Seçilmiş əsərləri, I cild 1


Seçilmiş əsərləri, I CİLD



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə42/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   38   39   40   41   42   43   44   45   ...   98

Seçilmiş əsərləri, I CİLD 
133 
Onda bel
ə  çıxırdı  ki,  bu  ideyanın  nə  vaxsa gerçəkləşəcəyinə 
Ətiqə kimi inanan adamların sayı onun təsəvvür etdiyindən də-
f
ələrlə çox ola bilərdi.  
 
Ətiqə halsız olsa da, onun yarımqapalı gözlərinin dərinli-
yind
ə  ərinə  minnətdarlıq  və  məmnunuluq hissini ifadə  edən 
sol
ğun-titrək bir işartı vardı.  
 Sanki qa
dın dirçəlmişdi. O, az sonra ayağa durub pəncərə-
d
ən eyvana tamaşa etməyə başladı. 
 Ca
vad  Əmirxanlı  elə  çarpayının  kənarındaca  əyləşibalt-
dan-altdan arva
dına göz qoyurdu. 
 
Ətiqə xalatının yaxasını düymələyib bir az da irəli yeridi, 
gözl
ərini təzədən qıyıb diqqətlə eyvandakı “gümüşü ağaca” nə-
z
ər saldı. Deyəsən, o, ayaqüstə dayanmaqdan yorulmuşdu, ona 
gör
ə də sakitcə bayaq Cavad Əmirxanlının əyləşdiyi kresloya 
çökdü, d
ərindən nəfəs aldı, astadan köksünü ötürdü. Amma qa-
dın gözünü bayırdan çəkmirdi ki, çəkmirdi. 
 Q
əddini azacıq əyərək indicə sevişdikləri çarpayının qıra-
ğında oturub sifətini  əllərinin arasına almış  Cavad  Əmirxanlı 
udqundu, bu anlarda b
əlkə də təskinlik xatirinə arvadına bir-iki 
k
əlmə söz demək istədi, amma ağlına düz-əməlli bir fikir gəl-
m
ədiyi üçün susmağa üstünlük verdi. 
 Qa
dın  dönüb nədənsə, müəmmalı  və  sınayıcı  bir  tətzdə, 
ərini süzdü; onun solğun dodaqlaı titrəyirdi. Kişi öz arvadının 
han
sı ovqatda olduğunu, güldüyünümü yoxsa ağladığınımı kəs-
dir
ə bilmədi.  
 Bu anlarda Ca
vad Əmirxanlının onsuz da sim kimi gəril-
miş əsəblərinin üstünə həyəcan dolu ağrılar da yüklənmişdi.  
 
Əgər birdən... 
 Bird
ən “gecə qonağı” gəlib çıxsaydı o, nə etməli idi? 
 Ca
vad Əmirxanlını ən çox narahat edən məsələ, qeyri-adi 
qona
ğın qəfildən zühur edəcəyi ilə bağlı düşüncələr idi. Bəlkə 
d
ə qız artıq gəlmişdi... Bəlkə arvadı indi onu eyvanda görmüş-
dü? Yox, 
əgər “gecə qonağı” gəlsəydi onun özünün də xəbəri 
olar
dı. Ağlında dolanan bu fikri tezcə başından qovdu: “Axmaq 
adam, s
ənin haradan xəbərin olasıdır ki? Bəyəm o, gələndə əv-


Firuz Mustafa 
134 
v
əlcə xəbər göndərir, ya zəng edir sənə? O, sənin evinə indiyə-
c
ən dəvətnamə ilə gəlib bəlkə?.. Axmaqsan, Cavad, axmaq...”  
 O, ar
tıq özlüyündə bu “qar qıza” ad da seçmişdi: Bəyaz. 
Düzdür, o, hiss edirdi ki, ür
əyinin dərinliyində Bəyazın gəlişini 
n
əyə görəsə gizli bir maraq və intizarla gözləyir; amma kişinin 
ür
əyinə  bir qara-qorxu hissi də  hakim kəsilmişdi. Birdən  qız 
yen
ə gecələrin birində göyərçin kimi gəlib eyvana qonsa və elə 
arva
dının yanındaca onu haraylayıb bayıra çağırsa, onda Cavad 
Əmirxanlı nə etməli idi? O, Ətiqəyə nə deməli, yaxud onu necə 
inan
dırmalı idi ki, bu dünyada bu qadınla onu bağlayan heç nə 
yoxdur? O, h
ələ  bu qadının  nə  inni-cinni olduğunu bir düz-
əməlli bilmirdi də. Bəlkə bu bu gecə qonağı heç qadın da deyil-
di, 
əcinnə idi, cin idi, sehrbaz idi.  
 Y
əqin ki, onun xəstə arvadı bu çağırılmamış qonağı görsə, 
hikk
əsindən ürəyi partlayıb  ölərdi. Yox, əslində  Ətiqə, öz tə-
bi
əti etibarı  ilə  təmkinli, azdanışan  bir  qadındı.  Lakin Cavad 
Əmitxanlı uzun ailəlik həyatında əmin olmuşdu ki, arvadı üz-
d
ən nə qədər sakitdirsə, daxilən bir o qədər çılğın və emosio-
nal
dır. Hələ neçə il öncə öz ərini tanış bir qadınla qol-qola gö-
r
ən Ətiqənin evdə zəhərli ilan kimi necə fışıldaması, əlinə ke-
ç
ən qab-qacaqları  guya təsadüfən yerə  salıb  sındırması  onun 
yax
şı yadında idi. Onda qadın ona bir söz deməsə də, Ətiqənin 
öz h
ərəkətləri ilə  nə  demək istədiyi aydın  duyulurdu. O vaxt 
Ca
vad  Əmirli arvadına məsələnin mahiyyətini bir neçə  fəfə 
izah etm
əyə  çalışsa da heç nəyə  nail ola bilməmişdi. Onların 
ara
sındakı qısa dialoq da elə bir müsbət nəticə verməmişdi. 
 
“Ətiqə, bura bax, sənin gördüyün o qadın ailəlidir, bizim 
köhn
ə işçidir, mənə yolda rast gəldi, ayağı ağrıyırdı, ona görə 
d
ə təklif elədim ki, qoluma girsin...” 
 “ B
əyəm mən sənə bir söz deyirəm, ya səndən soruşuram 
ki, o qa
dın kimdir, sən niyə narahat olursan ki?” 
 
Ətiqə, həqiqətən, nə onda, nə də sonralar ondan həmin qa-
dınla bağlı heç nə soruşmadı. Amma uzun müddət öz hərəkət 
v
ə  davranışlarıyla  ərindən necə  incidiyini artıqlaması  ilə, özü 
d
ə ustalıqla, nəzərə çarpdırmağa nail oldu və sanki bununla da 


Seçilmiş əsərləri, I CİLD 
135 
ondan bir növ qisas al
dı. Bu, sanki Cavad Əmirxanlı üçün bir 
d
ərs oldu, o, bir ər və kişi sövq-təbiiliyi ilə bir daha əmin oldu 
ki, g
ələcəkdə bu cür hadisələrlə üz-üzə gələrsə, arvadı öz ərini 
çıxmaza-tupikə dirəmək üçün daha incə üsul və vasitələrə əl ata 
bil
ər, hətta, lazım  bildiyi hallarda  onu  ağır  zərbə  altına  qoy-
maqdan da ç
əkinməzdi. 
 
İndi budur, deyəsən, Bəyaz gəlib yenə  eyvana qonmuş-
du.Yox, b
əlkə  də  eyvanda diqqəti çəkən heç kəs, heç nə  yox 
idi, sad
əcə olaraq kişinin ürəyini didən şübhələr çəkilib getmək 
bilmirdi. 
 B
əs elə isə baxışları eyvana sancılmış arvadının cıqqırı ni-
y
ə çıxmırdı? O, niyə susurdu? Axı Ətiqə heç də gördüyünə bi-
gan
ə qalan adamlardan deyildi. Hətta, onun əsəbi anlarda sus-
ma
sı belə, bir kitablıq məlumat qədər zəngin və əhatəli olurdu.  
 Ca
vad Əmirxanlı birgə keçirdikləri illər ərzində arvadının 
xasiyy
ətinə dərindən bələd olmuşdu. Bilirdi ki, Ətiqə hətta, ən 
ç
ətin anda da öz ürəyindən keçənləri birbaşa  olmasa da belə, 
gec-tez dola
yısı qaydada ifadə etməyin ustasıdır; qadın, bəzən 
dill
ə demək istəmədiyini susmaqla anladırdı. Əgər indi eyvan-
da n
əsə qeyri-adi bir şey görmüş olsaydı, yəqin ki, o, bunu çox 
usta
lıqla  ərinə  çatdıra  bilərdı.  Bəs elə  isə  Ətiqənin  qıyılmış 
gözl
əri niyə bayaqdan bəri eyvanı nişan almışdı?  
 Ca
vad Əmirxanlının gözü kresloya şökmüş qadında, qadı-
nın gözü isə elə eyvanda idi. Kişi qorxu və həyəcandan boynu-
nu aza
cıq döndərib eyvana sarı gözucu da olsa baxa bilmirdi. 
Bird
ən orada  doğrudan da “kimsə” ola bilərdi.  Əslində  bu 
“kims
ə”nin kimliyinin Cavad Əmirxanlıya bir dəxli də yoxdu. 
B
əyəm o, harayasa sifariş göndərib, teleqram vurub kimdənsə 
kimins
ə eyvanına qonmasını xahiş etmişdi? Bu anlarda onu, sa-
d
əcə olaraq, heç bir məntiqə və ağla sığmayan  bir məsələdən 
dola
yı meydana gələ biləcək çətin suallara cavab verə biməmək 
qorxusu narahat edirdi. H
əmin o məsələdən ortaya  çıxan sual 
da bundan ibar
ət idi ki, əgər işdi-şayəd gözlənilməz qonaq yenə 
eyvanda görüns
ə, o, arvadına baş vermiş hadisəni necə izah et-
sin? Ta
nımadığı  bir  qadınla tanışlığının  qəribə  tarixçəsini da-


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə