Riyaziyyat 7-ci sinif



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə41/48
tarix02.01.2018
ölçüsü0,89 Mb.
#19161
1   ...   37   38   39   40   41   42   43   44   ...   48

5.9. İkidəyişənli xətti tənliklər sisteminin əvəzetmə üsulu ilə həlli
Fəaliyyət
İkidəyişənli xətti tənliklər sistemini həll edərkən çox zaman əvəzetmə üsulundan
istifadə olunur. Əvəzetmə üsulu aşağıdakı ardıcıllığa uyğun yerinə yetirilir:
1.  Tənliklərin birində dəyişənlərdən biri digəri ilə ifadə edilir.
2.  Əvəz edilmiş dəyişənin qiyməti ikinci tənlikdə yerinə yazılır.
3.  Alınmış birdəyişənli xətti tənlik həll edilərək dəyişənin qiyməti tapılır.
4.  Tapılan dəyişənin qiyməti birinci tənlikdə (dəyişənin birinin digəri ilə ifadə edildiyi
tənlikdə) yerinə yazılır və ikinci dəyişənin qiyməti tapılır.
5.  Cavab cüt şəklində yazılır.
Nümunə
Misal 1: 
 
tənliklər sistemini əvəzetmə üsulu ilə həll edin. 
Həlli: Birinci tənlikdə y dəyişənini x ilə ifadə edək: y = 6 – 3x. Bu ifadəni ikinci tənlikdə
y-in yerinə yazaq: 2x + 3(6 – 3x) = 11. 
Tənliyi həll edərək x-i tapaq: 2x + 18 – 9x = 11, yəni x = 1. x dəyişənin alınan
qiymətini y = 6 – 3x ifadəsində yerinə yazaraq y-i tapaq: y = 6 – 3∙ 1 = 3. Beləliklə, x
= 1 və y = 3. Cavab: (1; 3) 
Yoxlanması: (1; 3) cütünü hər iki tənlikdə yerinə yazaraq bərabərliklərin doğru
olduğunu yoxlamaq olar: 3∙1 + 3 = 6 və 2∙1 + 3∙3 = 11.
1. 
 
kütlə vahidi qəbul edin və şəkildə verilmiş tərəzilərə əsasən
ikidəyişənli tənliklər yazın. Hansı tənlikləri aldınız? 
4.  Sonuncu tərəzinin hər tərəfindən 
 
daşı atın. Alınan tənliyi yazın. Burada y
dəyişəninin qiymətini müəyyən edin.
5.  y dəyişəninin alınmış qiymətini birinci və ya ikinci tənlikdə y-in yerinə yazın.
Alınmış tənlikdən x-i təyin edin. Cavabı (x; y) cütü şəklində yazın.
6.  Nəticəni necə əldə etdiyinizi izah edin. Bu üsulu necə adlandırmaq olar?
2.  İkinci tərəzidə hər tərəfdən 
 
daşı atın. Bu zaman
hansı tənliyi alarsınız?
3.  Birinci tərəzidə 
 
daşını 
 
və üç 
 
ilə
əvəz edin. Hansı tənliyi alarsınız? Bu
tənlikdə neçə dəyişən iştirak


Nümunə
Misal 2: 
 
tənliklər sistemini əvəzetmə üsulu ilə həll edin. Həlli: Birinci
tənlikdə x dəyişənini y ilə ifadə edək. Alınan tənliklər sistemi arasında implikasiya ⇒
işarəsi qoyulur (alınan hər tənliklər sistemi özündən əvvəlki ilə eynigüclüdür) 
Çalışmalar
1.  Verilmiş ikidəyişənli xətti tənliklərdə: 1) x dəyişənini y ilə, 2) y dəyişənini x ilə
ifadə edin. 
 
Hər tənlikdə hansı dəyişənin digəri ilə əvəz edilməsinin daha əlverişli olduğunu
izah edin. Cavabınızı əsaslandırın.
2.  Şəkilə əsasən ikidəyişənli xətti tənliklər yazın. Onları sistem şəklində yazaraq
qrafik üsulla və əvəzetmə üsulu ilə həll edin. Nəticənin doğru olduğuna əmin
olmaq üçün cavabınızı yoxlayın. 
 
Tənliklər sistemini əvəzetmə üsulu ilə həll edin (№ 3-№ 8)
3. 
4. 


5. 
6. 
7. 


8. 
9. 
 
tənliklər sisteminin həllər cütü absis oxu üzərində yerləşir.
m-i və tənliklər sisteminin kökünü müəyyən edin.


5.10. İkidəyişənli xətti tənliklər sisteminin toplama üsulu ilə həlli
Fəaliyyət
İkidəyişənli xətti tənliklər sistemini həll edərkən toplama üsulundan da istifadə
olunur. Toplama üsulu aşağıdakı ardıcıllığa uyğun yerinə yetirilir: 
1.  Sistemin tənliklərində hər hansı dəyişənin əmsalları əks ədədlərdirsə, tənliklər
tərəf-tərəfə toplanılır.
2.  Əgər tənliklərdə əmsalları əks ədədlər olan dəyişənlər iştirak etmirsə, tənliklər
sıfırdan fərqli elə ədədlərə vurulur ki, dəyişənlərdən birinin əmsalları əks ədədlər
olsun. Alınmış yeni sistemin tənlikləri tərəf-tərəfə toplanılır.
3.  Alınmış birdəyişənli xətti tənlik həll edilərək dəyişənin qiyməti tapılır.
4.  Tapılan dəyişənin qiyməti verilmiş sistemin tənliklərinin birində həmin dəyişənin
yerinə yazılır və ikinci dəyişənin qiyməti tapılır.
5.  Cavab cüt şəklində yazılır.
Nümunə
Misal 1: 
 
tənliklər sistemini toplama üsulu ilə həll edin. 
Həlli: Birinci tənliyin hər tərəfini 2-yə, ikinci tənliyin hər tərəfini 3-ə vuraq (və ya birinci
tənliyi 5-ə, ikinci tənliyi – 4-ə də vurmaq olar). 
1. 
 
qəbul edin və şəkildə verilmiş tərəzilərin vəziyyətinə əsasən
ikidəyişənli xətti tənliklər yazın. Hansı tənlikləri aldınız?
2.  İkinci tərəzinin sağ və sol tərəfinin yerini dəyişin: Bu zaman hansı tənliyi
alarsınız?
3.  I və III tərəzilərin eyni tərəfində olan daşları toplayın: Tərəzinin hər tərəfindən
eyni olan daşları atın. x-in qiyməti neçə oldu?
4.  x-ə uyğun daşları ikinci tərəzidə 
 
daşın yerinə qoyun. y dəyişəninə hansı
ədəd uyğun gəldi? (x; y) cavabını yazın.


Nümunə
Misal 2: 
 
tənliklər sistemini toplama üsulu ilə həll edin. 
Həlli: Birinci tənliyin hər tərəfini 2-yə, ikinci tənliyin hər tərəfini 3-ə vuraq (və ya birinci
tənliyi 5-ə, ikinci tənliyi – 4-ə də vurmaq olar). 
Çalışmalar
1.  Verilmiş ikidəyişənli xətti tənliklərin hər tərəfini: 1) 3-ə; 2) – 5-ə; 3) 1 
2 -ə; 4) 0,7-ə vuraraq onunla eynigüclü olan tənliyi yazın. 
2.  Verilmiş ikidəyişənli xətti tənliklərin sistemini qrafik üsulla və toplama üsulu ilə
həll edin. Nəticədə eyni ədədlər cütü aldınızmı? Nə üçün? 
3.  Tənliklər sistemini toplama üsulu ilə həll edin: 
4.  Sistemdəki hər tənliyi ax + by = c şəklində göstərin və toplama üsulu ilə həll
edin: 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə