Seçilmiş əsərləri, I cild 1


Seçilmiş əsərləri, I CİLD



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə46/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   42   43   44   45   46   47   48   49   ...   98

Seçilmiş əsərləri, I CİLD 
145 
olar
dı. Amma indi o, bu sualı Cavad Əmirxanlıya verməkdən 
ç
əkinirdi. Qorxurdu ki, bir az ağızdan pərtov adam təsiri bağış-
layan bu 
əsəbi kişi özünü saxlaya bilməyib el ağsaqqalı kimi ad 
çıxarmış Həmzə Çaparlının ünvanına artıq-əskik söz deyər; on-
nan sonra g
əl Çaparlıların top-tüfənginin qabağında dur görüm 
nec
ə duruş gətirirsən? 
 Bu k
ənddə  Həmzə  Çaparlının  qohumları,  dost-tanışları 
çox idi. Ki
şinin günü, həftə səkkiz- mən doqquz, buralarda ke-
çirdi, h
əmişə də başında bir dəstə adam. Həmzə Çaparlı xeyrə-
şərə yarayan bir adam kimi pullunun pulunu alıb yaxşı işə dü-
z
əldir, kasıba dəyərli öyüd-məsləhətlər verir, toylarda tamada-
lıq edir, hüzr məclislərində dini hədislər danışıb camaatı köv-
r
əldirdi. O, bu tərəflərdə, necə deyərlər, atını dödrnala sürən ki-
şilərdən idi, sözünün qabağında söz deyən yox idi. Lap elə indi 
R
əhmanla şəhərdən gələn qonağın əyləşdikləri bu yeməkxana 
da H
əmzə Çaparlnın şəxsi təşəbbüsü ilə tikilmişdi; daha doğru-
su, yem
əkxana Caparlılara məxsus idi, onu Mövlud adlı zirək 
bir adama icar
əyə vermişdilər. Həmzə Çaparlnın Mövluda gös-
t
ərdiyi xeyirxahlıq təkcə bununla bitmirdi, o, Mövludun oğlunu 
rayon m
ərkəzində hansısa banka işə düzəltmiş, Mövludun gəli-
ninin
ə isə öz yanında, kənddə tikdirdiyi “qəbul evində” iş ver-
mişdi.  
 Bayaqdan göz
ə  dəyməyən yeməkxana müdiri qəfildən 
özünü yetirib 
əvvəlcə qonaqla, sonra isə bələdiyyə sədri ilə iki-
əlli görüşdü. 
 -
Xoş gəlmisiz. Həmişə siz gələsiz. Mən bu gün burada nə 
göz
əl insanlar görürəm... Mövlud sizin qulluğunuzda durmağa 
ha
zırdır. 
 Bu uzun, caydaq, q
əddi azacıq irəli əyilmiş kişinin iti bur-
nu v
ə şeşə qulaqları vardı, özü də ilk baxışda nədənsə “hinduş-
kaya” ox
şayırdı. Özünü “Mövlud”-deyə, təqdim edən kişi təklif 
gözl
əmədən stul çəkib  əyləşdi, üzünü  ağ  xalatlı,  dolubədənli 
qa
dına sarı tutub ucadan səsləndi: 
-Zümrüd, 
əvvəlcə bir cay gətir. 
 Sonra ki
şi qonaqlara tərəf dönüb soruşdu: 


Firuz Mustafa 
146 
 -N
ə yeyəcəksiniz? 
 R
əhman onu qabaqladı: 
 -  Mövlud, narahat olma.  Sifa
riş vermişik. Cavad müəllim 
yal
nız duru xörək yemək istəyir. 
 - B
əlkə kabab... 
 - Yox... 
 Bu son k
əlməni qətiyyətli səslə Cavad Əmirxanlı dedi və 
özü d
ə əlavə etdi: 
 - Bizim mill
əti bu günə salan elə bu kababdır. 
 Yem
əkxana sahibi təəccüblə ciynini çəkdi:  
- N
ə günə?.. 
 R
əhman vəziyyətdən zarafatla çıxmağa çalışdı: 

Əlbəttə, Cavad müəllim zarafat edir. 
 Ca
vad Əmirxanlı ciddi tonda dilləndi: 
 - Yox, zarafat n
ədir, bu, mənim həqiqi sozümdür. Cox ye-
yib-iç
ən millətin qafası yaxşı işləməz. 
 Mövlud bir az susub dedi: 
 -Yox,  mü
əllim, bağışlayın  məni,  hec də  elə  deyil. Yəqin 
si
zin ağlıniz gedib avropalılara. Onların coxu ət yemir. Axı, on-
lar bizim cammat ki
mi işləmir də. Biz gecə də işləyirik, gündüz 
d
ə. –Mövlud axırıncı kəlmələri ucadan, həm də açıq bir eyham-
la deyib, 
əlini küncdəki televizora sarı uzatdi.- Bax, o kişinin 
yax
şı bir sözü var, deyir ki, ət ye, at min, bir də arvad... 
 Mövlud yen
ə nəsə demək istədi və deyəsən, onun deyəcə-
yi müdrik k
əlmələr qadınlarla bağlı idi, amma kişi qənşərində 
əyləşmiş məşhur həmyerlisinin üzünün sərt ifadəsini görub kə-
k
ələdi, duruxdu və susdu. 
 Ca
vad Əmirxanlı yerində qurcalanıb, sanki söz atırmış ki-
mi dedi: 
 -  B
əs üçüncüsünü nüyə  demirsən? Yəqin ki, nəsihətin 
üçüncü b
əndi belədir: bir də arvad quc... O “kişi” yəqin ki, belə 
deyir, h
ə?.. - O, “kişi” sözünu xüsusi vurğu ilə dedi. 
 R
əhmanla Mövlud astadan, həm də  könülsüz  şəkildə  gü-
lüşdülər; çünki onlar bu qəribə, əcaib qonağın qırımından hələ 
düz-
əməlli bir şey anlamırdılar. 


Seçilmiş əsərləri, I CİLD 
147 
 Qonaq ba
şını bulayıb hirslə ayağa qalxdı. Onlar təəccüblə 
öz h
əmyerlilərinin, kəşfləri az qala dünyaca məşhur olan ali-
min, üzün
ə  baxdılar. Görəsən bu kişiyə  birdən-birə  nə  oldu 
bel
ə? Onun qəfildən özündən çıxmasının səbəbi nə idi? 
 Ca
vad Əmirxanlı əl-qolunu ölçə-ölçə dedi: 
 - Sitat g
ətirməyə mənbə tapmadınız deyəsən ...  
 - Cavad mü
əllim, ola bilsin ki, sizin Həmzə Çaparlı ilə nə-
s
ə  bir elmi konfliktiniz var. Amma bunun bizə  heç bir dəxli 
yoxdur. Biz sizin h
ər ikinizi öz eloğlumuz kimi sevib qiymət-
l
əndiririk. Hər ikiniz bu millətin fəxrisiniz... 
 Bu sözl
əri Rəhman dedi. 
 Mövlud h
əmkəndlisinin fikirlərini daha da möhkımlıdirir-
miş kimi hündürdən dilləndi: 
 -Biz kimin kim oldu
ğunu yaxşı bilirik. Həmzə Çaparlı bü-
tün bu k
əndin fəxr etdiyi bir dahidir. 
 Uzun, caydaq ki
şi, deyəsən, təkcə zahiri görünüşü ilə “hin-
duşka”ya bənzəmirmiş; hiss olunurdu ki, bu anlarda hündürdən 
banlamaq, s
əsini uzaqlara yaymaq üçün onun əlinə əlverişli bir 
fürs
ət düşüb: 
 - H
əmzə Çaparlı heç kəslə müqayisə edilə bilməz, heç kəs-
l
ə bir tərəzinin gözünə qoyula bilməz... 
 Ca
vad Əmirxanlı istehza ilə gülümsədi, pencəyinin yaxa-
sını bərk-bərk qabağa dartıb düymələdi. Qəddini düzəltdi. Qa-
pıya sarı addımladı.  
 -  Hmmm... “Elmi konflikt”... “K
əndin dahisi...” Həmzə 
Çapar
lının “elmi kəşfləri”... Bəh-bəh, nə gözəl səslənir... Rəh-
man, s
ən cörəyini yeyəndən sonra yəqin ki, yenə idarəyə gələ-
c
əksən... 
 R
əhman ayağa  durub belini  əyərək, pərt halda dodaqaltı 
mızıldandı. 
 - Cavad mü
əllim, axı siz... Sizə bir söz deyən olmadı ki... 
Bir s
əhvimiz varsa, bağışlayın. Süfrədən yarımçıq durmaq yax-
şı deyil axı... 
 Ca
vad Əmirxanlı yeməkxanadan çıxıb iti addımlarla bələ-
diyy
ə idarəsinə sarı yönəldi. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə