Seçilmiş əsərləri, I cild 1



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə64/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   60   61   62   63   64   65   66   67   ...   98

Firuz Mustafa 
198 
H
əmzə Çaparlı ilə onun oğlunun xetir-duası, razılığı ilə həyata 
keçiril
ə bilərdi, buralarda bir iş görmək üşün başqa bir yol ağla 
bel
ə  gəlmirdi. Çaparlılar bu tərəflərin şəriksiz sahibləri idilər, 
onla
rın sözünün üstə söz, əlinin üstə əl yox idi. 
 
İsti, günəşli havaların birində Cavad Əmirxanlı özlüyündə 
bir q
ədər götür-qoy edib Həmzə Çaparlı ilə görüşmək qərarına 
g
əldi;  bu görüş  onun  ürəyincə  deyildi, amma yüz faiz  əmin 
olandan sonra ki, onun ist
əyi yalnız ata-bala Çaparlıların razılı-
ğı ilə həyata keçirilə bilər, öz əzəlki fikrindən daşındı. Yaşadığı 
daxma
dan çıxıb yola düzəldi, rastına çıxan adamlardan soruşa-
soru
şa  el  ağsaqqalının  əyləşdiyi yerin, daha  doğrusu, “qəbul 
ota
ğının” səmtini öyrəndi.  
 S
ən demə, Həmzə Çaparlının öz şəxsi mülkünün düz qən-
şərində  onun yaraşıqlı  ofisi, qəbul otağı,  köməkçisi, katibəsi, 
sürücüsü var
mış.  Qəbul otağında Cavad  Əmirxanlını  çox  da 
gözl
ətmədilər. Başı qara şalla örtülu ucaboy qız, bu, yəqin ki, 
H
əmzə Çaparlının katibəsi idi, içəri keçib tez də geri döndü, as-
ta, h
əlim səslə: 
 -Buyurun, keçin iç
əri, Həmzə müəllim sizi gözləyir,-dedi. 
 ...Ca
vad  Əmirxanlı  canını  dişinə  tutub  əlini irəli uzatdı. 
H
əmzə  Çaparlı  onunla isti görüşsə  də, üzündə  oynayan saxta 
t
əbəssüm açıq-aydın hiss olunurdu. 
 -Cavad, sa
lam. Xoş gördük. Heç adam inanmaq istəmir... 
S
ən də vətənə gələrmişsən. 
 -Görünür, adam qocalanda do
ğulduğu  torpaq onu özünə 
ç
əkir. 
 H
əmzə Çaparlının bir vaxtlar sifərinə səpələnmiş boz-qır-
mızı  ləkələrdən indi  əsər-əlamət qalmamışdı.  Əzəlki batmış, 
çök
ək yanaqları yağlanıb tumarlanmışdı. Hələ üstəlik onun əv-
v
əllər çallanmış saçları da sıxlaşıb qaralmışdı.  
 H
əmzə Caparlı üçün tarix elə bil ki, fırlanıb geri qayıtmış-
dı. O, sanki zamanı tərsinə addımlayaraq göz qabağındaca ca-
van
laşmışdı; üz-gözündən enerji və biclik tökülürdü. 
 Ca
vad Əmirxanlı əmin idi ki, Həmzə Çaparlını gəncləşdi-
r
ən təbiət yox, cəmiyyətdir. Daha  doğrusu,  düşdüyü münbit 


Seçilmiş əsərləri, I CİLD 
199 
mühitdir onu bel
ə dingildədən. Həmzə Çaparlının yuxarılar ya-
nında öz şəxsı hörmət-izzəti bir yana, deyilənə görə, kimlərinsə 
himay
əsi altında fəaliyyət göstərən oğlu Cəmşid Çaparlının bu 
yanlarda k
əsdiyi başa sorğu-sual yox idi.  
 - Stul ç
ək, əyləş, Cavad. 
 - 
Sağ ol... 
 -Deyirs
ən səni torpaq çəkib gətirib bura, hə? 
 - Y
əqin ki... 
 - 
İndi torpaq çoxlarını çəkib gətirir. İşlərin necə gedir, Ca-
va
d? İşləyirsən yenə? 
 - 
İşləyirəm. 
 - 
İşləsən yaxşıdır. Gərək adam son nəfəsinə qədər işləsin. 
M
ən də işləyirəm. Elmi-pedaqoji fəaliyyətimi davam etdirirəm. 
Burada xalq üçün gördü
yüm işlər də öz yerində... 
 Onla
rın arasında bir xeyli müddət bu sayaq söhbət getdi. 
Ca
vad Əmirxanlı verilən mənasız suallardan əsəbiləşsə də özü-
nü birt
əhər ələ almaq qərarına gəlmişdi. 
 H
əmzə Çaparlı asta səslə dilləndi: 
 -  Dem
əli, işlərin yaxşı gedir. Ölkəmiz günü-gündən inki-
şaf  edir.  Əvvəlki hakimiyyət xalqla hesablaşmırdı,  hər  şey,  o 
cüml
ədən millətin varı-dövləti hərraca qoyulmuşdu. Biz indi 
t
ədrıcən hər şeyi məcraya salırıq. Çalışırıq ki, böyük vətənimiz 
ki
mi doğma el-obamız da çiçəklənsin. Sən də öz kəndinə gəl-
m
əkdə düz etmisən.  
 H
əmzə  Çaparlının  ətli dodaqları  bir-birindən aralandı, 
gözl
əri  qıyıldı;  onun  kalafa kimi  açılmış  ağzından kəskin bir 
qoxu g
əlirdı.  Sallaq dodaqlarının  arasından iri protez  dişləri
qırmızı damağı görsənirdi.  
 N
əhayət, araya sükut çökdü.  
 H
əmzə Çaparlı diqqərlə onu süzüb handan-hana dedi: 
 -H
ə, Cavad, indi isə buyur, səni eşidirəm.  
 H
əmzə  Çaparlının  yekəxana  tərzdə  dediyi tikanlı  sözlər 
onu açma
dı.  Amma hər halda gəlişinin məqsədini deməli idi, 
h
əmkəndliləri onu möhkəmcə inandırmışdılar ki, bu tərəflərin 
başbiləni Həmzə Çaparlıdır və onun, necə deyərlər, buralarda 


Firuz Mustafa 
200 
iki sözünü bir el
əyən ola bilməz. 
 Ca
vad Əmirxanlı birbaşa mətləbə keçdi: 
 - M
ənə kiçik bir torpaq sahəsi lazımdır.  
 - N
əyinə lazımdır sənin o torpaq sahəsi? 
 - Özüm
ə xudmani, kiçik bir ev tikmək istəyirəm. 
 - G
ərək ki, sənin ata-baba evin var burada. 
 - Var. Amma m
ən evi Buzlaq tərəfdə tikmək istəyirəm. 
 H
əmzə Çaparlı sanki müsahibinin sözünü yaxşı eşitmədi, 
əlini qulağının ardına tutub soruşdu: 
 -Harada? 
 - Buzla
ğın yaxınlığında, meşə ətəyində. 
H
əmzə Çaparlı yenə diqqətlə onu süzdü. 
 - Buzlaqda n
ə işin var sənin?- Çiyni atlana-atlana güldü:-
B
əlkə orda nəsə tədqiqat işi-zad aparmaq istəyirsən, Cavad? 
 - H
ələ bu barədə dəqiq bir söz deyə bilmərəm. 
 H
əmzə Çaparlı əlini-əlinə vurub təzədən güldü. Sonra cid-
di görk
əm alıb içini arıtlayaraq qayğıkeşliklə dilləndi: 
 - Cavad, öz k
əndinə gəlməkdə ağıllı iş görmüsən. Biz çalı-
şıb kömək edərik, köhnə evinizdə bir balaca təmir işi aparılar, 
s
ən də  arabir gəlib burada dincələrsən. Sənin nəyinə  lazımdır 
Buzla
ğın yanı? Rəhmətliyin oğlu, cammat o mağaraya tərəf gü-
nün günorta ça
ğı zorla, özü də qorxa-qorxa gedir. Sənin nə itin 
azıb oralarda? Vaxtilə o tərəflərə gedirdilər ki, Günəş göydən 
şaxıyanda ürəyiyanana, xəstəyə, zahıya bir parça buz gətirsin-
l
ər. İndi ta buza ehtiyaç yoxdur, hər evdə soyuducu var. Lazım-
dırsa sənə bir maşın buz təşkil etdirim. Ev tikməyə düz-dünya 
ba
şına qəhətdir- nədir sənin? 
 H
əmsöhbətini  axıracan dinləməyə  Cavad  Əmirxanlının 
s
əbri-hövsələsi çatmadı, əlini irəli uzadıb əsəbi halda dilləndi: 
 - Bura bax, s
ən gəl mənə məsləhət vermə.  
 H
əmzə Çaparlının dibsiz kalafaya oxşayan ağzı yenə açıl-
dı; amma indi onun ətli dodaqları nədənsə səyriməyə başlamış-
dı.  Bayaqdan  qıyılmış  gözləri  qəfildən kip yumulmuşdu.  İndi 
bu görk
əmi ilə o, canlı adamdan daha çox, cəsədi uzaq əsrlər-
d
ən bu günə gəlib çıxan mümiyalanmış qorxunc fironlara bən-


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə