Seçilmiş əsərləri, I cild 1



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə66/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   62   63   64   65   66   67   68   69   ...   98

Firuz Mustafa 
204 
 O, telefonda bir q
ədər dinləyib, əsəbi halda dilləndi: 
 -
Əşi, o, gicin biridir. Başı xarab olub onun. Bir də artıq-əs-
kik da
nışsa basdıracam onu dəlixanaya. Zarafat eləmirəm, doğ-
ru sözümdür. M
ənim alimimə bax bir, ilin-günün bu vədəsində 
ma
ğara dövrünə qayıtmaq istəyir. Beləsınin boynununa kəndir 
bağlayıb qabağına da bir çəngə ot atasan, bütün günü gövşəyə-
göv
şəyə dura. Fikir vermə ona... Gəl bir saunanı işə sal görüm. 
Bu h
əftə nə ağ vannadan qəbul eləmişəm, nə də qırmızı. Bura 
bax, ya
xı  yadıma  düşdü, bəlkə  bu dəfə  kokteyl vanna təşkil 
ed
ək, necə fikirləşirsən? Qaydasını özün yaxşı bilirsən də. Ta 
izaha n
ə ehtiyac? Hə, onda lazım olan nemətləri al qoy maşına, 
indid
ən hazırlıq işləri gör. İstəyirsən gəl bir az pul-para da ve-
rim, qoy s
əviyyəli iş alınsın. 
 H
əmzə Çaparlı ayağa durub fit çala-çala geniş otaqda var-
g
əl eləməyə başladı. Gedib qapını açdı, qəbul otağında əyləşən 
qızı uzun-uzadı süzüb ona nəsə demək istədi, amma sonra nə-
d
ənsə fikrindən daşınıb qapını təzədən örtdü, geri qayıdıb yum-
şaq kresloya çökdü. Sanki kiməsə eşitdirirmiş kimi ucadan dil-
l
əndi: 
 -H
ər  şeyin öz vaxtı  var.  Yetişməmiş  meyvəni yemək ol-
maz. 
 Az keç
miş Mövlud göründü. Qapının ağzında durub boy-
nunu bük
ərək dişlərini ağarda-ağarda Həmzə Çaparlının üzünə 
bax
dı;  bu,  Mövludun  illər uzunu cilalanmış  xasiyyəti idi; bu 
cür ya
zıq görkəmi nümayişkəranə şəkildə gözə soxmaqla o, öz 
al
əmində vəzifəli adamlarla arada məsafə saxladığını bildirmək 
ist
əyirdi. Həmzə Çaparlı toyda-yasda, bir sözlə hər yerdə Möv-
ludla dost oldu
ğunu bildirirdi; Mövlud da öz növbəsində dostu-
nun hörm
ətini bildiyi qaydada saxlayır, Həmzə Çaparlını bütün 
xeyir-
şər məclislərində tərifləyib göyə qaldırır, onu kəndlərinin 
tarix boyu yarat
dığı ən dahi şəxsiyyət adlandırırdı. Həmzə Ça-
par
lı  da  öz  növbəsində  ona həmişə  əl tuturdu; oğlunu rayon 
m
ərkəzində işə düzəltmişdi, onun oğlunun arvadını, yəni Möv-
ludun g
əlinini isə  öz yanında  işlə  təmin eləmişdi; gənc qadın 
H
əmzə Çaparlının kənddəki ofisində bir növ katibə vəzifəsini 


Seçilmiş əsərləri, I CİLD 
205 
icra edirdi; çay d
əmləyir, telefona cavab verir, gələn qonaqları 
qar
şılayırdı. Aydınca hiss olunurdu ki, Həmzə Çaparlı gəlinin 
x
ətrini çox istəyir. Yolu tez-tez şəhərə düşən ağsaqqal katibəsi-
n
ə oradan hədiyyələr almağı da unurmurdu. Hətta, bu yaxınlar-
da ona bir üzük d
ə bağışlamışdı. Qız hədiyyəni qəbul etmək is-
t
əməyəndə Həmzə Çaparlı nəsə yalandanmı-doğrudanmı əsəbi-
l
əşib özündən çıxmışdı: 
 -
Ağca, götürmək istəmirsən mənim hədiyyəmi? İnciyərəm 
ha... 
 Ta bu sözl
ərdən sonra Ağcanın hədiyyəni qəbul etməkdən 
sava
yı  bir  əlacı  qalmamışdı.  Həmzə  Çaparlı  qaşı  bərq vuran 
üzü
yü Ağcanın ilik kimi ağ, uzun barmağına keçirəndən sonra 
bo
ğazını ördək kimi irəli uzadıb qızın zərif yanağından öpməyi 
d
ə unutmamışdı. Qız qıpqırmızı qızarsa da susub geri çəkilmiş, 
üzünü yana çevir
mişdi. 
 H
əmzə Çaparlı Mövludla zarafatlaşmağı xoşlayırdı. Hətta, 
dostuna ayama da qoy
muşdu:  əvvəllər  ona  “şeytan” deyərdi, 
amma bu sözün dostu  t
ərəfindən soyuq qarşılandığını  görüb 
əzəlki ifadəni bir qədər  ətə-qana gətirmişdi, son vaxtlar ona 
“şeytanapapıştikən” deyirdi və hiss edirdi ki, bu ayama Mövlu-
dun lap ür
əyindəndir.  
 H
ətta, bir dəfə Mövlud öz adının ləzzətindən elə feyziyab 
ol
muşdu ki, öz dostunun üzünə  irişə-irişə  əlini dizinə  vurub 
q
əşş eləmişdi: 
 -
“Şeytanapapıştikən”! Bəh-bəh... Nə  gözəldir! And olsun 
allaha, m
ənə  bundan yaxşı  yaraşan  ad  yoxdur. Amma səndən 
başqa heç kəsə icazə vermirəm məni bu adla çağırsın. Gül kimi 
adı urvatdan salarlar birdən. 
 H
əmzə Çaparlı dostnu müdafiə etmişdi: 
 -Düz el
əyirsən. Hər it-qurdun səni Həmzə Çaparlının ver-
diyi adla ça
ğırmağa ixtiyarı ola bilməz ki... 
 
İndi budur, Həmzə Çaparlının dostu boynunu burub qapı-
nın ağzında dayanmışdı. 
 -Bir ye
şik şampan şərabı... 
 
“Şeytanapapıştikən” tez dilləndi: 


Firuz Mustafa 
206 
 -
Baş üstə. 
 - Bir pud bal.  
 -Oldu. 
 - 
Beş vedrə inək südü. Amma təmiz süd olsun ha, burada 
b
əziləri südə su qatır, diqqətli ol. Gərək əsl kokteyl hazırlaya-
san.  
 
“Şeytanapapıştikən” cəsarətlənib mötəbər dostu ilə zarafat 
el
əmək fikrinə düşdü, göz vurub dişlərini göstərdi: 
 -Özg
ə bir şey lazım deyil ki, Həmzə müəllim. 
 -M
əsələn, nə, a şeytanapapıştikən? 
 -M
əsələn, ceyran, maral, ördək, qaz... O boyda hovuzda 
t
əkmi çiməcəksən, a sağolmuş? 
 H
əmzə Çaparlının mumuyalanmış firon sifətinə bənzər bo-
zar
mış bənizindən xəfif bir dalğa kecdi. 
 -S
ən işində ol, bu, sənlik deyil. Yuxarıdan qonaqlarım ola-
caq. S
ən saunanı işə sal, hovuzu “kokteyllə” doldur, sonra çıx 
get öz iş-gücünün dalısıyca. Oldu? 
 -B
əli. Baş üstə...  
 Az sonra h
əyətdə “Şeytanapapıştikən”in maşınının boğuq 
s
əsi  eşidildi. Mövlud “kokteyl” üçün lazım  olan  “məmulatla-
rın” ardınca getdi. 
 H
əmzə Çaparlının saunası uzaqda deyildi, arabir adamları 
q
əbul etdiyi ofisin arxasında idi. “Şeytanapapıştikən” yaxşı bi-
lirdi ki, sau
na qızdırılandan sonra onun burada qalmasına ehti-
yac olmayacaq
dı.  Qayda belə  idi. O, bu yazılmamış  qaydaya 
əməl edir, öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə 
ça
lışırdı.  Amma “sauna hazırlığına”  başlayarkən  “Şeytanapa-
pıştikən” Həmzə Çaparlıya az qala hər dəfə eyni sualla müraci-
ət etməyi bir növ özünə borc hesab edirdi: “Həmzə müəllim, ta 
özg
ə bir şey lazım deyil ki?” Və hər dəfə də həmin sual eyni 
sualla qar
şılanardı: “Məsələn, sən nəyi nə təklif edirsən, a şey-
tanapa
pıştikən?” Bu yerdə adətən Mövludun dodaqları çərmə-
n
ər, iri dişləri görünərdi: “Məsələn, ceyran, maral, ördək, qaz, 
Qaçandan, yeriy
əndən, üzəndən-zaddan bir şey... Təkmi çimə-
c
əksən o bayda hovuzda?” Həmzə Çaparlı həmişə söhbətin bu 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə