Firuz Mustafa
124
k
əli elə indicə onun gözü qabağında əriyib gedəcək, bəlkə də
onun yerind
ə qalacaq su damcıları hansısa qeyri-adi məhlula
çevril
ərək döşəməyə yapışıb qalacaqdı. Həmin məhlul gələcək-
d
ə kimlər üçünsə, lap elə onun öz arvadı üçün, bir əşyayi-dəlilə
d
ə çevrilə bilərdi.
Ca
vad Əmirxanlı daha da vahimələndi.
Qız sakitcə, təklif-filan gözləmədən irəli yeriyib otağın
küncünd
əki kresloda əyləşdi, əlindən yerə qoymadığı üstü yar-
paq
lı gümüşü budağın ucunu dizinə dirəyib onun gövdəsini si-
n
əsinə sıxdı.
Ça
ğırılmamış qonağın sərbəstliyi onu daha da təəccüblən-
dirdi.
Qız kresloda əyləşəndən sonra maraqla divarlardan asılmış
şəkillərə baxmağa başladı.
Qona
ğın əyləşdiyi kresloda, adətən, evin xanımı, Cavad
Əmirxanlının arvadı Ətiqə əyləşərdı. İndi Ətiqə xəstəxanada
idi.
Ca
vad Əmirxanlı matdım-matdım qızın üzünə baxıb han-
dan-hana:
-
Xoş gəlmisiniz,-dedi.
Qız gülümsəyib başını tətpətdi.
Ba
yırda külək vıyıldayırdı.
P
əncərədən zülmət asılmışdı.
Ca
vad Əmirxanlını bayaqdan otağa yayılan xoş ətrin təsiri
al
tında idi. Bu ətir haradan gəlirdi görəsən, qızın sırsıra bağla-
mış saçlarından, yoxsa onun sinəsinə sıxdığı gümüşü ağacın
yarpaqla
rı işıldayan budağından?
Qız hələ də gülümsəyirdi.
Ətiqə xəstəxanadan çıxanda havalar bir azca sınsa da, hələ
soyuq idi. Qa
dın ilk günlər özünü yaxşı hiss edirdi. Sanki bu,
uzun ill
ər Cavad Əmirxanlı ilə bir damın altında yaşamış əzəlki
qaraqabaq, hikk
əli, zabitəli Ətiqə deyildi. O, indi özünün bütün
h
ərəkətləri ilə şən, gülər, həyat eşqi çağlayan bir insan təsiri ba-
ğışlayırdı. Hətta, arada gənc qızlar kimi sıltaqlıq edir, ərinə iş-
v
ə-naz da satırdı. Cavad Əmirxanlı arvadının xəstəxanadan çı-
Seçilmiş əsərləri, I CİLD
125
xandan sonra bu cür k
əskin dəyişməsinin səbəbini iki şeydə gö-
rürdü; bu, bir yan
dan Ətiqənin xeyli vaxtdan bəri qəbul etdiyi
d
ərmanların təsirindən ola bilərdi; digər tərəfdənsə, qadın öz
daxilind
ən və ya xaricdən gələn hansısa istəyinmi, təsirinmi nə-
tic
əsində öz əzəlki həyat tərzini dəyişmək qərarına gələ bilərdi.
H
ə, bir səbəb də qalırdı; arvadın bu cür davranışı qısqanclıqla
da bağlı ola bilərdi. Axı, əksər qadınlar müəyyən yaşdan sonra
ötüb keç
ən vaxtı təzədən geri qaytarmaq, əgər bu baş tutmazsa,
onu heç olmasa bir müdd
ət “tutub saxlamaq” üçün dəridən-qa-
bıqdan çıxırlar; onlar ahıl yaşlarında təzədən sevmək, sevil-
m
ək, oxşanmaq, nəvaziı görmək arzusuna düşürlər. Amma
ötüb keç
ən vaxtı saxlamaq hələ indiyəcən heç kəsə müyəssər
olma
mışdı. Vaxt öz qılıncını çəkib nəinki təkcə ayrı-ayrı talelə-
r
ə, hətta, bütün dünyaya hökmranlıq etməkdə idi.
Amma sanki bu ötüb ged
ən vaxtın sanki Ətiqəyə heç bir
t
əsiri olmamışdı; son vaxtlar qadının həyat eşqi birə beş artmış-
dı; o, elə bil ömrünün ikinci baharına qədəm basmışdı və ya bu
bahara q
ədəm qoymaq arzusu ilə yaşayırdı. Ətiqə geym-keci-
min
ə də əməlli-başlı əl gəzdirməyə, çoxdan dən düşmüş saçla-
rına tünd-parlaq rənglər çəkməyə başlamışdı. Arvadının evdə,
h
ətta, yaxası açıq xalat geydiyi də Cavad Əmirxanlının nəzə-
rind
ən qaçmırdı. Xalatın enli, zərli sapla işlənmiş yaxalığının
ara
sından qadının bir zamanlar şux, cazibədar olmuş, indi üstü-
nü z
ərif çillər örtmüş iri döşləri sallanırdı.
Ətiqənin ayaqlarında xəstəlikdən əvvəl ağac zoğları kimi
şaxələnmış, göyümsov damarlar üzə çıxmışdı. Cavad Əmirxan-
lını gəncliyində cəlb edən uzun, yaraşıqlı ayaqlar son illər xeyli
müdd
ət sarğıda qaldı. Deyəsən, axırıncı müalicə öz müsbət tə-
sirini burada da göst
ərmişdi; arvadı xəstəxanadan çıxandan
sonra onun aya
ğına ilan kimi dolaşmış, ağac zoğlarına bənzər o
göyümsov damarlar ta göz
ə dəymirdi; xalatın kəsiyindən Əti-
q
ənin ağ, zərif ayaqları görsənirdi; bu ayaqlar yenə əzəlkitək
yara
şıqlı, biçimli idi, amma görünür ki, qadınların ayaqları on-
la
rın təkcə xarici deyil, həm də, bəzi elm adamlarının dililə de-
yils
ə, daxili vəziyyətlərinin ən mühüm göstəricilərindən biridir;
Firuz Mustafa
126
bu m
ənada, Ətiqənin ayaqları son vaxtlar zahirən nə qədər təra-
v
ətli, cazibədar görünsə də belə, sonbaharda açan çıçəklər kimi
sol
ğun və soyuq təsir bağışlayırdı. Görünür, hər necə olursa ol-
sun, insa
nın ən güclü, hətta, ən yaraşıqlı ayaqlarla belə, zamanı
t
əzədən geri addımlamaq istəyi şirin xəyaldan başqa bir şey de-
yildir.
Qa
dın heç bir vəchlə düçar olduğu xəstəliyə və onu qoca-
lıq deyilən qorxunc bir məkana çəkib aparmaq istəyən illərə
t
əslim olmaq istəmirdi. Əndamından ətrafa yayılan bahalı ətir-
l
ərin rayihəsi də onun qalan ömrünü yeni, daha mənalı, daha
dol
ğun keçirmək istəyindən xəbər verirdi. Sanki Ətiqə bununla
öz yaşlı ərinə gəncliyindən hələ tam uzaqlaşmadığını eyhamla
da olsa xa
tırlatmaq istəyirdi.
Arva
dının hərəkətləri Cavad Əmirxanlını daxilən qıcıqlan-
dırırdı. Amma o, özünü ələ alıb təmkinli görünməyə çalışırdı.
Arva
dının yarıaçıq sinəsinə, sallaq döşlərinə, solğun, amma
maral buynuzu ki
mi şümal ayaqlarına nəzər salarkən onun göz-
l
əri önündə nədənsə soyuq qış gecəsi və həmin gecənin “qar
qona
ğı” canlanırdı. Eyvandakı gümüşü ağacın gövdəsinə söy-
k
ənmiş qonağın, yəni “qar qızın” mərmər kimi bəyaz, yumru-
hamar sin
əsi, ağcaqayın kimi gümüşü-ağ ayaqları sanki onun
yadda
şında pozulmaz iz salmış o unudulmaz, qəribə gecənin
saza
ğına mülayim bir ovqat da qatırdı.
Y
əqin ki, bu anlarda ərinin hansı əlçatmaz xatirə və duy-
ğuların təsiri altında yaşadığı, Ətiqənin yatsa heç yuxusuna da
girm
əzdi. Amma, o, illərlə bir yerdə yaşadığı adamın, son vaxt-
lar onun kövr
ək könül istəklərinə biganə qaldığını bir qadın
sövq-t
əbiiliyi ilə duymaya bilməzdi. Cavad Əmirxanlı arvadı-
nın iç dünyasında gedən çaxnaşmadan bixəbər idi. Qadının qəl-
bi yazda açan v
əhşi dağ çiçəyinə bənzəyirdi; o, bütün varlığı ilə
Gün
əşin şəfəqlərinə təşnə idi, amma onun başının üstündən vı-
yıltıyla keçən, ləçəklərini yolan soyuq küləklər hələ səngimək
ist
əmirdi.
Ətiqə artıq hər cür xəstəlik və ağrıların arxada qaldığını
z
ənn edərək yeni, həm də fəal, bir həyat yaşamaq istəyirdi;
Dostları ilə paylaş: |