Seçilmiş əsərləri, I CİLD
139
Axı bəzən həqiqətin özünü demək də adamı çıxılmaz vəziyyətə
sa
lır. Özü də indi bax gör, ilin-günün bu vədəsində söhbət han-
sı “həqiqətdən” gedir? Vallahi ki, “bu” barədə, hətta, onun eti-
bar etdiyi ya
xın adamlardan hansısa ucdan-qulaqdan belə, nəsə
eşitsə bir həngamə qoparar ki, gəl görəsən; ta “bu” söhbətin hə-
qiqiliyini yoxlamq üçün z
əhmət çəkib şahid və ya dəlil-sübut
axtarma
ğa da ehtiyac yoxdur; adamın boğazından yapışıb bir-
ba
şa dəlixanaya basarlar.
“Gör
əsən, o orada idimi?” Bu sual onun beynində maqni-
tofon lenti kimi t
əkrar-təkrar fırlanmaqda idi.
Bir neç
ə gündən sonra Ətiqənin Turkiyədə, İstanbuldakı
universitetl
ərin birində dərs deyən bacısı Şəhla xanim da gəlib
çıxdı. Qadın bir neçə gün onlarda qaldı. Ətiqənin ağrıları günü-
günd
ən şiddətlənirdi. Şəhla xanımın təkidi ilə xəstəni İstanbula
aparmaq q
ərarına gəldilər. Yola düşmək məqamı çatanda Ca-
vad Əmirxanlının təzyiqi qalxdı. Bu vəziyyətdə həkimlər ona
t
əyyarəyə minməyi məsləhət bilmədilər. Şəhla xanım bacısını
özü t
əkbaşına aparmaq məcburiyyətində qaldı.
Arva
dını Türkiyəyə yola salandan sonra Cavad Əmirxanlı
bir müdd
ət evdən eşiyə çıxmadı. İndi o, tənhalıqla üz-üzə qal-
mışdı. Düçar olduğu bu tənhalıq hissi ilk günlər, hətta, onun ən
ya
xın həmdəminə çevrilmişdi. “Gecə qonağı”ndansa hələlik bir
x
əbər-ətər yoxdu. Arada Şəhla xanım İstanbulun hansısa xəstə-
xana
sından zəng vurub Ətiqənin vəziyyəti barədə ona qısa mə-
lumat verirdi; bal
dızının dediyinə görə, hazırda ciddi müayinə-
l
ər gedirdi.
Günl
ər ötüşdükcə Cavad Əmirxanlının tənhalıqla “dostlu-
ğu” da havalar kimi soyumağa başladı. Onun ürəyini qəfildən
anla
şılmaz bir hiss, bir nisgil çulğadı. O, indi birdən-birə öz do-
ğulduğu kəndə getmək arzusuna düşmüşdü. O, həmin kənddən
bir neç
ə il əvvəl baş götürüb çıxmış, bir daha o yerlərə qayıt-
ma
mışdı. Orasını da yaxşı bilirdi ki, ta onu o yerlərdə bir göz-
l
əyən də yoxdu. Amma o, nədənsə o yerləri yenidən görmək is-
t
əyirdi. Sanki kimsə onu öz keçmişinə çağırırdı.
Ca
vad Əmirxanlı həmin ilin uzun qış gecələrini ilıq, istı
Firuz Mustafa
140
xatir
ələrin qoynunda keçirməli oldu.
...Ar
tıq yaz gəlmişdi. Adətən bahar, təkcə təbiətə deyil, elə
insa
nın qəlbinə də bir təzəlik gətirir. Deyəsən, bu günlərdə Ca-
vad Əmirxanlının ürəyi də təzələnmək eşqinə düşmüşdü.
İlıq bahar gecələrinin birində “gecə qonağı” onun eyvanın-
da zühur el
ədi.
Onla
rın söhbəti göydə ulduzlar öləziyinə qədər uzandı.
Ca
vad Əmirxanlı qonağını eyvandan yola salıb evə döndü.
Ətiqənin divardan asılmış gənclik şəkli ərinin üzünə baxıb
gülüms
əyirdi.
Dörd-
beş gün keçmiş onun eyvana açılan qapısi yenidən
döyüldü.
Ar
tıq o, qızın gəlişini gözləməyə alışmışdı.
Gün
əşli bahar günlərinin birində Cavad Əmirxanlı növbəti
m
əzunuyyətini götürüb doğulduğu kəndə, Çaparlıya üz tutdu.
... bu sözl
əri deyəndən sonra Cavad Əmirxanlı elə oturdu-
ğu yerdəcə əlini uzadib stolun üstundəki iri qrafini götüdü.
Qrafinin ya
nındakı mis parça tökdüyü suyu birnəfəsə başına
ç
əkdi.
Ba
yırda kimsə şaqqanaq çəkib ürəkdən güldü və hiss olun-
du ki, o gül
ən adam hələ üstəlik əlini şappıltı ilı dizinə də vur-
du.
R
əhman əsəbi halda pəncərəni taybatay açıb bayıra boy-
lan
dı, qəzəb dolu, gərləşmiş bir səslə kiminsə üstünə çəmkirdi:
- N
ədir, nə olub? Bu nə səs-küydür belə? Ey, bir mənə
bax, bura s
əninçün meşə-zaddır bəyəm? Sakit danışa bilmirsə-
n?
R
əhmanın pəncərədən kiminsə üstünə yağdırdığı bu sual-
la
rın müqabilində bayırdakı adamlardan birinin, çox güman ki,
gül
ən adamın, boğuq səsi eşidildi:
- Ba
ğışla? Sən allah…
Üzrxah
lıq ifadə edən bu söz hiss oluna biləcək bir ehtiyat-
la deyildi v
ə bu, Cavad Əmirxanlının diqqətindən yayınmadı.
R
əhman, görünür, hörmət əlaməti olaraq özünün daimi ye-
Seçilmiş əsərləri, I CİLD
141
rind
ə, iri mizin arxasındakı meşin kresloda yox, stolun güncünə
qoyul
muş təzə stulda, qonaqla üz-üzə əyləşmişdi.
- Cavad mü
əllim, bura sizin öz doğma el-obanızdır. Bu
ərazinin harasında istəsəniz yer də ala bilərsiniz, yurd da sala
bil
ərsiniz. Bizim borcumuz sizin kimi bir ziyalının qulluğunda
durmaq, onun na
zını çəkməkdi. Amma...
Dey
əsən, sonuncu kəlmələr qonağın ürəyincə olmadı; o,
əsəbi halda dilləndi:
- M
ənim nazımı-filanı çəkmək lazım deyil. Mən qadın-za-
dam b
əyəm? Mənə o dediyim sahədən yer vesəniz, elə bu bə-
simdir.
R
əhman bu sözlərdən daxilən pərt olsa da, özünü birtəhər
ələ alıb təmkinlə dilləndi:
- Cavad mü
əllim, özünüz savadlı adamsınız, niyə başa
düşmək istəmirsinis ki, sizin dediyiniz o ərazinin bələdiyyəyə
heç bir d
əxli yoxdur. Biz mağaranın yanındakı meşədə sizə ne-
c
ə yer verə bilərik? Ora hökumətin yeridir axı...
Ca
vad Əmirxanlının onsuz da tutqun olan sifəti birdən-bi-
r
ə daha da qaraldı. Kişi yerindən dik atılıb əl-qolunu ölçə-ölçə
uca s
əslə, az qala qışqıra-qışqıra üyüdüb-tökməyə başladı:
-Bura bax, R
əhman! Bir mənə de görüm, kim səndən meşə
t
ələb edir axı? Kim? Mənə meşə lazım deyil, bala. Başa düşdü-
n? Qulaq as, m
ən sənə bayaq dedim, yenə təkrar ediirəm: mənə
o me
şənin ətəyində, cayın sahilində eni-uzunu beş-on metr olan
bir yer la
zımdır. Vəssalam… Bəyəm mənim doğulub boya-ba-
şa çatdığım bu kənddə bir qarış yerə kül tökmək ixtiyarım yox-
dur?.. Var
mı? Var... Ay sağ ol! Yoxsa ki, sən başlamısan, meşə
el
ə gəldi, hökumət belə getdi...
R
əhman günahkar adamlar kimi susub başını aşağı saldı.
Dey
əsən, ta onun bu ağsaqqal adama deyəcəyi bir söz qalma-
mışdı; o, handan-hana nəyisə xatırlayıbmış kimi, əlini gicgahı-
na apar
dı, ayağa durub könülsüz halda, astadan dilləndi:
-Siz allah, hirsl
ənməyin, Cavad müəllim. Mənim sizə bö-
yük hörm
ətim var. Siz nəinki bizim kəndin, bizim rayonun,
h
ətta, bütün ölkənin fəxrisiniz. Az qala sizi bütün dünya tanı-
Dostları ilə paylaş: |