Seçilmiş əsərləri, I cild 1



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə56/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   52   53   54   55   56   57   58   59   ...   98

Firuz Mustafa 
174 
m
əhrum sırtıq, sürtük adamlar idi. Alimlərin, elm adamlarının 
dözülm
əz kasıb həyat şəraitindən sui-istefadə edib kiçik maliy-
y
ə  dəstəyinin  əvəzində  qalın-qalın  dissertasiyalar yazdıran bu 
adamla
rın  çoxu yüksək mənsəbli, ali ranqlı  dövlət məmurları 
idil
ər. Cavad Əmirxanlının eşidib-bildiyinə görə indi hər tədqi-
qat işinin öz “qiyməti” vardı. Rayon və ölkə səviyyəsində mə-
sul v
əzifələrdə çalışan, nazirliklərdə kök atan, hətta, bir çoxu-
nun çibind
ə  deputat və  diplomat mandatı  olan  bu  adamlarla 
mübariz
ə aparmaq artıq mənasız iş idi; çünki indi bu işlə, dis-
sertasiya yazmaq v
ə  yazdırmaqla tək-tük adamlar yox, bütöv 
bir ordu m
əşğul  olurdu. “Anonim tədqiqatların”  bir  çoxunun 

əllifi Cavad  Əmirxanlının  öz  keçmiş  tələbələri idi. Cavad 
Əmirxanlı  bunu yaxşı  bilirdi.  Əvvəllər həmin “əldəqayırma” 
əsərlərin müzakirələri zamanı o, bir neçə dəfə kəskin şəkildə öz 
irad v
ə  etirazını  bildirmişdi. Amma sonralar  bu  cür  çıxışların 
m
ənasız olduğunu anlayıb, susmağa üstünlük vermişdi. Hər şey 
t
ərs-avand qurulmuşdu: əsl alimlər əl-ələ verib cahil məmurlar 
üçün dissertasiya ya
zırdılar. Elmi adlar üst-üstə qalaqlansa da 
elm özü inki
şaf etmir, yerində sayır, bəlkə də geri gedirdi; iş-
tah
lı  məmurlarınsa maddi və  mənəvə  tələbatı  ödənmirdi ki, 
öd
ənmirdi; onlar təkcə “quru” ad-san yox, həm də “yuxarılar-
dan” böyük-böyük mükafatlar, orden-medallar, f
əxri adlar tələb 
edirdil
ər. Bu, lap hindu qəbilə başçılarının əməlinə oxşayırdı; 
bu  başçılar  əllərinə  düşən bütün parıltılı  daşları,  lələkləri, qa-
bıqları,  çınqılları  öz  boyun-boğazlarından  asıb  “azarlarını  öl-
dürdükl
əri” kimi, son illərin qondarma alimləri, “alıimi-biəməl-
l
əri” də  bər-bəzəkli diplom, orden və  medalları  üst-üstə  qala-
maqla öz n
əfslərini öldürməyə çalışırdılar.  
 Elm gözgör
əti kökü kəsilən dinazavrların vəziyyətinə düş-
müşdü; qondarma alimlər istedadlı alimlərə dərs verməkdə idi. 
Yalan
çı elm həqiqi elmin dəfnində yaxından iştirak edirdi.  
 Ca
vad Əmirxanlı daxilən elmin gününə ağlasa da, vaxtilə 
seçdiyi bu yoldan dönm
ək fikrində deyildi. Amma, deyəsən, bu 
yol onu heç özünün d
ə  ağlına gəlməyən naməlum, sirli bir 
m
ənzilə çəkib aparırdı. 


Seçilmiş əsərləri, I CİLD 
175 
 Ca
vad Əmirxanlı hər gün, hər saat öz-özü ilə daxili müka-
lim
ədə, həsb-halda idi. O, hələlik özünün şəhərdə itirdiyi ener-
jisini-  gücünü b
ərpa etməklə  məşğuldu. Burada, səs-küydən 
uzaq, ucqar k
ənddə o, özünün gələcək fəaliyyətini, lap elə bü-
tün h
əyatını təzədən qurmaq barədə planlar qururdu.  
 Ca
vad Əmirxanlı son illərdə yağışdan sonra artıb-törəyən 
köb
ələklər və  epidemiya xəstəlikləri kimi yayılan iddalı  siya-
s
ətçilərin, əl-qollarını ölçə-ölçə hamıya əxlaq dərsi verən naq-
qal aliml
ərin, gözlərini yumub ağazlarını açan  məddah şairlə-
rin, günd
ə bir ailə qurub-ailə dağıdan həyasız müğənnilərin, üz-
gözl
ərindən nadanlıq tökülən arxalı məmurların sir-sifətini gö-
rüb, s
əs-küyünü eşitmirdi və bundan məmnun idi. Məsələ bura-
sında idi ki, onun köhnə, uçuq-sökük evində nə radio vardı, nə 
d
ə televizor. 
 O, c
əld ayağa qalxıb əynini geydi, həyətə çıxıb, uzaqlara 
tama
şa elədi. Sanki qarşı dağlardan, yaşıl meşədən kimsə onu 
s
əsləyirdi. Allah bilir, bəlkə də bu səs onun öz içindən gəlirdi. 
Bird
ən-birə onun ürəyində yola çıxmaq, zirvələrə qalxmaq, də-
r
ələrə enmək, vadiləri dolaşmaq istəyi baş qaldırdı.O, Buzlağa 
getm
ək, bir zamanlar gördüyü və  görmədiyi yerlərə  baş  çək-
m
ək istəyirdi. 
 Gün
əş üfüqə təzəcə qızıl boya çəkməyə başlayanda o, ar-
tıq  meşənin  ətəyinə  çatmışdı.  Şehli çəmənin üstündə  Cavad 
Əmirxanlının çəhlimi şərid kimi uzanırdı. O, iti addımlarla də-
r
ədən keçib zirvəyə  doğru irəliləməyə  başladı.  Öz  cəldliyinə, 
gümrah
lığına özü də məəttəl qalmışdı; haradan gəlmişdi onun 
dizl
ərinə bu güc, bu qüvvət?..  
 O, arabir ayaq saxla
yır,  ətrafındakı  mənzərələri nəzərdən 
keçirirdi.  
 Ya
xınlıqdan həzin bir səs gəlirdı.  Bu,  su  səsi idi. Sonra 
onu az qala ta
nış bir ətir vurdu. Bu, su ətri idi. Aman allah, sən 
dem
ə, suyun təkcə səsi yox, həm də ətri olurmuş.  
 O, 
əyilib bulağın suyundan acgözlüklə içməyə başladı; bu-
laqdan ona ta
nış, saç-saqqalı qarışmış,  yaşlı, zəhmli bir adam 
ba
xırdı; qəfildən xatıtladı ki, o, bir zamanlar bu bulaqdan su iç-


Firuz Mustafa 
176 
mişdi və onu da yadına saldı ki, o vaxt bu ayna sulardan ona 
cavan, gül
ərüz bir oğlan baxmışdı. Sular səssizcə, heç nəyə eti-
na etm
ədən  axıb  gedirdi. Bulaq indi onu yaddan  çıxartmışdı. 
Aman allah, s
ən demə, suyun səsiylə və ətriylə bərabər, həm də 
yadda
şı olurmuş.  
 “S
ən deyəsən məni tanımadın, bulaq. Sənin su yaddaşında 
ar
tıq mən yoxam. Elə mən də səni unutmuşdum düzü. Yalnız 
indi xa
tırladım sənin mövcudluğunu.  
 S
ənin başının  üstündə  keşik  çəkən  bu  ağac  da tanımadı 
m
əni. O da unudub ötüb-keçənləri” elə ətrafdakı qayalar, o qa-
yala
rın belınə dolaşan bulud da onun kimi. Bir yadlıq, ögeylik 
duyuram burada bu gün. Bulaq, m
ən bu unutqanlığa görə nə sə-
ni qınayıram, nə sənin keşiyini çəkən o ağacı, nə buludu, nə də 
qaya
nı... Axı bizim görüşlərimiz ötəri olub. Mən hələ yeniyet-
m
ə ikən bu yerləri tərk edib getmişəm. Eh, gör bir aradan neçə 
ill
ər keçib...  
 M
ən bu yerləri tərk edib gedəndən sonra başqa bir ömür 
ya
şamalı oldum, bulaq. İnsan cavan vaxtlarında hər şeyin çox 
maraqli, göz
əl olduğunu düşünür. Hətta, bəzən ağır faciələr də 
ona 
əsrarəngiz bir gözəllik kimi təsir bağışlayır.  Yalnız  illər 
ötüb keç
əndən, irəlidəki vaxtın arxada qalan vaxtdan az oldu-
ğunu dərk etməyə başladığın andan sonra həyata ayrı bir gözlə 
baxma
lı olursan; bu vaxt ən gözəl anlar belə, sənin ürəyini ovu-
da bilmir. S
ən insan həyatının  başdan-başa  faciələrdən ibarət 
oldu
ğunu hiss etməyə başlayrsan. Hər bir şey sanki insanı ölü-
m
ə  hazırlayır.  İnsanların  uydurduğu  şənliklər, ziyafətlər də 
onun özünü ovundurmaq üçün t
əşkil olumnuş təskinlik məclis-
l
ərindən başqa bir şey deyildir. 
 M
ən uzun illər bu sulardan, bu ağaçlardan, bu qayalardan 
ay
rı yaşadım. Göy üzündəki o buludlar da mənim sonralar gör-
düyüm buludlardan f
ərqlidir. Yox, mən deyə bilmərəm ki, insa-
nın  əzəl gördükləri sonra gördüklərindən gözəldir, cazibədar-
dır.  Mən sadəcə  olaraq belə  düşünürəm ki, insan hər  bir  yaş 
dövründ
ə öz ətrafındakı şeyləri bir cür görür. Zaman çox şeyi, 
b
əlkə də hər şeyi dəyişir. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə