Seçilmiş əsərləri, I CİLD
133
Onda bel
ə çıxırdı ki, bu ideyanın nə vaxsa gerçəkləşəcəyinə
Ətiqə kimi inanan adamların sayı onun təsəvvür etdiyindən də-
f
ələrlə çox ola bilərdi.
Ətiqə halsız olsa da, onun yarımqapalı gözlərinin dərinli-
yind
ə ərinə minnətdarlıq və məmnunuluq hissini ifadə edən
sol
ğun-titrək bir işartı vardı.
Sanki qa
dın dirçəlmişdi. O, az sonra ayağa durub pəncərə-
d
ən eyvana tamaşa etməyə başladı.
Ca
vad Əmirxanlı elə çarpayının kənarındaca əyləşibalt-
dan-altdan arva
dına göz qoyurdu.
Ətiqə xalatının yaxasını düymələyib bir az da irəli yeridi,
gözl
ərini təzədən qıyıb diqqətlə eyvandakı “gümüşü ağaca” nə-
z
ər saldı. Deyəsən, o, ayaqüstə dayanmaqdan yorulmuşdu, ona
gör
ə də sakitcə bayaq Cavad Əmirxanlının əyləşdiyi kresloya
çökdü, d
ərindən nəfəs aldı, astadan köksünü ötürdü. Amma qa-
dın gözünü bayırdan çəkmirdi ki, çəkmirdi.
Q
əddini azacıq əyərək indicə sevişdikləri çarpayının qıra-
ğında oturub sifətini əllərinin arasına almış Cavad Əmirxanlı
udqundu, bu anlarda b
əlkə də təskinlik xatirinə arvadına bir-iki
k
əlmə söz demək istədi, amma ağlına düz-əməlli bir fikir gəl-
m
ədiyi üçün susmağa üstünlük verdi.
Qa
dın dönüb nədənsə, müəmmalı və sınayıcı bir tətzdə,
ərini süzdü; onun solğun dodaqlaı titrəyirdi. Kişi öz arvadının
han
sı ovqatda olduğunu, güldüyünümü yoxsa ağladığınımı kəs-
dir
ə bilmədi.
Bu anlarda Ca
vad Əmirxanlının onsuz da sim kimi gəril-
miş əsəblərinin üstünə həyəcan dolu ağrılar da yüklənmişdi.
Əgər birdən...
Bird
ən “gecə qonağı” gəlib çıxsaydı o, nə etməli idi?
Ca
vad Əmirxanlını ən çox narahat edən məsələ, qeyri-adi
qona
ğın qəfildən zühur edəcəyi ilə bağlı düşüncələr idi. Bəlkə
d
ə qız artıq gəlmişdi... Bəlkə arvadı indi onu eyvanda görmüş-
dü? Yox,
əgər “gecə qonağı” gəlsəydi onun özünün də xəbəri
olar
dı. Ağlında dolanan bu fikri tezcə başından qovdu: “Axmaq
adam, s
ənin haradan xəbərin olasıdır ki? Bəyəm o, gələndə əv-
Firuz Mustafa
134
v
əlcə xəbər göndərir, ya zəng edir sənə? O, sənin evinə indiyə-
c
ən dəvətnamə ilə gəlib bəlkə?.. Axmaqsan, Cavad, axmaq...”
O, ar
tıq özlüyündə bu “qar qıza” ad da seçmişdi: Bəyaz.
Düzdür, o, hiss edirdi ki, ür
əyinin dərinliyində Bəyazın gəlişini
n
əyə görəsə gizli bir maraq və intizarla gözləyir; amma kişinin
ür
əyinə bir qara-qorxu hissi də hakim kəsilmişdi. Birdən qız
yen
ə gecələrin birində göyərçin kimi gəlib eyvana qonsa və elə
arva
dının yanındaca onu haraylayıb bayıra çağırsa, onda Cavad
Əmirxanlı nə etməli idi? O, Ətiqəyə nə deməli, yaxud onu necə
inan
dırmalı idi ki, bu dünyada bu qadınla onu bağlayan heç nə
yoxdur? O, h
ələ bu qadının nə inni-cinni olduğunu bir düz-
əməlli bilmirdi də. Bəlkə bu bu gecə qonağı heç qadın da deyil-
di,
əcinnə idi, cin idi, sehrbaz idi.
Y
əqin ki, onun xəstə arvadı bu çağırılmamış qonağı görsə,
hikk
əsindən ürəyi partlayıb ölərdi. Yox, əslində Ətiqə, öz tə-
bi
əti etibarı ilə təmkinli, azdanışan bir qadındı. Lakin Cavad
Əmitxanlı uzun ailəlik həyatında əmin olmuşdu ki, arvadı üz-
d
ən nə qədər sakitdirsə, daxilən bir o qədər çılğın və emosio-
nal
dır. Hələ neçə il öncə öz ərini tanış bir qadınla qol-qola gö-
r
ən Ətiqənin evdə zəhərli ilan kimi necə fışıldaması, əlinə ke-
ç
ən qab-qacaqları guya təsadüfən yerə salıb sındırması onun
yax
şı yadında idi. Onda qadın ona bir söz deməsə də, Ətiqənin
öz h
ərəkətləri ilə nə demək istədiyi aydın duyulurdu. O vaxt
Ca
vad Əmirli arvadına məsələnin mahiyyətini bir neçə fəfə
izah etm
əyə çalışsa da heç nəyə nail ola bilməmişdi. Onların
ara
sındakı qısa dialoq da elə bir müsbət nəticə verməmişdi.
“Ətiqə, bura bax, sənin gördüyün o qadın ailəlidir, bizim
köhn
ə işçidir, mənə yolda rast gəldi, ayağı ağrıyırdı, ona görə
d
ə təklif elədim ki, qoluma girsin...”
“ B
əyəm mən sənə bir söz deyirəm, ya səndən soruşuram
ki, o qa
dın kimdir, sən niyə narahat olursan ki?”
Ətiqə, həqiqətən, nə onda, nə də sonralar ondan həmin qa-
dınla bağlı heç nə soruşmadı. Amma uzun müddət öz hərəkət
v
ə davranışlarıyla ərindən necə incidiyini artıqlaması ilə, özü
d
ə ustalıqla, nəzərə çarpdırmağa nail oldu və sanki bununla da
Seçilmiş əsərləri, I CİLD
135
ondan bir növ qisas al
dı. Bu, sanki Cavad Əmirxanlı üçün bir
d
ərs oldu, o, bir ər və kişi sövq-təbiiliyi ilə bir daha əmin oldu
ki, g
ələcəkdə bu cür hadisələrlə üz-üzə gələrsə, arvadı öz ərini
çıxmaza-tupikə dirəmək üçün daha incə üsul və vasitələrə əl ata
bil
ər, hətta, lazım bildiyi hallarda onu ağır zərbə altına qoy-
maqdan da ç
əkinməzdi.
İndi budur, deyəsən, Bəyaz gəlib yenə eyvana qonmuş-
du.Yox, b
əlkə də eyvanda diqqəti çəkən heç kəs, heç nə yox
idi, sad
əcə olaraq kişinin ürəyini didən şübhələr çəkilib getmək
bilmirdi.
B
əs elə isə baxışları eyvana sancılmış arvadının cıqqırı ni-
y
ə çıxmırdı? O, niyə susurdu? Axı Ətiqə heç də gördüyünə bi-
gan
ə qalan adamlardan deyildi. Hətta, onun əsəbi anlarda sus-
ma
sı belə, bir kitablıq məlumat qədər zəngin və əhatəli olurdu.
Ca
vad Əmirxanlı birgə keçirdikləri illər ərzində arvadının
xasiyy
ətinə dərindən bələd olmuşdu. Bilirdi ki, Ətiqə hətta, ən
ç
ətin anda da öz ürəyindən keçənləri birbaşa olmasa da belə,
gec-tez dola
yısı qaydada ifadə etməyin ustasıdır; qadın, bəzən
dill
ə demək istəmədiyini susmaqla anladırdı. Əgər indi eyvan-
da n
əsə qeyri-adi bir şey görmüş olsaydı, yəqin ki, o, bunu çox
usta
lıqla ərinə çatdıra bilərdı. Bəs elə isə Ətiqənin qıyılmış
gözl
əri niyə bayaqdan bəri eyvanı nişan almışdı?
Ca
vad Əmirxanlının gözü kresloya şökmüş qadında, qadı-
nın gözü isə elə eyvanda idi. Kişi qorxu və həyəcandan boynu-
nu aza
cıq döndərib eyvana sarı gözucu da olsa baxa bilmirdi.
Bird
ən orada doğrudan da “kimsə” ola bilərdi. Əslində bu
“kims
ə”nin kimliyinin Cavad Əmirxanlıya bir dəxli də yoxdu.
B
əyəm o, harayasa sifariş göndərib, teleqram vurub kimdənsə
kimins
ə eyvanına qonmasını xahiş etmişdi? Bu anlarda onu, sa-
d
əcə olaraq, heç bir məntiqə və ağla sığmayan bir məsələdən
dola
yı meydana gələ biləcək çətin suallara cavab verə biməmək
qorxusu narahat edirdi. H
əmin o məsələdən ortaya çıxan sual
da bundan ibar
ət idi ki, əgər işdi-şayəd gözlənilməz qonaq yenə
eyvanda görüns
ə, o, arvadına baş vermiş hadisəni necə izah et-
sin? Ta
nımadığı bir qadınla tanışlığının qəribə tarixçəsini da-
Dostları ilə paylaş: |