Seçilmiş əsərləri, I cild 1


Seçilmiş əsərləri, I CİLD



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə40/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   36   37   38   39   40   41   42   43   ...   98

Seçilmiş əsərləri, I CİLD 
127 
ərindən qarşılıqlı nəvaziş, diqqət və qılıq umduğu da gün kimi 
ay
dın  idi;  hətta, onun könlündə,  adına sevgi deyilən və  daha 
çox g
ənclik illərində üzə çıxan sehrli bir istəyə  təzədən dəfo-
lunmaz ehtiyac yaran
mışdı. Qadın öz ömrünün qalan hissəsini 
qoca
lıq ümmanının sakit, durğun, lilli sularında deyil, kükrəyən 
g
ənclik çayının coşqun dalğaları qoynunda keçirmək niyyətin-
d
ə idi. 
 Ca
vad Əmirxanlı isə həmin günlərdə ayrı bir aləmin ovqa-
tı ilə yaşayırdı; onun ürəyi daha şirin və munis duyğularla kök-
l
ənmişdi. Belə  anlarda daxilindən süzülüb gələn qaynar, sirli 
bir ist
ək bu ahıl kişini başqa səmtə çəkib aparırdı; sanki əngin 
s
əhrada zaman-zaman sakit, ahəstə  axıb  gedən çayı  qəfildən 
peyda olan güclü 
əllər öz məcrasından  çıxarıb,  başqa səmtə, 
dağ sıldırımlarına doğru yönəltmişdilər. Bax o da indi yeni axa-
ra dü
şən, həmin dəlisov çay kimi bu qorxunc yolları sonacan 
q
ət etmək, yeni bir məcra ilə axıb getmək arzusunda idi; əslin-
d
ə, bu arzu, arzudan daha çox, ona hansısa görümnəz bir qüvvə 
t
ərəfindən təlqin olunmuş vəzifəyə bənzəyirdi.  
 B
əli, Cavad Əmirxanlı yeni məcrayla düşən o çay kimi na-
m
əlum istiqamətə axıb gedirdi və indi arxada qalan vaxt və mə-
kan bar
ədə düşünməyin elə bir mənası yoxdu. Artıq geri dön-
m
ək mümkün deyildi. İrəlidə isə hər tərəf zülmət kimi qaranlıq 
idi. B
əs o, hara gedirdi? 
 Görü
nür, bu baş verənlər mütləq nə vaxtsa, yəni lap elə in-
di baş verməli imiş. Deyəsən, bu dünyada doğrudan da çıxaca-
ğa çarə yoxmuş.  
 O, arva
dının  nəvaziş  uman  hərəkət və  rəftarına reaksiya 
verm
əkdən də çəkinirdi. Tez-tez dərin fikrə gedir, öz daxilinə 
uzun-uza
dı “səyahətə” çıxırdı. Yox, o, Ətiqə barədə pis şeylər 

şünmür və düşünə də bilməzdi. Sadəcə olaraq, nikbin görün-
m
ək üçün az qala dəridən-qabıqdan çıxan qadının solğun sifə-
tind
əki  işığı  öləzimiş,  çuxura  düşmüş  gözlərə  nəzər salanda 
onun vücudunu d
ərin bir qüssə sarırdı. Bu qüssənin nədən, ha-
radan qaynaqlan
dığını  izah  etmək çətin olsa da, arvadının 
g
ənclik təravətini itirmiş solğun sifətinə baxarkən Cavad Əmir-


Firuz Mustafa 
128 
xan
lı,  istər-istəməz öz ömrünün də  hansı  mərhələyə  qədəm 
qoydu
ğunu düşünməyə məcbur olurdu. Artıq illərin şoxu arxa-
da qal
mışdı.  İndi onu bəlli yaşın  soyuq küləkləri  üşüdürdü. 
Amma o, öz arva
dından fərqli olaraq nikbinliyi, həyatsevərliyi 
bu cür, süni qaydada imitasiya etm
əkdən uzaq idi. Vaxtın gözlə 
görünm
əyən acı küləkləri insanların başının üstündən əsib keç-
s
ə də, o küləyin izi üz-gözlərdə aydınca oxunurdu. Təəssüf ki
ill
ər gətirdiklərini aparır, apardıqlarını isə heç vaxt geri qaytar-
mırdı.  
 
Ətiqənin nəvazişləri kişini nəinki azacıq  tərpədir,  əksinə, 
qa
dını öz ərinin “əhatə dairəsindən” daha da uzaqlaşdırırdı. Ar-
va
dın  hər axşam  zövqlə  açdığı  yumşaq  pərqu yorğan-döşəyin 
istisi onla
rın,  daha  doğrusu  yaşlı  ərin, soymuş  hisslərinə  bir 
z
ərrə qədər də olsa belə, hərarət qata bilmirdi. Soyuq ürəkləri 
n
ə isti yataq, nə də günəşli hava isidə bilər; onun isinməsi üçün 
Gün
əş insanın öz içindən doğmalıdır, ürək özüylə bahar havası 
g
ətirməlidir. 
 Qa
dın gəncliyində qəddi-qamətli, cazibədar bir qız olmuş-
du; o vaxt
lar ona eşq elan edən varlı-karlı, boy-buxunlu oğlan-
lar da az deyildi. Am
ma Ətiqə nədənsə subay oğlanlara məhəl 
qoyma
yıb, bir neçə il evlilik həyatı yaşamış gənc alimın evlən-
m
ək təklifini məmnuniyyətlə qəbul etmişdi; məsələ burasında 
idi ki, Ca
vad Əmirxanlı birinci həyat yoldaşını vaxtsız itirmiş-
di; arva
dı  doğum  evındə  ölmüşdü; yeni  doğulan övladını  və 
ömür-gün yolda
şını  itirmək onu sarsıtmışdı.  Amma, necə  de-
y
ərlər, insanın üzü bərk olur; az sonra həyat təzədən öz məcra-
sına düşmüşdü; elmi və ictimai dairələrdə yaxşı tanınan Cavad 
Əmirxanlı sonrakı illərdə uzun həyat yolunu Ətiqə ilə birgə ad-
dımlamışdı.  Ətraflarındakı  adamların  çoxu onları  xoşbəxt sa-
nırdı. 
Ətiqənin övladı olmadı. Görünür, elə bu səbəbdən də onla-
rın ilk illər coşqun, dolğun, ehtiraslı keçən həyatlarının sonrakı 
dön
əminə  bir soyuqluq havası  qarışdı.  Sanki onları  bir-birinə 
bağlayan hisslər get-gedə paslı zəncir həlqələri kimi aşınıb zə-
ifl
əməyə, tədricən bir-birindən qopub aralanmağa başladı. Ar-


Seçilmiş əsərləri, I CİLD 
129 
tıq onların arasından nəinki fəslin, hətta, yaşanmış mənalı-mə-
na
sız illərin soyuq küləkləri əsib keçirdi.  
 Bu dünyada uzun ill
ər bir damın altında yaşayan insanlar, 
ələxüsus ər-arvad, çox vaxt bir-birlərini sözsüz anlayırlar; adə-
t
ən, bu cür cütlüklərin əksəriyyətinin hansısa bir məsələ barədə 
ucadan da
nışmasına elə  bir ehtiyac da qalmır; kiçik bir işarə-
d
ən, eyhamdan böyük bir mətləb barədə geniş məlumat əldə et-
m
ək olur; bu cəhətdən, xüsusən, qadınların  hissetmə, duyma 
qabiliyy
ətləri daha güclü olur. Amma bəzən kişilər də bu məsə-
l
ədə qadınlardan geri qalmırlar. 
 Ca
vad Əmirxanlı indi hiss edirdi ki, uzun illərdən bəri bir 
ba
lışa baş qoyduğu Ətiqəni üzüb əldən salan təkcə onun düçar 
oldu
ğu xəstəliyin təhlükə və qorxusu deyil, izahı bir qədər çətin 
olan şeylərdi; son vaxtlar ahıl ər öz arvadında əvvəllər diqqəti 
ç
əkməyən bəzi qəribəliklərin  şahidi olurdu; o, arvadında  qıs-
qanc
lıq  hisslərinin  baş  qaldırmasını  da  elə  bu qəribəliklərdən 
biri hesab edirdi; ill
ər uzunu qadın  qəlbinin dərin qatlarında 
gizli qalan, indi bird
ən-birə  sızıb  üzə  çıxan duyğuların  əsəbi 
hava
sını yalnız təcrübəli ər duyub hiss edə bilərdi. Ərinin xa-
siyy
ətinə  bələd olan qadın  sinəsində  yatıb  qalan o mübhəm 
duy
ğuları dilllə ifadə etməyə cəhd göstərməsə də, bəzən adi hə-
r
əkətləri, bəzənsə susmağı ilə bütün hallarda özünü kifayət qə-
d
ər ifadə etmək bacarığına malik idi. 
 Onlar zahir
ən bir-birlərinə nə qədər isti münasibət göstər-
m
əyə çalışsalar da, arada yalnız onların özlərinin düya biləcəyi 
bir soyuqluq ya
şanmaqda idi. Sanki onların arasında gizli, səs-
siz bir dö
yüş gedirdi. Bu “gizli döyüşlərdən” sonra ərlə arvad 
bir -birl
ərinə bəzən ötəri, zahiri bir nəvaziş və ehtiram nümayaş 
etdirs
ələr də, əslində, onların arasında ğözlə görünə bilinməyə-
c
ək bir buz pərdəsi çəkilmişdi.  İndi onlar bu buz səddi yarıb 
bir-birin
ə yaxınlaşa bilmirdilər. 
 
Ətiqə  illərin gətirdiyi  ağrı-acılara təslim olmaq istəmirdi. 
Əksinə, qadın  sanki özünün arxada qalmış  gəncliyini təzədən 
ya
şamaq, illəri tərsinə addımlayıb öz keçmişinə qayıtmaq istə-
yirdi. O, deyib-gülm
ək, gəzib-dolaşmaq, hətta, deyəsən, bu 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə