Seçilmiş əsərləri, I cild 1


Seçilmiş əsərləri, I CİLD



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə73/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   69   70   71   72   73   74   75   76   ...   98

Seçilmiş əsərləri, I CİLD 
225 
ma yalan
dır, lap ağ yalandır... 
 Ca
vad  Əmirxanlının  qaraşın  sifəti sanki daha da qaraldı, 
gözl
ərinə zülmət çökdü. 
 -
Axı nə axtarırlar orada o alçaqlar? 
 -Y
əqin ki, xəzinə, dəfinə. Sən də qəribə adamsan, Cavad. 
Orada onlar vicdan, namus, qeyr
ət axtarası deyillər ki... Dağı-
dacaqlar ora
nı... 
 Ca
vad Əmirxanlının başında nəsə uğuldamağa başladı. O, 
içind
ə nəyinsə qırılıb parçalandığını hiss etdi. Hiddətindən diş-
l
əri ilə dodağını gəmirərək, hirsli-hikkəli baxışlarla ətrafa göz 
g
əzdirdi. Elə bil ki, balasını itirmiş qəzəbli canavar kimisə par-
çalama
ğa hazırlaşırdı.  
 -Özünü 
ələ al. 
 G
ətirdiyi  ağır  xəbərin peşimançılığını  çəkən  Əfrayıl  indi 
onu sakitl
əşdirmək istəyirdi. 
 -Ha
zırda dövran bunlarındır,  biz  nə  edə  bilərik? Bunlar 
Allahla allah
lıq etmək, daha doğrusu Allahın üstündə allahlıq 
etm
ək istəyirlər. Səbrli ol, Cavad. Bilirəm, sən orada yurd-yuva 
salmaq arzusundasan. Amma oralar ar
tıq onların əlindədir, on-
la
rın təpiyinin altındadır. Bilmək olmaz, bəlkə elə bu cür yaxşı-
dır, Allahın məsləhətinə min şükür, Cavad. Daha münasib bir 
yerd
ə koma qurarsan özünə, yaşayarsan ürəyin istəyən kimi. 
 Ca
vad Əmirxanlı susmaqda idi. 
 
Əfrayıl qəfildən söhbətin mövzüsunu dəyişdi: 
 -M
ənim yazdıqlarımla tanış ola bildinmi? 
 Ca
vad Əmirxanlı bir müddət fikrə gedib handan-hana dil-
l
əndi: 
 -Bu gün oxuyaca
ğam. 
 
...Əfrayl  çıxıb  gedəndən sonra  Cavad  Əmirxanlı  keçmiş 
rabit
ə  işçisinin, uzaq qohumunun verdiyi varəqləri saralmış 
d
əftəri götürüb əvvəlcə lampa işığında vərəqləməyə, sonra isə 
ucadan oxuma
ğa başladı. 
 
MA
ĞARA 
  


Firuz Mustafa 
226 
 Deyirl
ər orada, dağın döşündə 
 qaran
lıq, xəlvəti bir mağara var. 
 El
ə buna görə nə vaxtdan bəri 
 ora
ya çıxmağa qorxur adamlar. 
 B
əs sən özün kimsən? 
 Can
lı mağara. 
 Zülm
ətlə doludur ürəyin, insan. 
 Ça
lış ki, çıxasan sən öz içindən, 
 ça
lış ki, zülmətdən azad olasan. 
 Guya ki, sevirs
ən sən bu dünyanı, 
 dünya
nın özü də qorxunc bir quyu. 
 S
ənsə bu quyuda tənhasan elə, 
 dünya özü boyda oyundur, oyun. 
 S
ən qaça bilməzsən özün özündən, 
 qaçsan da qa
yıdıb dönərsən geri. 
 S
əni qaranlıqlar izləyər hər an, 
 s
əni məhv eləyər zalımın biri. 
 O za
lım əyləşib sənin içində, 
 o za
lım gözündən boylanır sənin. 
 S
ən kimə arxayın olubsan, insan, 
 s
ənin ürəyinin atəşi sönüb. 
 S
ənin qismətindir kədər, iztirab, 
 içind
ə yel əsib yengələr oynar. 
 S
ən özün özünə məğlub olmusan, 
 s
ənin sifətində kölgələr oynar. 
 S
ənin içindəki sirli mağara 
 s
əni əjdahatək çəkər içinə. 
 S
ən də qoşularsan, bir səfil kimi, 
 tarixin qaran
lıq, zülmət köçünə. 
 Heçliy
ə qaçmaqdır özündən qaçmaq, 
 özünd
ən qaçmaq da heçlikdir elə. 
 Dünyadan getm
əyə tələsmə çox da, 
 b
əlkə yol gəlirsən dünyaya hələ. 
 
 Öz-özün
ə  uzun götür-qoydan sonra Cavad  Əmirxanlı  sə-


Seçilmiş əsərləri, I CİLD 
227 
h
ərisi gün, sərindüşən  vaxt  Əfrayılın  məsləhəti ilə  təzədən 
H
əmzə Çaparlının yanına getməyi qərara aldı.  
 
Əfrayıl: 
 -Cavad, bir d
ə get o iblisin yanına. Bəlkə bu dəfə yanında 
m
ələklər oldu. Onsuz da yuxarılar bu tərəflərin  ağalığını  ona 
h
əvalə ediblər. Ağız açmaqla sınin xəncərinin qaşı düşməz ki... 
Madam ki, ür
əyində niyyətin var, gərək bir az da təpərli olasan, 
əziz qardaş. Zaman alçaqların zamanəsidir, Əfrayıl həqiqət di-
van
əsidir. Amma  Əfrayılın  da  ağzına  daş  basırlar, Buzlağın 
da... Get, olsun ki, m
ən də gəldim. 
 Ca
vad Əmirxanlı susurdu. 
 
Əfrayıl: 
 -M
ən deyənə qulaq as, əziz qardaş. Elə günü bu gün get o 
iblisin ya
nına.  
 “Yax
şı, gedərəm, Cavar. Bu, mənim onun yanına sonuncu 
gedi
şimdir. Əgər bu dəfə də müsbət cavab almasam... Onda nə 
ola
sıdır  ki?  Öldürəcəyəm onu? Hər halda qoy bir də  ağız 
açım...” Amma o, indi Həmzə Çaparlının yanına təkcə torpaq 
üçün “saqqal t
ərpətməyə” getmirdi. Onun məqsədi həm də bu 
ada
mın qəbul otağındakı başı örtüklü qızı görməkdi. Axı kim 
idi o xa
nım? 
 
Əfrayıl: 
 - 
İndi zanan dəyişib, Cavad. Sənin varolmağın sənin içində 
ya
şadığın  zaman deyil, sənin varolmağını  sənin özünün içidə 
ya
şayan zaman müəyyən edir. Sən zamana onun xaricindən 
yox, öz içind
ən baxa bilsən, onda özgə bir zamanda yaşadığını 
d
ərk edə bilərsən. Sən zamanı dərk etmək üçün əvvəlcə özünü 
d
ərk etməlisən; dünyanıdərk, özünüdərkdən başlayır. Mən hə-
mi
şə hamıya deyirəm ki, primitiv olmayın, sadə olun. Mən da-
im arzu edir
əm ki, adamlar, xüsusən vəzifəli adamlar qəliz ol-
ma, mür
əkkəb olsunlar. Qəlizlik dayazlıqdır,  mürəkkəblik-də-
rinlik. Axmaq v
ə nadanlardan daha çox şey öyrənmək olar, ən 
azından onlara oxşamamaqla. Deyirlər ki, indi insanlığın yox, 
pulun z
əmanəsidir. Burada bir az həqiqət də var. Güllə qaba-
ğından qaçmayan adamlar tanıyıram ki, pulun dalınca qaçırlar. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə