Seçilmiş əsərləri, I cild 1


Seçilmiş əsərləri, I CİLD



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə48/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   44   45   46   47   48   49   50   51   ...   98

Seçilmiş əsərləri, I CİLD 
151 
di” axta
rıb tapdılar; daşdan keçən protokol tərtib edildi; qaytan-
lı-surğuclu kitabı tapıb mövcud əlifbada olmayan hansısa hərfə 
münasib yeni madd
ə əlavə etdilər. Cavad Əmirxanlının öz köh-
n
ə  evlərində  yaşamaq və  mülkiyyət hüqüqü yenidən bərpa 
olundu. Yerli idar
əetmə  strukturunun rəhbərləri bir-birləri ilə 
xısınlaşıb, kimlərəsə zəng vuraraq bağlı qapını açmağa razılıq 
al
dılar. Kəndin yüksək səlahiyyətli məmurları  evin qapisini 
möt
əbər ağsaqqalların xeyir-duası, qonşuların köməyi və yerli 
icra hakimiyy
əti nümayəndəsinin məxsusi iştirakı ilə açdılar.  
 
Əslində bu ev, evdən daha çox, “əl damı”na və ya mal pə-
y
əsinə oxşayan kiçik bir daxma idi. Qonşulardan biri əlinə ke-
ç
ən lomun ucu ilə qapıdakı paslı qıfılı vurub sındırdı. İcra haki-
miyy
ətinin nümayəndəsi məşhur həmyerlisinin bu kəsafət qo-
xulu ota
ğa necə şövq və həvəslə keçdiyini görəndə özünü gül-
m
əkdən zorla saxladı; zalım oğlu bu ahıl yaşında uşaq kimi se-
vinir, el
ə bil ki, şah sarayının darvazasından içəri girirdi. Bəlkə 
doğrudan da bu “saray”ın içində qiymətli xəzinə və ya dəfinə 
var
dı? Yoxsa ilin-günün bu vədəsində belə görkəmli bir alimin 
bu ucqar k
ənddəki uçuq, miskin daxmada nə işi vardı? 
 Ca
vad Əmirxanlı içəri keçəndən sonra onu müşayiət edən 
h
əmyerlilərinə təşəkkür etdi; bu, o demək idi ki, ta çıxıb gedə 
bil
ərsiniz. Admlar, yəni kəndin rəhbər işçiləri təbii ki, onun nə 
dem
ək istədiyini o dəqiqə anlayıb dağılışdılar.  
 Bu evd
ə, Cavad Əmirxanlının dədə-baba mülkündə, deyi-
l
ənə görə, son illərə qədər cavan, kimsəsiz, kolxozda baytar iş-
l
əyən bir oğlan yaşamışdı. Əsli qonsu kənddən olan həmin bay-
tar oğlan aləm bir-birinə dəyib, kolxoz dağılandan sonra, aclıq 
v
ə səfalətə dözə bilməyərək, qonşu ölkələrdən hansınasa çıxıb 
get
mişdi. 
 Hiss olunurdu ki, evin çürü
müş  kirəmit cardağı  ömrünü 
çoxdan ba
şa  vurub. Döşəmənin taxtaları  bir-birindən aralanıb 
əyilmişdi. Divarlara Nuh əyyamında vurulmuş naxışlı kağızlar 
sa
rı-boz ləkələrlə örtülmüşdü. Ağac qurdların ovub deşik-deşik 
el
ədiyi qapı-pəncərə taxtaları, taxtadan daha çox arı pətəklərinə 
b
ənzəyirdi.  


Firuz Mustafa 
152 
 Ca
vad  Əmirxanlı  bir  müddət köhnə  ağac  taxtın  üstünə 
uza
nıb baxışlarını tavana zillədi. Otağın divarlarından boz hö-
rumç
ək torları sallanırdı və o torların içində çoxdan ölmüş arı 
v
ə milçəklərin qaraltısı görünürdü; elə bil ki, içi kiçik və böyük 
ba
lıqlarla dolu balıqçı torunu külək vurub sahilə atmışdı.  
 Az sonra Ca
vad Əmirxanlı dərin yuxuya getdi. 
 O, h
əmin gecə yuxuda bolluca qar gördü. Gördü ki, külək 
qa
rı  sovurub nəhəng  bir  boşluğa  doldurur. Deyəsən, artıq  hə-
min  boşluq  ağzınacan dolmuşdu. Çünki qar topaları  get-gedə 
pam
bıq tayaları kimi üst-üstə qalaqlanırdı. Bıy, sən demə hə-
min boşluqda od püskürən qorxunc əjdahalar yatıbmış. Bir az-
dan 
əjdahaların ağzından püskürüb çıxan od-alov qar topaları-
nın üstünə səpələndi; pambıq tayaları kimi üst-üstə qalaqlanmış 
h
əmin qar topaları  od  tutub yanmağa  başladı.  Alovun dilləri 
Ca
vad Əmirxanlının sifətini qarsıdı.  
 ...O, yuxudan hövlnak durdu. Ota
ğı tüstü bürümüşdü. Cəld 
əynini geyib bayıra atıldı. 
 Ar
tıq  səhər  açılmışdı.  Günəşin  şüaları  evlərin pəncərələ-
rind
ə əks olunurdu. Qonşu evdə yaşayan adamın, əliyabalı, qar-
mızıyanaq, kötük kimi möhkəm və qaşqabaqlı kişinin yaxınlıq-
da, diva
rın dibində yandırdığı zir-zibil, peyin və tullantının tüs-
tüsü 
ətrafı bürümüşdü.  
 Ca
vad Əmirxanlının yatdığı otağın açıq pəncərəsindən içə-
ri dolan tüstüd
ən, deyəsən, qonşunun xəbəri yox idi. 
 Ca
vad Əmirxanlı boğula-boğula öskürdü.  
 Qon
şu başını qaldırıb əlindəki yabanın ucu ilə qənşərində-
ki zibil topa
sını odun üstünə atıb salam-kəlamsız: 
 -Sa
ğolmuş, özünə fikir ver, az papiros çək, niyə öskürür-
s
ən axı?-deyə, mızıldandı və yabanı tonqalın altına salıb onun 
al
tını üstünə çevirdi. 
 Tüstü burumunun altin
dan baş qaldıran alov dilimi kənar-
da dayan
mış Cavad Əmirxanlının sifətini qarsıdı. O, gecə gör-
düyü yuxunu, yuxuda
kı yanğını xatırladı.  
 Ca
vad Əmirxanlı hələ də öskürürdü. 
 
Əliyabalı, qırmızısifət, kötüyəbənzər kişi birdən nəyə gö-


Seçilmiş əsərləri, I CİLD 
153 
r
əsə şaqqanaq çəkib ürəkdən güldü. 
 Ca
vad  Əmirxanlı  tərs-tərs onu süzdü.  Acı  söz  deməkdən 
özünü zorla saxla
dı. 
 Ki
şi hələ də gülməyində idi. 
 Ca
vad  Əmirxanlı  öz  evinin kiçik həyətinə  çəkildi. Göyə 
bax
dı.  Günəşin  şəfəqləri həyətdəki mis çaydanın  üstündə 
“ocaq” çat
mışdı, çaydan par-par yanırdı.  
 Ca
vad Əmirxanlı bir qucaq çır-çırpını üst-üstə yığıb ocaq 
qala
dı. Həyətin bir güncünə atılmış paslı, dəmir üçayağı odun 
üstün
ə  qoydu. Quru  çırpılar  çırtaçırt  yanmağa  başladı.  Ətrafa 
çınqılar səpələndi. Cavad  Əmirxanlı  çaydanı  su  ilə  doldurub 
üçaya
ğın  üstünə  qoydu. Sonra  yaxınlıqdakı  kiçik dükandan 
çay-q
ənd, peçenye alıb təzədən geri qayıtdı. Evdəki köhnə do-
labdan tap
dığı əzilmiş dəmir parça çay süzüb ləzzətlə içməyə 
başladı.  
 ...  indi öz köhn
ə evlərinin qarşısında dayanıb uzaqlara ta-
ma
şa  etdikcə  Cavad  Əmirxanlının  fikrində  yenə  o,  o qəribə 
var
lıq canlanırdı. Sanki bütün bunların hamısı yuxuda baş ver-
mişdi. Cavad Əmirxanlıda son vaxtlar daxilən qəti bir əminlik 
hissi yaran
mışdı ki, bu baş verənlərin yuxu ilə heç bir əlaqəsi 
yoxdur. Çünki h
əmin qəribə varlığı öz gözü ilə görmüş, onun 
n
əfəsini öz qulaqları ilə eşitmişdi. Lakin gözü ilə gördüklərini 
n
əinki dilə gətirib başqa birisinə demək, hətta, öz təsəvvüründə 
canlan
dırmaq belə, indi onun üçün az qala ağlasığmaz bir şey 
idi. Eşidib-bilənlər nə deyərdi ona? Bəlkə də üzünə bir söz de-
y
ən olmazdı, lakin arxasınca gülənlərin, ələ salanların rişxəndi-
ni o. 
əvvəlcədən görüb  eşidirdi. Bu adamları  qınamaq üçün 
əsaslı bir səbəb də tapmaq mümkün deyildi; ilin-günün bu və-
d
əsində kimi inandırasan ki, hansısa yad bir aləmin nümayən-
d
əsi böyük şəhərə təşrif gətirib, görkəmli alimin qonağı olub, 
ona d
əyərli məlumatlar verib. Əslində Cavad Əmirxanlının hə-
l
ə özünə də dəqiq məlum deyildi ki, onun qonağı həqiqətən yad 
al
əmdən gəlib, ya yox. Düzdür, söhbət əsnasında qonaq özünün 
yeri-yurdu bar
ədə  ötəri danışmışdı.  Amma bu deyilənlərin nə 
d
ərəcədə dəqiq olduğunu yoxlamaq üçün Cavad Əmirxanlının 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə