Seçilmiş əsərləri, I cild 1



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə45/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   41   42   43   44   45   46   47   48   ...   98

Firuz Mustafa 
142 
yır... Bunlar öz yerində. Siz hələlik burada bizin qonağımızsı-
nız. Günortadır, gedək bir tikə çörək kəsək. Sonra fikirləşib siz-
li-bizli bir q
ərara gələrik. İnanın ki, bu işin həlli məndən asılı 
deyil. 
 Ca
vad Əmirxanlı yenə hirsli tonda: 
 - B
əs kimdən asılıdır?-deyə, soruşdu. 
R
əhman könülsüz halda dilləndi: 
- Sizd
ən… Sizdən asılıdır. 
 Bayaqdan b
əri əsəbi halda danışan kişi birdən duruxub əli-
ni-
əlinə vuraraq şaqqanaq çəkib uşaq kimi gülməyə başladı: 
 -  M
əndən asılıdır? Elə isə mən sənə icazə verirəm, gedək 
yeri d
əqiqləşdirək. Ha-ha-ha… Deyəsən, mənimlə zarafat edir-
s
ən hə? 
 -  Zarafat niy
ə?  Doğru sözümdür. Yuxarılara bircə  kəlmə 
deyin, qoy oradan m
ənə  balaca  bir  işarə  versinlər. Qalanı  ilə 
işiniz yoxdur. Hər şeyi özüm düzüb-qoşaram... Hətta, göstəriş 
olsa, bütün Buzla
ğı  verərik sizə...  İndi isə, mümkünsə  gedək 
Mövludun bir st
əkan çayını içək.  
 R
əhman bu sözləri ehtiyatla dedi. 
 Yem
əkxana yaxınlıqda, çayın sahilində idi. Çayın suyu elə 
duru idi ki, onun dibind
əki baliqlar və xırdaca-parlaq daşlar be-
l
ə, aydinca göründüyü. 
 
İçəri keçdilər. Bura səliqəli bir yerdi. Rəhman yemək sifa-
riş verdi. Şəhərdən gəlmiş adlı-sanlı həmyerlisinin təhər-tövü-
ründ
ən, qəribə davranış və rəftarından hələ də bir şey kəsdirə 
bilm
əyən kənd bələdiyyə  sədri karıxıb  qalmışdı,  ağzını  açıb 
düz-
əməlli bir söz deməyə cürət etmirdi; qorxurdu ku, yenə eh-
tiyat
sız bir söz deyər, qaş düzəltdiyi yerdə vurub göz çıxarar. 
El
ə ilk tanışlıqdan o, müsahibinin nə qədər hövsələsiz, uşaq ki-
mi tez özünd
ən çıxan, tikanlı ifadələrlə danışan bir adam oldu-
ğunu hiss etmişdi.  
 R
əhman, təbii ki, öz məşhur həmyerlisi barədə  çox  eşit-
mişdi. Onu da eşitmişdi ki, bu, həmişə haqqın-həqiqətin yanın-
da olan, vicdan
lı, düzünəqulu bir adamdır, əsərləri dünyanın bir 
çox ölk
ələrində nəşr edilib, nüfuzlu mükafatların sahibidir. Bəs 


Seçilmiş əsərləri, I CİLD 
143 
indi bu ki
şi özünü niyə uşaq kimi aparır, niyə cığallıq edir, nitə 
özünd
ən çıxır? Bu qısa tanişlıqdan sora Rəhmanın ürəyinin də-
rinliyind
ə bu tanınmış adama bəslədiyi əzəlki rəğbət hissi yaz 
gün
əşinin tərpətdiyi güney qarı kimi yavaş-yavaş əriyib buxar-
lanma
ğa başlamışdı.  
 Ca
vad Əmirxanlı elə ilk tanışlıqdanca bələdiyyə sədri ilə 
az qala öz tay-tu
şu kimi danışmağa başlamışdı. Yox, bu, ərkə 
v
ə ya daxilən öz sadəliyini saxlayan bir adamın rəftarına bənzə-
mirdi. Bu cür da
nışıq və rəftar tərzi ilə o, əslində, öz hərəkəti-
nin yerini bilm
əyən azsavadlı,  əcaib xasiyyətli bir kəndistan 
əhlini xatırladırdı.  Rəhman elə  ilk dəqiqələrdən məşhur həm-
yerlisinin 
əsəblərinin yerində olmadığı qənaətinə gəlmişdi. 
 Yem
əkxanda adam az idi. Bir-iki nəfər domino çırpırdi ki, 
onlar da b
ələdiyyə sədri ilə hörmətli həmyerlilərini görüb baş-
la
rı ilə salamlaşdılar, sonra ayağa durub bir qədər uzağa, çayın 
sahilind
əki söyüdlüyə sarı çəkildilər. Az sonra hamar kəsilmiş 
cöyüd kötükl
ərinin üstündə  çırpılan  daşların  yeknəsək, boğuq 
şaqqıltisi təzədən eşidilməyə başladı.  
 Yem
əkxananın bir küncünə iri, rəngli televizor qoyulmuş-
du. Amma ekra
nın rəngi solğun idi; olsun ki, televizorun anten-
na
sının nasazlığından təsvirlər aydın seçilmirdi. Bayaqdan bəri 
cani-dild
ən üyüdüb-tökən, əl-qolunu ölçə-ölçə nə barədəsə da-
nışan çıxışçının cümlələri də ekrandakı təsvirlər kimi bir-birinə 
qa
rışmışdı. Bu səs Rəhmana tanış gəlirdi. Televizorun təsvirləri 
bir az ay
dınlaşıb  çıxışçının  səsi durulanda Rəhman bayaqdan 
s
əhv etmədiyini anladı;  əslən bu kənddən olan yaslı,  sifətinə 
irili-
xırdalı  çillər səpələnmiş  kişi  onların  həmyerlisi, bu tərəf-
l
ərdə məşhur el ağsaqqalı və elm xadimi kimi tanınan Həmzə 
Çapar
lı idi. Çıxışçı kal səslə xalqı yeni rəhbərliyin ətrafında bir 
yumruq kimi birl
əşməyə, son illər  əldə  olunmuş  sabitliyi və 
stabilliyi g
ələcəkdə də qorumağa dəvət edirdi. Əslidə, indi öl-
k
ənin hər yerində sakitlik idi. Amma kim bilməsə də Rəhman 
yax
şı bilirdi ki, kəndin bu hay-küylü alimi elə də sən deyən sa-
d
əlövh adamlardan deyil. Çaparlının kohnə kişiləri bu enlisifət, 
üzüçilli ada
mın atasının-Xürrəm Çaparlının da vaxtilə eyzən bu 


Firuz Mustafa 
144 
cür “xeyirxah” 
əməl sahibi olduğunu yaxşı xatırlayırdılar. Bir 
zamanlar rayonun han
sısa məsul idarəsində məmur kimi çalı-
şan ata, Xürrəm Çaparlı da eyzən bu qaydada, vəzifəyə yeni tə-
yin olunan h
ər adamı “sadə xalq kütləsi arasında” təbliğ etmək-
d
ən yorulmazdı;  vəzifədən qovulanı  söyüb yamanlamaq, təzə 
t
əyinatla işə başlayanı isə tərifləyib göyə qaldırmaq vərdişi ata-
dan oğula, oğuldan da nəvəyə keşmişdi; məsələ  burasında idi 
ki, H
əmzə Çaparlının oğlu Cəmşid Çaparlı da öz ata-babasının 
yolunu davam etdirirdi. Çapar
lıların  şüarı  belı  idi:  vəzifədən 
ged
ənin düşməni, vəzifəyə gələninsə dostu ol. Vəssalam-şüdta-
mam.  Sad
əcə  olaraq, atasının,  yəni Xürrəm Çaparlının,  bir 
vaxtlar rayon miqya
sında icra etdiyi  işi  indı  tanınmış  oğul 
H
əmzə  Çaparlı  az  qala ölkə  səviyyəsində  təmsil edirdi. Son 
vaxtlar bu missiya
nın bir qismini Həmzə Çaparlının əhlikef oğ-
lu C
əmşid Çaparlı həyata keçirməyə başlamışdı; Həmzə Çapar-
lı öz atasından miras qalan təcrübəni indi həvəs və ustalıqla öz 
oğluna ötürmüşdü. Xürrəm, Həmzə və Cəmşid Çaparlılar əldə 
etdikl
əri  “yararlı  təcrübəni” indi nəslin təzə-təzə  boy  atıb  cü-
c
ərməkdə  olan gənc nümayəndələrinə, nəvə-nəticələrə  öyrət-
m
əkdə idilər.  
 M
ərkəzdəki bir çox rəhbər işçinin yanında daha çox yal-
taq
lıq  və  yarınmaqla xətir-hörmət  qazanmış  Həmzə  Çaparlı, 
son ill
ərdə bölgənin sözükeçən adamlarından birinə çevrilmiş-
di; n
əinki doğulduğu kəndin vəzifəli adamları, hətta, rayon rəh-
b
ərləri də ata-oğul Çaparlılardan ehtiyat edirdilər. Bütün iclas 
v
ə tədbirlərdə ata-oğul fəxri kürsüdə  yanaşı əyləşirdi. Onların 
kütl
ə qarşısındakı hər çıxışı, adətən, həmyerliləri tərəfindən gu-
rultulu al
qışlarla qarşılanardı. Bələdiyyə sədrinin Çaparlılardan 
daxil
ən xoşu gəlməsə də, zahirdə onlarla münasibətini qoruyub 
saxlama
ğa  çalışırdı.  Nə etməli, hər halda zəmanə  ilə  ayaqlaş-
maq, bir el m
əsəlində deyildiyi kimi, yorğana bürünüb el ilə sü-
rünm
ək lazım idi. Axı Çaparlılardan uzun əli hər yerə çatırdı. 
 R
əhman televizora baxa-baxa düşünürdü: “Görəsən, bu iki 
yerli ziya
lının, Cavad Əmirxanlıyla Həmzə Çaparlının, bir-biri-
n
ə münasibəti necədir?” Əlbəttə, bunu öyrənib bilmək maraqlı 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə