Seçilmiş əsərləri, I cild 1



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə43/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   39   40   41   42   43   44   45   46   ...   98

Firuz Mustafa 
136 
nışsaydı,  hələ  arvadı  bir  yana, kim, hansı  ağlı-kamalı  yerində 
olan adam inanar
dı ona? İllah da ki, qadın gecələr peyda ola, 
g
əlib göyərçin kimi qona sənin eyvanına, üstəlik də Adəmi yol-
dan  çıxaran Həvva nənəmizin geyimində. Gəl indi and-aman 
el
ə ki, bu baş verənlərin ona heç bir dəxli yoxdur, bəlkə də dəx-
li var ey, sad
əcə o, bixəbərdir bu işlərdən; çünki arada ağlına 
g
əlirdi ki, bu, ona qarşı təşkil olunmuş gizli, məkrli bir şantaj-
t
əxribat da ola bilərdi. Əgər bu şantaj idisə, onda onu törədən-
l
ərin məqsədi nə ola bilərdi? Adətən, bu cür oyunlar sayasətçi-
l
ər arasında baş verir. Hətta, o, eşitmişdi ki, öz rəqiblərini baş-
qa qa
dın və ya kişilərin yatağında lentə alıb ifşa edən vəzifə sa-
hibl
əri də az deyildir. 
 Amma Alla
ha şükür, Cavad Əmirxanlının nə siyasi rəqib-
l
əri, nə böyük vəzifəsi, nə də kiminləsə ədavəti vardı. 
 B
əs, bu zalım  qızı,  “buz xanım”  niyə  məhz onu seçmiş, 
da
ha doğrusu, onu qaralamışdı? 
 
Yox, bu, sağlam məntiqə sığan iş deyildi. Bəlkə də bütün 
bunlar heç olma
mışdı da. “Necə yəni olmamışdı? Mən hələ ağ-
lımı itirməmişəm”. 
 
Ətiqənın gözü hələ də eyvanda idi; o, kreslonun içində do-
nub
muş kimi hərəkətsiz qalmışdı.  
 Ca
vad Əmirxanlı yerindən tərpənməyə cürət etmirdı.  
 Bird
ən Ətiqənin bayaqdan qıyılmış gözləri böyüdü, o, nə-
s
ə demək istədi, amma səsi xırıldadı; sanki gözəgörünməz bir 
əl qadının boğazından yapışıb onu boğmaq istəyirdi. 
 Qa
dın kreslodan aşıb guppultu ilə döşəməyə yıxıldı. 
 Ca
vad Əmirxanlı cəld irəli cumub yerə əyildi, dizini yerə 
qoyub qolu
nu  Ətiqənin belinə  doladı,  onu  qucağına götürüb 
çarpa
yıya uzatdı. Qadın hissolunacaq dərəcədə yüngül idi. 
 Arva
dı nəsə demək istəyir, amma dili dolaşır, sinəsi xışıl-
da
yırdı.  Qadın  boğulurdu. Özünü itirmiş  kişi,  əli ilə  Ətiqənin 
kilidl
ənmiş  çənəsini aralayıb  ağzını  onun  soyuq dodaqlarına 
ya
pışdırdı. Nəfəs verdi. 
 Qa
dın tora düşmüş quş kimi çırpınırdı. Gözlərini açıb yad 
n
əzərlərrlə kişini süzdü. 


Seçilmiş əsərləri, I CİLD 
137 
 Ca
vad Əmirxanlının bədəni uçurlandı. O, qəddini düzəldib 
al
nında puçurlanan soyuq tər damcılarını  şəhadət barmağı  ilə 
sıfqarıb sildi. 
 Yataqda uzan
mış  qadının  indicə  açılmış  gözləri eyvana 
açılan pəncərəyə dikildi. 
 Ca
vad Əmirxanlı hələ də eyvana baxmağa cürət etmirdi.  
 Bird
ən nəyisə  xatırlayıbmış  kimi,  əlini telefon dəstəyinə 
atıb təcili yardım şağırdı. 
 Çarpa
yıya sarı əyildi, gözləri açıq olsa da qadın zorla nə-
f
əs alırdı. 
 -
Ətiqə... Ətiqə, nə oldu sənə? Cavab versənə, Ətiqə... 
 Heç bir cavab g
əlmədı. 
 Ona el
ə gəldi ki, qadın ya huşunu itirib, ya da onun dili tu-
tulub. 
 Ki
şi çaşqın halda bir xeyli qadının başının üstündə dayan-
dı, sonra əyilib onun yarıaçıq gözlərindən astaca öpdü.  
 
Ətiqə güclə nəfəs alırdı. 
 Ca
vad Əmirxanlı eyvana sarı boylandı.  
 Ba
yırda tutqun, çisəkli hava vardı. 
 Az sonra t
əcili yardım maşınının siqnal səsi eşidildi. 
 ... Ca
vad Əmirxanlı hər gün xəstəxanaya baş şəkir, Ətiqə-
nin sa
ğalıb ayağa durması üçün əlindən gələn yardımı, köməyi 
əsirgəmirdi. Qadının üz-gözündə yuva salmış ağır bir xəstəliyin 
kölg
əsini görməmək mümkün deyildi. Danışanda dilinin topuq 
çal
dığı aydın hiss olunurdu. Onun sifətinin rəngi son günlərin 
tutqun havala
rı  kimi boğuq  idi.  Ətiqə  gözgörəti  sınıxıb  əldən 
düşmüş,  ağırlaşmışdı.  Cavad  Əmirxanlı,  arvadının  sağalmaz 
m
ərəzə tutulduğunu hiss etmişdi.  
 
Ərlə arvad birlikdə uzun bir ömür yaşamışdılar və bu uzun 
ömürd
ə bir-birlərinin hər “cik-bik”inə yaxşı bələd idilər. Zahi-
r
ən süst, soyuq, adamayovuşmaz təsiri bağışlayan Cavad Əmir-
xan
lı,  əslində, daxilən özünü qaynar,  möhkəm və  dözümlü 
adam hesab edirdi. O, ür
əyinin dərin qatlarında xəstliyə düçar 
olan arva
dına bir ağrı və rəhmdillik hissi ilə yanaşır, amma bu-
nunla yana
şı, beynində özünün gələcək planlarını necə həyata 


Firuz Mustafa 
138 
keçirm
əyin yollarnı da götür-qoy edirdi.  
 Son günl
ər həyatında baş verənlər Cavad Əmirxanlını bir 
q
ədər yorub əldən salsa da, o, yenə həmişəki qaydada öz iş-gü-
cünd
ə idi, hər gün iş yerinə, çalışdığı laboratoriyaya baş çəkir, 
h
əmkarları ilə həlli qarşıya qoyulmuş tədqiqatlarını davam et-
dirirdi v
ə qəribə bir maraqla tezliklə həyatında nəyinsə baş ve-
r
əcəyini, dəyişəcəyini gözləyirdi.  Amma o, bu “nəyinsənin” 
pis, yaxud yax
şı şey vəd etdiyini əvvəlcədən müəyyən edə bil-
mirdi.  
 
Ətiqə  xəstəxanada, düçar olduğu  xəstəliklə  əlbəyaxa sa-
vaşda olsa da belə, öz ərinin davranışına, hərəkətlərinə  əksər 
qa
dınlara xas olan gizli bir ustalıqla, nəzarət etməkdə idi.  
 Ca
vad Əmirxanlının, xüsusilə, son vaxtlar aşkar hiss olu-
nan mü
əmmalı davranışı qadının gözündən yayınmırdı. Cavad 
Əmirxanlı, adətən, hansısa əsər üzərində işləyərkən uzun müd-
d
ət özünə qapanar, heç nəyə əhəmiyyət verməzdi və Ətiqə əri-
nin bu ovqa
tını,  yəni “ilham pərisinin” gəldiyi vaxtı elə onun 
üz-gözünün ifad
əsindən və davranışıından bilərdi. Amma indi 
qa
dın sövq-təbii hiss edirdi ki, kişini narahat edən yaradıcılıq 
v
ə ya “ilham pərisi” deyil, ona indiyəcən məlum olmayan han-
sısa bir müəmmalı məsələdir. Ətiqə susurdu, heç nə soruşmur-
du. Onsuz da qa
dın irəlicədən yaxşı bilirdi ki, əri onun sualları-
na susmaqla “cavab ver
əcək”; yəni mənasız  yerə  baş  ağrıdıb 
qan qaraltma
ğa dəyməzdi. O biri tərəfdənsə, son vaxtlar qadın 
da
nışdıqca dili topuq çalırdı; buna görə də əsəbiləşir və fikrini 
ç
ətinliklə  ifadə  edirdi. Bu vəziyyətdə  elə  ən yaxşısı  bəlkə  də 
susmaq idi. 
 X
əstəxana çarpayısında uzanmış  qadının  çuxura  düşmüş 
gözl
əri uzun-uzadı  ərinin üzünə  dikilirdi. Belə  anlarda Cavad 
Əmirxanlı özünü çox narahat hiss edirdi. “Görəsən, həmin gün 
Ətiqə  eyvana baxanda  o  da orada idimi?” Neçə  gündən bəri 
beynind
ə dolaşan bu sual ona dinclik vermirdi. Əslində bu sua-
lın dəqiq cavabını başqa bir adam verə bilərdi; həmin adamsa 
in
di  ağır  xəstə  idi; hətta, xəstə  olmasa da belə, o adam, yəni 
onun arva
dı, çətin ki, bu suala bir doğru-dürüst cavab verəydi. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə