Seçilmiş əsərləri, I cild 1


Seçilmiş əsərləri, I CİLD



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə52/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   48   49   50   51   52   53   54   55   ...   98

Seçilmiş əsərləri, I CİLD 
163 
 Onlar p
əncərədən aralandılar. 
 Ca
vad Əmirxanlının sual dolu gözləri Aliyənin üzünə di-
kildi.  
 Qa
dın onu diqqətlə süzüb dedi: 
 - H
ə, indi get başla sənədləri toplamağa. 
 - Han
sı sənədləri? 
 - Lap 
əvvəlcə, dəlixanaya getməlisən. 
 - !!! 
 - H
ə, yəqin təəccüblənirsən. 
 - 
Axı mən sürücülük vəsiqəsi almıram... 
 - El
ə bunlar da onu deyirlər...  
 - N
əyi? 
 - Deyirl
ər ki, hətta, adi sürücülük vəsiqəsi almağa belə, də-
lixanadan ka
ğız tələb olunur... O ki ola bu boyda dövlət idarə-
si... B
əlkə birinin ağlı azdır, vurub növbədəkilərin birini öldür-
dü, onda buna kim cavabdeh olsun?.. Bunu m
ən demirəm ha, 
bunlar deyirl
ər. 
 -  Ba
şa  düşürəm... Deməli, birinci dəlixanaya getmək la-
zımdır. 
 - B
əli. Uzaqda deyil dəlixana, bax elə bu binanın o başın-
da
dır. Amma oraya tək getmə... 
 -...  
 - Bilirs
ən niyə? Birdən orada səni tutub həqiqətən dəli ki-
mi iç
əri salarlar. Bizim rayon öz dəlilərının sayına görə ölkədə 
axırıncı yerlərdən birini tutur. Buna görə yuxarıdan bizim rayo-
nun r
əhbərliyinə həmişə ciddi irad bildirilir. Çox işdə öndəyik, 
m
əsələn, ölüm hallarına görə  öndə  gedirik. Mən riyaziyyatçı-
yam, öl
ənlərin statistikasını aparıram. Elə-belə, özümçün. Am-
ma d
əqiq bilirəm ki, ruhi xəstələrimizin sayı ölkə səviyyəsin-
d
ən azdır. İndi burada çoxları çalışır ki, biz bu sahədə də birin-
ci yerl
ərdən birini tutaq. Oraya müraciət edəndə yanında sənə 
zamin dura bil
əcək ağıllı bir adam olmalıdır. Mən sənə zamin 
durar
dım.  Amma qorxuram, Cavad. Bilirsən niyə? Bilmirsən 
h
ə? Əvvəla, ona görə ki, birdən mənim özümü də tutub dəli ki-
mi iç
əri basarlar. Oradakıların  çoxu kişilərdir.  İkincisi də, tə-


Firuz Mustafa 
164 
miz adıma ləkə gələ bilər. Qız uşağıyam, indiyəcən adıma bir 
söz deyilm
əyib. Bizim cammat bir az sözgəzdirəndir. Bu yan-
dan da s
əni yanımda görüb deyəcəklər ki, görəsən odla pambı-
ğın bir yerdə nə işi? Yəni yad kişi ilə yad qadının bir yerdə ol-
ma
sına burada yaxşı baxmırlar... Bağışla ey, Cavad... 
 - B
əs onda mən nə edim, zamin olmaq üçün kimi tapım? 
 Qa
dın bir az fikrə gedib, nəhayət, dilləndi: 
 - Qa
pıda dayanan ağxalatlının cibinə pul qoyarsan. Bunlar 
pulu cox sevirl
ər. Öz təmiz adları, namusları kimi... hələ bir az 
da ar
tıq... Bunlar puldan başqa hər şeyə nifrət edirlər. 
 Ca
vad Əmirxanlı Aliyənin işarə etdiyi səmtə baxdı. Başını 
bula
yıb çıxdı. 
 O, qa
dının göstərdiyi səmtə doğru irəlilədı. Qapıda daya-
nan ağxalatlı kök bir adam idi, qırışsız, dümağ sifəti vardı, sal-
laq-
qırmızı dodaqları yarıaçıq idi. Cavad Əmirxanlı bu adamın 
qa
dın, yaxud kişi olduğunu müəyyən edə bilmədi, əlini cibinə 
sa
lıb pul çıxartdı, pulu kişi və ya qadın olduğu bilinməyən ada-
mın ovcuna basdı; adamın əli yumşaq və tərli idi. Adam əlini 
döş cibinə atıb oradan ağ bir kağız çıxarıb verdi, bunu elə cəld 
etdi ki, sanki Ca
vad Əmirxanlıdan aldığı pulu elə döş cibindəcə 
bir anın içində ağ kağıza çevirmişdi. Adam yumşaq əlinin ətlı 
şəhadət barmağını açıq pəncərələrdən birinə sarı tuşladı. 
 Ca
vad  Əmirxanlı  təzədən geri döndü,  işarə  olunan  açıq 
p
əncərəyə yaxınlaşıb ağ kağızı irəli uzatdı, ona oradan sarı bir 
v
ərəq uzatdılar, o bir xeyli bu sarı vərəqin o üz bu üzünə baxdı, 
bu v
ərəqin üstündə də yazı yox idi, bu zaman haradansa zühur 
ed
ən Aliyə ona yaxınlaşdı, sarı vərəqə alıb diqqətlə baxdı, san-
ki qoxlamaq üçün burnuna tutdu, qa
dının üzünə sevincişartısı-
na b
ənzər bir işıq yayıldı: 
 -S
ənu növbəyə durmaq üçün növbəyə yazıblar. 
 “Növb
əyə yazılmaq üçün növbə nədir görəsən?” 
 Bel
ə də növbə olar bəyəm? Eşitdikləri isə ona komik və ya 
absurd 
əsərlərdə təsvir olunan hadisələri xatirladırdı. O, kənddə 
qal
dıqca burada baş verənlərə daha yaxından bələd olurdu. Şə-
h
ərdə nələrin baş verdiyini anlamaq onun üçün çətin idi. Amma 


Seçilmiş əsərləri, I CİLD 
165 
burada...  
 Görünür, böyük dünya
nı  bütün rəngləri ilə  yalnız  kiçik 
mühitd
ə görmək mümkündür.  
 Burada adamla
rı sanki yaşamaqdan daha çox, vaxtın keçib 
getm
əsi düşündürürdü.  
 Ax
şamın düşməsi Günəşin çıxmasından daha maraqlı idi. 
 Zülm
ət özü ilə bərabər bir qara örtük də gətirirdi ki, bu qa-
ra örtüyün al
tında rahatca gizlənmək imkanı yaranırdı. 
 Ha
mı nəyi isə gözləyirdi, amma bu “nəyi”n adını və onun 
n
ədən ibarət olduğunu heç kəs bilmirdi. 
 Adamla
rın  sifəti bomboz  daşlara oxşayırdı;  di gəl ki, bu 
boz daşları götürüb hörüyə qoyan bir adam yox idi.  
 Ca
vad  Əmirxanlı  burada qaldıqca sanki ayaqları  torpağa 
daha möhk
əm işləyirdi. Amma ona elə gəlirdi ki, ayaqlarını də-
rinlikl
ərə çəkən münbit torpaq yox, dibsiz bataqlıqdır. Hərdən 
o, var qüvv
əsi ilə dartınıb bu gözəgörünməz “bataqlıq”dan çıx-
maq ist
əyirdi. Di gəl ki, cəhdi bir nəticə vermirdi; onu aşağıya 
sa
rı dartırdılar. 
 Ar
tıq  gec  idi.  Axşam  düşmüşdü. Cavad  Əmirxanlı  yola 
çıxdı, sürətlə ötüb gedən yük maşınlarından birinin sürücüsünə 
əl etdi, maşın xırp yerində dayandı, məlum oldu ki, sürücü Ça-
par
lı  tərəfdəndir, özü də  onu tanıyır,  amma kabinədə  yer yox 
idi, orada 
əliuşaqlı  cavan qadın  vardı,  sürücü adlı-sanlı  alimi 
yolda qoymaq ist
əmirdi, di gəl ki, onun kuzovda yol getməsinə 
d
ə razı deyildi; axı eşidib-bilən nə deyər, dağdan ağır bir kişini, 
m
əşhur bir alımı kuzova qaldırmaq sürücünün ağlına batmırdı. 
Amma m
əşhur həmyerli sürücünü bir təhər razı saldı, hıqqana-
hıqqana kuzova qalxdı; sən demə sürücü kuzova həm də toyuq-
cüc
ə yükləyibmiş, bu toyuq-cücələr üst-üstə yığılmış kağız ye-
şiklərin içində idi; ev quşlarının başı arabir yeşiklərin deşıklə-
rind
ən eşiyə çıxırdı. İndi kuzova yad adamın mindiyini görən 
toyuq-cüc
ələr ağız-ağıza verib cikkildəşməyə başladılar.  
 Onlar k
əndə  çatanda qaranlıq  qanadlarını  gen-gen  açıb 
san
kı pıçıltı ilə layla deyirdi. Kənd yuxu dənizində üzürdü. Elə 
bil 
əkin-biçindən qayıdan yorğun  kəndli  ağzı  üstə  düşüb  daş 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə