Seçilmiş əsərləri, I cild 1


Seçilmiş əsərləri, I CİLD



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə57/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   53   54   55   56   57   58   59   60   ...   98

Seçilmiş əsərləri, I CİLD 
177 
 
İndi hər  şey  mənə  əvvəllər olduğundan daha müəmmalı 
görünür. El
ə  adamlar da. Məni  ən çox yandıran odur ki, bu 
adamla
rın çoxu cahildir və onlar nə üçün yaşadıqlarının məna-
sını dərk etməyə zərrə qədər də səy göstərmirlər. Bilirəm, on-
suz da bu dünya
da baş verən ən adi bir hadisəni belə dərk et-
m
ək mümkün deyildir, bu, öz yerində, bəs buna cəhd göstərmə-
m
əyə nə deyəsən, bulaq? 
 M
ən həmişə sənin kimi təmiz olmaq, şəffaf olmaq istəmi-
şəm, bulaq. Sənin nəğmələrin kimi mən də ürəklərə, beyinlərə 
axmaq ist
əmişəm, bulaq. Sən min illərdir ki, axıb təbiəti cana 
g
ətirirsən. Amma mənim ömrüm indiyəcən bəlkə də boş-boşu-
na axıb gedib, bulaq”. 
 
Göz yaşları kimi şəffaf sular, səssiz axan bulaq, sanki bu 
anlarda Cava
dın səsini eşidib dilə gəldi: “Sənin də ömrün boş-
bo
şuna axıb getməyib, Cavad. Sən də bizim sular kimi həmişə 
saf olmusan. S
ənu bu yerlərə elə o saflıq çəkib gətirib. Mən sə-
ni h
əmişə  gözləmişəm.  Bu  dağlar  həmişə  sənin intizarında 
olub.  İllər uzunu sənin yuxularından boylanan bu dağlar sənə 
h
əmişə  göz qoyub, səninlə  bir ucalıb,  səninlə  fəxr edib. Sən 
dağlara söykənmisən, dağlar da sənə. Sən niyə dərdli gəzirsən, 
Cavad?  N
ə  qədər ki, mən varam, nə  qədər  ki,  o  dağ,  o  zirvə 
var, s
ən də var olacaqsan. Qoy mənim nəğmələrim həmişə sə-
nin içind
ə zümzümə etsin. Sən bu nəğmələrdə yerlərin və göy-
l
ərin əzəmətini, əbədiliyini duyacaqsan, Cavad. Eheyy, eşidir-
s
ən məni, Cavad?” 
 Cavad bula
ğın, daha doğrusu çəmən boyu, yamyaşıl otla-
rın üstü ilə axıb gedən suyun, həzin səsini apaydın eşidirdi. O, 
əmin idi ki, bulaq da onun səsini eşidir. O, sanki illəri təzədən 
geri ad
dımlamışdı. 
 Cava
dın ürəyi riqqətə gəldi. Sonra o, ağaclara, otlara, daş-
lara salam verdi, onla
rın halını soruşdu. Ağaclar, otlar, daşlar 
Cava
dın səsinə səs verdilər. O, təbiəti, təbiətsə onu dinləyirdi. 
O, t
əbiətlə birləşmiş, onunla tən olmuşdu. 
 Ca
vad Əmirxanlı üzüyuxarı qalxdıqca Günəş də göyün or-
ta
sına doğru yüksəlirdi.  


Firuz Mustafa 
178 
 ...Ma
ğara yaxınlıqda olmalı idi. O, buna əmin idi. Uşaqlıq 
yadda
şı, eşitdikləri və bir müddət öncə Bəyazın dedikləri, çox 
gümün ki, onu birba
şa “hadisə yerinə” gətirməli idi.  
 O, arabir vahim
ələnsə  də, öz istəyindən zərrə  qədər geri 
dönm
ək fikri yox idi. 
 Göyün üzün
ə bulud gəlmişdi. Ağır bulud “tayaları” bir-bi-
rinin belin
ə  aşaraq diyirlənə-diyirlənə  sanki tələsib harayasa, 
han
sı mənziləsə çatmağa çalışırdılar. 
 Ca
vad Əmirxanlının içindən qaynaqlanan əsrarlı hisslər də 
bir-birini qovan o buludlar kimi onu qova-qova h
ənin mağara-
nın qənşərinə gətirib çıxartdı. Özü də bilmədi ki, dolambac yol-
lardan keçib t
əhlükəli sıldırımları necə dırmaşdı. Dağın zirvəsi 
hündür-s
ərt qayalarla əhatə edilmişdi. Bu o mağara idi ki, son 
vaxtlar onun yuxysunu 
ərşə çıxarmışdı. Buzlaq həmin mağara-
nın dərinliyində idi. 
 H
ər tərəf sirli bir sakitliyə bürünmüşdü.  
 Ca
vad  Əmirxanlı  səssizliyin səsini dinləyirdi. Arabar 
bom
boz daşların üstü ilə qaçan kərtənklələr və o daşların arxa-
sından pırıltı ilə qalxıb uçan quşlar onu sanki qərq olduğu sükut 
d
əryasından çıxarıb səs-küylü bir aləmin sahilinə atırdı.  
 Ca
vad Əmirxanlı şiş qayalardan birinin üstündə əyləşib ət-
rafa göz g
əzdirməyə başladı. Bura kənd-kəsəkdən uzaq bir yer-
di. Goz
ə  ins-cins dəymirdi.  Aşağıdakı  yaşıllıq  qalın  meşənin 
aya
ğı  altına xalı  kimi sərilmişdi. Sonra geniş  vadi  başlayırdı. 
Daha sonra yen
ə tutqun meşə qurşağı və geniş çəmənlik gəlir-
di. Yuxa
rıda isə mavi göyün açıq, əngin mənzərəsi sonsuzluğa 
q
ədər uzanırdı.  
 Gün
əş hələ batmamışdı.  
 Ca
vad Əmirxanlı əyilib, heç özü də bilmədi ki, nə üçünsə, 
qula
ğını üstündə əyləşdiyi soyuq, mamırlı-boz qayaya söykədi. 
İndi sanki o, izdihamlı bir şəhərin uğultusunu dinləməyə başla-
mışdı. Qayanın altında əcaib, qarışıq, həm də əsəbi bir səs-küy 
var
dı.  
 B
əlkə burada da onun qulağı səsə düşmüşdü? 
 Ca
vad Əmirxanlı uzun müddət bu vəziyyətdə qaldı; ağır-


Seçilmiş əsərləri, I CİLD 
179 
soyuq 
daşların  altından süzülüb gələn  uğultu get-gedə  qədim, 
doğma bir musiqinin sədalarına çevrilirdi və dinlədiyi o qədim, 
doğma musiqinin sədaları onu daş kimi ağır bir yuxunun ağu-
şuna çəkib aparırdı. O, yuxuda da bu musiqinin sədalarını eşi-
dirdi; uzaqdan g
ələn səslərin ağır-ləngərli ritmi altında alınla-
rında tər puçurlayan, dəriləri mis rənginə çalan adamlar güclü 
k
əlləri təzə əkilən tarlalara, şum yerlərinə doğru haylayıb apa-
rırdılar. Cavad Əmirxanlı həmin mənzərəni uşaqlıqda görmüş-
dü, el
ə eşitdiyi musiqi də o vaxtdan yaddaşına hopmuşdu. Bir 
azdan k
əllər dal ayaqları üstə qalxıb adamlar kimi rəqs etməyə 
başladılar; onların biynuzları bir-birinə toxunduqca ətrafa qığıl-
cım saçılırdı.  
 O, gözl
ərini açanda havanın artıq qaraldığını hiss etdi. Gü-
n
əşin  necə  endiyindən, qürubun necə  düşdüyündən xəbəri ol-
ma
mışdı. Hava soyumuşdu. Uzaqda ildırım çaxırdı; arabir göy 
üzünd
ə yanıb parıldayan odlu, çarpaz xətlət ətrafa işıq saçırdı. 
Bayaq yuxuda gördüyü m
ənzərəni xatırladı; buynuzlaşan kəllə-
rin r
əqsi, ətrafa səpələnən qığılcımlar indi sanki göyə köçmüş-
dü. Üşürgələndi. Ayağa durub bir xeyli gəzişdi. Kəndə enməyi 
q
ərara aldı.  Hələ  uşaqlıqdan  eşitmişdi ki, bu yerlərdə  yırtıcı 
heyvanlar olur. Bir azdan yol-izi görm
ək də çətinləşəcəkdi. 
 Diqq
ət kəsilib ətrafı dinşədi.  
 Uzaqdan çay s
əsi eşidilirdi.  
 Ya
xınlıqdakı mağara indi dişlərini qıcayan əjdahaya bən-
z
əyirdi. Elə bil ki, həmin əjdaha bu qayalıqların arasına qorxu-
lu na
ğıllar aləmindən qopub gəlmişdi.  
 Bir azdan onun qula
ğına səslər gəlməyə  başladı.  Ayaq 
saxla
yıb dinlədi. İndi o, öz adının çəkildiyini apaydın eşidirdi. 
Kims
ə onu səsləyirdi; buna şəkk-şübhə ola bilməzdi. Get-gedə 
bu s
əs daha da yaxınlaşmağa başladı. 
 
Əvvəlcə uğultu eşidildi. Sonra yaxınlıqdan şax-şəvəl xışıl-
tısı və yüngül ayaq tappıltısı gəldi. Qaranlıqda nəsə ani olaraq 
işıldaböcək kimi yanıb-sondü.  
 Ar
tıq Ay doğmuşdu. Sanki Ayın bir parcası qopub bir an-
daca yer
ə  düşdü. Cavad  Əmirxanlı  qeyri-ixtiyari gözlərini 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə