Seçilmiş əsərləri, I cild 1



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə37/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   33   34   35   36   37   38   39   40   ...   98

Firuz Mustafa 
118 
 Ca
vad Əmixanlı diksinsə də özünü ələ aldı.  
 O, qeyri-ixtiyari:  
 -  Salam,  -dey
ə, dodaqaltı mızıldanıb çəkinə-çəkinə ətrafa 
göz g
əzdirdi.  
 Sanki dibç
əyin arxasında nəsə tərpəndi. Onun bədənini so-
yuq-titr
ək ilğım dalayıb keçdi. Üşürgələndi. Çiyinlərini çəkdi. 
 O, diqq
ət edib gördü ki, ağacın gövdəsinə ilan kimi bir cüt 
qol dola
nıb və bu qollar da elə o ağacın özü kimi gümüşü- bə-
yaz r
əngdədir. 
 Ca
vad Əmirxanlının dizləri əsdi, qolları heydən düşdü. 
 Aman allah, bu so
yuq qış axşamında bu həngaməni görə-
s
ən kim idi onun başına açan? Məsələ burasında idi ki, qolları-
nı  ağaca dolayan adam cavanca bir qadındı!  Heyrətdən  ağzı 
açıla qalan Cavad Əmirxanlı az qaldı ki, qışqırıb qonşuları ha-
rayla
sın. Bu nə həngamə idi onun başına gəlirdi?Amma özünü 
ələ alıb bu anlarda hər necə olursa-olsun susmağı üstün tutdu. 
H
ələ bu harası imış? O, gözücü baxıb gördü ki, qız öz mərmər 
ki
mi  ağappaq sinəsini bu gümüşü  ağacın  gövdəsinə  söykəyib 
v
ə onun buz sırsırası içində par-par yanan uzun hörükləri də ar-
xa
sında gizləndiyi  ağacın  gövdəsi kimi bəmbəyazdır.  Sanki 
Ayın bir parçası qopub göydən birbaşa eyvana düşmüşdü. Qız 
H
əvva geyimində, yəni lüt-üryan idi, bu, bəlkə də belə deyildi, 
amma ona el
ə gəldi ki, qızın əynində heç alt paltarı da yoxdur 
v
ə görünür, elə bu səbəbdən də Cavad Əmirxanlı qeyri- ixtiyari 
gözl
ərini yumdu. Axı o, heç ömründə öz halalca arvadının belə, 
çılpaq bədənini indiyəcən bir düz-əməlli görməmişdi, o ki 
olay
dı  kimliyi-nəçiliyi bilinməyən, haradansa zühur edib gö-
y
ərçin kimi eyvana qonan təsadüfi bir qadının kol arxasından 
görün
ən “gümüşü” əndamı.  
 O, n
ə edəcəyini, nə deyəcəyini belə kəsdirə bilmirdi. Elə 
bil ki
şinin dilnə-ağzına kilid vurulmuşdu. 
 Qa
yıdıb içəri keçməyə isə onun heyi qalmamışdı.  
 - Cavad b
əy... 
 - 
Eşıdırəm... Nə lazımdır? 
 Öz s
əsi özünə də yad və soyuq gəldi. Elə bil qışın sazağı 


Seçilmiş əsərləri, I CİLD 
119 
onun s
əsini də üşütmüşdü.  
 Ca
vad Əmirxanlı gözlərini açıb istər-istəməz qıza ötəri nə-
z
ər saldı. İstədi elə-belə, etika xatirinə qızdan üşüyüb-üşümədi-
yini so
ruşsun. Amma tezcə  sual vermək arzusundan daşındı; 
bird
ən bunun düşər-düşməzi ola bilərdi.  
 Allah bilir, bu, n
ə oyundu belə... Bəlkə paraşütlə göydən 
atıblar bu zalım  qızını  bu  eyvana?  İndiki zəmanədə  nə  desən 
ola bil
ər. Lap elə təyyarə göydə qəzaya düşə bilər, bu qız isə 
göyd
ən yerə... Cavad  Əmirxanlı  bir  yerə, bir də  göyə  baxdı. 
Göyün üzü tut
qun idi. Ayın rəngi bozarmışdı. Yox, heç bu gö-
z
əlçə göydən tullanana oxşamırdı. Yaxınlıqda, eyvanın həndə-
v
ərində də paraşüt-filan gözə dəymirdi. Az sonra o, başına gə-
l
ən bu sadəlövh düşüncəyə görə özü-özünü qınadı; bu, paraşüt-
t
əyyarə məsələsi haradan gəlmişdi onun ağlına? 
 “B
əlkə kimsə mənimlə zarafat etmək fikrinə düşüb? Yox, 
bu zarafata da ox
şamır. Bir də ki, gecənin bu vədəsi nə zarafat-
baz
lıqdır?” 
 Üzb
əüz dayandığı  qıza diqqət yetirmək, onun kimliyini 

əyyən etmək nədənsə indi kişiyə əlçatmaz bir iş kimi görü-
nür
dü. Əslində, bu anlarda onun heç belə bir arzusu da yox idi. 
Ca
vad  Əmirxanlı  sadəcə  olaraq, bütün  bu  baş  verənləri  özlü-
yünd
ə götür-qoy edib vəziyyətdən necə çıxmaq barədə qəti bir 
q
ərar vermək istəyində idi. Bəlkə təcili polisə zəng etsin? Bəlkə 
“t
əcili yardıma” zəng etmək daha doğru olardı? “Təcili yardı-
ma” n
ə üçün? Ona görə ki, bizim ikimizdən biri xəstədir? Yox, 
bu x
əstəlik məsələsinə  də  oxşamır”.  Amma gümanı  çox  yerə 
gets
ə də hansısa bir hiss onu daxilən buxovlayır, artıq-əskik hə-
r
əkətlərə yol verməməyə, təmkinli olmağa təhrik edirdi.  
 -  Qorxma, Cavad b
əy... Mən adamyeyən-zad deyiləm. 
M
ən də sənin kimi adicə birisiyəm. 
 “Hmm... Adamyey
ən deyil, adicə birisidir. Amma gecənin 
gird ya
rısı hoppanıb başqasının eyvanına düşüb...”  
 - H
əyəcanlanmaq da lazım deyil, Cavad bəy... 
 Bu sözl
əri də qız dedi. 
 Ca
vad Əmirxanlı azacıq da olsa toxtadı. 


Firuz Mustafa 
120 
 “H
əyəcanlanmaq lazım deyil...Üstəlik mənə ürək-dirək də 
verir. G
əl indi sən bunun həngaməsindən baş çıxart.. Bəs görə-
s
ən adımı haradan bilir bu əcinnə?.” 
 N
ədənsə ona elə gəldi ki, qız onunla yad, əcnəbi bir dildə 
da
nışır, amma ən qəribəsi bu idi ki, o, qızın özgə dildə dediklə-
rini ay
dın başa düşürdü. Deyəsən, elə qız da onun dediklərini 
oldu
ğu kimi anlayırdı. 
 - S
ən... Soruşmaq ayıb olmasın, siz burada nə axtarırsınız? 
 
Qız  onun  sözlərinə, yəqin ki, həm də  mənasız  sözlərinə, 
yum
şaq-yumşaq gülməklə cavab verdi və sonra bir qədər duru-
xub: 
 -  M
ən heç nə axtarmıram,-dedi və əlavə etdi:- Mən sənin 
ya
nına gəlmişəm. Deyəsən, qonaq gözləmirdin, hə, Cavad bəy? 
 - 
Doğrusu, bu, mənim üçün gözlənilməzdir bir az... 
 “H
ələ bunun atası, babası yaşda bir adama “sən” deyə mü-
raci
ət etməsinə bax. “...sənin yanına gəlmişəm” Mən buna nə 
deyim indi? De
yim ki, xoş gəlmisən? Axı xoş gəlməyib, necə 
deyim...”  
 Ca
vad Əmirxanlı hiss edirdi ki, get-gedə daxilən sakitləşir. 
İndi onu bayaqdan cənginə alan qorxu-hürkü hissi də tədricən 
uzaq
laşmaqda idi. 
 Ca
vad  Əmirxanlı  yalnız  indi gördü  ki,  qızın  əlində  bir 
ağac  parşası  da  var  və  həmin  ağac  parçası  eyzən iri dibçəyin 
içind
əki “gümüşü ağaca” bənzəyir, daha doğrusu, elə bil həmin 
ağacın bir budağıdır .  
 - M
ən buraya Buzlaqdan gəlmişəm, Cavad bəy. 
 - Buzlaq? O, hara
dır elə? Nəsə xatırlamıram... 
 -  S
ənin doğulduğun kəndin yaxınlığında belə bir yer var. 
Da
ğın zirvəsindəki qayalıqların arası ilə uzanan yarğanın için-
d
ə, yerin dərinliyində  bir mağara var. Sizdə  o yerə  “Buzlaq” 
deyirl
ər. Bilmirəm xatırladın, ya yox... 
 Qonaq da
nışdıqca Cavad Əmirxanlının düşüncələrinin üs-
tünü z
ərif duman layı kimi örtmüş pərdə yavaş-yavaş çəkilmə-
y
ə başladı; o, öz uşaqlıq illərini xatırladı; gözlərinin önündə do-
ğulduğu kənd, o kəndin başı üzərində keşık çəkən uca dağ silsi-


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə