Seçilmiş əsərləri, I cild 1



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə68/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   64   65   66   67   68   69   70   71   ...   98

Firuz Mustafa 
210 
lah, ada
mın yazığı da gəlir buna. Uşaq deyil ki, çağırıb danla-
yasan, ya bir-iki köt
ək  vurasan yanına. Saç-saqqalı  ağarmış 
adam
dır. Söz deyirsən qanmır. Belələrini görəndən sonra ada-
mın Həmzə Çaparlıya heykəl qoymağı tutur. İnşallah, o kişiyə 
el
ə sağlığında heykəl qoyulacaq da. Canım, bir özünüz deyin, 
Çapar
lı hara, Əmirxanlı hara? Biri bizim fəxrimiz, iftixarımız, 
o biri is
ə  üzqaralığımız,  başqaxıncımızdır”.  “Şeytabapapışti-
k
ən” yaxşı bilirdi ki, onun dediklərini dostunun qulağına çatdı-
ran adamlar var... 
 H
əmzə Çaparlı “ofisin” arxa qapısından işıqlı, geniş zala 
daxil oldu. Oradan saunaya keç
di. İçəri isti idi.  
 
Ağ  mərmər vannanın  içi  sarımtıl  qatı  maye ilə  doldurul-
muşdu. Bu, Həmzə Çaparlının öz resepti ilə hazırlanmış “kok-
teyl vanna” idi; “kokteyli” ha
zırlamaq üçün beş vedrə inək sü-
dü, bir pud bal, bir ye
şik şampan şərabı vannanın içində qarış-
dırılmışdı. Bu, onun özünün fikirləşıb kəşf etdiyi, yazib Mövlu-
da verdi
yi sağlamlıq resepti idi. 
H
əmzə Çaparlının soyunub vannaya girdi.  
 
Şampan şərabının köpükləndirdiyi qatı, ətirli məhlulda bir 
xeyli çabalaya
ıb ağnayandan sonra ayağa durub əlini divardakı 
telefona at
dı. Nömrəni yığıb ucadan dedi: 
 -
Ağca, mənim stolumun üstündə şampun var, onu götürüb 
g
ələrsən buraya, mənim yanıma. Mən harada olacağam  ki?.. 
Saundayam. Daxili qa
pıdan birbaşa  “gözləmə  zalına” gələr-
s
ən... Utanma, niyə utanırsan ki? 
 Saunaya iki gi
riş var idi. Biri bayırdan, o birisi qəbul ota-
ğından. Həmin giriş qapılarının mövcüdluğunu bir Həmzə Ça-
par
lının özü bilirdi, bir də Ağca. Gəlin indiyəcən üç-dörd dəfə 
sauna
nın  girişindəki “gözləmə  zalına” daxil olsa da, içəriyə 
keçm
əmişdi. Bu gün qayınatasının ciddi-cəhdlə Həmzə Çaparlı 
üçün “hamam t
ədarükü” görməsi onu daxilən o qədər açmasa 
da, veril
ən tapşırıqları yerinə yetirməkdən savayı bir əlacı yox 
idi.  
 H
əmzə Çaparlı mərmər vannanın içindəki ətirli məhlulun 
içind
ə uzanıb sinəsini ovxalaya-ovxalaya Ağcanın gəlişini göz-


Seçilmiş əsərləri, I CİLD 
211 
l
əməyə başladı. 
 “Ax
maq  qız,  hər dəfə  “gözləmə  zalına” girib, tez dabanı 
üst
ə geri qayıdır. Deyəsən, o mənim nə istədiyimi anlamır. Ya 
da anla
yır,  özünü sadəlövhlüyə, daha  doğrusu, gicliyə  qoyur. 
Yox, bu d
əfə onun nömrəsi keçməyəcək. Düz buraya, öz yanı-
ma ça
ğıracağan.  Mən də  ona  əfəl  əri deyiləm ki... Bütün ailə 
üzvl
ərinə  çörək verirəm. Bir balaca mərifəti olsaydı,  özü  öz 
aya
ğı ilə çoxdan gələrdi yanıma. Hədiyyəmi alır, amma qucağı-
ma g
əlmir? Bu düzgün  işdir bəyəm? Bu dəfə  oynaya-oynaya 
g
ələr. Hələ mənim gücümə bələd deyil deyəsən. Ərini də, qayı-
nata
sını da sürgün etdirərəm bu rayondan... Lap elə bu ölkədən. 
La
zım  gəlsə  özünə  də  təzədən toy çaldırıb  başqa birisinə  ərə 
ver
ərəm. Nə çoxdur subay-salıq oğlanlar...” 
 Yan qa
pının  açıldığını  eşidib özünü  yığışdırdı.  Yəqin ki, 
qız gətirdiyi şampunu qoyub geri qayıtmaq istəyirdi. O, vanna-
nın içində dikəlib ucadan qışqırdı: 
 -
Ağca, haradasan, içəri keç. Utanma, bəri gəl. 
 Ya
rıaçıq qapıdan Ağcanın başı göründü... 
 
 Ma
ğaranın o üzü qonşu dövlətin nəzarəti altında idi. Ora-
da
kı əkin-səpin yeri, qalın meşə zolaqları, biçənəklər və boz tə-
p
ələr çoxdan bəri sahibsiz qalmışdı. Uzun illər müharibə vəziy-
y
ətində  olan iki dövlətin  ərazisi arasındakı  hektarlarla yararlı 
v
ə  yararsız  torpaq sahəsi  ağzıgünə  yatırdı.  İllərdən bəri insan 
aya
ğı  dəyməyən torpaqlarda bitki və  meşə  aləmi də  buraların 
heyvanat al
əmi kimi yabanılaşmışdı.  Arabir  öz yaşayış  yerlə-
rind
ən tapıb  yediklərinə qane olmayıb acıxan vəhşi heyvanlar 
d
əstə ilə yaxınlıqdakı kəndlərə, yaşayış sahələrinə hücum edir-
dil
ər. Qapısında davarı, mal-qoyunu olan adamlar səksəkə için-
d
ə yaşayırdılar, amma onlar yırtıcıların hər hücumuna hazır və-
ziyy
ətdə idilər, silahlarını əldən yerə qoymurdular. Bəzən gecə-
l
ər uzaqlardan canavar və çaqqal ulaşması eşidilirdi. Adamların 
dediyin
ə görə, sahibsiz-nəzarətsiz qalmış yerlərdə, xüsusən, iki 
dövl
ətin arasında yerləşən neytral ərazidə, indi ilanlar mələyşr-
dı.  


Firuz Mustafa 
212 
 H
əmin gecə qaranlıq düşsə də, göydə ulduzlar görünmür-
dü. Qaran
lığın qanadları yerə zülmət rəngi ilə yanaşı bir səssiz-
lik p
ərdəsi də çəkmişdi. Qu desən qulaq tutulardı.  
 Gec
ənin bir aləmində uzaq üfüqlərdə işartılar görünməyə 
başladı: sanki qara qanadlarını gen-gen açıb hər tərəfi öz zül-
m
ət əsarətində saxlamaq istəyən nəhəng bir quşun tutqun lələk-
l
ərinə od vurmuşdular. Odlu zərrələr qaranlığı üstələməkdə idi. 
İşartılar get-gedə böyüyərək qızaran tonqallara çevrilməkdə idi. 
Bu tonqalla
rın  gur  şöləsi qaranlıq  səmada  işıq  sütunları  kimi 
uca
lırdı. Səhərin açılmasına hələ çox qalırdı, amma uzaq üfüq-
l
ər açılan dan yerini andırırdı. 
 Yan
ğın baş vermişdi.  
 Alov h
ər yeri bürümüşdü.  
 Yan
ğının  gur  şöləsi zülmətin qanadlarını  əridərək irəlilə-
m
əkdə idi. Qaranlıqda tüstü-duman görünməsə də üfüqdə göyə 
bül
ənd olan alovun dilləri get-gedə yaxınlaşmaqda idi. İllərdən 
b
əri insan ayağı  dəyməyən, vəhşiləşmiş  yerlərin daşı-ağacı, 
otu-qanqa
lı  çarthaçart yandıqca  budaqların  üstündəcə  yuxuya 
get
miş  quşlar, yuvalarına  şəkilib dincələn heyvanlar qorxuya 

şürdülər; onlar çaşıb qalmışdılar; görəsən gecənin yarısı sü-
rün
ə-sürünə, od püskürə-püskürə üzü bəri gələn bu nə od-alov-
du bel
ə? 
 Dey
əsən, bu yanğının  necə  təhlükəli olduğunu  əvvəlcə 
ilanlar duydular. Gündüz yaz Gün
əşinin istisindən meyxoş olub 
öz s
ərin yuvalarına çəkilmiş  ilanların  qəfil fişiltısı  eşidiləndə 
v
əhşi  kolların  arasında mürgüləyən  başqa vəhşı  heyvanlar da 
xo
fa düşdülər. Çoxbilmiş, həssas ilanlar, çox güman ki, hansısa 
t
əhlükənin yaxınlaşdığınından xəbərdar idilər. 
 Ma
ğaranın o üzündəki ərazidə, dərənin dibində və təpənin 
ba
şında məskunlaşmış vəhşilərin hamısı illərdən bəri bu yerlər-
d
ə qorxu-hürküsüz yaşayırdılar. İns-cinsin gözə dəymədiyi əra-
zid
ə  yaşamaq onlar üçün daha rahat idi. Burada onlar qorxu-
hürküd
ən çox uzaq idilər. Burada illərdən bəri hərə öz ərazisi-
nin, öz yuva
sının toxunulmaz sahibi idi. Amma onlar daim hiss 
edirdil
ər ki, bu dünyada insanlarla qonşu  olmaqdan təhlükəli 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə