Seçilmiş əsərləri, I cild 1


Seçilmiş əsərləri, I CİLD



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə63/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   59   60   61   62   63   64   65   66   ...   98

Seçilmiş əsərləri, I CİLD 
195 
idi.  
 Ca
vad Əmirxanlının fikri uzaqlarda gəzib-dolaşır, düşdü-
yü dolanbac labirintl
ərdən çıxış  yolu axtarırdı. O, son vaxtlar 
B
əyazla hər görüşdən sonra çətin suallar qarşısında qalırdı. 
Hiss edir
di ki, qızın onunla xudahafizləşib bir göz qırpımında 
qeyb olma
sı heç də ani bir vaxtda baş vermir; yəni qız “uçub” 
gets
ə  də,  əvvəl dayandığı  yerdə  bir müddət onun izləri qalır; 
yox, buna heç “iz” d
ə demək olmazdı; bu, qəfil qopan küləyin 
qum, toz, kül v
ə  ya un topasını  sovurub havaya qaldırmasına 
b
ənzəyirdi; küləyin sovurduğu topanın qalığı ani vaxt ərzində 
yerd
ə qalsa da, son məqamda güclü qasırğa onu da havaya da-
ğıdır.  
 Ca
vad  Əmirxanlı  son  vaxtlar göz qoyub müşahidə  etdiyi 
s
əhnələri bir daha özü üçün müəyyənləşdirməyə çalışırdı. Bə-
ya
zın təkcə gedişi deyil, elə qəfildən peyda olması da ona elə 
h
əmin qum dənələrini xatırladırdı; amma bu halda, yəni qız gə-
l
ən zaman əks proses baş verir, sanki qum dənələri üst-üstə qa-
la
nıb bir yerə topalanırdı. Bir sözlə, qızın gəlişi və gedişi kiçik 
z
ərrələrin  qısa zamanda səpələnməsi və  toplanması  kimi qiy-
m
ətləmdirilə bilərdi.  
 Mü
şahidələr nəticəsində ağlına gələn fikirlərin dəqiqliyini 
v
ə səhihliyini yoxlamaq belə bir mühitdə onun imkanı xaricin-
d
ə idi. 
 Ca
vad  Əmirxanlı  hələ  gənclik  çağlarından elektromaqnit 
dal
ğaları vasitəsi ilə ötürmələrin gələcəkdə yeni keyfiyyət halı-
na keç
əcəyinə inanırdı. Bunun ən yaxşı nümunəsi kimi foto və 
tele t
əsvirlərin ən uzaq məsafələrə, hətta kosmosdan yerə ötü-
rülm
əsidir. 
 H
əmin təsvirlər  ən kiçik zərrələr  şəklində  bir məkandan 
dig
ərinə ötürülür və lazım olanda bərpa edilərək əvvəlki, ilkin 
v
əziyyətinə  qaytarılır.  Bəs insan orqanizmi nə  üçün həmin 
t
əsvirlər kimi hüceyrələrə  bölünərək bir yerdən  başqa  yerə 
ötürülm
əsin? Sonra həmin hüceyrələr nə  üçün təzədən eyni 
qaydada “topl
anıb”  bərpa edilərək öz əzəlki vəziyyətinə 
qaytarılmasın? O, bu suallara kimdən cavab ala bilərdi? 


Firuz Mustafa 
196 
 
Cavad Əmirxanlı, adətən, qıza artıq-əskik suallar vermək 
ist
əmir, daha çox onu, onun hərəkətlərini sakitcə  müşahidə 
etm
əyə üstünlük verirdi.  
 O, dey
əsən axtardığı  bəzi  suallarına  cavabını  tapmaq 
ərəfəsində  idi.  Bəs görəsən bu anlarda Bəyaz nə  barədə 
düşünürdü? 
 Sanki kiprikl
ərindən  daş  asılmışdı,  yuxu  dənizi Cavad 
Əmirxanlını öz qoynuna çəkirdi.  
 
O, güzgüd
ə öz əksi ilə üzbəüz dayansa da fikri uzaqlarda 
idi. Mağaradan necə çıxdığını hələ özü üçün tam aydınlaşdıra 
bilmirdi.  Bir  yandan  da  bütün  bu  baş  verənlərin həqiqət 
olmağına  olan  inamı  sarsılmaqda  idi.  “Bu,  nə  yuxu təki 
yuxudur, n
ə də... Yox, bu, heç doğruya, həqiqətə də oxşamırdı. 
B
əlkə  mənim  başım  pozulub,  bəlkə  ağlım  azalıb.  Mən yerin 
altindan nec
ə çıxdım axı? Əvvəlcə Bəyazla əl-ələ tutub vadiyə 
çıxdıq.  Sonra...  Sonra  otların  üstündə  yanaşı  uzandıq.  O, 
m
ənim  əlimdən tutdu. Sanki bədənimi eliktrikə  caladılar. 
Sonra...  Yox,  sonrasını  xatırlamıram.  Yadımda  qalan  təkcə 
odur  ki,  o  mağaraya  girəndə  də,  oradan  çıxanda  da  ilanların 
arasında  idim.  Hələ  belimə  dolanan nəhəng  haçadil...  Əgər 
gördükl
ərim yuxu idisə, bəs onda indiyəcən sızıldayan dizim-
dirs
əyim  harada  cızılıb?  Yox,  mən  mağarada  olmuşam... 
Amma indi evd
əyəm. Buna şübhə ola bilməz. Bax, güzgüdən 
m
ənim üzümə arsız-arsız baxan da mən özüməm”.  
 K
ənddə  yaşadığı  müddət  ərzində  Cavad  Əmirxanlının 
solğun  bənizinə  sanki təzədən qan gəlmişdi.  Ürəyinin  ağrıları 
ötüb  kecmişdi.  O,  hiss  edirdi  ki,  zəif bədəni günü-gündən 
möhk
əmlnməkdədir. 
 Havalar get-ged
ə isinirdi.  
 K
ənddə yaşayan qohumlarından ona baş çəkməyə gələnlə-
rin sa
yı da get-gedə azalmağa başladı. Son günlər isə, ümumiy-
y
ətlə,  onun qapısını  döyüb kef-əhvalını  soruşan  bir  adam  da 
yox idi. Buraya g
əldiyi ilk vaxtlar görüşünə can atanlar, deyə-
s
ən, indi ondan uzaq gəzməyə çalışırdılar. Çox güman ki, təc-


Seçilmiş əsərləri, I CİLD 
197 
rüb
əli, çoxbilmiş kənd əhli, həmyerlilərinin xeyrə-şərə yarayan 
adam olma
dığını dəqiq öyrənib biləndən sonra, öz iş-gücləri ilə 
m
əşğul olmağa daha çox üstünlük vermişdilər.  
 H
əmyerliləri ilə  söhbət  əsnasında Cavad  Əmitxanlı  özü 
üçün b
əzi mətləbləri aydınlaşdıra bilmişdi. Sən demə, həqiqə-
t
ən bələdiyyə sədrindən heç bir şey asılı deyilmiş. Bu son illər-
d
ə kəndin bütün torpaq sahəsi rayon rəhbərlərinin nəzarəti altı-
na keçib
miş. Rayondakı hər vəzifə adamına müəyyən bir ərazi 
pa
yı ayrılıbmiş. Yəni bütün bu bölgə az qala başdan-başa özəl-
l
əşdirilmişdi. Yuxarıdan aparılan bölgü nəticəsində Çaparlının 
v
ə bir neçə ətraf kəndin yararlı torpaq sahələri isə bu yerlərin 
hörm
ətli bir tayfasının  payına düşüb;  bu  hörmətli tayfanınsa 
əsas nümayəndələri, deyilənə görə, Həmzə və Cəmşid Çaparlı-
lar idi.  Q
əribə  idi, burada Çaparlıların  adı  pıçıltı  ilə  çəkilirdi; 
sanki adamlar öz h
əmyerlilərinin adını dilə gətirməkdən ehtiyat 
edir, ç
əkinir, qorxurdular. 
 Ca
vad  Əmirxanlı,  Cəmşidi düz-əməlli tanımırdı.  Amma 
C
əmşidin atası  Həmzə  Çaparlı  onun  uşaqlıq  və  gənclik tanışı 
idi. Cavad h
ələ  o illərdən Həmzəni daxilən  xoşlamırdı.  Elmi 

əssisələrin birində  çalışan,  amma elmi fəaliyyətdən daha 
çox, v
əzifəli adamların məclislərində tamadalıqla məşğul olan 
H
əmzə Çaparlı bəlağətlə danışan, yeri gələndə mahnı oxuyan, 
r
əqs edən, hər yerdə özünü gözə soxan nikbin ovqatlı bir adam 
idi. Bu öt
ən illər sanki Həmzə Çaparlıdan yan keçmişdi. O, gü-
nü-günd
ən cavanlaşmaqda idi. 
 Ca
vad  Əmirxanlı  həmyerlisi Həmzə  Çaparlını  arabir  şə-
h
ərdə keçirilən toy-yas məclislərində görür, lakin bütün hallar-
da heç özü d
ə  bilmədən nə  üçünsə  bu ünsiyyətcil adamdan 
uzaq qaçma
ğa çalışırdı. Onun Həmzədən daxilən zəhləsi gedir-
di. Amma bunun s
əbəbi hələ Həmzə bir yana, heç Cavad Əmir-
xan
lının özünə də məlum deyildi.  
 N
əhayət, kənddəki uzaq qohumları onu dilə tutub Həmzə 
Çapar
lının yanına getməyə, el ağsaqqalından məsləhət almağa 
ra
zı  saldılar. Deyilənə  görə, bu tərəflərdə  torpağın,  meşənin, 
h
ətta bulaqların,  yəni mineral və  adi suların  alış-satışı  yalnız 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə