Seçilmiş əsərləri, I cild 1


Seçilmiş əsərləri, I CİLD



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə54/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   50   51   52   53   54   55   56   57   ...   98

Seçilmiş əsərləri, I CİLD 
169 
sab edirdi v
ə elə göydəki ulduzlarla beyindəki “ulduzlar” ara-
sında da bir əlaqənin olduğuna şəkk-şübhə etmirdi. Astronom-
la
rın  təxmini hesablamasına görə, kainatdakı  ulduzların  sayı 
insan beynind
əki ulduzların sayından iki dəfə artıqdır, yəni iki-
yüz  milyard
dır. Cavad Əmirxanlı bu statistikaya şübhə ilə ya-
na
şırdı. O, qəti şəkildə belə bir qənaətə gəlmişdi ki, insan bey-
nind
əki neyronların sayı ilə kainatdakı ulduzların sayı tam bə-
rab
ər olmalıdır; yəni hər iki aləmdə say yüz milyardlıq kəmiy-
y
ətlə hesablanmalıdır. O, bu məntiqdən çıxış edərək belə hesab 
edirdi ki, Yer kür
əsində yaşaya biləcək insanların sayı hələ on 
d
əfə arta bilər; daha doğrusu, burada yüz milyard insanın ya-
şaması üçün təbii imkan və şərait mövcuddur.  
 Ca
vad Əmirxanlı nə üçün belə düşünürdü? O, özlüyündə 
üç amilin: a)insan beyni, b)c
əmiyyəti təşkil edən bəşər övladı 
v
ə c)özündə sonsuzluğu əks etdirən kainatın, arasında saysız-
hesab
sız  əlaqələrin olduğu  qənaətinə  elə-belə  gəlməmişdi; o, 
bu 
əlaqələrin müxtəlif müstəvi və məkanlarda mövcud olmasını 
özünün konkret q
ənaət və təhlillərindən çıxış edərək irəli sürür-
dü. İnsan beyni kainatın “beyni” ilə həmahəng bir sistemə ma-
likdir, y
əni hər beyində kainatdakı qədər ulduz “yanıb-sönür”. 
H
ər ulduz bir neyrondur, hər neyronsa bir ulduz. Beləliklə, in-
san beynind
əki neyronların, dünyadakı insanların və kainatda-
kı ulduzların sayı tamamilə eynidir; bu aləm heç də bəzilərinin 

şündüyü kimi sistemsiz bir xaosdan ibarət deyildir; kainatda 
pozulmaz bir harmoniya, nizam mövcuddur v
ə insanın bəlkə də 
ən başlıca vəzifəsi bu qanunauyğunluğu dərk etməkdir. 
 Ca
vad Əmirxanlıya görə, insan beyni təkcə adi materya və 
cisimd
ən ibarət deyildi. Beyin məkan və  zamanın  müştərək 
mövcud oldu
ğu konkret müstəvidir. Dünyada məkanı yaşadan 
predmet v
ə fenomenlər çoxdur. Kiçik qum zərrəsəndən tutmuş 
ən nəhəng planetlərə qədər bütün cisimlər öz varlıqları etibarı 
il
ə məkanı təmsil edirlər. Amma zamanın yaşarılığı bir az baş-
qa cürdür; bu dünyada, lap el
ə bütün kainatda, zamanın möv-
cudlu
ğunu ifadə edən yeganə fenomen insan beyni, daha doğ-
rusu, insan yadda
şıdır. Yaddaş yoxsa, hansı zaman söhbəti ola 


Firuz Mustafa 
170 
bil
ər ki? Yaddaş zamanın mövcudluq müstəvisidir. Beyin təyya-
r
ələrin uçuş meydançasına bənzəyir, insana məxsus olan bütün 
ideyalar, o cüml
ədən yaddaş  özü,  hər cür uçuşu  məhz beyin 
müst
əvisindən həyata keçirir. Bu, bəlkə də praktik elmdən uzaq 
n
əzəri, idealist, həm də subyektiv baxış idi; amma Cavad Əmir-
xan
lı  öz  mövqeyindən geri çəkilmək istəmirdi. O, belə  hesab 
edirdi ki, beyin zamanla m
əkanın  qovuşduğu  yeganə  müstəvi 
olsa da, burada h
ələ elmə məlum olmayan ziddiyyətli proseslər 
gedir,  habel
ə insan beyni bir model kimi təkcə Yer planetinin 
deyil, habel
ə, bütün kainatın, qalaktikanın əlamətlərini özündə 
əks etdirir. Bütün planetlər, əslində, insan beyninin kiçildilmiş 
modelidir. 
 
Ağılda və yaddaşda ən azından təbiətə məxsus bütün əla-
m
ət və keyfiyyətlər yaşamaqdadır. Nə yoxdur orada- insan bey-
nind
ə, daha doğrusu, insan yaddaşında? Dağlar, dərələr, oke-
anlar, s
əhralar, uçurumlar, mağaralar. Orada küləklər əsir, il-
dırımlar  şaxıyır.  Çayların  zümzüməsi, dənizlərin  uğultusu ya-
şayır insanın yaddaşında. Bütün bunların hamısı insanlara nə-
sild
ən-nəslə ötürülən əbədi informasiyalardır. İnsan yaşa dol-
duqca h
əmin kodlaşmış, gizli informasiyalar da tədricən üzə çı-
xır, insanları bu və ya digər hərəkətlərə sövq edir. Yaddaşdakı 
t
əhrikedici məlumatlar kompas əqrəbi kimi dəyişkənliyə malik-
dir; onlardan b
əziləri insanı xislətcə xeyirə, digər qismi isə şə-
r
ə qulluq etməyə yönəldir. Elə bu səbəbdən də insanın qəhrə-
man v
ə ya cinayətkar kimi yetişməsinin elə böyük məsafə fərqi 
yoxdur, bunla
rın arasında nazik kağız divar olur; bu, bir növ 
iti bıçağın kimin əlində olmasına bənzəyir; bəli, baxır o bıçaq 
kimin 
əlindədir; həmin bıçaq cinayətkarın əlində olanda kinin-
s
ə həyatına qəsd edilə bilər, amma cərrah əlində olan bıçaq ki-
mins
ə həyatını xilas edən möcüzəyə çevrilə bilər. 
 
İnsanın hansı “düşərgəni” seçməsi çox zaman onun özün-
d
ən asılı olmur; şərin hökmranlıq etdiyi mühitdə insanlar, adə-
t
ən, pislik etməklə irəli getməyə çalışırlar; xeyirin üstünlük təş-
kil etdiyi sosial atmosferd
ə isə adamlar daha çox başqalarına 
yax
şılıq etmək barədə düşünürlər.  


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə