Seçilmiş əsərləri, I cild 1


Seçilmiş əsərləri, I CİLD



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə69/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   65   66   67   68   69   70   71   72   ...   98

Seçilmiş əsərləri, I CİLD 
213 
heç n
ə ola bilməzdi. İndi bu yanğını da yəqin ki, gizli pusquda 
dur
muş, bu heyvanlara qənim kəsilmiş o alçaq və qorxulu in-
sanlar tör
ətmişdilər. 
 ...Ar
tıq  öz  yuvalarını  tərk edib boz təpəciklərdən birinin 
ətəyinə  toplaşan  irili-xırdalı  ilanların  qəzəbli  fışıltısı  get-gedə 
ar
tıb güyültüyə çevrilməkdə idi. Bir azdan heyvanların, quşla-
rın səsi də bu güyültüyə qarışdı.  
 Yan
ğının  isti, qarsıdıcı  dalğası  get-gedə  yaxınlaşmaqda 
idi. Qorxu
ya düşmüş qəzəbli vəhşi heyvanların nəriltisi dərələr-
d
ə əks-səda verirdi. İndi gecikmək hər an təhlükəli ola bilərdi. 
Hara
sa baş götürüb getmək lazım idi. Amma hara? Buralarda 
gizl
ənib daldalanmağa  etibarlı  bir  yer  yox  idi.  Arxadan gələn 
alovun dill
əri onları yalnız irəli getməyə məcbur edirdi. Qarşı 
t
ərəfdə  isə  dördayaqlıların  qorxulu  düşmənləri olan ikiayaqlı-
lar, y
əni insanlar yaşayırdı. İndi vəhşiləri bir yandan odlu mü-
hasir
ə, digər tərəfdənsə  ikiayaqlıların  hiylə  dolu cəza fəndləri 
qorxuzurdu. O yandan da vurnuxan heyvanla
rın  sürünən  düş-
m
ənləri-zəhərli ilanlar... 
 V
əhşi heyvanlar əvvəllər də bir neçə dəfə insanların yaşa-
dıqları yerə gizli və aşkar şəkildə baş vurmuşdular. Amma on-
la
rın hər hücumu itkilərlə başa çatmışdı; ikiayaqlılar onların bir 
qismini aman
sızcasına məhv etmiş, yerdə qalanlarınısa yarala-
mışdılar. Canavarlar, çaqqallar, porsuqlar, hətta, bu vəhşiləşmiş 
yerd
ə digər canlılara göz verib işıq verməyən nəhəng ayı, kaf-
tar v
ə şirlər arasında belə, gülləyə tuş gələn, indiyəcən yarası 
tam sa
ğalmayan, ayağını  çəkən heyvanlar vardı.  Əslində  ən 
qorxu
lu düşmənlər elə dağların o üzündəki ikiayaqlılar idi. 
 Tüstü-duman qa
rışıq alov dalğaları anbaan yaxınlaşmaqda 
idi. Quşlar cividəşib yuvalarından şıxmağa məcbur olsalar da, 
g
ələn qovğadan bixəbər ətcəbalalar hələ öz quş yuxularını bi-
şirməkdə idilər.  
 Alovun dill
əri yeri-göyü qarsıyırdı. 
 N
əriltisi aləmi başına götürmüş heyvanlar canlarını gələn 
t
əhlükədən xilas etmək üçün özlərini uçurumların  yaxası  ilə 
uza
nıb gedən dərələrə təpirdilər. Başqa bir çıxış yolu yox idi. 


Firuz Mustafa 
214 
Onla
rı harasa uzaq yerlərə baş alıb gedən bu dərin dərələr xilas 
ed
ə bilərdi; olsun ki, o yerlər buralara nisbətən təhlükəsiz, qor-
xusuz idi. Yara
nışından bir-birinə qənim kəsilən vəhşi heyvan-
lar indi d
ərə boyu birgə, vahid bir sürünün tərkibində daban-da-
bana, yan-yana ir
əliləyirdi. Sanki bu anlarda onların daim bir-
birin
ə  hücum edib parçalamaq instinkti də  yox olmuşdu.  Baş 
ver
ən fəlakət heyvanların hamısını bir araya gətirmişdi. Dünya-
nın  düz  vaxtı  hər biri öz ərazisində  ağalıq  edən vəhşilər indi 
bir-birin
ə yol verərək irəliləyirdilər. Birinin başqasına mane ol-
ma
ğına nə ehtiyac vardı ki? Bəlkə irəliyə can atan heyvanlar-
dan han
sısa biri bu qorxulu, təhlükəli yollara  bir  başqasından 
daha yax
şı bələd idi?.. 
 
İlanlar digər vəhşi  heyvanlardan fərqli olaraq  əks istiqa-
m
ətə  üz tutmuşdular. Onlar hər tərəfi qarsıyan alov dillərinin 
ara
sı ilə sürünərək boz təpələrlərin boynuna dırmaşırdılar. Bu 
keç
əl təpələrdə kol-kos, ot-şəvəl seyrək bitdiyinə görə yanğının 
dill
əri də  buraya hələ  çatmamışdı.  Amma tüstünün  acı  nəfəsi 
bu yerl
ərdə də aydın duyulurdu. 
 
İlan sürüsü Buzlaq deyilən yerə sarı can atırdı. Buzlaq tə-
p
ələrin o üzündəki mağaranın  içindəydi.  İlanların  ən böyüyü, 
n
əhəngı Haçadil həmin yerdə yaşayırdı. Bunu yaşlı ilanlar daha 
d
əqiq bilirdilər. Mağarada məskunlaşan Haçadil son vaxtlar bir 
neç
ə dəfə, gecə yarısı, bu tərəflərə də gəlib çıxmışdı. Onun gö-
rünü
şü, arın-arxayın ədası bu tərəflərdəki vəhşi heyvanların ha-
mısını  xofa salmışdı.  Təkcə  ilanlar bu nəhəngin gəlişindən 
m
əmnun qalmışdılar. Axı hər necə olsa da, gecə qaranlığında 
d
ərisi par-par yanan bu nəhəng, onların, yəni buradakı ilanların 
qohumla
rı olmalı idi. Qoy bu, lap uzaq qohumluq olsun, nə fər-
qi var ki, 
əsas o idi ki, onların hamısı eyni kökdən idilər. İlanla-
rın əcdadları nə vaxtsa eyni olmuşdu. Haçadilin, xüsusən, gecə-
l
ər bu yerlərdə tez-tez görünməsi ilanlara sanki qol-qanad ve-
rirdi. V
əhşi cəngəlliyin digər qorxmaz vəhşiləri bu yad nəhən-
gin, y
əni Haçadilin yanından ehtiyatla ötüb keçir, onu tərs-tərs 
süzürdül
ər. O, bu yerlərdə görünəndən sonra ilanlardan ehtiyat 
ed
ən vəhşilərin sayı da xeyli artmışdı. Buranın köhnə sakinləri 


Seçilmiş əsərləri, I CİLD 
215 
olan yaşlı ilanlar da bir neçə dəfə girəvəyə salıb öz nəhəng qo-
humla
rının yuvasına baş çəkmişdilər. Haçadil doğrudan da ma-
ğara deyilən yerin əsl sahiblərindən biri, bəlkə də birincisi idi. 
Onlar, indi yan
ğının baş verdiyi ərazidə məskunlaşmış ilanlar, 
özl
ərinin güclü bir dayaqlarını tapdıqları üçün daha inamlı idi-
l
ər. 
 
İndi ilanlar alov dillərinin arası ilə sürünərək sürətlə öz nə-
h
əng qohumlarının yuvasına sarı axışırdılar.  
 Alov get –ged
ə güclənir, ətrafı qarsıyırdı. Hər tərəfi tüstü-
duman bürü
müşdü. Heyvanların, dar dərələrdən keçıb irəli qo-
şan dördayaqlıların heç biri üz tutub getdiyi yerin dəqiq “ünva-
nını” bilmirdi. Təkcə ilanlar, daha doğrusu, yaşlı ilanlar, əvvəl-
c
ədən tanıyıb  bildikləri yerə  doğru sürünməkdə  idilər. Ana 
ilanlar ar
tıq onları təqib etməkdə olan alov dillərinin arası ilə 
qıvrıla-qıvrıla hərəkət edir, qəribə səslər çıxararaq bala ilanları 
da öz arxala
rınca səsləyib aparırdılar. İlanların bəziləri yumur-
tadan t
əzəcə çıxmışdılar, sürünüb öz analarına çata bilmirdilər, 
buna gör
ə ana ilanların bir çoxu oz balalarının belınə dolanaraq 
onla
rı da özləri ilə birlikdə sürüyüb aparırdılar.  
 Onlar s
ərt, boz qayaların üstü ilə sürünür, mənzilə tez çat-
ma
ğa tələsirdilər.  
 Gec
ənin səssizliyini ilanların vahiməli, boğuq səsi pozur-
du. Ar
tıq  dördayaqlıların  ayağının  tappıltısı  eşidilmirdi.  İndi 
onlar ikiayaq
lılardan da uzaq idilər.  
 Bir azdan göyd
əki ulduzlar çəkilib öz “yuvalarına” getdi-
l
ər.  
 
 H
əmzə  Çaparlını  Buzlağa  gətirən nəhəng “cip” yoxuşun 
ya
rısında dayandı. Sürücü nə illah elədisə irəli hərəkət edə bil-
m
ədi. Mühərrik nərildəyir, səsboğan uğuldayır, təkərlər yerində 
fırlanır, lülədən çıxan qatı tüstü ətrafa yayılırdı. 
 Buzla
ğa hələ xeyli vardı. Həmzə Çaparlı maşından düşüb 
ətrafa boylandı.  Bu  yerlərdə  uşaqlıq  illərində  olmuşdu. Onun 
h
əyatının  çox  hissəsi  şəhərdə  keşmişdi və  əgər bu dünyanın 
axar-baxa
rı dəyişməsəydi yəqin ki, elə ömrünün sonunacan şə-


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə