Riyaziyyat 7-ci sinif



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə38/48
tarix02.01.2018
ölçüsü0,89 Mb.
#19161
1   ...   34   35   36   37   38   39   40   41   ...   48
    Bu səhifədəki naviqasiya:
  • Cavab

1.  Funksiyaların qrafiklərinin qarşılıqlı vəziyyətini müəyyən edin. 
2.  Cavid aşağıda verilmiş funksiyaların qrafiklərinin paralel olduğunu söyləyir. Sizcə,
Cavid haqlıdırmı? 
3.  Verilmiş qrafiklərin (şəkil 1) qurulmasında səhv varmı? Sizcə, bu qrafiklər necə
yerləşməli idi? Cavabınızı qurmanı düzgün yerinə yetirməklə əsaslandırın.
4.  Aşağıdakı funksiyaların qrafiklərini eyni düzbucaqlı koordinat sistemində qurun və
onların qarşılıqlı vəziyyətini müəyyən edin. Hər bir hal üçün k bucaq əmsallarını
müqayisə edin. 
 
Bucaq əmsalı müxtəlif olan düz xətlər hansı vəziyyətdə yerləşir? Bəs bucaq
əmsalları eyni olan düz xətlərin qarşılıqlı vəziyyəti haqqında nə deyə bilərsiniz?
5.  Verilmiş bərabərliklərdə ulduzun yerinə elə ədəd yazın ki, alınmış funksiyaların
qrafikləri: 
1) paralel olsun;       2) kəsişsin ;             3) üst-üstə düşsün (əgər mümkünsə).
6.  Verilmiş funksiyaların qrafiklərini qurun. Düz xətlərin kəsişmə nöqtəsinin
koordinatlarını təyin edin. 


5.5. Məsafə, zaman, sürət
Fəaliyyət s = υ t
s dəyişəninin qiyməti t və v dəyişəninin qiymətindən asılı olduğu üçün t-yə v-yə asılı
olmayan, s-ə isə asılı dəyişən deyilir.
s dəyişəninin t dəyişənindən asılılığı funksional asılılıq hesab edilir və s(t) kimi işarə
edilir (oxunuşu: es te).  s(t) = v ⋅ t
Çalışmalar
1.  Şəkil 1-də avtomobilin və avtobusun hərəkətinin qrafiki təsvir edilmişdir. Şəkildən
istifadə edərək suallara cavab verin. 
a) İlk 3 saat ərzində avtobus neçə kilometr yol qət etmişdir? Bəs avtomobil nə
1.  Qatar v km/saat sürətlə Bakıdan Mingəçevirə doğru hərəkət edir. Qatar t
saata neçə kilometr yol qət edər?
2.  Bakıdan Mingəçevirə qədər məsafəni s (km) ilə işarə edin. Qatarın getdiyi
yolun uzunluğunu hansı düsturla təyin etmək olar? Düsturu yazın.
3.  t = 0,5 saat; t = 2 saat; t = 2,5 saat olarsa, s məsafəsini həmin düstur
vasitəsilə hesablayın.
4.  Hərəkət zamanı s və t-nin qiyməti necə dəyişir? Sizcə, bu kəmiyyətlərdən
hansı asılı, hansı asılı olmayan kəmiyyətdir?


qədər yol  getmişdir? 
b) Dayanacağa qədər hər nəqliyyat vasitəsi nə qədər yol gedib? 
c) Dayanacağa qədər hər nəqliyyat vasitəsi neçə saat hərəkətdə olub?


ç) Dayanacağa qədər hər nəqliyyat vasitəsinin sürəti nə qədər olub? 
d) Hər avtomaşın dayanacaqda nə qədər dayanıb? 
e) Dayanacaqdan sonra avtobusun və avtomobilin sürəti nə qədər oldu?
2.  Piyada 3 km/saat sürətlə bərabərsürətli düzxətli hərəkət edir. Piyadanın getdiyi s
məsafəsini t ilə ifadə edin. Məsafənin vaxtdan asılılıq qrafikini qurun. Qrafikə görə
piyadanın 0,5 saata, 1 saata, 1 saat 30 dəqiqəyə getdiyi yolu təyin edin.
4.  A və B avtomobili eyni zamanda hərəkətə başladılar. Hərəkətin verilmiş qrafikinə
(şəkil 2) görə təyin edin:
1.  Avtomobillər hərəkətə başlayandan görüşənə kimi nə qədər vaxt keçmişdir?
2.  Hər avtomobilin görüşənə kimi qət etdiyi məsafə nə qədərdir?
c) Hərəkətə başlayanda avtomobillər arasında məsafə neçə kilometr olmuşdur? 
ç) Hər avtomobilin sürəti nə qədərdir?
4.  Şəkil 3-də piyadanın A məntəqəsindən B məntəqəsinə qədər olan hərəkət qrafiki
verilmişdir. Qrafikdən istifadə edərək aşağıdakıları müəyyən edin: 
a) B məntəqəsi A-dan hansı məsafədə yerləşir? 
b) Piyada hansı orta sürətlə hərəkət 
edir? 


c) Piyada B məntəqəsindən hansı məsafədə istirahət etmişdir? 
ç) İstirahət vaxtı nə qədər olmuşdur? 
d) Dayandıqdan nə qədər vaxt sonra piyada B məntəqəsinə çatmışdır? 
AC, CD və BD hissələrində s(t) məsafəsini düsturla verin.


Cavab: 77° F.
5.6. Temperaturun ölçülməsi
FəaliyyətSelsi ( °C ), Farengeyt ( °F )
Temperatur, əsasən, dərəcə Selsi (0°) ilə, bəzən isə Farengeyt (0°) ilə də ölçülür. Selsi
və Farengeyt temperaturları arasında əlaqə şəkil 1-də təsvir olunmuşdur.
Temperaturun bu iki ölçü vahidləri arasında əlaqə vardır: Selsini Farengeytə
çevirdikdə: F = 9 
5.C + 32 düsturundan, Farengeyti Selsiyə çevirdikdə: C = 5 
9. (F-32) düsturundan istifadə edilir.
İngiltərədə və Amerika Birləşmiş Ştatlarında temperaturu ölçmək üçün Farengeyt
şkalasından istifadə edilir. 
0° C=32° F, 100° C=212° F olduğu qəbul edilib. 
Farengeyt şkalasının hər bölgüsü 1°F = 1 
180 götürülür. Burada 180°F = 212°F – 32°F (suyun qaynama temperaturu ilə donma
temperaturunun fərqi). Farengeyt şkalası 1724-cü ildə alman fiziki Daniel Qabriel
Farengeyt tərəfindən təklif olunub.
Nümunə
Misal 1.  250 C-ni Farengeytə çevirin. 
Həlli: 
Selsini Farengeytə çevirmək üçün F = 9 
5 . C + 32 düsturundan istifadə edək: C = 25 
götürülür, F = 9 
5 . 25 + 32 = 77
1.  Temperatur hansı alətlə ölçülür? Bu alətdən necə istifadə edildiyi haqqında
bildiklərinizi deyin.
2.  Suyun donma və qaynama temperaturu neçə dərəcədir?
3.  İnsan bədəninin normal temperaturu neçə dərəcədir? İnsanın temperaturunu
ölçərkən termometr 39° C-ni göstərirsə, bu normal temperaturdan nə qədər
çoxdur?
4.  Havanın temperaturu necə ölçülür?


Cavab: 20° C.
Misal 2.  68° F-i Selsiyə çevirin. 
Həlli: 
Farengeyti Selsiyə çevirmək üçün C = 5 
9 . (F - 32) düsturundan Farengeyti Selsiyə 
çevirmək üçün C = 5 
9 . (F - 32) düsturundan istifadə edək: F = 68 götürülür, 
C = 5 
9 . (68-32)= 20


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə