Seçilmiş əsərləri, I cild 1


Seçilmiş əsərləri, I CİLD



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə55/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   51   52   53   54   55   56   57   58   ...   98

Seçilmiş əsərləri, I CİLD 
171 
 Normal insan beynin
ə anadangəlmə analiz və sintez etmək 
qabiliyy
əti xasdır.  
 El
ə buna görə də Cavad Əmirxanlı indiki halda insan yad-
da
şının  surətinin  çıxarılmasının  mümkünlüyünə  inanırdı.  O, 
bel
ə hesab edirdi ki, insan yaddaşını müasir texnoloji vasitələr-
l
ə diskə köçürməyin zamanı çatıb; bu, lap kompüterin yadda-
şındakı  yazı  və  informasiyaların  disklə  köçürülməsini xatırla-
dan, indi ha
mıya adi və sadə görünən bir əməliyyata bənzəyə-
c
əkdi.  
 B
əs beyin kimi mürəkkəb bir orqanın yaddaş qatına necə 
müdaxil
ə  etməli, oradaki intəhasız  informasiyanı  hansı  yolla 
əldə etməli, həmin məlumatları hansı texniki vasitələrin köməyi 
il
ə süni yaddaş aparatına köçürməli, bir sözlə, beyindəki məlu-
matla
rı necə maddiləşdirməli? 
 Ca
vad  Əmirxanlı  yaddaşdakı  qlobal məlumatların  mexa-
ni
ki şəkildə yaddaş kartına daxil olmasının hələlik yalnız nəzəri 
əsaslarını işləyib hazırlasa da, tezliklə həmin prosesin praktiki 
h
əllinə nail olunacağına zərrə qədər şübhə etmirdi. Lakin yad-
da
şın bu şəkildə “maddiləşməsı”, digər tərəfdən, yeni faciələ-
rin yaranma
sı  demək idi. Yaddaşın  hansısa karta və  ya diskə 
köçürülm
əsi, nə qədər böyük kəşf olsa da, onun qorxulu nəticə-
ni indid
ən təssəvvür etmək mümkün idi.  
 Bu k
əşf insanları və bütövlükdə insanlığı, hansı naqis mər-
h
ələyə gətirib çıxarar və bu zaman nələr baş verə bilərdi? 
 M
əsələ burasındadır ki, insan yaddaşı qətiyyən mexaniki, 
statik s
əciyyə daşımır və o, biolji və sosial münasibətlərin mən-
tiqli sistemi kimi f
əaliyyət göstərir. Yaddaşdan kənarda insan, 
el
əcə də insandan kənarda yaddaş yoxdur.  
 El
ə  isə  yaddaşın  köçürülməsi insanlara nə  verə  bilərdi? 
T
əbii ki, xeyirə xidmət edən insanların bu çür “surətşıxarma” 
əməliyyatının elə bir qorxusu ola bilməzdi; belələri mövcud bə-
şəri dəyərlərdən və öz fərdi tərbiyə prinsiplərindən kənara şı-
xaraq kim
əsə utanc gətirə biləcək hansısa bəd əmələ rəvac ver-
m
əyən adamlardı. Başqa sözlə, bu tip adamların beynində yal-
nız ətraf üçün gətəkli, xeyirli fikirlər dolaşır. Amma yaddaşın 


Firuz Mustafa 
172 
sur
ətinin çıxarılması şərə xidmət göstərən kəslər üçün istər-is-
t
əməz böyük təhlükəyə şevriləcəkdi. Axı daim başqalarına pis-
lik etm
ək, badalaq vurmaq, tələ qurmaq haqqında düşünənlər 
bu yeni k
əşfi necə qəbul edə bilərdilər?  
 Yadda
şın surəti və ya başqa sözlə “elektron versiyası” əl-
d
ə olandan, “diskə köçürüləndən” sonra kimin kim olduğu bü-
tün çılpaqlığı ilə üzə çıxacaqdı. Bu zaman cinayətkarların illər 
boyu qafa
sında gəzdirdiyi müdhiş  planlar, məkrli dostların 
qurdu
ğu gizli tələlər,ömürləri boyu bir-birlərinə xəyanət etmək 
üçün fürs
ət gəzən  ər-arvadın  məkr  üzərində  qurulan münasi-
b
ətləri aşkarlanıb kitab kimi oxunacaqdı. Bu “disketlər” hələ 
n
ə qədər həqiqət kimi imitasiya olunan yalanların üstünü aşa-
caq
dı. Məhəbbət adiyla təqdim edilən neçə-neçə xəyanətin ün-
va
nı məlum olacaqdı. İllər boyu dost kimi təqdim edilən adam-
la
rın bir-birinə canavar xisləti ilə yanaşdıqları günlərin bir gü-
nü faş olacaqdı. 
 Yeni k
əşf cəmiyyətdəki insanları çəxsiyyət kimi deyil, kölə 
kimi görm
ək istəyən bir çox dövlət başçılarının, siyasi xadimlə-
rin aşkar-gizli niyyətlərinin üstünə işıq salacaqdı. 
 Yad
daş gizlinlərinin aşkarlanması, qəzaya düşən təyyarə-
d
əki “qara qutu”da üzə çıxan həqiqi informasiyaya, daha doğ-
ru
su, çılpaq həqiqətin özünə bənzəyəcəkdi. 
 N
əhayət, artıq rəzalət, yalan, saxtakarlıq bataqlığında bo-
ğulan insanın azad bir mühitə çıxmağına az, lap az qalırdı. 
 Kimin kim oldu
ğu çox tezliklə məlum olacaqdı. O, buna 
ür
əkdən inanırdı. 
 Amma o, daxil
ən çox narahat idi. Ürəyi rahatlıq tapmırdı: 
əgər günlərin bir günü Cavad Əmirxanlı öz nəzəri hipotezlərini 
real
laşdıra bilsəydi, yəni beynində  dolanan fikirlər lentə  alın-
say
dı  onun  öz  həyatında da faciələr  baş  verə  bilərdi.  Axı  bu 
k
əşf hər cür saxtakarlığa ölümcül zərdə vuracaqdı. O, istər-istə-
m
əz öz arvadı Ətiqə ilə son zamanlar yeni “müstəviyə” keçən 
münasib
ətlərini xatırlamalı  oldu; məsələ  burasında idi ki, bu 
münasib
ətlər heç də  zahirdə  göründüyü qədər sadə  və  hamar 
deyildi. H
ər halda Cavad Əmirxanlı ağır mərəzə mübtəla olmuş 


Seçilmiş əsərləri, I CİLD 
173 
arva
dı ilə yalançı “səmimiyyət” və “sevgi” oyunu oynayır, bir 
növ saxtakar
lığa  rəvac verirdi.  Axı  onun  ürəyindəki  coşqun 
g
ənclik hisslərini indi bir rəhm hissi əvəz etmişdi; o, indi arva-
dını  sevmirdi, sadəcə  olaraq onun halına  acıyırdı,  ona  yazığı 
g
əlirdi. Bax, günlərin bir günü Cavad Əmirxanlının kəşfi həya-
ta v
əsiqə alsaydı, yəni beyindəki bütün gizli fikirlər lentə alın-
say
dı, onun ağlından keçənlər də faş olacaqdı və təsadüf nəticə-
sind
ə Ətiqənin əlinə düşə biləcək həmin “sirli lent” onun həya-
tında çox şeyi alt-üst edə bilərdi. Ən azından o, öz gizli düşün-
c
ələrinə görə arvadının gözündə gərəksiz bir heçə çevrilə bilər-
di.  
 
“Pis şeylər haqqında düşünməyin, çünki bütün düşüncələ-
ri
niz bir gün faş olacaq. 
 Yalanlara qucaq açma
yın,  çünki o yalanlar bir gün ilan 
olub boynunuza dolanacaq sizin. 
 
İndidən  əmin olun, törətdiyiniz cinayətlər bir vaxt sizin 
üzünüz
ə oxunacaq. 
 V
ə bütün bunların baş verməsi üçün qiyamət gününü göz-
l
əməyə ehtiyac qalmayacaq. 
 
Siz sağlığınızda bu deyilənlərin şahidi olacaqsınız”. 
 Ca
vad Əmirxanlı ağlına gələn, üryindən keçən bu fikirləri 
çox vaxt ucadan, az qa
la qışqıra -qışqıra deyirdi. O, bu sözlərin 
ha
mının  qulağına çatmasını  çox  istəyirdi.  Amma öz dediyini 
yal
nız özü eşidirdi. Onu nəinki sıravi, adi adamlar, hətta, heç 
öz h
əmkarları belə anlamır, anlamaq istəmir, çox vaxt müəm-
ma
lı bir sükutla qarşılayırdılar. Hələ sükut edənlərin ata-baba-
sına rəhmət demək lazım idi; məsələ burasında idi ki, bir çoxla-
rının nəzərində Cavad Əmirxanlı vaxrilə istedad sahibi, indi isə 
ağlını itirməkdə olan bir mariginal, əcaib təbiətli şəxs idi. 
 
Əslində, Cavad Əmirxanlının da öz həmkarlarına münasi-
b
əti birmənalı deyildi. Onunla eyni laboratoriyada çalışanların 
əksəriyyəti öz müəllimlərinin, elmi rəhbərlərinin xətrini istəyir-
dil
ər. Amma son illər elmə həşarat kimi daraşanların sayı art-
mışdı və bu cür “elm həşaratlarının” çoxu hər nə cür olursa-ol-
sun “alimlik diplomu” almaq arzusu il
ə  yaşayan, istedaddan 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə