığın bir nümunəsi kimi qəbul
edilir;
*digər tərəfdən, bir sıra tədqiqatçılar isə öz araşdırmaları
nəticəsində belə qərara gəliblər ki, o, yüksək inkişaf etmiş
ölkələrdə mümkündür.
-
Multikulturalizm siyasəti yürüdülərkən:
*
bir tərəfdən mədəniyyətlərin azadlığı təmin edilsə də,
*əslində
dövlətin
əsas
məqsədi
mədəniyyətlərin
inteqrasiyasına nail olmaq,
*
vahid çətir altında monolit cəmiyyət qurmaqdır;
*
dövlət tam mənası ilə cəmiyyətə təsir nçaqlanndan özünü
məhrum etmir;
24
Multikulturalizm - fəlsəfi lüğət
*qeyri - hökumət təşkilatlan kimi dövlətin cəmiyyətə dolayı
təsir mexanizmlərinin fəaliyyəti belə olan halda genişlənir.
-
Dövlət öz maraqlarına uyğun dəyərlərin ictimai şüura
yeridilməsi üçün elə ictimayyətin nümayəndələrindən istifadə
edir:
*
Qərb dövlətləri öz maraqlanna uyğun dəyərlərinin zəif
ölkələrdə təbliğatı üçün bu üsuldan istifadə edirlər.
-
Multikulturalizm konsepsiyası ənənəvi olaraq bütün
millətlərin bir millət kimi birləşdiyi “əritmə putası” konsepsiyası
ilə qarşı laşdınlır.
-
Ən böyük “əritmə putası” hesab edilən ABŞ barədə əlavə
bir şey də qeyd etmək istərdik:
*
Avropanın beynəlxalq siyasəti üçün daha çox səciyyəvi
olan sosial təsir alətləri vardır - məsələn, bunlardan biri 60-cı
illərdə tətbiq edilmiş və yalnız bir nəsil üçün planlaşdmlmış, təhsil
müəssisələrinə və işə qəbul zamanı azlıqlara müəyyən imtiyazlar
verən affırmasiyadır {affirmation)\
*
bu proqramın tətbiq edilməsi səbəbi cəmiyyətdəki qeyri -
bərabərliyin afroamerikahların inkişaf tempinin ağdərili əhalidən
geri qalması və kiçik bir “sürətləndirmə”nin onlan ağlarla eyni
səviyyəyə çıxara bilməsi, bundan sonra layihənin dayandırıla
biləcəyi iddiasından irəli gəlirdi;
*hər şey gözlənilən qədər sadə olmadı, proqramın işində
sapmalar oldu;
*
bu gün - 60 ildən artıq bir vaxt keçdikdən sonra affırma-
siyanı nəinki ləğv etdilər, hətta fəaliyyət proqramı kimi daimi
konstant müəyyən edildi;
*bununla bərabər vəd edilən bərabərliyə nail olmaq heç cür
mümkün olmadı,
*
əksinə, nə qədər paradoksal olsa da, bu gün ağdərili əhali
daha əlverişsiz vəziyyətdədir;
*
bu proqram guya kömək etməyə yönəldiyi insanlar üçün
daha da təhqiredicidir, alçaldıcıdır;
25
Dostları ilə paylaş: |