Sadiq bəY ƏFŞar şEİRLƏr baki 2010



Yüklə 396,44 Kb.
Pdf görüntüsü
səhifə13/14
tarix22.07.2018
ölçüsü396,44 Kb.
#58414
1   ...   6   7   8   9   10   11   12   13   14

53

Bu gecə can təndə mehmandur mən ilən, ey rəfiq,

Bu gecə cananım da mehmanda bolğay kaş ki.

Çeşmə gərdə su yığub mənzil tutar, ey əksi-tən,

Mənzili bu çeşmlər yanımda bolğay kaş ki.

Ayrılıq dağı bilə yandı könüldin idi can,

Yanmaqdadır bu könül yanımda bolğay kaş ki.

Kaş bolğaydı qulağidə fəğanım birlə ah,

Ya qulağı ahü əfğanımda bolğay kaş ki.

Kərəmruluq göstərib qalmışam birun,

Bu rəviş birəhm sultanımda bolğay kaş ki.

Sadiqi, əvvəl qədəm qoyma fəqir bu viranə,

Mənzilim dərgahi-cananımda bolğay kaş ki.

* * *

Qalmağay erdi bu aləmdə məhəbbət kaş ki,

Tuşkey erdivü berdin rəsmi-müvəddət kaş ki.

Ç ün əlif tək vahid olmaqdur cəhandin aqibət,

Tutmağay erdi kişi hiç kimlə ülfət kaş ki.

Bilməs ermişlər kişi qədrin vətən əbnası çün,

Tutğay erdi damənimni xaki-qürbət kaş ki.

Dersən, ey naseh ki, məndin tut nəsihət, aqil ol,

Tutğay erdi bu könül məndin nəsihət kaş ki.

Sihhətim verdi iyadətdin peşimanlıq sana,

Bermegey erdi mana əyyam sihhət kaş ki.



54

Öldürür, ey Sadiqi, ol ay bu gün-danla səni,

Bergey erdi bir-iki gün çərx möhlət kaş ki.

* * *

Ç adruyə yüzni, ey şux, diraz qılma məni,

Dağıtma kakilinə, biqərar qılma məni.

Rəqib bəzmi əz şürbi-mey hərarətdin,

Ərəq töküb yüzdin əşkbar qılma məni.

Bu gün nihan səri-kuyinə gəlmişəm, ey dil,

Nihani ah çəkib aşkar qılma məni.

Bəraət hesabdə tut bu əsbabından,

Qəribü bikəsü bietibar qılma məni.

Cəmali heyrəti bihuşim söləşmə, rəqib,

Sadiqi-sadiq səva durub hüşyar qılma məni.

Qədəm qoyub ura gözüm laf urdu mərdüm,

Qıl imdi rəncə qədəm, şərmsar qılma məni.

Gülüm, çavurma yüzün qeyrə, Sadiqi yanlığ,

Bu gülşənində rəşki-məzar qılma məni.

* * *

Etmə vaqif öldügümdin növhəgər həmdəmləri,

Qorxaram tutqay məlalət xatiri-xürrəmləri.

Et sən, ey əhli-cəhan bəzmi-cəhandə şadlıq

Kim, özüm birlə apardum cəhandin qəmləri.



55

Qeyrə məhrəm xublər bəzmində naməhrəmdür,

Bu sözə şahid bu kim, məhrəmdür məhrəmləri.

Könlüm


almaqdı,  nə

bim,  etkay

gözün

mərdümləri,



Yoxdur yüz min dilavərdin cuyayguləri.

Növhə qurmazlar cəhan dövründə matəmdidələr,

Sadiqi, sən olmasan sərhəlqeyi-matəmləri.

* * *

Rəhm edib atmaz oxun yar ürəgim yarəsinə,

Bumudur xubların çarəsi biçarəsinə.

Tüşdilər bir-birinə didəvi dil ləlin üçün.

Qan olur, girmək olurmu buların arəsinə.

Yandı bağrım, könül ayinəsini tutdu qübar,

Düşəli xalü xəti arizü rüxsarəsinə.

Girdbad eylədi dəvi məni-sərgəştə ilən,

Yetiməz hər kişi dəşti-qəmin avarəsinə.

Dedilər sərvi-qədi cilvəgər oldu yarın,

Getdimi göz seyli sirişkim bilə nəzzarəsinə.

Tökülən damənimə qətreyi-əşkim gecələr,

Fələkün tənə edər sabitü səyyarəsinə.

Sadiqi, gər yürəgün qanın içər, ah etmə,

Könlüni vermiş idün qəmzeyi-xunxarəsinə.

* * *



56

Göz yaşım vermə qəmi-ahi-səhərgahlərə,

Yanar əflak könüldən çəkilən ahlərə.

Qoyma xali gözümi şəm'i-rüxün əksindən,

Qoysalar eyb degil şəm nəzərgahlərə.

Qeyr tutdu ətəgin saidini öpmək üçün,

Dövlət əl verməsə yeg  himməti kütahlərə.

Dərdi-dil xublərə hacəti-izhar degil,

Ərzi-hal eyləmə sən səngi-dil agahlərə.

Sadiqi, söyləmə zöhhadə qədəh keyfini sən,

Rəhi-meyxanəni göstərmə bu gümrahlərə.

* * *

Hüsnün ki, canibi-xəti ənbərfəşan tutar,

Axır cəhanı fitneyi-axırzəman tutar.

Əglənmədi könüldə dəmi qanıma degil,

Bişək bəla imiş bu ki, qanlını qan tutar.

Var əqrəb rəqəmi nurluğun müşahibəti,

Ya Rəb, nədən bu iti münhəmi yəman tutar.

Məcnunə nisbət eyləmə kim, məni-rəmidəni,

Derlər ki, qövs batanda əbnin dastan tutar.

Ar etmə itlərinlə fəğan etsə Sadiqi,

Ari degil bu işdə üzün həmzəban tutar.

* * *



57

Navəki-cövrün sinəmə könlüm ona peyvənd

eylənüz,

Bu

səmərdin



nəxli-ömrümni

bərumənd


bar

eylənüz.


Ey edənlər mehr ilə xoşdil qərəz ərbabını,

Gah-gahi bəzmi həm cövrilə xürsənd eylənüz.

Ya çəkin divanə könlümni vəfa zəncirinə,

Ya çəkib tiği-cəfa pərkənd-pərkənd eylənüz.

Ağrı rüxsarındamıdur xəstə könlüm dərdnak,

Ey dəvacular, tədava çün gülbənd eylənüz.

Bidi-məqtuli imastur tilbə nasehlər məni,

Əql təklifidin ol qabili-bənd eylənüz.

Sadiqitin qeyri-rusva sanmanız, ey əhli-həvəs,

Əql ərbabın səri-Məcnunğə manənd eylənüz.



* * *

Ey əcəl, al canımı, aləmni ansız körməyin,

Canımı canansızü cismimni cansız körməyin.

Cilvə qılmas qaməti könlüm ara kur et közüm,

İstərəm bu bağnı sərvi-rəvansız körməyin.

Qoy yıxılsın səbr bünyadı, tökülsün cami-eyş,

Közümi seylabsız, bağrımı qansız körməyin.

Keçdi ömrüm yarsız, ey çərxi-dun, tap al canım

Kim, həyat əyyamını ol novcəvansız körməyin.

Gər xəyalı gəlməsə gözdin qılay qət'i-nəzər,




58

Sadiqi, hərgiz bu evni  mehmansız körməyin.



* * *

Xoşa onlar ki,  canan bəzmində məhrəmləri

bardur,

Mənimdik bikəs ərbablar,  yavuq    həmdəmləri



bardur.

……… çün söz birlə əhvalın sorar əğyari-bidərd,

Neçün şad olmasunlar,  rəhmsiz mərhəmləri

bardur.


Məgər kim, ol səri-ku itləri məlum qılmışlar,

Mənim yox olduğum kim, əcəb matəmləri bardur.

Məni əfsürdə qıldı hicr suzi-vəsli-canımdin,

Qavansunlar olar kim, özgəcə aləmləri bardur.

Gözün mərdümləri ta tutdu mənzil bəhri-əşkimdə,

Müəyyən oldu kim, aləmdə su adamları bardur.

Olar kim, şadmanluq birlə ömrü sərf qılğaylar,

Əgər naşad olursa Sadiqi, biqəmləri bardur.



* * *

Şöleyi-qəmdin mənivü səbrimi örtədi ot,

Yoxu barım örtədi səndin yıraq təprədi ot.

Gözü könlüm vəh neçün boldu xəyalın məskəni,

Kim erür bu mənzilin səqfi, suyü bünyadı ot.

Keldi gülgun sigritüp bir şuxü mən boldum əsir,

Barça el salim məni-bədruzğə uçradı ot.



Yüklə 396,44 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə