Riyaziyyat 7-ci sinif



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə35/48
tarix02.01.2018
ölçüsü0,89 Mb.
#19161
1   ...   31   32   33   34   35   36   37   38   ...   48


Özünüzü yoxlayın
1.  Verilmiş ikihədlilərin kvadratını
çoxhədliyə çevirin: 
2.  Verilmiş ədədlərin kvadratını
ikhədlinin kvadratı düsturundan
istifadə edərək hesablayın: 
3.  İfadələri sadələşdirin: 
4.  x-in hansı qiymətində (4x – 1)
ikihədlisinin kvadratı (2x – 3)
ikihədlisinin kvadratının 4 mislindən
10 vahid böyükdür?
5.  Çoxhədliləri vuruqlarına ayırın: 
6.  (3a – b) ikihədlisinin hansı ifadələrlə
hasili aşağıdakı çoxhədliləri verər? 
7.  Nöqtələrin yerinə lazımi ifadələri
yazın: 
8.  c düz xətti a və b paralel düz xətlərini
kəsir. 
1.  daxili çarpaz bucaqların cəmi 156
olarsa,
2.  uyğun bucaqların cəmi 240  olarsa,
3.  xarici birtərəfli bucaqların fərqi 40
olarsa, bu düz xətlər arasında
əmələ gələn bucaqların dərəcə
ölçüsünü təyin edin.
9.  a || b olarsa, x-i tapın. 
10.  Kəsrlərin qiymətini tapın: 
11.  Tənlikləri həll edin: 
12.  a – b = 25, ab = 144 verilib, a və b
natural ədədlərdir. (a  – a )
ifadəsinin qiymətini tapın.
13.  Uyğun tərəfləri paralel olan iki
bucağın fərqi 48  olarsa, bu
bucaqların kvadratlarının fərqini
tapın.
14.  Uyğun tərəfləri perpendikulyar olan
bucaqlardan biri o birinin 2 
3 hissəsinə bərabər olarsa, bu
bucaqların dərəcə ölçülərinin cəminin
natamam kvadratını tapın.
0
0
0
3
3
0


V FƏSİL. TƏNLİKLƏR SİSTEMİ. ÜÇBUCAĞIN
TƏRƏFLƏRİ və BUCAQLARI. STATİSTİKA və
EHTİMAL
5.1. Funksiyanın verilməsi üsulları
FəaliyyətDüstur, cədvəl, qrafik
1.  Sabit kəmiyyət və ya dəyişən kəmiyyət dedikdə nə başa düşürsünüz? Havanın
temperaturu necə kəmiyyətdir? Bəs, çevrənin uzunluğunun onun diametrinə
olan nisbətini necə kəmiyyət adlandırarsınız: sabit və ya dəyişən? Fikirlərinizi
necə əsaslandırarsınız?
2.  y = 2x + 1 şəklində verilmiş bərabərlikdə dəyişənləri göstərin. x = 1 olduqda
y-in qiymətini təyin edin. Bəs, x = – 3 olarsa, y hansı qiyməti alar? Bu
dəyişənlərdən hansının asılı olmayan, hansının asılı dəyişən olduğunu söyləyin.
y = 2 x + 1 bərabərliyi funksiyanın hansı şəkildə verildiyini göstərir?
Fikirlərinizi söyləyin.
3.  Havanın temperaturunun həftə ərzində dəyişməsi cədvəl şəklində verilmişdir.
Həftə ərzində orta temperatur neçə dərəcə olmuşdur? Cümə günü havanın orta
temperaturunu cədvələ görə təyin edin.
4.  Gün ərzində temperaturun zamandan asılılığı daha əyani şəkildə çertyojla
verilib (şəkil 1).


Şəkilə görə təyin edin:
1.  saat 8-də temperatur neçə dərəcə olmuşdur?
2.  gün ərzində havanın temperaturu necə dəyişmişdir?
3.  ən yüksək və ən aşağı temperaturu təyin edin.
Temperatur və zaman arasındakı bu asılılığı funksiya adlandırmaq olarmı? 
5.  Yuxarıda verilmiş nümunələrdə funksiya hansı üsullarla verilmişdir? Sizcə,
verilmə üsullarından hansı daha əlverişlidir? Nə üçün? Cavabınızı əsaslandırın.


“Funksiya” riyaziyyatın əsas anlayışlarındandır. Onun verilməsində sabit və ya
dəyişən kəmiyyətlərdən istifadə edilir. Müxtəlif ədədi qiymət ala bilən kəmiyyətə
dəyişən kəmiyyət, yalnız bir ədədi qiymət ala bilən kəmiyyətə isə sabit kəmiyyət
deyilir. Məsələn, havanın temperaturu, avtomobilin sürəti, dəniz suyunun səviyyəsi və
s. dəyişən kəmiyyətlərdir. İlin fəsillərinin sayı, çevrənin uzunluğunun diametrinə olan
nisbəti və s. sabit kəmiyyətdir. Çox zaman hər hansı kəmiyyətin bir qiyməti digər
kəmiyyətin də müəyyən qayda ilə ona uyğun hər hansı qiymət almasına səbəb olur.
Onda ikinci dəyişən kəmiyyət birincidən asılı olur. Birinci dəyişənə sərbəst (asılı
olmayan), ikinci dəyişənə isə asılı dəyişən deyilir.
Sərbəst dəyişənə arqument, asılı dəyişənə isə onun funksiyası deyilir.
Arqumentin ala biləcəyi qiymətlər çoxluğuna funksiyanın təyin oblastı deyilir.
Arqumentdən asılı olaraq funksiyanın aldığı qiymətlər çoxluğuna isə onun qiymətlər
çoxluğu deyilir.
Funksiya ümumi şəkildə y = f (x) kimi işarə olunur. Burada x – arqument, f (x) isə
funksiyadır.
1.  Funksiya analitik üsulla (düsturla) verilə bilər. 
Məsələn, y(x) = x  + 1 və ya y = x  + 1 x = 3 olduqda, y(3) = 3  + 1= 10 olur. y
= 2 olduqda x = 1 və ya x = – 1 olar.
2.  Funksiya cədvəl şəklində verilə bilər. Məsələn: 
Cədvələ əsasən deyə bilərik ki, x = – 3 olduqda, y = 2 olur. x = 1 olduqda, y = 2
olar. Bu cədvəl x-in – 3; – 1; 0; 1; 2; 3 tam qiymətləri üçün hər hansı funksiyanın
qiymətlər cədvəlidir.
2
2
2


3.  Funksiya qrafik şəklində verilə bilər. Funksional asılılığı əyani şəkildə təsvir
etmək üçün qrafikdən istifadə edilir. 
Yuxarıdakı cədvəldə verilmiş koordinatlar cütünü koordinat sistemində qeyd edin
və onları ardıcıl olaraq xətlə birləşdirin. 
Qrafikə əsasən, məsələn, x = 1 olduqda, y = 2 qiymətini aldığını demək olar
(şəkil 2).


Çalışmalar
1.  Verilmiş ifadələri oxuyun, arqumenti (asılı olmayan dəyişəni) və funksiyanı (asılı
dəyişəni) göstərin. 
2.  x dəyişəninin – 2; – 1; 0; 1; 2 qiymətlərində y-in qiymətini hesablayın.
3.  Funksiya y (x) = 2x –1 düsturu ilə verilib.
1.  x-in 10; – 4,5; 15; – 21 qiymətlərində y-in qiymətini hesablayın. x və y-in
qiymətləri arasında uyğunluğu oxla göstərin.
2.  y-in – 19; 205; −31 
2-ə bərabər qiymətlərində x dəyişəni hansı qiymətləri alar?
4.  x və y dəyişənləri arasında aşağıdakı uyğunluq (şəkil 3 a, b) verilmişdir. Bu
uyğunluğu düsturla verin.
 
5.  Funksiya f(x) = 1 
3 (2x +1) düsturu ilə verilmişdir
1.  f(3), f(– 12), f(2, 1) yazılışları nəyi bildirir? Onları tapmaq üçün f (x)-in
verilmiş düsturunda x-in yerinə hansı qiymətləri yazmaq lazımdır?
2.  f(x) = 0; f(x) = 2,4; f(x) = – 0,9 bərabərliklərinə görə x-i tapın.
6.  Funksiya p (x) = 2 – 5x  düsturu ilə verilmişdir. Aşağıdakı bərabərliklərdən doğru
olanları müəyyən edin.
2


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə