Sadiq bəY ƏFŞar şEİRLƏr baki 2010



Yüklə 396,44 Kb.
Pdf görüntüsü
səhifə11/14
tarix22.07.2018
ölçüsü396,44 Kb.
#58414
1   ...   6   7   8   9   10   11   12   13   14

42

Sındırır sərsəri əyyamü pərişan eylər.

Qorxuram kim, verə tufanə həyatım rəxtin,

Böylə kim, cövrimin didəmi giryan eylər.

Qorxuram cism ola badi-fəna həmsəfəri,

Böylə kim, ahi-dəmadəm yeli tüğyan eylər.

Kaş ki, tən qəfəsindin çıxa mürgi-nəfəsim,

Ç ün yerim cüğdsifət guşeyi-viran eylər.

Ey fələk, eyləmə çox cövr könül kişvərinə,

Həzər et böylə ki, dil naləvü əfğan eylər.

Mənşur naləsi ol bəhri-səxa səm'inə kim,

Rəyi-rövşən bilə hər müşkülün asan eylər.

Ol kərəmdir səxapişə ki, çün dəstü dili,

Xazəni-məxzəni-ənamına fərman eylər.

Bavücudi-kərəmi-bəhr ilə kan ol ikisin,

Bir kimin bəxşişi şərməndeyi-ehsan eylər.

Bir nomin əşcarın yürüdür sənə layiq,

Pərtövün təngi-kərəm, cigərin qan eylər.

Ol ki, gər tutsa bizə tərbiyəti-muri-zəif,

Əsəri-tərbiyəti muri Süleyman eylər.

Şahi-dərya dili-cəmca ki, çeşmi-bəd üçün,

Yoluna çərx həməl qoçini fərman eylər.

Təb'i-fazilə kim, söz suyinə verdi həyat,

İstəsə çeşmeyi-heyvanı süxəndan eylər.




43

Nəzəri cismə iksiri-bəqadır, nə əcəb,

Qara torpağı əgər çeşmeyi-heyvan eylər.

Gətür dirə hərimi-hərəmini şəm'i üçün,

Demə kim, şami-fələk şəm'ini pünhan eylər.

Div əgər busə edər rayiz əmrini qəbul,

Oturub məsnədi-izzətdə çü divan eylər.

Baxsa kəc həzmi-həsədpişə, əgər bəzmi barsa,

Həm onu edər baxışı kurü peşiman eylər.

Əzmi-meydan qılubən çıxsa səmənd üzrə fələk,

Bəbəyi ilə kuyi guy ilə çovgan eylər.

Ey sərəfrazi-fələk, rayinə qonmuş gərdun,

Eyləməz kim ki itaət, sana üsyan eylər.

Əridür xəsm cəfapişə yar qəzəbin

Kim, dürüşt olana aqça vəqtini suhan eylər.

Sərvəra, Sadiqi dəsti-cəfadən kərəmin,

Bir yari-lətif ilə tutarsa, nə nöqsan eylər.

Bəxşişün lütfilə qaldırmasa toprağdan onu,

Zə'f tale qara torpağ ilə yeksan eylər.

Tusəni-dövlət gər cilvəgər olsun, ya Rəb,

Ta səməndi-fələkün dəhrdə cövlan eylər.

* * *

QƏZƏLLƏR



44

Hər nəfəs gündin yədi-beyza edər izhar sübh,

Belədür dəvayi-ecaz etsə Musavar sübh.

Mehridin guya ki, bir xurşidvəş yüz göstərir

Kim, nisar eylər həzaran lölöyi-şəhvar sübh.

Guyiya gəlmiş kənarına ömrünün günü

Kim, qılır hər dəm əyan mundaq sarıq rüxsar

sübh.


Ta edə rövşən cəhan əhlinə dağ sinəsin,

Hər səhərgahını neyçün yakasın yırtar sübh?

Kəsrəti-şəbnəmlə olmuşdur libası cümlə yaş,

Günə qarşu hər dəm anınçun açar dəstar sübh.

Sadiqi, aldanma dəhrin zövqi-sübhü şamına

Kim, gedər besyar şamü həm gəlür besyar sübh.



* * *

Ağlamaqdan seyli-çeşmi-əşkbarım qalmadı,

Başa urmaqdan əlimdə ixtiyarım qalmadı.

Səndə yandırdı ahım etdigin ədəkləri,

Yandım onun üçün ki, bir dilsüvarım qalmadı.

Dərdmənd oldum qərari-çarə etdigin şükr üçün,

Ç arə qıl kim, vaqi bu dərdə qərarım qalmadı.

Tə'n eyləməyibdir min günün bietibar

Kim, yanında itcə etibarım qalmadı.

Xoşdiləm sinəndəki qatı xədəngi-zəxminə,




45

Meyli-gülgəştü həvayi-laləzarım qalmadı.

Bar idi cəm'iyyətim, eşqinlə də kim ruzigar,

Seylə verdi olduğum ol ruzigarım qalmadı.

Bəs ki, yaxdı, Sadiqi, ahım odu həmdəmləri,

Şəm tək yanımda bir dilsuz yarım qalmadı.



* * *

Dün urub vaşilə bən xəstədili şad etdün,

Yaxşı bardun ki, bozuq könlümü abad etdün.

Yox vəfa cövrü cəfadin bəni  məhrum etmə,

Ç ünki cövr ilə cəfayə bəni mötad etdün.

Verdin əğyar əlinə meylini, yıxdın evimi,

Dad əlindən sənin, ey şux, nə bünyad etdün?

Hər nəfəs sövti-vəfa birlə edirsən nalə,

Ey könül, ol səgi-kuyini məgər yad etdün?

Eylədün, Sadiqi, təndin xali cananə fəda,

Yaxşı vardun, bu qəfəsdən onu azad etdün.

* * *

Yardin kam istəmək eşq əhlinə düşvar imiş,

Aşiqə məşuqdən məqsud bir didar imiş.

Gözlərindin günimi aldım, öpərdüm ləlinə,

Bilməz idüm ol daği edən tiri-xunxar imiş.

Tə'n edə təsbih ilə zahid bənim zünnarimə,

Eylədüm biruluq ol daği birər yar imiş.

Abi-kövsərdin bəni asudə qıldı cami-mey,




46

Heç şək yoxdur ki, xiffətxanə xümmar imiş.

Deyərdim hicran ilə olsam daği vəsli-səmən,

Neyləyim ki, çareyi-dərd istəmək naçar imiş.

Qeyrə zari-eşqimi demişdilər, bildin, rəfiq,

Bilməz idüm kim, mənə yardan deyən əğyar imiş.

Nəqdi-can verdüm ki, ta aldum mətai-vəslini,

Sadiqi, bu eşq sevdası əcəb bazar imiş.



* * *

Driğa, dilbərim halım pərişan olduğun bilməz,

Könül quşun əsiri-dami-hicran olduğun bilməz.

Gəzər ləli xəyal ki, kor edə gah könlümdə,

Buların arəsində ol məgər qan olduğun bilməz.

Bizi aşiq dad iman yox, zahid oxur kafər,

Nə cahildür kim, kafəri iman olduğun bilməz.

Bəni hicran bilə öldürən əsiri-yar müşküldir,

Məgər yüz göstərüb öldürən asan olduğun bilməz.

Gəzər könlüm evin, istər ki, mehrin alələr təkəllümdən,

Behəmdüllah ki,  mehri canda pünhan olduğun

bilməz.


Ç əkibdür xəncərin bədgu söz ilə yar qılmaqçün,

Bəni bu öldürür ruzigar,  axır peşiman olduğun

bilməz.

Verür ləliyə nisbət Xızr suyin Sadiqi yarın,



Nə qafildür, onun əslini heyvan olduğun bilməz.


47

* * *

Müşk yolunda can tökən qəlb olması yəqinimdür,

Səvadi-cövhərimin xətti-lövhi cisminimdür.

Driga, heç kim qürbətdə bimar olduğum bilməz,

Bəla

həmsöhbətim, 



qəm

yarü


möhnət

həmnişinimdür.

Gözündən özgə yoxdur ağzıma süd əmizdirən,

Gözüm yaşım silən, dilim tutan yara sitəmimdür.

Nə yerdə olsa əğyar, eyləməz tərki-mülaqatın,

Yeridür gər desəm təri bu çeşmi-pakimdür.

Həlal et bənə söz sehrini, ey Sadiqiyi-dövran,

Deyəndən bərli canan şairi-əqrəbinimdir.



* * *

Yenə nə bərq idi kim, saldı eşq canımğa

Ki, tüşdü şəm kibi məğzi-üstüxanımğa.

Yenə nə seyl idi kim, yıxdı səbr bünyadın,

Gətürdi rəxneyi-qəm mülkü xanümanımğa.

Yenə nə şövq idi kim, kəsdi rişteyi-canım,

Buraxdı dami-bəla cismi-natəvanımğa.

Yenə nə gülbüni-vəsl idi kim, şüküftə bolub,

Bahar verdi xəzan bərli bustanımğa.

Yenə nə bərq idi, ey Sadiqi kim, oldu əyan

Ki, etdi şölə füzun atəşi-nihanımğa.



Yüklə 396,44 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə