Seçilmiş əsərləri, I cild 1



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə51/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   47   48   49   50   51   52   53   54   ...   98

Firuz Mustafa 
160 
uzun bir tarix b
ərkiyib, kirəcləşib, kristallaşıb daşa dönmüşdü. 
 Ca
vad  Əmirxanlının  susub dinləməkdən  başqa bir əlacı 
qalma
dı. Amma növbədə duranlar nəinki tərpənir, hətta deyə-
s
ən, öz yerlərini daha da möhkəmlətmək barədə düşünürdülər. 
 
İki gün sonra o, yenə həmin pəncərənin önündə idi. 
 
İçəridəkilərin bir qismi ayaq üstəydi. Köhnə, sınıq-salxaq 
stullarda 
əyləşənlər də  vardı.  Cavad  Əmirxanlının  “köhnə  ta-
nışlar”ı da burada idi. İki gün öncə görüb yadında saxladığı ağ 
saç
lı, qara kəlağayılı qadın asta addımlarla ona yaxınlaşıb yenə 
z
əndlə, uzun-uzadı baxışlarla onu süzərək handan-hana dillən-
di: 
 - Bura bax, s
ən Cavad deyilsən? 
 O, ça
şıb qaldı. Udqundu. Bu qadın onu haradan tanıyırdı 
gör
əsən? Handan-hana duruxa-duruxa dedi: 
 - H
ə, Cavadam. Tanımadım sizi... 
 Qa
dın  əli ilə  kəlağayısının  ucunu didişdirə-didişdirə  dil-
l
əndi: 
 - Vaxtil
ə universitetdə bir oxumuşuq. Aliyəyəm də... 
 Ca
vad Əmirxanlı ani fikrə getdi. Həqqətən, vaxtilə onunla 
birg
ə  Aliyə  adlı  bir  qız  təhsil almışdı.  O,  çox sakit, dərsdən 
başqa heç bir mövzuda söhbət etməyən tələbəydi. Oxuduqları 
müdd
ətdə  kursdakıların  heç  biri ilə, o cümlədən Cavadla, bir 
k
əlmə kəsməyən bu qızın ötən illər ərzində az qala sir-sifəti də 
onun yadda
şından silinib getmişdi. 
 - Aliy
ə... Hə, yadıma düşdü. Sən burada nə gəzirsən? Gə-
r
ək ki, sən özün ayrı rayondan idin. 
 - El
ədir. O vaxt bu rayona ərə gəldim. Sizin qonşu kəndə. 
 - Hara
da işləyirsən? 
 - Heç yerd
ə. Elə o vaxtdan iş növbəsindəyəm. Gör bir ara-
dan neç
ə il keçib... 
 Ca
vad Əmirxanlı sanki boşluğa düşmüşdü. Elə bil qadının 
dedikl
əri iki gün əvvəl eşitdiyi söhbətin davamı idi; onda kişi-
l
ərin dediklərini indi bu qadın təkrar edirdi. 
 B
əlkə bura heç ona lazım olan  yer deyildi? Olsun ki, bu 
binaya normal adamlar g
əlmirlər. Bəlkə onu, lap elə onların hər 


Seçilmiş əsərləri, I CİLD 
161 
ikisini, h
əm Aliyəni, həm də Cavad Əmirxanlı ağıldankəm he-
sab edib bura gönd
ərmişdilər. 
 - Neç
ə uşağın var, Aliyə?  
 Qa
dın başını aşağı salıb dedi: 
 - Ail
əm yoxdur. Heç yerli-dibli olmayıb. 
 Ca
vad Əmirxanlı çaşıb qaldı: 
 -  Ail
ən yoxdur?..  Axı  bayaq dedin ki, sən bu rayona  ərə 
g
əlmisən... 
 -  El
ədir...  Ərə  gəlmişdim. Toy günü nişanlımı  tok  vurub 
öldürdü. Bel
ə deyirlər... O, elə həyətin ortasındaca bir göz qır-
pımında qapqara kösövə dönmüşdü. Belə deyirlər... Mən də elə 
o vaxtdan burada, bu rayonda qala
sı oldum. Nişanlımın yaşlı, 
x
əstə anası vardı, uzun illər ona baxdım. Bir neçə il əvvəl o da 
öldü. M
ən elə o vaxtdan işsizəm... Mənimlə oxuyanların əksə-
riyy
əti çoxdan pensiyaya çıxıb. Mən isə hələ də iş növbəsində-
y
əm. Bilirəm ki, iş verməyəcəklər. Amma mən prinsipə düşüb 
neç
ə illərdir ki, az qala hər gün gəlirəm bura. Guya nə vaxtsa iş 
ver
əcəklər. Belə deyirlər... Bəs sən burada nə edirsən, Cavad? 
Bilir
əm, sən o vaxtdan şəhərdəsən... Pensiyaya çıxmısan? Sən 
yax
şı pensiya alırsan yəqin. Böyük alimsən. Hər yerdə tanıyır-
lar s
əni. 
 Yox, dey
əsən, qadının ağlı-başı yerində idi.  
 Ca
vad Əmirxanlı bir qədər duruxub dilucu dedi:  
 -  M
ən hələ pensiyaya şıxmmamışam... Burada bir balaca 
işim var. 
 Qa
dın yenə kəlağayısının ucunu didişdirməkdə idi. O, san-
ki kimins
ə eşidəcəyindən ehtiyat edirmiş kimi astadan dilləndi: 
 - B
əs növbən var sənin? 
 Ca
vad Əmirxanlı çaşıb qaldı. Nə cavab verəydi? Axı heç 
onun özü d
ə bilmirdi ki, burada növbəsi var, ya yox. 
 -  Növb
ə? Yox, ikinci dəfədir gəlirəm bura. Qoy hələ və-
ziyy
ətlə tanış olum, sonra növbə tutaram.  
 - M
ən öz növbəmi verə bilərəm sənə. 
 - 
Yox, sağ ol... Əziyyət çəkmə. 
 -  B
əlkə də mənim ömrüm çatmayacaq... Mənə iş-güc ve-


Firuz Mustafa 
162 
r
ən də  olmayacaq. Bunu dəqiq bilirəm. Səbəbini də  bilirəm
amma s
ən məndən soruşma bunu. Mən sadəcə prinsipə düşmü-
şəm... 
 -  Düz edirs
ən. Belə  də  lazımdır.  Gərək adam öz haqqını 
h
əmişə, hər yerdə tələb eləsin. Qoy mən də öz növbəmə yazı-
lım. Kim tutur siyahını?.. 
 Qa
dın yenə astadan dilləndi: 
 - Burada növb
əyə yazılmaq üçün də növbəyə yazılmaq la-
zımdır. 
 Ca
vad Əmirxanlı çiynini çəkdi: 
 - Heç n
ə anlamıram...  
 - Burada anla
şılmaz bir şey yoxdur ki... Növbəyə yazılmaq 
ist
əyənlərin növbəsi bax o pəncərədə  tutulur. Gəl gedək sənə 
göst
ərim. 
 Qa
dın irəli yeridi. Cavad Əmirxanlı ayaqlarını sürüyə-sü-
rüy
ə onun arxasınca addımladı. 
 
Açıq pəncərənin arxasında sifətini dərin qırışların doğradı-
ğı bir kişi göründü: 
 - 
Eşidirəm....  
 Aliy
ə tez dilləndi: 
 -  Bu, Ca
vad Əmirxanlıdır. Yəqin ki, adını eşitmisən. Ta-
nınmış, böyük alimdir. Növbəyə durmaq üçün növbəyə  yazıl-
maq ist
əyir. 
 Ki
şi  öz  sifəti kimi  qırışlarla zəngin  olan  arıq,  quru  əlini 
p
əncərədən bayıra uzadıb az qala “böyük alimin” üstünə çəm-
kirdi: 
 - S
ənədlərini ver bura. 
 Cavad 
Əmirxanlı çaşdi. Qeyri-ixtuyari dilləndi: 
 - N
ə sənəd? 
 Ki
şinin əllərinə bənzəyən qartımış sifəti yana, qadına sarı 
çevrildi: 
 - S
ən izah edərsən buna, qoy bilsin ki, bizə hansı sənədlər 
la
zımdır. 
 Aliy
ə cəld dilləndi: 
 - Yax
şı, oldu... İzah edərəm. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə