Riyaziyyat 7-ci sinif



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə47/48
tarix02.01.2018
ölçüsü0,89 Mb.
#19161
1   ...   40   41   42   43   44   45   46   47   48

təcrübənin nəticəsi cədvələ yazılıb. Buradan hansı məlumatı əldə etmək olar?
Şəkildəki cismin həcmi nə qədərdir?


Cədvəl 1
5.18. Məlumatın təqdim edilməsi. Diaqram, histoqram, qrafik
Çalışmalar
1.  Səməd Qubada yaşayır və onun alma bağında 20 ağac var. Payızda Səməd
bağındakı alma ağaclarından aşağıdakı kütlədə məhsul götürdü: 
 
Nümunəyə görə cədvəl 1-i tamamlayın və suallara cavab verin. 
 
1) Məhsulunun kütləsi: a) 100 kq-dan az olan; b) 120 kq-dan az olan neçə ağac
var? 
2) Kütləsi 90 kq-dan az olan ağaclar bütün ağacların neçə faizini təşkil edir? 
Üçüncü sütunun nəticələrinə əsasən histoqram qurun.
2.  Cədvəl 2-də fəhlələrin iş vaxtı verilmişdir.
1.  İş vaxtı 2 saatdan az olan fəhlələrin sayı neçədir?
2.  İş vaxtı 5 saatdan çox olan fəhlələrin sayı neçədir?
3.  Cədvələ əsasən qrafik qurun. Bunun üçün absis oxu zamanı, ordinat oxu


isə fəhlələrin sayını əks etdirən düzbucaqlı koordinat sistemi çəkin və
orada qurulmuş nöqtələri ardıcıl əyri ilə birləşdirin.
Qrafikə əsasən fikirlərinizi söyləyin.


3.  Məktəbə gələn VII sinif şagirdləri müxtəlif nəqliyyat növündən istifadə edirlər.
Onların sayı cədvəl 3-də verildiyi kimi paylanmışdır. Bu cədvələ əsasən suallara
cavab verin və ikinci sütunda verilənləri sütunlu diaqram şəklində, üçüncü sütunda
verilənləri qrafik şəklində təsvir edin.
1.  Avtobus və minik avtomobilindən istifadə edən şagirdlər bütün şagirdlərin neçə
faizini təşkil edir?
2.  Metro və qatardan istifadə edənlər avtobusdan istifadə edən şagirdlərin neçə
faizidir?
4.  Aşağıda Azərbaycan və Hindistan əhalisinin yaş paylanması sütunlu diaqramla
təsvir edilmişdir. 
 
1.  Bu histoqramlardan hansı Azərbaycanın, hansı Hindistanın əhalisinin yaş
paylanmasının təsviri ola bilər? Cavabınızı əsaslandırın (uzunömürlülüyə görə).
2.  Azərbaycan əhalisinin əksəriyyətini hansı yaş qrupu təşkil edir?
3.  Hindistan əhalisinin əksəriyyətini hansı yaş qrupu təşkil edir?
4.  Hər ölkənin əhalisinin 50%-indən çoxu hansı ardıcıl iki yaş qrupunu əhatə edir?
5.  Ümumi Daxili Məhsul (ÜDM) bir ölkənin sərhədləri çərçivəsində müəyyən bir
müddət ərzində ixrac, dövlətdaxili istifadə və ehtiyat üçün istehsal olunan son
məhsulların və xidmətlərin toplam dəyəridir. Adambaşına düşən ÜDM ölkədə
yaşayan insanların həyat səviyyəsinin əsas göstəricilərindən biri kimi qəbul edilir. 
Şəkil 1-də verilmiş qrafikdə Azərbaycan Respublikasında 1992-ci ildən 2008-ci ilə
qədər ÜDM-n dəyəri təsvir edilmişdir. Qrafikə əsasən hansı məlumatları almaq


olar? Suallara cavab verin, nəticəni necə əldə etdiyinizi izah edin.


1.  2007-ci ildə ÜDM nə qədər olmuşdur?
2.  2002-ci ildə olan ÜDM 1992-ci ildəki ÜDM-dən nə qədər fərqlənir?
3.  2006-cı ildə olan ÜDM 1995-ci ildəki ÜDM-dən nə qədər çox olmuşdur?
6.  Şəkil 2-də gün ərzində havanın temperaturunun dəyişməsi qrafiki verilmişdir. 
 
Gün ərzində olan ən yüksək temperaturla ən aşağı temperaturun neçə dərəcə
Selsi olduğunu aydınlaşdırın.
7.  İmtahan verən 50 tələbənin topladığı ballar əsasında məlum olub ki, onların heç
biri 450-dən az bal toplamayıb. Bu məlumatın cədvəlini qurmaq üçün intervallar
aşağıdakı kimi seçilib: [450, 500), [500, 550),…, [650, 700]. Əgər 12 tələbənin
balı [450, 500), 16 tələbənin balı [500, 550) intervalına, 10 tələbənin balı [550,
600) intervalına, 8 tələbənin balı [600, 650) intervalına düşübsə, onda:
1.  500-dən az bal toplayan tələbələr neçə faizdir?
2.  [500, 550) yarımintervalına düşən tələbələr neçə faizdir?
3.  550-dən az bal toplayan tələbələr neçə faizdir?
4.  700-dən az bal toplayan tələbələr neçə faizdir?


8.  Şagirdin həftəlik dərs oxumağa sərf etdiyi vaxt xətti diaqramla verilmişdir. Onun
cüt günlərdə dərsə sərf etdiyi müddət həftəlik dərsə sərf etdiyi müddətin hansı
hissəsini təşkil edir?


Dairəvi diaqramın qurulması: 
Hazırlıq mərhələsi:
1.  Verilənlərin cəmi tapılır.
2.  Cəmə daxil olan hər ədədin cəmin hansı hissəsini təşkil etdiyi müəyyən edilir.
3.  Hər hissəyə uyğun mərkəzi bucaq təyin edilir (bunun üçün 360°-ni hissə göstərən
ədədə vurun).
Qurma mərhələsi: 
1. Hər hansı radisua malik dairə çəkilir. 
2. Mərkəzi bucaqlar qurulur (transportirlə). 
3. Hər mərkəzi bucağa uyğun sektor müxtəlif rənglərlə rənglənir. 
4. Əlavə olaraq hər rəngin nəyə uyğun olduğu qeyd edilir.
Nümunə
2011-ci ildə Azərbaycanın şəhər və kənd əhalisinin sayı cədvəldəki kimi verilmişdir: 
Hazırlıq mərhələsi: 
1.  Azərbaycan əhalisi (şəhər və kənd əhalisinin cəmi) 9 mln. 306 min nəfər
olmuşdur.
2.  Şəhər əhalisi: 4 mln. 990 min : 9 mln. 306 min ≈ 0,53; 
Kənd əhalisi: 4 mln. 316 min : 9 mln. 306 min ≈ 0,47.
3.  Hər hissəyə uyğun mərkəzi bucağı təyin edək: 
360 ∙ 0,53 ≈ 1910 və 360 ∙ 0,47 ≈1690
Qurma mərhələsi: 
1. Hər hansı radiusa malik dairə çəkin. 
2. 1910-li və 1690-li mərkəzi bucaqları qurun. 
3. Hər hissəni rəngləyin.
 


9.  Dünyadakı qitələrin sahəsini dairəvi diaqram şəklində təsvir edin. (Hesablamaları
kalkulyatorla yerinə yetirin.) 
 
10.  150 nəfər arasında aparılan araşdırma işə götürmə ilə bağlı müsahibədə
namizədlərin ən çox buraxdıqları ümumi səhvləri müəyyən edib. Nəticələr
aşağıdakı kimidir.
 
1.  Sütunlu və dairəvi diaqram, qrafik qurun.
2.  Bu məlumatı ən yaxşı təsvir edən diaqram hansıdır? Qrafik haqqında nə deyə
bilərsiniz?
11.  İdarələrdə istifadə olunan kompüterlərin antivirus proqramının olub-olmaması ilə
bağlı sorğu keçirilib. Aşağıda göstərilmiş cədvəldə sorğunun nəticələri faizlə
göstərilib: 
 
a) Sütunlu və dairəvi diaqram qurun. 
b) Bu diaqramların hansı verilmiş məlumatı daha dolğun təsvir edir?


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə