Seçilmiş əsərləri, I cild 1



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə39/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   35   36   37   38   39   40   41   42   ...   98

Firuz Mustafa 
124 
k
əli elə indicə onun gözü qabağında əriyib gedəcək, bəlkə də 
onun yerind
ə  qalacaq  su damcıları  hansısa qeyri-adi məhlula 
çevril
ərək döşəməyə yapışıb qalacaqdı. Həmin məhlul gələcək-
d
ə kimlər üçünsə, lap elə onun öz arvadı üçün, bir əşyayi-dəlilə 
d
ə çevrilə bilərdi. 
 Ca
vad Əmirxanlı daha da vahimələndi. 
 
Qız  sakitcə, təklif-filan gözləmədən irəli yeriyib otağın 
küncünd
əki kresloda əyləşdi, əlindən yerə qoymadığı üstü yar-
paq
lı gümüşü budağın ucunu dizinə dirəyib onun gövdəsini si-
n
əsinə sıxdı. 
 Ça
ğırılmamış qonağın sərbəstliyi onu daha da təəccüblən-
dirdi. 
 
Qız kresloda əyləşəndən sonra maraqla divarlardan asılmış 
şəkillərə baxmağa başladı.  
 Qona
ğın  əyləşdiyi kresloda, adətən, evin xanımı,  Cavad 
Əmirxanlının  arvadı  Ətiqə  əyləşərdı.  İndi  Ətiqə  xəstəxanada 
idi. 
 Ca
vad Əmirxanlı matdım-matdım qızın üzünə baxıb han-
dan-hana: 
 -
Xoş gəlmisiniz,-dedi. 
 
Qız gülümsəyib başını tətpətdi. 
 Ba
yırda külək vıyıldayırdı.  
 P
əncərədən zülmət asılmışdı. 
 Ca
vad Əmirxanlını bayaqdan otağa yayılan xoş ətrin təsiri 
al
tında idi. Bu ətir haradan gəlirdi görəsən, qızın sırsıra bağla-
mış  saçlarından, yoxsa onun sinəsinə  sıxdığı  gümüşü  ağacın 
yarpaqla
rı işıldayan budağından?  
 
Qız hələ də gülümsəyirdi. 
 
Ətiqə xəstəxanadan çıxanda havalar bir azca sınsa da, hələ 
soyuq idi. Qa
dın ilk günlər özünü yaxşı hiss edirdi. Sanki bu, 
uzun ill
ər Cavad Əmirxanlı ilə bir damın altında yaşamış əzəlki 
qaraqabaq, hikk
əli, zabitəli Ətiqə deyildi. O, indi özünün bütün 
h
ərəkətləri ilə şən, gülər, həyat eşqi çağlayan bir insan təsiri ba-
ğışlayırdı. Hətta, arada gənc qızlar kimi sıltaqlıq edir, ərinə iş-
v
ə-naz da satırdı. Cavad Əmirxanlı arvadının xəstəxanadan çı-


Seçilmiş əsərləri, I CİLD 
125 
xandan sonra bu cür k
əskin dəyişməsinin səbəbini iki şeydə gö-
rürdü; bu, bir yan
dan Ətiqənin xeyli vaxtdan bəri qəbul etdiyi 
d
ərmanların  təsirindən ola bilərdi; digər tərəfdənsə, qadın  öz 
daxilind
ən və ya xaricdən gələn hansısa istəyinmi, təsirinmi nə-
tic
əsində öz əzəlki həyat tərzini dəyişmək qərarına gələ bilərdi. 
H
ə, bir səbəb də qalırdı; arvadın bu cür davranışı qısqanclıqla 
da bağlı ola bilərdi. Axı, əksər qadınlar müəyyən yaşdan sonra 
ötüb keç
ən vaxtı təzədən geri qaytarmaq, əgər bu baş tutmazsa, 
onu heç olmasa bir müdd
ət “tutub saxlamaq” üçün dəridən-qa-
bıqdan  çıxırlar; onlar  ahıl  yaşlarında təzədən sevmək, sevil-
m
ək, oxşanmaq, nəvaziı  görmək arzusuna düşürlər. Amma 
ötüb keç
ən vaxtı  saxlamaq hələ  indiyəcən heç kəsə  müyəssər 
olma
mışdı. Vaxt öz qılıncını çəkib nəinki təkcə ayrı-ayrı talelə-
r
ə, hətta, bütün dünyaya hökmranlıq etməkdə idi. 
 Amma sanki bu ötüb ged
ən vaxtın sanki Ətiqəyə heç bir 
t
əsiri olmamışdı; son vaxtlar qadının həyat eşqi birə beş artmış-
dı; o, elə bil ömrünün ikinci baharına qədəm basmışdı və ya bu 
bahara q
ədəm qoymaq arzusu ilə  yaşayırdı. Ətiqə geym-keci-
min
ə də əməlli-başlı əl gəzdirməyə, çoxdan dən düşmüş saçla-
rına tünd-parlaq rənglər çəkməyə başlamışdı. Arvadının evdə, 
h
ətta, yaxası  açıq  xalat geydiyi də  Cavad  Əmirxanlının  nəzə-
rind
ən qaçmırdı.  Xalatın  enli, zərli sapla  işlənmiş  yaxalığının 
ara
sından qadının bir zamanlar şux, cazibədar olmuş, indi üstü-
nü z
ərif çillər örtmüş iri döşləri sallanırdı.  
 
Ətiqənin ayaqlarında xəstəlikdən əvvəl ağac zoğları kimi 
şaxələnmış, göyümsov damarlar üzə çıxmışdı. Cavad Əmirxan-
lını gəncliyində cəlb edən uzun, yaraşıqlı ayaqlar son illər xeyli 
müdd
ət sarğıda qaldı. Deyəsən, axırıncı müalicə öz müsbət tə-
sirini burada da göst
ərmişdi; arvadı  xəstəxanadan  çıxandan 
sonra onun aya
ğına ilan kimi dolaşmış, ağac zoğlarına bənzər o 
göyümsov damarlar ta göz
ə dəymirdi; xalatın kəsiyindən Əti-
q
ənin  ağ,  zərif ayaqları  görsənirdi; bu ayaqlar yenə  əzəlkitək 
yara
şıqlı, biçimli idi, amma görünür ki, qadınların ayaqları on-
la
rın təkcə xarici deyil, həm də, bəzi elm adamlarının dililə de-
yils
ə, daxili vəziyyətlərinin ən mühüm göstəricilərindən biridir; 


Firuz Mustafa 
126 
bu m
ənada, Ətiqənin ayaqları son vaxtlar zahirən nə qədər təra-
v
ətli, cazibədar görünsə də belə, sonbaharda açan çıçəklər kimi 
sol
ğun və soyuq təsir bağışlayırdı. Görünür, hər necə olursa ol-
sun, insa
nın ən güclü, hətta, ən yaraşıqlı ayaqlarla belə, zamanı 
t
əzədən geri addımlamaq istəyi şirin xəyaldan başqa bir şey de-
yildir.  
 Qa
dın heç bir vəchlə düçar olduğu xəstəliyə və onu qoca-
lıq  deyilən qorxunc bir məkana çəkib aparmaq istəyən illərə 
t
əslim olmaq istəmirdi. Əndamından ətrafa yayılan bahalı ətir-
l
ərin rayihəsi də  onun qalan ömrünü yeni, daha mənalı,  daha 
dol
ğun keçirmək istəyindən xəbər verirdi. Sanki Ətiqə bununla 
öz yaşlı ərinə gəncliyindən hələ tam uzaqlaşmadığını eyhamla 
da olsa xa
tırlatmaq istəyirdi.  
 Arva
dının hərəkətləri Cavad Əmirxanlını daxilən qıcıqlan-
dırırdı. Amma o, özünü ələ alıb təmkinli görünməyə çalışırdı. 
Arva
dının  yarıaçıq  sinəsinə, sallaq  döşlərinə, solğun,  amma 
maral buynuzu ki
mi şümal ayaqlarına nəzər salarkən onun göz-
l
əri önündə  nədənsə  soyuq  qış  gecəsi və  həmin gecənin “qar 
qona
ğı” canlanırdı. Eyvandakı gümüşü ağacın  gövdəsinə söy-
k
ənmiş qonağın, yəni “qar qızın” mərmər kimi bəyaz, yumru-
hamar sin
əsi,  ağcaqayın  kimi gümüşü-ağ  ayaqları  sanki onun 
yadda
şında pozulmaz iz salmış  o  unudulmaz, qəribə  gecənin 
saza
ğına mülayim bir ovqat da qatırdı.  
 Y
əqin ki, bu anlarda ərinin hansı əlçatmaz xatirə və duy-
ğuların təsiri altında yaşadığı, Ətiqənin yatsa heç yuxusuna da 
girm
əzdi. Amma, o, illərlə bir yerdə yaşadığı adamın, son vaxt-
lar onun kövr
ək könül istəklərinə  biganə  qaldığını  bir  qadın 
sövq-t
əbiiliyi ilə duymaya bilməzdi. Cavad Əmirxanlı arvadı-
nın iç dünyasında gedən çaxnaşmadan bixəbər idi. Qadının qəl-
bi yazda açan v
əhşi dağ çiçəyinə bənzəyirdi; o, bütün varlığı ilə 
Gün
əşin şəfəqlərinə təşnə idi, amma onun başının üstündən vı-
yıltıyla keçən, ləçəklərini yolan soyuq küləklər hələ səngimək 
ist
əmirdi.  
 
Ətiqə  artıq  hər cür xəstəlik və  ağrıların  arxada qaldığını 
z
ənn edərək yeni, həm də  fəal, bir həyat  yaşamaq istəyirdi; 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə