Seçilmiş əsərləri, I cild 1



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə70/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   66   67   68   69   70   71   72   73   ...   98

Firuz Mustafa 
216 
h
ərdə yaşayacaqdı. Belə ki, son illər cəmiyyətin bütün sahələ-
rind
ə baş verən yeniləşmə kəndlərdən də yan keşməmişdi. Zid-
diyy
ətli proseslər gedirdi, bir yandan kəndlər boşalır, kəndlilər 
üz tutub kütl
əvi şəkildə böyük şəhərlərə gedir, digər tərəfdənsə
ay
rı-ayrı adamların kəndlərə qayıdışı müşahidə olunurdu. Mə-
s
ələ burasında idi ki, son illər kəndə dönənlərin əksəriyyəti iri 
şəhərlərin zəngin sakinləri idi. Bu zəngin adamlar kasıblamış 
k
ənd əhlinin dəyər-dəyməzinə satdığı ev-eşiyi, bağ-bağatı, mal-
mülkü çox ucuz qiym
ətə ələ keçirirdilər. 
 Son ill
ərdə  Çaparlı  kəndində  yerli  əhalinin sayı  sürətlə 
azalsa da, n
əhəng tikililərin sayı xeyli artmışdı. Di gəl ki, bu iri 
mülkl
ərin, villa və  qəsrlərin çoxunda daimi yaşayış  yox  idi. 
Onla
rın əksər sahibləri bu yerlərə yaydan-yaya gəlirdilər. Am-
ma, dem
ək olar ki, buradakı bütün yeni tikililərin xüsusi qara-
vul d
əstələri, gözətçiləri vardı. Kənddə qalan qadın və kişilərin 
çoxu imkan
lı adamların, kənddə təzə məskunlaşan varlı şəhərli-
l
ərin həyət-bacasında işləyir, çörəkpulu qazanırdılar. 
 H
əmzə Çaparlı gəlmələrdən deyildi, buranın köhnə, köklü-
köm
əcli sakinlərindən idi. O, son illərdə kənddə özü üşün bö-
yük mülk tikdir
mişdi. Deyilənə görə, Həmzə Çaparlının özü və 
oğlu Cəmşid  Çaparlı  ölkənin yüksək çinli məmurları  ilə  xoş 
münasib
ətdə idi. Bu tərəflərdə kiminsə vəzifəyə təyin olunması 
v
ə ya işdən uzaqlaşdırılması ata-oğul Çaparlılar üşün su içimi 
ki
mi bir şeydi.  
 Son günl
ər Həmzə Çaparlını bir məsələ dilxor etməkdəydi. 
Ca
vad Əmirxanlının gəlib yer iddia etməsi, Buzlaq deyilən yer-
d
ə  özünə  “kiçik koma” tikmək arzusunda bulunması  Həmzə 
Çapar
lını  xeyli düşünməyə  sövq etmişdi. O, əvvəlcə  Cavad 
Əmirxanlının başının xarab olduğunu zənn etmişdi. Amma son 
günl
ər kənardan qulağına çatan söz-söhbətlər onu sanki qəflət 
yuxusundan oyat
mışdı. Rayon mərkəzində və kənddə danışırdı-
lar ki, Ca
vad Əmirxanlı mağarada, daha doğrusu, oradakı Buz-
laqda, böyük bir x
əzinənin izinə düşüb. Allah bilir, bəlkə doğ-
rudan da adi adamla
rın dəfinə kimi qələmə verdiyi o yer, əslin-
d
ə hansısa qiymətli metal və ya qaş-daşın gizli bir məskəni idi. 


Seçilmiş əsərləri, I CİLD 
217 
Yoxsa Ca
vad Əmirxanlının nə iti azmışdı ki, yaşının bu vədə-
sind
ə  Məcnun kimi dağa-daşa  düşsün?  Axı,  insaf naminə  de-
m
ək lazım idi ki, Cavad Əmirxanlı ölkədə sayılıb-seçilən alim-
l
ərdən idi. Düzdür, Həmzə  Çaparlı  öz  adlı-sanlı  həmyerlisini 
el
ə  ilk gəncliyindən  xoşlamırdı.  O,  elə  o vaxtlardan Cavad 
Əmirxanlının  hərəkətlərində  nəsə  bir yekəxanalıq,  özündənra-
zılıq görürdü. Həmzə Çaparlını Cavad Əmirxanlıdan uzaqlaşdı-
ran t
əkcə bu cəhət deyildi. Əsas məsələlərdən biri, bəlkə də ən 
başlıcası bu idi ki, Həmzə Çaparlı doğulduğu kənddə özündən 
başqa hansısa tanınmış bir simanın olduğunu heç cür qəbul edə 
blmir
di. İndi onun əlinə xal qazanmaq üçün əlverişli fürsət düş-
müşdü, öz yaxın  adamlarının  yanında eyhamla Cavad  Əmir-
xan
lının başının xarab olduğunu bildirirdi, həmin yaxın adam-
lar da öz növb
ələrində  bəzən  pıçhapıçla, bəzən də  açıq-aşkar 
ağız-ağıza verıb,  öz  “ağsaqqallarının”  dediyi fikirləri camaat 
ara
sında daha inandırıcı və tutarlı şəkildə yayırdılar... 
 
Ağzı  yoxuşa  dirənən maşının  təkərləri çuxura düşüb  fır-
lan
dı,  ətrafa  çınqıllar səpələndi; sanki maşın  da  sahibi kimi 
qeyzl
ənmişdi. 
 H
əmzə Çaparlı bir qədər kənara çəkilib sükan arxasındakı 
sürücünün üstün
ə təpindi: 
 -Niy
ə sürmürsən maşını? Nə olub sənə? 
 Sürücü 
əlinin arxası ilə alnının tərini silib dilləndi: 
 -Müh
ərrik dartmır. 
 -Müh
ərrikdə, maşında günah yoxdur, sən özün əfəlsən. 
Düş görüm yerə. 
 Sürücü kabin
əni  açıb  yerə  atıldı.  Həmzə  Çaparlı  cavan 
adam c
əldliyi ilə hoppanıb sükan arxasına keçdi, hirslə ayağını 
qaza bas
dı. Maşın uğuldayıb yerindən tərpəndi. Sürücü maşının 
arxa
sınca götürüldü.  
 Ma
şın Buzlağın qənşərində dayandı. Həmzə Çaparlı eyni 
c
əldliklə  maşından yerə  düşüb  tövşüyə-tövşüyə  özünü yetirən 
sürücünün uzun
ə baxmadan hirsli-hirsli dilləndi: 
 -Ya
xın gəl. Təkərin arxasına daş qoy. 
 Sürücü ma
şının təkərinin dalına iri bir daş parçası qoyub 


Firuz Mustafa 
218 
k
ənara çəkildi. 
 H
əmzə Çaparlı hökmlə əmr verdi: 
 -
İndi buzlağın ağzındakı o qayanın üstünə çıx. 
 Sürücü dinm
əz-söyləməz cəld qayaya dırmaşdı. 
 H
əmzə Çaparlı ucadan soruşdu: 
 -Orada n
ə görürsən? 
 -Ma
ğara,-deyə, sürücü cavab verdi. 
 -Bax gör iç
əridə nəsə bir şey görünürmü. 
 Sürücü 
əyilib ehtiyatla, çəkinə-çəkinə üzüaşağı, mağaranın 
için
ə sarı boylandı. 
 -
İçəri qaranlıqdır, heç nə görünmür. Amma uzaqdan xışıltı 
g
əlit. Elə bil ya külək əsir, ya da ki... 
 -... ya da ki, n
ə? 
 Sürücü sanki n
əyisə dinşəyirmiş kimi bir az susub dilləndi: 
 - 
İlan səsıdir elə bil... 
 - 
Boş-boş danışma, ilan xışıldamaz, fısıldayar. 
 -M
ən uşaq vaxtı buralarda çox olmuşam. Buranın bir adı 
da ilan
lı mağara idi. O vaxtlar... 
 H
əmzə Çaparlı ətrafa göz gəzdirib dedi: 
 -Yax
şı, bir mənə de görüm, o mağaranın ağzını qapamaq 
üçün biz
ə neçə maşın beton lazım olar? 
 Sürücü ma
ğaranın ətrafında dövrə vurub tərəddüdlə dillən-
di: 
 -
Ən azı on maşın... Bundan bağqa, bir maşın da armatur 
la
zımdır. 
 -B
əs yük maşınları buraya qalxa biləcəkmi? 
 - Yola bir az 
əl gəzdirmək lazımdır. 
 -Sabah Mövludu da götür get h
ərbi alaya, komandirə  de 
ki, H
əmzə Çaparlının tapşırığıdır, lazımi qədər texnika və canlı 
qüvv
ə  versin, yolu təmizləyib mağaranı  betonlamaq lazımdır. 
Oldu?  
 -Ol
du. Baş üstə. 
 H
əmzə Çaparlı keçib sükanın arxasında əyləşdi. 
 -T
əkərin arxasındakı daşı bir kənara at. 
 Sürüçü onun 
əmrinə cəld əməl etdi. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə