Riyaziyyat 7-ci sinif



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə39/48
tarix02.01.2018
ölçüsü0,89 Mb.
#19161
1   ...   35   36   37   38   39   40   41   42   ...   48

Çalışmalar
1.  0° C = 32° F; 37°C = 98,6° F və 100° C = 212° F bərabərliklərinin doğruluğunu
düsturdan istifadə etməklə yoxlayın.
2.  Termometr vasitəsilə sinif otağında və ya evdə havanın temperaturunun neçə
Farengeyt olduğunu təyin edin.
3.  Aşağıda verilmiş dərəcələrin Farengeyt qiymətini müəyyən edin. 
4.  Aşağıda verilmiş dərəcələrin Selsi qiymətini müəyyən edin. 
5.  Yanvar ayında Azərbaycanın bəzi şəhər və rayonlarında havanın temperaturu
aşağıdakı cədvəldə verilmişdir. Cədvəli tamamlayın. 
6.  Namiq suyunun temperaturu 20° C və 30° C arasında olan açıq hovuzda arxası
üstə üzməyi xoşlayır. Əgər suyun temperaturu Farengeytlə 120° F olarsa, Namiq
bu hovuzda üzəcəkmi? Namiqin hovuza girməsi üçün suyun temperaturu ən çox və
ən az neçə ° F olmalı idi?
7.  Qlobal istiləşmə üzrə araşdırmalara əsasən alimlər proqnozlaşdırırlar ki, növbəti
60-70 il ərzində orta temperatur 4° F və 9° F arta bilər. Bu o deməkdir ki,
məsələn, yanvar ayı üçün orta temperatur 65° F əvəzinə 69° F-dən 74° F-ə qədər
çata bilər. Yanvar ayı üçün proqnozlaşdırılan orta temperatur neçə dərəcə
Selsidir?
8. 
Praktik iş:
 Sinif şagirdləri 3 qrupa bölünür. Hər qrup jurnallardan və ya internet
səhifələrindən sevdikləri idman növlərinə aid şəkilləri əldə edərək dəftər vərəqinə
yapışdırır. Seçilən idman növünün keçirildiyi hava şəraitinə uyğun temperaturu
dərəcə Selsi ilə şəklin altında yazırlar. Hər qrup öz işini qonşu qrupa ötürür və
dərəcə Selsini Farengeytə çevirmə tapşırığını verir. Sonra hər qrup öz şəklinə
uyğun cavabların doğruluğunu yoxlayır.
9.  Kalkulyator vasitəsilə Selsinin Farengeytə və ya Farengeytin Selsiyə çevrilməsi
aşağıdakı kimi aparılır: 
 
Kalkulyator vasitəsilə bərabərlikləri tamamlayın. 
a) 32° C = ? F;       b) 70° C = ? F;       c) 99° F = ? C;       ç) 159° F = ? C.


5.7. İkidəyişənli xətti tənlik və onun qrafiki
Fəaliyyətax + by = c
Verilmiş a, b və c ədədləri üçün ax + by = c şəklində olan tənliyə ikidəyişənli xətti
tənlik deyilir. Burada x və y dəyişənlərdir. 
Məsələn, 2x – 3y = 5 tənliyində a = 2, b = – 3, c = 5-dir. 
Dəyişənlərin ikidəyişənli xətti tənliyi doğru bərabərliyə çevirən qiymətləri cütünə
həmin tənliyin kökü deyilir. 
Həlləri çoxluğu eyni olan tənliklərə eynigüclü tənliklər deyilir.
Xassə 1.
 Tənlikdə bərabərliyin hər iki tərəfinə eyni bir ədədi əlavə etdikdə və ya
çıxdıqda 
onunla eynigüclü tənlik alınar.
Xassə 2.
 Tənlikdə bərabərliyin hər iki tərəfini sıfırdan fərqli eyni bir ədədə vurduqda
və ya 
böldükdə onunla eynigüclü tənlik alınar.
Nümunə
Misal 1. 5x – 2y = 8 tənliyində y dəyişənini x ilə ifadə edin. 
Həlli: Bərabərliyin hər iki tərəfindən 5x çıxaq: 
5x – 2y – 5x = 8 – 5x. 
– 2y = 8 – 5x bərabərliyinin hər iki tərəfini (– 2)-yə bölək: y = – 4 + 2,5x bu
bərabərlik y-in x-lə ifadəsidir. 
Xassə 1 və 2-yə görə 5x – 2y = 8 və y = – 4 + 2,5x tənlikləri eynigüclüdür. 
Misal 2. 5x – 2y = 8 tənliyində x dəyişənini y ilə ifadə edin. 
Həlli: Bərabərliyin hər iki tərəfinə 2y əlavə edək: 
5x – 2y + 2y = 8 + 2y 
5x = 8 + 2y bu bərabərliyin hər iki tərəfini 5-ə bölək: 
x = 8+2y 
5 ve ya x = 8 
5 + 2y 
5 tənlikləri eynigüclüdür. 
Misal 3. 5x – 2y = 8 tənliyinin kökü hansı ədədlər cütüdür? 
Həlli: 5x – 2y = 8 tənliyində x = 1 olarsa, 5∙1 – 2y = 8 və y = – 1,5 olar. Deməli, (1; –
1,5) cütü 5x – 2y = 8 tənliyinin köküdür. 
x-in hər bir qiymətinə y-in bir qiyməti uyğun olduğuna görə tənliyi doğru bərabərliyə
çevirən istənilən (x; y) cütü tənliyin köküdür.
1.  y = – 3x + 2 düsturu ilə verilmiş bərabərliyin hər tərəfinə 3x birhədlisini əlavə
edin. Hansı bərabərliyi aldınız? Bu bərabərlikdə neçə dəyişən iştirak edir?
2.  3x + y = 2 tənliyini necə adlandırardınız? Bu tənlikdə x = 0 olarsa, y hansı
qiyməti alar? Bəs y = – 4 olarsa, x dəyişəni hansı qiyməti alar?


Fəaliyyət
Koordinat müstəvisində koordinatları ax + by = c tənliyinin kökü olan nöqtələr
çoxluğunun əmələ gətirdiyi düz xəttə bu tənliyin qrafiki deyilir.
ax + by = c ikidəyişənli xətti tənliyində 
1.  a və b əmsallarından, heç olmasa, biri sıfırdan fərqli olarsa, onun qrafiki düz xətdir.
2.  a = b = 0, c ≠ 0 olarsa, tənliyin kökü olmaz. Bu halda onun kökü boş çoxluqdur.
3.  a = b = c = 0 olarsa, koordinat müstəvisinin istənilən nöqtəsinin koordinatları
tənliyin kökü olduğuna görə onun kökü bütün nöqtələr çoxluğudur.
Çalışmalar
1.  ax + by = с tənliyində x və y dəyişənlərini m və n dəyişənləri ilə əvəz edin. Hansı
tənliyi alarsınız? Bu halda alınmış tənlik ikidəyişənli xətti tənlikdirmi? Dəyişənlərin
digər hərflərlə işarə edilməsi məna kəsb edirmi?
2. 
1.  Verilmiş tənliklər ikidəyişənli xətti tənliklərdirmi? 
 
Tənliklərdən bəzilərinin nə üçün ikidəyişənli xətti tənlik olmamasının səbəbini
izah edin.
2.  Cədvəldən seçdiyiniz ikidəyişənli xətti tənliklərdə a, b və c əmsallarını göstərin.
3.  x və y dəyişənlərinin qiymətləri cədvəldə verilmişdir. 
 
Onlardan hansı cütü a) 2x + y = – 5;          b) x + 3y = – 5 tənliyinin köküdür?
1.  ax + by = c tənliyində a = 0 olarsa, tənlik hansı şəklə düşər? Alınan tənlikdə 
b = 3 və c = 6 qəbul edin. y-i təyin edin və qrafiki qurun.
2.  ax + by = c tənliyində b = 0 olarsa, tənlik hansı şəklə düşər? Alınan tənlikdə 
a = – 2 və c = 4 qəbul edin. x-i təyin edin və qrafiki qurun.
3.  ax + by = c tənliyində a = 0 və b = 0 olarsa, tənlik hansı şəklə düşər? 
0 = c bərabərliyi nə zaman doğru olar? Məsələn, 0 = 5 bərabərliyi nəyi bildirir?
Cavabınızı əsaslandırın.
4.  ax + by = c tənliyində y-i x-lə ifadə edin. a = 2, b = 1, c = 3 olduqda xətti
funksiya hansı şəklə düşər? Onun qrafikini qurun.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə