Seçilmiş əsərləri, I cild 1



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə47/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   43   44   45   46   47   48   49   50   ...   98

Firuz Mustafa 
148 
 Mövludla R
əhman bir-birinin üzünə  baxa-baxa qalmışdı-
lar. Ca
vad Əmirxanlının bu gözlənilməz və izaholunmaz hərə-
k
əti onların heç birinə çatmırdı. 
 -Buna n
ə olub belə? 
 Mövludun sua
lına bələdiyyə sədri handan-hana cavab ver-
di: 
 -M
ən də heç nə anlamadım bu adamın bu cür hərəkətin-
d
ən. 
 - Xeyir ola bel
ə? Bəs gəlişinin məqsədi nədir bunun? 
 R
əhman çiynini çəkdi. 
 -  M
ənə  deyir ki, meşə  ətəyində, Buzlaq tərəfdə  yer  ayır, 
orada özüm
ə ev tikəcəyəm. 
Mövlud köksünü ötürüb ba
şını bulayaraq dilləndi: 
 -  Vallah, bel
ələrinin sorağını  elə  uzaqdan-uzağa  eşitmək 
daha yax
şıdır. Çünki yaxından bələd olanda görürsən ki, çoxu 
üz
ə  çıxarılası  adam  deyil bunların.  Hamı  Həmzə  Çaparlı  ola 
bilm
əz ki... Bəlkə səhvim var, düz demirəm, Rəhman? 
 R
əhman başını könülsüz halda yellədyib qısaca: 
 -H
ə, elədir- deyə, dillənd. 
Ca
vad Əmirxanlının əsli-nəsli, kökü bu kənddən idi. Körpə 
ik
ən atası “xalq düşməni” damğasıyla repressiya olunmuş, de-
yil
ənə  görə, cəmi  beş-altı  dəqiqə  çəkən məhkəmə  iclasında 
“troy
ka”nın,  yəni üç nəfərdən ibarər heyətin hökmu ilə güllə-
l
ənmiş,  bundan sonra tək övladı  ilə  başsz  qalan  anası  şəhərə- 
qohumla
rının yanına köcmüşdü. Cavadın yalnız uşaqlıq dövrü 
bu k
ənddə keçmişdi. Sonralar, tələbə olarkən bir neçə dəfə yay 
t
ətilində  anası  ilə  buraya gəlmişdi. O vaxtlar  əmisi  sağ  idi. 
K
ənddə başqa qohumları da vardı.  İllər keçdikcə bu gəliş-ge-
dişlər tədricən səngidi. Əmisi və anası vəfat edəndən sonra isə 
onun bu yerl
ərə yolu uzun illər kəsildi. 
 H
ələ lap gənc ikən Cavadın adı az qala bütün ölkədə məş-
hur ol
muşdu; o, həm adlı-sanlı idmançı, həm də istedadlı bir ri-
yaziyyat
cı və fizik kimi diqqət mərkəzində idi. Sonralar idman 
arxa  plana keçdi. Riyaziyyat
çı Cavad Əmirxanlı daha bir ixti-
sasa yiy
ələndi, universitetin biologiya fakültəsini bitirdi və tez-


Seçilmiş əsərləri, I CİLD 
149 
likl
ə biofizika elminin sayılıb- seçilən nümayəndəsi kimi məş-
hur
laşdı. Çoxlu beynəlxalq toplantılarda iştirak etdi. Onun adı 
nüfuzlu aliml
ərlə  bir  sırada çəkilirdı.  Yetirmələri, tələbələri 
dünyaya s
əpələnmişdi. Deyilənə gorə, o, öz məktəbini, öz siste-
mini yarat
mışdı.  Kənd  əhli  onu  da  eşitmişdi ki, Cavad  Əmir-
xan
lı arvadı rəhmətə gedəndən bir müddət sonra Ətiqə adlı xa-
nımla evlənmişdi.  
 
Bir işə bax ki, bu adlı-sanlı həmyerli ahıl yaşında kəndə üz 
tut
muşdu. Yox, adamın  arabir öz ilkin vətəninə  baş  çəkməsi 
heç  d
ə qəbahət deyildi. Məsələ burasında idi ki, Cavad Əmir-
xan
lı kəndə çox müəmmalı bir istəklə gəlmişdi; onun öz yaxın-
la
rına dediyindən belə çıxırdı ki, indiyəcən şəhərdə həyata ke-
çir
ə  bilmədiyi  bir  sıra  əhəmiyyətli  layihələrini, təcrübələrini 
burada real
laşdıracaq. Amma onun özü bu layihə-təcrübələrin 
n
ədən ibarət olduğu barədə heç kəsə bir kəlmə söz demirdi. 
 Onun g
əlişi  öz  həmyerliləri tərəfindən, siyasətçilərin dili 
il
ə desək, heç də birmənalı qarşılanmamışdı. İndı adamların ço-
xunun k
ənd-kəsəkdən üz çevirib böyük  şəhərlərə  axışdığı  bir 
vaxtda bu g
əlişin məqsədi, tez-tez işıqsız qalan kənd gecələri-
nin özü kimi, tutqun v
ə qaranlıq görünürdü. Cavad Əmirxanlı-
nın indi bu tərəflərdə yaxın bir qohum-əqrabasi da qalmamışdı; 
öl
ənlər ölmüş, qalanlar da yaxın-uzaq şəhərlərə köçüb getmiş-
di. Burada onun bir neç
ə uşaqlıq dostu, bir də ki, Cavad Əmir-
xan
lının adını eşidib fərəh hissi keçirən və elmin, eləcə də elm-
l
ə  məşğul  olan  adamların  xoşbəxt gələcəyinə  hələ  də  inanan 
b
əzi ziyalılar, xüsusən, fizika, riyaziyyat və biologiya müəllim-
l
əri vardı ki, onların da danışdıqları şox vaxt ətrafdakıların gü-
lüş  hədəfinə  çevrilirdi; adamların  çoxu  aşkar, ya gizlicə  ağız 
büzüb deyirdil
ər ki, indi elm var ki, onun da gələcəyi olsun? 
Bu yanla
rın əksər adamları, ən çox da ayağı yer tutan cavanlar, 
baş götürüb böyük-böyük şəhərlərə, hətta, imkanı olanlar uzaq 
v
ə yaxın ölkələrə gedirdilər. Ta elm, savad sözləri az qala yad-
dan şıxmaq üzrə idi; indi alver, biznes bütün dəyərləri üstələ-
mişdi. Az qala hər şey və hamı pulun havasına köklənmişdi. 
 Ca
vad  Əmirxanlının  istəyi yerli camaata qəribə  görünür-


Firuz Mustafa 
150 
dü. B
ələdiyyə sədrinin deməyinə görə, onların məşhur kəndçi-
l
əri özünə  mağara tərəfdə, Buzlaq deyilən yerin yaxınlığında, 
me
şə kənarında bir parça torpaq tələb edirdi. Gozdən-qulaqdan 
uzaq olan bu yerin is
ə,  əslində  kənd bələdiyyəsinə  heç bir 
aidiyya
tı yoxmuş. Dövlətin əmlakı hesab olunan torpağı kimə-
s
ə  satmağa  bələdiyyə  sədrinin  səlahiyyəti çatmırdı.  Neçə  gün 
idi ki, k
ənddə bu barədə söz-söhbət gəzirdi. Kolxoz təsərrüfatı 
da
ğılandan sonra əksəriyyəti iş-gücsüz, avara qalan kənd əhli, 
öz 
əzəlki fəaliyyətini çoxdan dayandırıb uzun illərdən bəri sa-
hibsiz qalan m
ədəniyyət evinin qarşısında yığışaraq bu mühüm 
mövzu 
ətrafında fikir mübadiləsi aparırdı.  Adamlar Cavad 
Əmirxanlını doğma kəndə gətirib çıxaran başlıca səbəbi müəy-
y
ənləşdirmək istəyirdilər. Hər ağızdan bir avaz gəlirdi. Ən ma-
raq
lısı işlərdən birisi bu idi ki, kiçik kəndin böyük rəhbər işçi-
l
əri öz gəlişi ilə kənd mühitinə yeni mövzular gətirmiş Cavad 
Əmirxanlıya  öz  doğmaca dədə-baba mülkündə  müvəqqəti də 
olsa ya
şamağı məsləhət bilmir, daha doğrusu, buna rəsmi şəkil-
d
ə icazə vermək istəmirdilər. Sən demə, mənzil məcəlləsinə aid 
mövcud qanunda mülkiyy
ətlə bağlı bir sıra dəyərli müddəalar 
var
mış və kənd rəhbərliyi də həmin müddəalardan çıxış edərək 
qanunun aliyi
ni ğöz bəbəyi kimi qorumağı müqəddəs bir məq-
s
əd sanırmış.  
 Düz
dür, doğma kənddə Cavad Əmirxanlını cani-dildən öz 
ev
ərinə qonaq dəvət edənlər də tapıldı. Amma bu qəribə qonaq 
iki aya
ğını bir başmağa dirəyib, müvəqqəti də olsa, arzusunda 
oldu
ğu yerdə-Buzlaqda məskunlaşanacan, hələlik yalnız öz də-
d
ə-baba evlərində yaşayacağını israr eləyirdi.  
 Ca
vad  Əmirxanlıya öz köhnə  daxmalarında yaşamağa 
k
ənd rəhbərliyi nə üçün icazə vermirdi? Məsələ burasında idi 
ki, in
di bu ev başqasının mülkü hesab olunurdu; burada Cavad 
Əmirxanlının yaşamaq və mülkiyyət hüqüqü yox idi. Heç de-
m
ə, bu gözdən-könüldən uzaq olan dağ kəndində qanunculuğa 
ciddi 
əməl olunurmuş. Amma rəhbərlikdə aparılan uzun-uzadı 
m
əsləhətləşmələr öz müsbət nəticəsini verdi; görünür, hər dol-
ğun qanunun bir boş bəndi də olur. Nəhayət, belə bir “boş bən-


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə