Seçilmiş əsərləri, I cild 1



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə49/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   45   46   47   48   49   50   51   52   ...   98

Firuz Mustafa 
154 
əlində kifayət qədər dəlil-sübut yox idi. 
 Onu k
əndə gətirən hissin kökündə, heç şübhəsiz ki, şəhər-
d
ə başına gələn mübhəm hadisələrlə birbaşa əlaqə vardı. Yox, 
buzlaq s
əltənətindən gələn qız, onu qətiyyən bu yerlərə israrla 
d
əvət etməmişdi. Amma Cavad Əmirxanlının daxilindən gələn 
bir hiss az qala güclü bir 
əl kimi onun yaxasından yapışıb şə-
h
ərdəki rahat ev-eşiyindən  cıxararaq bu miskin kəndə  gətirib 
çıxarmışdı. 
 Ar
tıq  kənd adamlarının  bir  çoxu Cavad  Əmirxanlını  öz 
doğmaları kimi qəbul etməyə başlamışdılar. Sən demə, bu uca-
boy, qara
şın, çalsaç, uzun qolları az qala sallanıb dizinə düşən 
adam, xasiyy
ətindəki bir çox cəhətləri, xüsusən, sadəliyi ilə on-
la
rın  digər vəzifəli, oxumuş,  adlı-sanlı  həmyerlilərindən xeyli 
f
ərqlənirmiş. Onun kefi açılanda uşaq kimi ürəkdən gülürdü və 
bu zaman iri-qonur gözl
əri qıyılaraq sanki sifətində əriyib itir-
di. Ca
vad Əmirxanlının arabir hirslənməyi də olurdu. Qəzəbli 
anla
rında onun enli alnındakı damarlar ilan kimi qıvrılıb qıpqır-
mızı olurdu; bu zaman onun kimisə ucadan söydüyünü eşitmək 
d
ə  mümkün idi. Kənd  əhli adətən, Cavad  Əmirxanlının  işbil-
m
əz, yarıtmaz vəzifə adamlarını söydüyünün də fərqinə varır-
dılar. 
 K
əndə  gələndən sonra “gecə  qonağı”ndan  bir  səs-səmir 
çıxmamışdı. Əslində heç kəs onu bura dəvət etməmişdi də. O 
“qona
ğı” burada gözləyən bir kimsə də yox idi. Sadəcə olaraq, 
indi  özlüyünd
ə  “Bəyaz” deyə  çağırdığı  qız,  Cavad  Əmirlinin 
şəhərdəki mənzilində  qəfil  zühur edərək onun tarixi ata-baba 
yurduna ya
xın  bir  yerdən, “Buzlaq” kimi tanınan mağaradan 
g
əldiyini demişdi və onu da bildirmişdi ki, həmin mağaranın içi 
əbədi buzlaqlarla örtülüdür. Doğma kəndlərinin yaxınlığındakı 
ma
ğarada buzlağın olması Cavad Əmirxanlıya uşaqlıqdan mə-
lum idi. Amma bu buzlaqda adamla
rın yaşaması... Yox, o, kən-
din az qala qula
ğının  dibində, mağaradakı  buzlaqda  hansısa 
“qar adam”ın, daha doğrusu “qar qız”ın, yaşaması barədə indi-
y
əcən kimdənsə bir kəlmə belə eşitməmişdi. Ümumiyyətlə, bu 
dunyada mövcud olan buzlaqla
rın  hansındasa belə  varlıqların 


Seçilmiş əsərləri, I CİLD 
155 
ya
şaması barədə mühakimə yürütməyin özü belə, yəqin ki, bü-
tün  ciddi auditoriyalarda gülü
şə səbəb ola bilərdi. Bu cür söh-
b
ətlərə nəinki təcrübəli, hər şeyə şübhə ilə yanaşan elm adam-
la
rı, hətta adi, bisavad kənd adamları belə ağız büzərdilər. Və 
el
ə  bu səbəbdən də  Cavad  Əmirxanlı  “qar  qız”  söhbətini heç 
yerd
ə açıb-ağartmırdı. Ona nə düşmüşdü ki, sinninin bu çağın-
da adamla
rı öz üstünə güldürsün? Bəlkə onun gördükləri ilğım 
ki
mi bir şey idi?..  
 Amma o, az qala h
ər gün Bəyazla daxili mühakimədə idi. 
B
əyaz onu buzlaq aləminə  çağırırdı.  Qızın  özü  görünmürdü, 
amma ça
ğırışı sanki onun qulağında  əks-səda verirdi: “Cavad 
b
əy, haradasan?..” Elə bu səbəbdən də Cavad Əmirxanlı Buzla-
ğa yaxın bir ərazidə, meşə yaxınlığındakı vadidə, kiçik-xudma-
ni bir ev tikm
ək qərarına gəlmişdi.  
 O, az qala h
ər gün kənd icra hakimiyyətinə və bələdiyyə 
idar
əsinə  israrla  baş  çəkməkdə, yorulmadan ayaq döyməkdə 
idi. Onu h
ər gün eyni cavabla qarşılayırdılar: “Bu, bizim səla-
hiyy
ətimizdən kənar olan bir məsələdir”.  
 Onu bu yerl
ərə çəkib gətirən hansısa bir qüvvə vardı və bu 
qüvv
ə  onu rahat buraxmır,  zirvələrə  sarı  dartırdı;  o  zirvələrin 
birinin 
ətəyində yaşı bilinməyən “Buzlaq” vardı. Amma deyə-
s
ən, adamların çoxu onu burada, doğulduğu ata yurdunda nəin-
ki ba
şa düşmür, ümumiyyətlə, heç başa düşmək belə istəmirdi-
l
ər.  
 Bir d
əfə  uzaq qohumu  Əfrayil Cavad  Əmirxanlıya  baş 
ç
əkməyə gəlmişdi. Bu, boy-buxunlu, sarışın, qırmızıyanaq, gur 
s
əsli, yanlarını  basa-basa yeriyən, dilli-dilavər, hazırcavab, 
uzun ill
ər rabitə sistemində çalışmış, rayon mərkəzində yamış, 
son ill
ər doğma kəndə qayıdıb özü demış, burada “kül tökmüş” 
bir adam
dı. Əfrayıl aradabir fikrini əsaslandırmaq üçün uzun-
uza
dı şeirlər deyir, hikmətli məsəllər çəkirdi.  
 Onlar bir xeyli ordan-burdan söhb
ət  acıb  danışdılar.  Aş-
karca görünürdü  ki, qohumu onun bu yerl
ərdə məskunlaşmaq 
ist
əməsinin əsl səbəbi ilə maraqlanır. 
 -  Cavad mü
əllim,  əziz qardaş,  yəqin təqaüdə çıxıbsan, ta 


Firuz Mustafa 
156 
inn
ən sonra  doğma kənddə  yaşamaq, buz bulaqların  başında, 
ya
şıl  meşələrin qoynunda, çəmənliklərin  ətəyində  dincəlmək 
ist
əyirsən hə... 
 - Yox... N
ə təqaüd, canım? Mənim işim-gücüm var. Sadə-
c
ə olaraq, mən burada yaradıcılıqla məşğul olmaq istəyirəm. 
 -  Sa
ğolmuş, camaat elmlə məşğul olmaq üçün şəhərə ge-
dir, orada qa
nad açıb pərvaz edir, sən isə... 
 - M
əni daxili bir istək gətirib bu yerlərə, qohum... 
 Yax
şı ki, qohumu onu bura dartıb gətirən o “daxili istəyin” 
haradan yaran
dığını, nə ilə bağlı olduğunu soruşmadı.  
 
Əfrayıl altdan-altdan onu süzüb, sanki sözgəlişi dedi: 
 - 
Əziz qardaş,  eşitdiyimə  görə, özünə  meşə  ətəyində  yer 
alıb, mülk tikmək, yurd-yuva salmaq istəyirsən. 
 Ca
vad Əmirxanlı bir qədər duruxub dilləndi: 
 -  Mülk  dey
əndə ki... Hə, qohum, orada balaca bir daxma 
düz
ətmək istəyirəm özümə. 
 - 
İndi hər yer satılıb, hər yer alınıb, Cvad müəllim. Çətin 
ki, buralarda bir qa
rış boş yer tapa biləsən. 
 - M
ənə “buralar” lazım deyil... Orada mənim özümün seç-
diyim yer var. 
 - Onda rayon r
əhbərliyinə müraciət elə... Bəlkə ad-sanına, 
şan-şöhrətinə, kitab-dəftərinə  baxıb  nəsə  bir  əncam çəkdilər. 
Amma, düzü, me
şə ətəyindən sənə kiminsə yer verəcəyinə mən 
inan
mıram. 
 - Niy
ə ki? 
 - 
Eşitdiyimə görə, oranın öz yiyəsi, öz sahibi var. 
 - Kimdir ora
nın sahibi, Əfrayıl? 
 - 
Adını  dəqiq deyə  bilmirəm. Amma orasını  bilirəm ki, 
ora
nın sahibi var. Ta sənə özgə nə deyim, nə danışım, əziz qar-
da
ş? 
 -Bu
ra  bax,  oxu  atıb  yayı  gizlətmə,  Əfrayıl.  Deyəsən ad 
ç
əkməyə qorxursan? 
 -B
əli, qorxuram. Niyə də qorxmayım ki? İndi düz söz de-
y
ənin ağzına noğul yox, güllə atırlar. Ona görə ağzımı açmağa, 
bir k
əlmə  doğru söz  deməyə  qorxuram.  Əvvəllərsə  qorxmur-


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə