Seçilmiş əsərləri, I cild 1



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə36/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   32   33   34   35   36   37   38   39   ...   98

Firuz Mustafa 
114 
 
 
 
 
 
 
 
Fikirl
ərinizi  dəyişin,  amma prinsiplərinizi qoruyub saxla-
yın; yarpaqlarınızı dəyişin, amma köklərinizi qoruyub saxlayın. 
 V.Hüqo 
 
İnsanlarla nə qədər az üz-üzə gəlsək, bir o qədər yaxşıdır. 
(...) Ba
lıq suda necə yaşayırsa, insan da tənhalıqda o cür yaşa-
yır. 
 
A.Şopenhauer 
 
Z
əkanın birinci vəzifəsi yalanı doğrudan ayırmaqdır. 
 A.Kamyu 
 
Daha çox keç
mişlə yaşayan insan-bədbəxt, gələcəklə yaşa-
yan-fantaziya
çı, bu günlə  yaşayan-yüngülfikirlidir. Lakin həm 
ke
miş, həm gələcək, həm də bu günlə yaşayan ... ağıllı insan-
dır.  
 D.Yeremiç 
 
 
 ...s
ən düşünürsən ki, bu dünya əbədidir? Sənə elə gəlir ki, 
bu dünya
nın dərdi-səri, sevinci- nəşəsi də bu dünyanın özü ki-
mi  daimidir, el
ədirmi? Unutma ki, bu dünyanın özü də elə bu 
dünyada
kı  adamlar kimi müvəqqətidir, öləridir. Niyə  qaşlaını 
ça
tırsan? İnanmırsan? Əslində, bu dünyanın özünu də insan ya-
ra
dıb. Hər doğulan insanla birlikdə bu dünya yenidən doğulur. 
El
ə ölənlə də birlikdə ölüb gedir bu dünya. Hər şeyin bir əzəli 
v
ə bir sonu olur. Günlərin bir günü bu dünyanın sonuncu adamı 
gözl
ərini əbədi olaraq yumanda, dünyanın özü də adicə bir can-


Seçilmiş əsərləri, I CİLD 
115 
lı kimi bu dünyadan köç edib başqa bir aləmə qovuşacaq.  
  
 
 
 


Firuz Mustafa 
116 
 
İlk dəfə  Cavad  Əmirxanlı  gözləmədiyi qonağı  soyuq bir 
qış gecəsi özünün şəhərdəki mənzilində “qarşılamışdı”. Yaxşı 
xa
tırlayır, həmin gün mətbəxdə cay-çörək hazırlayırdı. Arvadı 
x
əstəxanada olduğu üçün o, özü-özünə qulluq etmək məcburiy-
y
ətində qalmışdı. Göydə Ay doğsa da pəncərənin o üzünə qışın 
insan könlün
ə  sirli bir qüssə  gətirən tutqun rəngi çökmüşdü. 
Ba
yırda yüngül külək qalxmışdı. Təbiətın özü kimi qüssə not-
la
rı üstündə köklənmiş Cavad Əmirxanlı, fincana qəhvə süzdü, 
soyuducu
dan yağ-pendir çıxartdı. Elə bismillah eləyib tikəni tə-
z
əcə ağzına yaxınlaşdırmaq istəyirdi ki, eyvandan kiminsə asta 
s
əslə onu çağırdığını eşıtdi: “Cavad bəy, Cavad bəy...”  
 
Əvvəlcə elə bildi ki, qulağı səsə düşüb. Sonra onu təzədən 
s
əslədilər: ”Cavad bəy...” Çaşıb qaldı. Səs həqiqətən eyvandan 
g
əlirdi. Axı bu, kim ola bilərdi? Bəlkə qonşu mənzillərdən biri-
nin sakinidir. Olsun ki, kimins
ə pal-paltarı onların eyvanına dü-
şüb. Yox, bu, qonşu məsələsinə oxşamırdı... Lap tutaq ki, doğ-
rudan da eyvana pal
tar düşmüşdü. Hətta, bu cür olan halda be-
l
ə, hansısa bir axmağın gecənin bu vədəsində divara dırmaşıb 
eyva
na çıxmaq xülyasna düşməsi ağlabatan iş deyildi; məsələ 
h
əm də burasında idi ki, onun mənzili çoxmərtəbəli binanın so-
nuncu m
ərtəbəsində yerləşdiyindən, eyvana yalnız binanın da-
mına qalxıb oradan enmək mümkün ola bilərdi. Bu qarda-so-
yuqda kimins
ə belə bir sevdaya düşməsi isə... Yox, cox güman 
ki, bu, ya qarabasma idi, ya da ola bilsin ki, onun qula
ğı səsə 
düşmüşdü. 
 
Adının bir də çəkildiyini eşidəndə Cavad Əmirxanlının ti-
k
əsi əlindən düşdü. Ayağa durub çəkinə-çəkinə pəncərədən ey-
vana sa
rı boylandı. Gözünə bir ins-cins dəymədi. Geri qayıdıb 
yan-yör
əsini, dördbiryanını gözdən keçirdi. Xoflandı. Bu, han-
sısa xəstəliyin ilk əlamətləri də  ola bilərdi. Hansı  xəstəliyin? 
Ca
vad Əmirxanlı uşaq-zad deyildi ki, bu cür halların hansı xəs-
t
əliklə nəticələnə biləcəyini hiss etməyəydi.  
 -Cavad b
əy... 
 O, 
əsəbi halda eyvana açılan qapının dəstəyindən yapışıb 
özün
ə sarı dartdı. Qapı taybatay açıldı. Kişiyə elə gəldi ki, açıq 


Seçilmiş əsərləri, I CİLD 
117 
eyva
nın  ortasına qoyulmuş  nəhəng dibçəyin icindəki boy-bu-
xunlu, gümü
şü  gövdəli iri kol (əslində  bu bitki, koldan daha 
çox, ağaca bənzəyirdi) indi sanki nədənsə çəkinərək küncə sarı 
qısılmışdı.  
 
Bu ağacın toxumu bir necə il əvvəl hansı yollasa uzaq qo-
humla
rından birinin eyvanındakı  dibçəyə  düşübmüş.  Həmin 
dibç
əkdə böyüyən ləki həmin uzaq qohum Cavad Əmirxanlının 
ad gününd
ə onların evinə gətirmişdi. Sonralar həmin qohumun 
ba
şına hava gəlmiş, bədbəxt kişi şəhərdəki psixatriya xəstəxa-
nala
rından birində keçinmişdi. Bu qəribə hədiyyə o vaxtdan bu 
eyvanda böyüyüb qol-budaq at
mışdı. İri, gümüşü yarpaqlar ət-
ra
fa xoş bir ətir yayırdı. O yarpaqlara baxanda yayın isti hava-
sında belə Cavad Əmirxanlını nədənsə daxili bir üşütmə tutur-
du. O, qohumunun ba
şına gələn müsibəti eşidəndə körpə bitki-
ni eyvandan götürüb zibilliy
ə atmaq istəmişdi. Amma arvadı o 
zaman israrla 
ərinin istəyinin əksinə çıxmışdı: “Kiminsə başına 
hava g
əlirsə, bunun günahını bəyəm cansız daşda-ağacda axtar-
maq la
zımdır? O kol sənə mane olmur ki... Qoy dursun öz ye-
rind
ə. Sən evdə  olmayanda mən onunla dərdləşir,  söhbətləşi-
r
əm”. Son cümləni deyərkən qadının çox ciddi bir görkəm al-
ma
sı Cavad Əmixanlını o vaxt bir qədər təəccübləndirmişdi də. 
Yay-pa
yız aylarında yarpaqları tutqun rəngə çalan bu ağac, so-
yuqlar dü
şəndə  gözgörəti cana gəlirdi;  qışda isə  gümüşü  yar-
paqlar par-par  yanan güzgüy
ə dönürdü. Cavad Əmixanlı indi-
y
əcən heç yerdə bu ağacın bənzərini görməmişdi. 
 Arva
dı  xəstəxanaya gedərkən  ərinə  bu bitkiyə  qulluq et-
m
əyi, onu vaxtlı-vaxtında sulamağı tapşırmışdı. O, yalnız indi 
xa
tırladı ki, adını belə bilmədiyi, “gümüşü ağac” adlandırdığı 
bu q
əribə bitkiyə son günlərdə heç düz-əməlli bir qulluq göstə-
r
ə bilməyib...  
 M
ənzilin işığı eyvana düşmüşdü. Ağacın budağndan asıl-
mış və eləcə də bir neçəsi daş döşəməyə səpələnmış gümüşü-
sa
rımtıl yarpaqları sazaq qarışıq yüngül külək astaca tərpədirdi. 
 Ca
vad Əmixanlı eyməndi, eyvandan otağa dönmək istədi. 
 - Salam, Cavad b
əy. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə