Seçilmiş əsərləri, I cild 1


Seçilmiş əsərləri, I CİLD



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə71/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   67   68   69   70   71   72   73   74   ...   98

Seçilmiş əsərləri, I CİLD 
219 
 Müh
ərrikin uğultusu yaxın dərələrdə əks-səda verdi. 
 
 H
əmzə Çaparlı ilə aralarında olan söhbət Cavad Əmirxan-
lını qətiyyən açmadı. Burada qoruq yaratmaq barədə deyilənlər 
d
ə onun ağlına batmırdı.  
 Ca
vad Əmirxanlını əmin idi ki, “el ağsaqqalı” ona daxilən 
nifr
ət edir. 
 H
əmzə Çaparlı ilə görüşdən az sonra camaat arasında belə 
bir söz-söhb
ət yayıldı ki, mağara xəzinə yuvası imiş. Hətta, de-
yil
ənə görə, oraya qaravulçu dəstəsi də qoyulmuşdu. Əslində, 
bel
ə bir fikrin gerçəkləşməsi Cavad Əmirxanlının Buzlağa ge-
d
ən yolunun kəsilməsi, onun həmin ərazidə yuva qurmaq istə-
yinin üstünd
ən xətt çəkilməsi demək idi. 
 Yox, bu m
əsələni belə qoymaq olmazdı. 
 O, gec
əni səhərəcən yatmadı. 
 Ca
vad  Əmirxanlı  yenə  rayon mərkəzinə  getmək qərarına 
g
əldi. Səhər tezdən pencəyini çiyninə atıb mərkəzi kənd yoluna 
çıxdı.  
 O, qar
şıdan gələn maşına əl elədi.  
 Yüngül minik ma
şınının gənc sürücüsü əyləci basdı.  
 -M
ən rayon mərkəzinə gedirəm. 
 -El
ə mən də oraya gedirəm. 
 Keçib g
ənc sürücünün yanında əyləşdi. 
 -Ya Allah... 
 Ca
vad Əmirxanlının gözü yolda olsa da fikri uzaqlarda idi. 
Gözünün önün
ə Buzlaq, orada gördüyü mənzərələr gəlirdi. 
 Handan-hana sürücünün s
əsi onu xəyaldan ayırdı: 
 -
Ağsaqqal, çatdıq. 
 Ca
vad Əmirxanlı başını kabinədən çıxarıb ətrafa boylandı. 
Ta
nış mənzərə idi; o, çoxmərtəbəli, sarı rənglə boyanmış bina-
nın qarşısında dayanmışdı. 
 Sürücü so
ruşdu: 
 -M
əncə, düz gəlmişik, sizə bu bina lazımdır. 
 Ca
vad Əmirxanlı bir az duruxub tərəddüd içində suala su-
alla cavab verdi: 


Firuz Mustafa 
220 
 -B
əyəm rəhbərlik bu binada yerləşir? 
 -B
əli, bütün rəhbərlər bu sarı  binada  əyləşir.  Amma,  ağ-
saqqal, inan
mıram ki, bu gün qəbula düşə biləsən. 
 -N
ə üşün? 
 -
Əvvəla, burada qəbula düşmək üçün əvvəldən qəbula ya-
zılmaq lazımdır... 
 -Bura
sını bilirəm... 
 -
İkincisi isə, deyilənə görə, bu gün Buzlaq deyilən yerdə 
t
ədbir var. 
 El
ə bil Cavad Əmirxanlının dalağı sancdı: 
 -N
ə tədbir? 
 -Düzü, d
əqiq bimirəm. Hələ  burada  başqa bir tədbir də 
var, n
əsə atla bağlı məsələdir deyəsən... 
 -N
ə at? At nədir? 
 
Oğlan çiynini çəkib: 
 -Düzü, t
əfsilatı  yadımdan  çıxıb,  amma  eşitmişəm ki, atla 
bağlı bir məsələ var, onu bayram edəcəklər-deyə, dilləndi.  
 -O, n
ə məsələdir elə? 
 -T
ədbir var nəsə... 
 Ca
vad Əmirxanlı başını bulayıb sürücünün pulunu ödədi.  
 “Buzlaqda n
ə  ölümləri var bunların?.. Hə, o gün Həmzə 
orada qoruq yaratmaq ist
ədiklərini demişdi. Amma bütün aləm 
bilir ki, H
əmzə  fırıldaqçının  biridir. Allah bilir, hansı  istəklə 
burnunu so
xur bu işlərə.” 
 
Ağır  addımlarla binanın  qapısına yaxınlaşdı.  İçəri keçdi. 
Qa
pının  ağzındakı  yorğun  polis ona ötəri nəzər salıb  təzədən 
mürgül
əməyə başları. 
 
İçəridə adamlar qaynaşırdı. 
 
Ağır  qum  kisələri kimi yan-yana söykənib öz növbəsini 
gözl
əyən bu adamları sanki möhkəm daş kəndir-sapla bir-biri-
n
ə  bağlamışdılar. Bu “qum kisələrini” bir-birindən  ayırmaq 
sanki heç mümkün d
ə deyildi. 
 Ca
vad Əmirxanlının “köhnə tanışı”, ötən dəfə gördüyü əli 
əsalı, gözü qalın eynəkli, qəddi oraq kimi əyilmiş ahıl kişi növ-
b
ənin düz ortasında idi. Növbəsini  əldən vermək istəməyən 


Seçilmiş əsərləri, I CİLD 
221 
adamlar onun, bu eyn
əkli qocanın  dediklərinə  qulaq asmaq 
m
əcburiyyətində qalmışdılar: 
 -  M
ən ötən əsrin əvvəllərindən burada növbədəyəm. Mən 
bura g
əlib-gedən müddətdə üç dəfə sistem dağılıb, altı dəfə ha-
kimiyy
ət dəyişib, doqquz dəfə dövlət çevrilişi olub. Mən yenə 
q
əbula düşə  bilmirəm. Mən dərdimi kimə  deməliyəm? Bəlkə 
bu dünyada el
ə bir sirr var ki, onu məndən başqa bilən yoxdur, 
m
ən kimin qulağına və kimin qulluğuna ərz etməliyəm o sirri? 
M
ən görürəm ki, burada, bu xarabada hamı qoyun kimi gözünü 
döyüb susur. R
əhbərlık  də  susur. Deməli, onlar da qoyundur. 
Tarix d
ə bu yandan susur. Belə çıxır ki, elə tarix də qoyundur. 
Ax, susan qoyunlar, ax, susan tarix... 
 Ki
şi  monoloqunu təzəcə  bitirmişdi ki, qara kəlağayılı  bir 
qa
dın, bu, Aliyə idi, asta addımlarla yaxınlaşıb ötən dəfəki ki-
mi, yen
ə zəndlə, uzun-uzadı baxışlarla onu süzərək handan-ha-
na dill
əndi: 
 - Bura bax, s
ən... 
 Ca
vad Əmirxanlı bu dəfə onu qabaqladi 
 -B
əli, mənəm, Cavadam, Aliyə... 
 -H
ə, bildim. Biz səninlə tələbə yoldaşı olmuşuq.  
 -H
ə... Elədir. Yaxşı, de görüm sənin növbən çatdımı? 
 -Yox... Haradan?.. H
ələ gözləyirəm. 
 -B
əlkə başqa adama, daha böyük təşkilata müraciət etmək 
la
zımdır? 
 -
Ən böyük təşkilat buradır. Mən indiyəcən haraya müraci-
ət etmişəmsə, hansı ünvana məktub-teleqram vurmuşamsa, ye-
n
ə qayıdıb bu ünvana gəlir. Burada nəsə bir maqnit var, hər şe-
yi, ha
mını özünə doğru çəkir. Olsun ki, böyüklərimizin hamısı 
bu gün burada olacaq. Bizi Çapar
lılar buradan idarə edirlər... 
 -Kim? 
 -Ata-
oğul Çaparlılar. Bu gün onların bayramıdır. 
 -N
ə bayramdır elə? 
 - Xürr
əmin, yəni Həmzə Çaparlının atasının, yəni Cəmşid 
Çapar
lının babasının ilk dəfə at minib ova getdiyi gündür. De-
yirl
ər, bir azdan qapının ağzındakı o kəli götürüb onun yerinə 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə