Seçilmiş əsərləri, I cild 1


Seçilmiş əsərləri, I CİLD



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə38/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   34   35   36   37   38   39   40   41   ...   98

Seçilmiş əsərləri, I CİLD 
121 
l
əsi, ən nəhayət, əlçatmaz zirvə canlandı. Onu da xatırladı ki, 
iri-qorxunc qayalarla 
əhatə olunmuş həmin zirvədə, həqiqətən
yerli 
əhalinin “Buzlaq” dediyi bir mağara da var. O, özü həmin 
ma
ğaranı görməmişdi. Amma oranın il boyu buz layları ilə ör-
tülü oldu
ğunu dəqiq bilirdi. Çünki, yayın ortasında, Günəş göy-
d
ən od ələyəndə  belə,  qızın  dediyi o mağaradan buz gətirən 
adamlar haq
qında  uşaqlıqda  çox  eşitmişdi. Həmin mağaraya 
k
əndirlə  endirilən adamların  özləri içəridə  buz pillələrin üstü 
il
ə  necə  hərəkət etdikləri barədə  danışırdılar. Deyilənə  görə, 
ma
ğara harasa daha uzaq dərinliklərə  doğru  baş  alıb  gedirdi, 
amma o d
ərinliklərə  baş  vurmağa  heç  kəsin cürəti çatmırdı; 
kims
ə öz ağrımayan başına duz bağlamaq fikrində deyildi. Ki-
m
əsə  gərək olan bir parça buzdan ötrü bu qorxunc, vahiməli 
ma
ğarada ta başqa bir şey axtarmaq eşqinə düşməyin özü ax-
maq
lıqdan savayı bir şey ola bilməzdi. İndi, Cavad Əmirxanlı, 
h
ətta, onu da xatırladı ki, kənd əhli bir zamanlar mağara tərəf-
d
ən qəribə, qarmaqarışıq səslərin gəldiyini də söyləyirdi. 
 
Qız nəsə deyirdi, amma Cavad Əmirxanlının fikir lövbəri 
tez-tez ar
tıq keçmışə dönən xatirələr ümmanının dərinliklərinə 
baş vurmaqda idi.  
 - Cavad b
əy, yadına düşdü o yer? 
 O, fikir-x
əyal aləmindən ayrıldı. Sanki harada olduğunun 
f
ərqinə indicə vardı; özünü ələ alıb candərdi gülümsədi. 
 - H
ə, xatırladım, xanım...  
 - Bax m
ən oradan, həmin o Buzlaqdan gəlmişəm bura. 
 Ca
vad Əmirxanlı uşaq-muşaq deyildi ki, bu cür nağıllara 
inan
sın.  Lap  özü  inansaydı  belə,  başqa birisinə  bu barədə  bir 
k
əlmə  söz deyə  bilməzdi.  Eşidib-bilən gülüb  ələ  salardı  onu. 
Ya
şın bu çağında gülüş hədəfinə çevrilmədən ağır nə ola bilər-
di? 
 
Qış gecəsinin soyuğu artıq onun canına ışləsə də, qızı içəri 
d
əvət etməyə cürət etmirdi. Şəffaf buz parçasına bənzəyən bu 
q
əribə varlığın evə keçəcəyinə əslində heç inamı da yoxdu. Hə-
l
ə olsun ki, içəri keçsəydi bu “buz parçası” tezliklə əriyib yox 
ola bil
ərdi. Gəl ondan sonra insan haqlarını qoruyan təşkilatla-


Firuz Mustafa 
122 
rın çığır-bağırına qulaq as. Hələ qaşınmayan yerdən qan çıxar-
ma
ğa hər an hazır olan asayiş keşikçiləri... 
 Kim bilir, b
əlkə  də  hansısa xüsusi  kəşfiyyat idarəsinin 
növb
əti sınağı idi bu hoqqalar. Cavad Əmirxanlıya məlum idi 
ki, bir çox elmi-t
ədqiqat idarələrində, hətta, onların öz labora-
toriyala
rında aparılan təcrübələrdən hərbi strukturların, o cüm-
l
ədən məxfi idarənin kifayət qədər məlumatı var. Lakin indi ey-
va
na dırmaşmış bu “buz xanımın” hansısa idarənin tapşırığı ilə 
zühur etm
əsinin nə elmə, nə əxlaqa, nə də Cavad Əmirxanlıya 
heç bir d
əxli ola bilməzdi. Bu, əslində, heç sifarişlə icra olunan 
bir m
əsələyə, yaxud kiminsə yersiz zarafatına da oxşamırdı.  
 Amma h
ər şey göz qabağında idi: Cavad Əmirxanlı ilə lüt 
bir qız üz-üzə dayanıb hansısa Buzlaq haqqında şirin-şirin söh-
b
ət edirdi. 
 “L
ənət sənə kor şeytan, mənə bu lazımdır bəyəm? Nə ma-
ğara, nə Buzlaq, nə qız?.. Bu nə işdi mən düşdüm?” 
 - Cavad b
əy. 
 - B
əli... Buyurun... 
 - M
ən getdim, Cavad bəy. 
 -  Yax
şı, bəs siz gecənin bu vaxtı haraya gedəcəksiz? So-
yuqdur... B
əlkə evdə, yox ey... elə eyvanda qalasız? İsti paltar 
g
ətirim? Doğrudan üşümürsüz? 
 Gec
ənin alaqaranlığında qızın sehrli üzünə işıqlı bir təbəs-
süm ya
yıldı: 
 -Yox, m
ən  üşümürəm.  Sağ  ol,  mən getdim, Cavad bəy. 
M
ən gəldiyim yerə gedirəm. 
 - G
əldiyin yerə? Axı gecədir. Bəlkə sübh tezdən... 
 
Qız dilucu: 
 -  Narahat olma, Cavad b
əy,-deyib, uzun boynunu hansısa 
v
əhşi quş kimi dolandırıb ətrafa boylandı, sanki özü üçün uçuş 
istiqam
əti müəyyən etmək istəyirdi. 
 
Qızın  gəlişi  də  gedişi  kimi qəfil oldu; o, əlindəki budağı 
sehrli çubuq kimi havada oynat
dı və bu an dibçəkdəki gümüşü 
ağacın iri yarpaqları işıq lampaları kimi yanıb-söndü. Sanki kü-
l
ək burulğan  yaratdı, “gümüşü ağacı”ın  yarpaqları titrədi. Qız 


Seçilmiş əsərləri, I CİLD 
123 
birc
ə anda qeybə çəkildi, gecənən səssizliyinə qovuşdu. Cavad 
Əmirxanlıya elə gəldi ki, eyvanda bir müddət qızın işıqlı haləsi 
qal
dı, sonra o işıq da tədricən çəkilib getdi, qaranlığa qovuşdu. 
Haradasa n
əsə ilan kimi fışıldadı. Ətrafa qurğuşun kimi ağır bir 
zülm
ət çökdü.  
 Soyuq sazaq 
əsirdi.  
 Ca
vad  Əmirxanlı  gecəni səhərə  dirigözlü açdı.  Onun  öz 
ağlı öz gözü ilə gördüklərinə inanmaq istəmirdi. O, tez-tez ürə-
yind
ə eyni sözləri təkrar edirdi: “Heç şübhəsiz ki, bütün bu baş 
ver
ənlər qarabasmadan savayı bir şey deyildi”. 
 
...çağrılmamış qonağı çox gözləməyə ehtiyac qalmadı. Bu 
hadis
ədən cəmi iki gün kemiş  Cavad  Əmirxanlı  yenə  həmin 
vaxt, hava qaralandan xeyli sonra, eyvanda n
əyinsə şaqqıldadı-
ğını  hiss  edib,  diqqətlə  bayıra boylandı.  Əvvəlcə  gözünə  heç 
n
ə, heç kim dəymədi. Eyvanda dibçəyin tərpəndiyini hiss etdi. 
Ür
əyindən keçdi ki, yəqin gecənin bu vədəsində icazəsiz təşrif 
buyuran yen
ə də o ola bilər.  
 Z
ənni onu aldatmamışdı.  
 Gözl
ənilməyən qonaq eyvandan yenə  həmin tanış,  asta 
s
əslə onu çağırırdı:  
 - Cavad b
əy... Cavad bəy... 
 Ca
vad  Əmirxanlı  ayağa  durub qapını  açdı,  eyvana  çıxdı. 
Qız yenə ötən dəfəki kimi “gumüşü ağac”ın arxasında gizlən-
mişdi və  onun  əlində  yenə  o  ağaca bənzəyən gümüşü  budaq 
var
dı.  
 Ca
vad Əmirxanlı “qonağı” içəri dəvət etdi:  
 - 
İçəri keç. Yəqin ki, üşüyürsən... 
 
Qız duruxdu, nədənsə ehtiyat edirmiş kimi hürkə-hürkə ət-
ra
fına boylandı, sonra asta, yumşaq addımlarla onun arxasınca 

əri keçdi. Otağın işıqları ani olaraq yanıb söndü; ətrafa qəribə 
bir 
ətir yayıldı. Bu ətir Cavad Əmirxanlını uzaq keçmişə, uşaq-
lıq illərinə çəkib apardı; ona elə gəldi ki, bu, əslində onun uşaq-
lıq illərinin, bəlkə də o illərlə bağlı xatirələrinin ətridir.  
 Onun q
əlbi səksəkədə idi.Ən çox da ondan qorxurdu ki, bu 
can
lı buz parçası, daha doğrusu, buzdan tökülmüş bu qız hey-


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə