Riyaziyyat 7-ci sinif



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə46/48
tarix02.01.2018
ölçüsü0,89 Mb.
#19161
1   ...   40   41   42   43   44   45   46   47   48

böyük olmalıdır: 
a) 16 + 5 < 12, birinci halda iki tərəfinin cəmi üçüncüdən kiçik olduğuna görə
bu parçalar hər hansı üçbucağın tərəfləri ola bilməz. 
b) 3,5 + 5,4 > 7 olduğu üçün bu parçalar üçbucağın tərəfləri ola bilər. 
c) 3 + 5 = 8 olduğu üçün bu parçalar üçbucağın tərəfləri ola bilməz.
Qeyd.
Üçbucaq bərabərsizliyinin ödəndiyini yoxlamaq üçün iki kiçik tərəfin cəminin
ən böyük üçüncü tərəfdən böyük olduğunu yoxlamaq kifayətdir.


Çalışmalar
1.  Cədvəldə üçüncü tərəfin uzunluğunu göstərən xanaya elə ədəd yazın ki, ABC
üçbucağını qurmaq a) mümkün olsun;      b) mümkün olmasın.
2.  Tərəfləri müxtəlif uzunluqlara malik a) düzbucaqlı üçbucaq, b) korbucaqlı üçbucaq
və c) itibucaqlı üçbucaq çəkin. Bu üçbucaqların istənilən iki tərəfinin uzunluqları
fərqini üçüncü tərəfin uzunluğu ilə müqayisə edin. Hansı nəticəni aldınız? Bu
nəticəni bərabərsizlik şəklində ifadə edin.
3.  Tərəflərinin uzunluqları açıq bucağın dərəcə ölçüsünün aşağıda verilmiş
hissələrinə bərabər olan üçbucaqlar qurmaq mümkündürmü (uzunluq vahidi
santimetrdir)? 
 
Əgər mümkündürsə, bu üçbucağın növünü müəyyən edin.
4.  Bərabəryanlı üçbucağın iki tərəfi: a) 7 sm və 15 sm; b) 6 dm və 30 sm; c) 120 mm
və 3 sm 2 mm olarsa, onun perimetrini tapın.
5.  Üçbucağın perimetri 145 sm-dir. Onun tərəflərindən birinin uzunluğu 8 dm 3 sm
ola bilərmi? Nə üçün? Cavabınızı əsaslandırın.
6.  a, b və c üçbucağın tərəfləridir. a = 3,17 sm, b = 0,75 sm, c natural ədəddir.
Üçbucağın perimetrini müəyyən edin.
7.  Şəkil 1-də ABCD dördbucaqlısı verilmişdir. AC parçasının uzunluğunun ABCD
dördbucaqlısının perimetrinin yarısından kiçik olduğunu isbat edin (şəkil 1).
8.  Üçbucağın a və b tərəflərinin uzunluğu 8 < a < 12, 10 < b < 15 şərtini ödəyir. Bu
üçbucağın üçüncü tərəfinin uzunluğu hansı ədədlər arasında yerləşər?
9.  Üçbucağın a, b və c tərəfləri 3,1 < a < 7,4; 8,2 < b < 13, 11 < c < 17,5 şərtini
ödəyir. Bu üçbucağın perimetri ən çox hansı natural ədəd ola bilər?
10.  AB = 3 sm, AC = 14 sm, DB = 5 sm və DC = 6 sm olduğu məlumdur. İsbat edin
ki, A, B, C və D nöqtələri bir düz xətt üzərində yerləşir.


5.17. Məlumatın toplanması üsulları
FəaliyyətSorğu, müşahidə, təcrübə
Statistika riyaziyyatın bir bölməsi olub, məlumatın işlənməsi və analiz edilməsi
yollarını öyrənir. Statistika məlumatın qərar vermək üçün istifadəyə yararlı hala
gəlməsini təmin edir. Qərarların verilməsi illərin bilik və təcrübəsinə əsaslanır. Hər
hansı qərarın verilməsi üçün lazımi məlumatın toplanması vacib amildir. Məlumat
müxtəlif mənbələrdən əldə edilir. Onlarla tanış olaq:
1. Şəxs və ya təşkilat tərəfindən yayılan informasiya – Bu məlumat mənbəyinə,
məsələn, Dövlət Statistika Komitəsinin, qəzet, jurnal, radio və televiziyanın verdiyi
xəbərləri göstərmək olar. 
2. Təcrübə (eksperiment) – Aparılan təcrübələr məlumatın toplanmasında əsas rol
oyanayan mənbələrdəndir. Məsələn, yuyucu tozları sınaqdan keçirməklə onlardan
hansının daha effektli olduğunu müəyyən etmək olar. 
3. Sorğu və ya müsahibə üsulu – Bu halda insanların müxtəlif fikirləri toplanır, bu
məlumatlar sonradan kodlaşdırılır, cədvəl şəklinə salınır və analiz üçün hazırlanır.
Sorğu yazılı və ya şifahi aparıla bilər. Müəyyən məlumatı əldə etmək məqsədlə tərtib
olunan sorğuda verilən suallar elə qurulmalıdır ki, onlara verilən cavablar lazımi
nəticəni çıxarmağa səbəb olsun. Müsahibə üzbəüz və ya telefonla aparılan sorğudur. 
4. Müşahidə – Bu halda araşdıran insan vəziyyəti təbii şəraitdə müşahidə edərək
qiymətləndirir. Bu üsul müəyyən zaman ərzində obyektin seyr edilməsidir.
Sorğu anketi
Mağazaya verdiyiniz sifariş neçə günə gəlib sizə
çatır?
______________________________________ 
Növbəti 1 il ərzində neçə manatlıq ev əşyası
almağı düşünürsünüz?
_________________________ 
Mağazada göstərilən xidmət sizi qane edirmi? 
Əla □    Yaxşı □    Orta □    Aşağı □   Çox aşağı 
Mağazadan alınan əşya sizi qane etdimi? 
Əla □    Yaxşı □    Orta □    Aşağı □    Çox aşağı 
Növbəti 1 il ərzində bu mağazadan nəsə almaq
istərdinizmi? 
Əla □    Yaxşı □    Orta □    Aşağı □    Çox aşağı
Sağ tərəfdə verilmiş sorğu anketini diqqətlə araşdırın. Anketi tərtib edən hansı növ
məlumatı toplamağı qarşısına məqsəd qoyub? Bu anketin nəticələrindən istifadə
edərək keyfiyyəti və xidməti necə artırmaq olar? Anketə hansı digər sualları daxil
etmək istərdiniz? Əlavələrinizi edərək onları yoldaşlarınızla müzakirə edin.


Müşahidənin hansı məqsədlə aparılması nəticənin düzgün çıxarılmasına səbəb olur.
Müşahidə duyğu üzvləri vasitəsilə aparılır.


Çalışmalar
1.  Sorğu anketində gəlir haqqında sual verilir. Bəzən bu sual “Sizin illik gəliriniz nə
qədərdir?“, bəzən isə “Gəlirinizin uyğun gəldiyi intervalı qeyd edin” kimi yazılır. 
a) Siz sorğu anketi düzəltmək istəsəniz hansı formaya üstünlük verərsiniz? 
b) Bu formalardan hansı sizə daha dəqiq məlumat verər? Cavabınızı izah edin.
2.  Son iki gün ərzində televiziya və ya radionun “Xəbərlər” proqramından hansı
məlumatı aldığınızı söyləyin. Hər hansı məlumatdan aldığınız nəticəni söyləyin.
3.  Mağazalar şəbəkəsinin direktoru paytaxtda sorğu apararaq işləyən qadınların alış-
veriş zamanı ay ərzində marketdə keçirdikləri vaxtı öyrənmək istəyir. 
a) Direktorun toplamaq istədiyi məlumatın mənbəyini müəyyən edin. 
b) Bu sorğu anketini elə tərtib edin ki, lazım olan məlumatı toplamağa kifayət
etsin.
4.  Üzərində bir neçə yarpaq olan zoğu kəsdilər və onu rəngli su olan qaba qoydular.
Bir neçə gündən sonra yarpaqların zoğlarının boyandığını müşahidə etdilər. Zoğu
əvvəl eninə, sonra isə uzununa kəsərək gördülər ki, rəngli su ancaq oduncaq olan
hissəni boyamışdır. Qabıq və özək boyanmamışdır. Bu təcrübə nəyi göstərir?
Torpaqdan sorulan su və mineral duzlar yarpaqlara, çiçək və meyvələrə gövdənin
hansı hissəsi vasitəsilə çatdırılır? Təcrübəni siz də aparın və nəticəni müşahidə
edin.
5.  Tarixi şəxsiyyətlər (Cavanşir, Babək, Yusif Əbu Sac, Şəmsəddin Eldəniz, İbrahim
Xəlilullah, Qara Yusif, Uzun Həsən) haqqında məlumat toplayın, onları oxşar və
fərqli cəhətlərinə görə təhlil edin.
6.  Hər bir şagird həftə ərzində ailədə istifadə edilən ərzağın kütləsi və dəyərini
müəyyən edərək büdcəyə uyğun ailənin tələbatlarının müəyyənləşdirilməsi
haqqında məlumat hazırlayır. Bu məlumatın toplanmasının hansı üsulla həyata
keçirildiyini izah edir.
8.  Xətti ölçüləri olmayan hər hansı cismin həcmini menzurka (ölçü silindri) vasitəsilə
ölçmək olur. Bunun üçün cisim müəyyən həcmli mayenin içinə salınır. Bu zaman
cismin sıxışdırıb çıxardığı mayenin həcmi cismin həcminə bərabər olur. Aparılan iki


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə