Riyaziyyat 7-ci sinif



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə36/48
tarix02.01.2018
ölçüsü0,89 Mb.
#19161
1   ...   32   33   34   35   36   37   38   39   ...   48


7.  Aşağıdakı cədvəl ρ atmosfer təzyiqinin h dəniz səviyyəsi hündürlüyündən asılılığını
göstərir. 
1.  1 km, 3 km, 5 km, 10 km hündürlükdəki atmosfer təzyiqini təyin edin.
2.  Atmosfer təzyiqi dəniz səviyyəsindən hansı hündürlükdə 760,0 mm civə süt.,
674,0 mm civə süt., 40,9 mm civə süt.-na bərabərdir?
8.  Cədvəli tamamlayın və alınmış koordinatlar cütünü düzbucaqlı koordinat
sistemində qeyd edərək alınan nöqtələri ardıcıl birləşdirib qrafik qurun. Hansı
fiquru aldınız? Nöqtələrin koordinatları arasında hansı asılılığın olduğunu demək
olar? 
9.  Şəkil 4-də günün uzunluğunun ilin fəsillərindən asılı olaraq dəyişməsi qrafiki
verilmişdir. Ordinat oxu üzərində hər ayın 1-i üçün günün uzunluğu, absis oxu
üzərində isə hər ayın nömrəsi göstərilmişdir. 
1.  Hansı ayın 1-də günün uzunluğu 10 saat, 700 dəq., 850 dəq. olmuşdur?
2.  İlin hansı fəslində günün uzunluğu 700 dəqiqədən çox, 10 saatdan az olmuşdur?
3.  Yanvarın, martın, mayın, iyulun, oktyabrın 1-i üçün günün uzunluğu neçə saat
olub?
9.  y(x) funksiyasının qrafiki (şəkil 5) verilmişdir. Qrafikə görə təyin edin:


1.  y (0), y (2), y (4), y (– 1) qiymətlərini tapın.
2.  x-in hansı qiymətində funksiya 1, 2, 0 qiymətlərini alır?
3.  x-in elə bir neçə qiymətlərini deyin ki, həmin qiymətlərdə y müsbət işarəyə malik
olsun.
4.  x-in elə bir neçə qiymətini deyin ki, həmin qiymətlərdə y mənfi işarəyə malik
olsun.
5.  x-in elə bir neçə qiymətini deyin ki, həmin qiymətlərdə y sıfıra bərabər olsun.
6.  (2; 0); (4; 1); (0; 1); (0; – 1); (– 1; 0) nöqtələrindən hansı verilmiş qrafikə aiddir?
Nə üçün?


5.2. Xətti funksiya və onun qrafiki
Fəaliyyəty = kx + b
Nümunə
1.  y = 2x + 1 funksiyasının qrafikini quraq.
2.  x-ə bir neçə qiymət verərək y-i təyin edin. Arqumentin (x-in) və funksiyanın (y-in)
qiymətlərini cədvələ yerləşdirək.
Verilmiş k və b ədədləri üçün y = kx + b düsturu ilə verilən funksiyaya xətti funksiya
deyilir. b = 0 olduqda 
y = kx olar ki, bu düz mütənasib asılılığın düsturudur. k = 0 olduqda y = b olar ki, belə
funksiyalar sabit funksiya adlanır.
Xətti funksiyanın qrafiki düz xətdir. Burada k düz xəttin bucaq əmsalı adlanır. k < 0
olduqda düz xətt OX oxunun müsbət istiqaməti ilə kor bucaq, k > 0 olduqda isə iti
bucaq əmələ gətirir.
x-in yerinə istənilən ədəd yazaraq onu verilmiş k ədədinə vurduqda və nəticəni
verilmiş b ədədi ilə topladıqda müəyyən ədəd alınır, deməli, xətti funksiyanın təyin
oblastı bütün ədədlər çoxluğudur.
İxtiyari x ədədi üçün kx +b ifadəsinin qiyməti də ixtiyari ədəd olduğundan, y = kx + b
funksiyasının qiymətlər çoxluğu da bütün ədədlər çoxluğudur.
1.  y = – 3x + 2 düsturu ilə verilmiş funksiyada x hansı qiymətləri ala bilər? Bəs y-
in ala biləcəyi qiymətlər haqqında nə demək olar?
2.  x-ə qiymətlər verərək düstura əsasən y-i təyin edin və cədvəl şəklində yazın.
3.  Düzbucaqlı koordinat sistemi qurun. Cədvəldə verilmiş koordinatlara uyğun
nöqtələri düzbucaqlı koordinat sistemində qeyd edin. Alınmış nöqtələri ardıcıl
birləşdirin. Hansı fiquru aldınız? Həmin qrafiki qurmaq üçün iki nöqtənin
koordinatlarını bilmək kifayət edərdimi? Nə üçün? Cavabınızı əsaslandırın.
Verilmiş koordinatlar cütünə
uyğun nöqtələri düzbucaqlı
koordinat sistemində qeyd edək.
Alınmış nöqtələri ardıcıl
birləşdirək. Alınan qrafik düz
xətdir. Bu düz xətt OX oxunun
müsbət istiqaməti ilə iti bucaq
əmələ gətirir (şəkil 1).
Qeyd. İki nöqtədən bir düz xətt
keçirmək mümkün olduğuna
görə cədvəl tərtib edərkən x-ə
iki qiymət vermək kifayət edir.


Çalışmalar
1.  (şifahi) Aşağıdakı düsturla verilmiş funksiyalardan hansılar xətti funksiyadır? Nə
üçün? Hər bir xətti funksiyada k və b-ni təyin edin. 
2.  Cədvəldə verilmiş koordinatlara uyğun nöqtələri düzbucaqlı koordinat sistemində
qeyd edərək ardıcıl birləşdirin. Alınan qrafik hansı fiqurdur? Bu qrafiklərə uyğun
funksiyaları düsturla necə vermək olar? k-nın qiymətini müəyyən edin. 
3. 
1.  Düzbucaqlı koordinat sistemində absisi 6 olan nöqtələr hansı fiquru əmələ
gətirir? Bu halda alınmış düz xətti hansı düsturla vermək olar?
2.  y = – 3 sabit funksiyasının qrafikinə aid olan nöqtələr hansı fiquru əmələ gətirir?
3.  Bir neçə sabit funksiya yazın və onların qrafikini qurun. Bu qrafiklərin OX və OY
oxları ilə qarşılıqlı vəziyyətlərini müəyyən edin.
4.  Düsturla verilmiş funksiyalara uyğun qiymətlər cədvəli tərtib edin və qrafiki qurun.
Bu funksiyaların qrafiki hansı fiqurdur? Xətti funksiyanın qrafikini qurmaq üçün ən
az neçə nöqtənin koordinatını bilmək kifayətdir? Nə üçün? 
5.  Samir və Nail y(x) = 2x + 3 düsturu ilə verilmiş funksiyanın qrafikini qurdular.
Samirin çəkdiyi düzbucaqlı koordinat sistemində absis və ordinat oxları üzərində
seçilmiş vahid parça bir dama, Nailin çəkdiyi koordinat sistemində isə absis və
ordinat oxları üzərində seçilmiş vahid parça iki dama idi. Onların qurduqları qrafik
nə ilə fərqlənər? Parta yoldaşınızla birlikdə siz də qrafikləri onlar kimi quraraq
aşağıdakıları təyin edin, aldığınız nəticələri müzakirə edin: 


6.  y = x + 2 funksiyasının qrafikini qurun. Qrafikə əsasən M(0; 2), N(1; 3), 
A(–1; 1), B(– 4,7; – 2,7), C   -21 
2 ; 1 
2   nöqtələrinin həmin qrafikin üzərində yerləşib yerləşmədiyini müəyyən edin.
Qrafik qurmadan bu nöqtələrin y = x + 2 funksiyasının qrafikinə aid olub-
olmadığını necə müəyyən etmək olar?
7.  y = 2x − 1 
3 funksiyasının qrafikinin A   0 ; - 1 
3   , B(1; – 2),   1 
3 ; 1 
3   , D(2;3) 
nöqtələrinin hansından keçdiyini qurma aparmadan müəyyən edin.
8.  y = – 0,5x – 2 funksiyasının qrafikini qurun və onun üzərində x-in elə qiymətlərini
göstərin ki, həmin qiymətlərdə y müsbət və ya mənfi işarəyə malik olsun. Bu düz
xəttin üzərində a) absisi müsbət, ordinatı mənfi işarəyə malik olan; b) absisi
mənfi, ordinatı müsbət işarəyə malik olan; c) absisi və ordinatı mənfi işarəyə
malik olan; ç) absisi və ordinatı müsbət işarəyə malik olan bir neçə nöqtə göstərin
(əgər varsa). Qrafikin hansı rüblərdə yerləşdiyini söyləyin.
9.  Şəkil 2-də verilmiş qrafiklərə əsasən x və y dəyişənlərinin qiymətlər cədvəlini
tərtib edin və funksiyanın düsturunu verin. Hər bir hal üçün qrafiklər OX oxunun
müsbət istiqaməti ilə necə bucaq əmələ gətirir? 
10.  Fərid düzbucaqlı koordinat sistemində verilmiş aralıqlarda sabit funksiyaların
qrafiklərini qurdu və hər hansı fiqur aldı. Həmin fiqurun perimetrinin 20 sm
olduğunu müəyyən etdi. Fəridin çəkdiyi fiquru siz də çəkin və perimetrin düzgün
tapıldığını müəyyən edin.
1) x dəyişəni – 3 və 3 arasında olduqda, y = – 2; 
2) y dəyişəni – 2 və 2 arasında olduqda, x = 3; 
3) x dəyişəni – 3 və 3 arasında olduqda, y = 2; 
4) y dəyişəni – 2 və 2 arasında olduqda, x = – 3.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə