Seçilmiş əsərləri, I cild 1


Seçilmiş əsərləri, I CİLD



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə65/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   61   62   63   64   65   66   67   68   ...   98

Seçilmiş əsərləri, I CİLD 
201 
z
əyirdi.  
 - Yax
şı, əgər sən məsləhətə qulaq asmaq istəmirsənsə, on-
da m
ənim yanıma niyə gəlmisən? 
 - M
ən sənə gəlişimin məqsədini bildirdim. 
 -  O yerl
ərin öz yiyəsi var, Cavad. Ora yaşayış  yeri kimi 
n
əzərdə tutulmayıb. Bildin? 
 
İndi Həmzə Çaparlı hiss olunacaq dərəcədə sakit, təmkinli 
da
nışmaq istəyirdi; o, əlini son zamanlar sıxlaşıb qaralan telinə 
ç
əkib sanki nəyəsə eyhamla dedi:  
 - Bir d
ə tutaq ki, o yerdən sənə bir paça torpaq sahəsi ve-
rildi, s
ən necə  tikinti aparacaqsan orada? Oraya nəinki maşın 
yolu, heç araba yolu da yoxdur. 
 -  Bu,  m
ənim öz problemimdir. Mən özüm bilərəm nə ilə 
tik
əcəyəm... 
 - Ta m
ənim sənə deyiləsi sözüm yoxdur. 
 - M
ən bilmirəm, sən o yerlərin ağası-zadsan bəyəm? 
 - Bu sua
lı sən mənə nə üçün verirsən? 
 - Çünki burada m
ənə dedilər ki, sən baxırsan o işlərə. 
 -  Cavad, m
ən də  sənin kimi elmlə  məşğul  olan  bir  ada-
mam... Tor
paq alıb-satan deyiləm. O yerlərin öz sahibi var de-
dim s
ənə. 
 - B
əs kimdir onun sahibi? Bəyəm torpaq xalqın deyil? 
 H
əmzə  Çaparlı  əlini-əlinə  vurub çiyinləri atlana-atlana 
güldü: 
 -Torpaq xal
qındır? Əlbəttə bizdə hər şey xalqındır, Cavad. 
El
ə biz də xalqa məxsusuq də. Get xalqdan soruş, əgər o, razı 
olsa ist
ədiyin yerdən torpaq da götürə  bilərsən,  üstəlik orada 
özün
ə ev də tikərsən. 
 -Kim ra
zı olsa? 
 -
Xalq. Axı özün də dedin ki, torpağın sahibi xalqdır.  
 Ca
vad Əmirxanlı bir xeyli susub astadan dilləndi: 
 -M
ən buraya xalq arasında referendum keçirməyə, sosial 
sor
ğu aparmağa gəlməmişəm. 
 H
əmzə Çaparlı əlini ətli sifətində gəzdirib sakit, məhrəma-
n
ə şəkildə soruşdu: 


Firuz Mustafa 
202 
 -Cavad, bütün bunlar öz yerind
ə. Düzünü deyə bilərsənmi, 
o ma
ğara tərəfdə binə salmaqda sənin məqsədin nədir?  
 Ca
vad Əmirxanlı susdu. O, bu kalafaağız heyvərəyə nə de-
y
əydi ki? 
 -
Əlbəttə, mən yaxşı bilirəm, o tərəflər əhəmiyyətli sahədir. 
H
əm tarixi-etnoqrafik, həm də arxeolji-geoloji baxımdan. Am-
ma m
əsələ burasındadır ki, sən nə geoloqsan, nə tadixçi, nə də 
arxeoloq.  
 H
əmzə Çaparlı bu sözləri deyib bic-bic ona göz vurdu. 
 -B
əlkə  hələ  gizli xəzinə  də  yatır  o  mağarada. Elə  deyil, 
Cavad? 
 Ca
vad Əmirxanlı yüz faiz, min faiz əmin idi ki, Mağara ilə 
bağlı dedikləri Həmzə Çaparlının ağlına indicə, bu anlarda gə-
l
ən fikirlərdır. 
 H
əmzə Çaparlı sanki sözləri övkələyə-övkələyə, yastı-yas-
tı danışırdı. 
 -Bura bax, Cavad, b
əlkə  də  xalq oranı  qoruq elan elədi. 
Biz bu bar
ədə  yuxarılara da mürciət edəcəyik, qoy tutarlı  bir 
qanun v
ə  ya sərəncam hazırlasınlar. Biz xalqın  sərvətinə  xor 
baxa bilm
ərik. Bizdə hər şey xalq üçündür. Biz bütün canımız-
qa
nımızla xalqın qulluğundayıq. Bilirəm ki, sən də bir vətəndaş 
kimi m
ənim dediklərimə şərik olacaqsan. Elə deyilmi? 
 Ca
vad Əmirxanlı ani olaraq nəsə fikirləşib sanki sevincək 
t
ərzdə: 
 -
Əlbəttə, əgər belə bir təşəbbüs olarsa mən də onu dəstək-
l
əyərəm,-deyə, dilləndi. 
 H
əmzə Çaparlının ətli dodaqları sifətinə yayıldı, ağ dişləri, 
qırmızı  damağı  göründü; o, məmnun halda  əlini-əlinə  sürtdü, 
sanki öz ist
əyinə nail olmuşdu. 
 Ca
vad Əmirxanlının gözü müsahibinin üzündə idi. 
 H
əmzə Çaparlı əlinin altındakı düyməni basdı. Başı örtük-
lü ka
tıbə qız qapıda göründü. 
 -  Biz
ə çay gətir,-deyə, Həmzə Çaparlı hökmlə dilləndi və 
müsahibin
ə baxıb əlavə etdi:- Hə, bax, bu, oldu əsl səmərəli iş. 
 H
əmzə Çaparlının katibəsi məcməyidə gətirdyi iki stəkan 


Seçilmiş əsərləri, I CİLD 
203 
pürr
əngi çayı iri meşin mizin üstünə qoydu. 
 Ca
vad Əmirxanlı başını qaldırıb kişilərə məxsus sövq-təbii 
bir hissl
ə çay gətirən qıza ötəri bir nəzər saldı: gözlərindən gö-
rünürdü ki, bu cavan bir xa
nımdır;  qara örtüyün altından üzü 
ay
dın  görünmürdü; onların,  yəni  qızla qonağın,  baxışları  ani 
olaraq k
əsiışdi; qız iri gözləri ilə qonağı süzüb təzədən qonşu 
ota
ğa, öz yerinə qayıtdı. 
 Bu gözl
ər Cavad Əmirxanlıya çox tanış gəldi. Amma indi 
bu dar macalda onun bu ta
nış gözlərin sahibinin kimliyini fikir-
l
əşib yadına salmaq imkanı yox idi.  
 H
əmzə  Çaparlının  hökmlü səsi araya çökən  qısa sükutu 
pozdu: 
 - Ca
vad Əmirxanlı, məncə, hər şey yaxşı olacaq. Çayını iç. 
Vax
tımız  azdır.  Mən bir azdan rayona gələn xarıcı  qonaqları 
qar
şılamağa gedəcəyəm. İşim başımdan aşır. Amma neyləməli, 
g
ərək bu xalq, bu millət üçün əlmizdən gələni  əsirgəməyək. 
Bu, şəxsən mənim vətəndaşlıq borcumdur. Çayını iç, Cavad... 
 Ca
vad Əmirxanlı qarşısındakı dolu stəkanı qabağa itələdi. 
Bu, o dem
ək idi ki, sənin çayını içmirəm.  
 
Əlbəttə, həmyerlisinin heç bir hərəkəti Həmzə Çaparlının 
diqq
ətindən yayınmırdı. 
 Onla
rın hər ikisi xeyli müddət bir-birini sınayıcı baxışlarla 
süzdül
ər.  
 
Əvvəlcə  Həmzə  Çaparlı  qalxdı.  Bu,  onun  həmsöhbətinə 
bir  işarə  idi, yəni o demək idi ki, səninlə  boş-boşuna oturub 
m
ənasız yerə vaxt keçirməyə vaxtım yoxdur, durub gedə bilər-
s
ən öz dərd-azarının arxasınca. 
 Ca
vad Əmirxanlı ayağa durub qapıya sarı yönəldi, iti ad-
dımlarla otaqdan çıxdı. 
 H
əmzə  Çaparlı  bir  qədər otaqda var-gəl  edıb  pəncərəyə 
ya
xınlaşdı, çölə baxdı, nəsə fikirləşib geri döndü, kresloya yay-
xınıb, əlini telefona atdı. Harasa zəng vurdu. Bir cavab gəlmə-
diyini görüb mizin üstünd
ən mobil telefonu götürdü, qulağına 
ya
xınlaşdırdı. 
 - 
Şeytanapapıştikən, de görüm, oralarda nə var, nə yox? 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə