SəDƏRƏk xeyriYYƏ CƏMİYYƏTİ naxçivan qəDİm dən güNÜM ÜZƏ QƏDƏR (Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş məqalələr toplusu) Bakı 2014



Yüklə 8,95 Mb.
Pdf görüntüsü
səhifə33/62
tarix19.07.2018
ölçüsü8,95 Mb.
#56634
1   ...   29   30   31   32   33   34   35   36   ...   62

Həsən  bəy  Rumlu  yazır:  «İbrahim  Sultan  və  Ənıir  Şahməlik  20  min 
suvari  ilə  Naxçıvan  tərəfə  getdilər.  Bu  vaxt  Mirzə  İsfahanın  (Qara 
Yusifın  oğlu  -   İspənd.  müəlliflər)  mülazimi  fələk  əzəmətli  orduya 
gəlib  ona  öz 
isti  münasibətini  bildirdi.  O,  həzrət  (yəni-Sultan 
Şahrux)  onu  mehribanlıqla  yola  saldı»  [8,124].  Bu  faktlar  bir  daha 
göstərir  ki,  Naxçıvan  bölgəsi  Sultan  Şahruxun 
1420-ci 
ildə 
Azərbaycana  yürüşü  zamanı  hələ  də  Qaraqoyunlu  əmirlərinin  nə- 
zarətində  idi.  Əbu  Bəkr  Tehranı  yazır  ki,  «bu  zaman  İsgəndər  Mirzə 
İsfahan  bəyin  Azərbaycanda  şöhrətinin  günbəgün  artdığını  görəndə 
üzünü Təbrizə tutdu və  Təbrizi, Əlincə  qalasını  İsfahanın  əlindən  alıb 
onu  Azərbaycandan  çıxarmaq  istədi.  İsfahan  bəy  qaçıb  Avnikə  və 
Ərzruma  getdi»  [25,73]  Naxçıvan  bölgəsi  İsgəndər  Mirzənin  nəzarə- 
tinə  keçdi.  Teymuri  ordusunun  Azərbaycanı  tərk  etməsindən  sonra 
İsgəndər  Mirzə  Qaraqoyunlu  taxt-tacında  möhkəmləndi.  Lakin, 
1429-cu ilin  sentyabrmda  Səlmas döyüşündə  Sultan  Şahrux  İsgəndər 
Mirzəni  məğlub  etdikdən  sonra  Naxçıvan  istiqamətində  irəliləyərək 
Əlincə  qalasına  gəlmişdi.  Qalada  olan  İsgəndərin  arvadları  və 
oğlanları  o  zaman  Şahruxa  böyük  hədiyyələr  göndərdikləri  üçün 
Əlincə  qalası  mühasirəyə  alınmamışdı  [22,130;  14,97].  Buna 
baxmayaraq  1429-cu  ilin  oktyabrında  Naxçıvan  və  Əlincə  qalası 
Teymurilərin  əlinə  keçmişdi.  Lakin,  1431-ci  ildə  həmin  ərazilər 
yenidən  İsgəndərin nəzarəti  altına düşmüşdü.
Dövrün  mənbəyinin  verdiyi  məlumata  görə,  «1435-ci  ildə  qış 
qurtarıb  soyuqlar  çəkiləndə  Şahrux  cənub  qışlaqlarından  köçüb 
Azərbaycana  gəldi,  Sultaniyyə  yolu  ilə  köç  edə-edə  Təbrizə  daxil 
oldu,  bütün  Azərbaycan  şəhərlərini  öz  ixtiyarına  aldı,  vilayətlərə  öz 
darğa  və  hakimlərini  təyin  etdi,  İsgəndərin  adamlarının  mühafizə 
etdiyi  Əlincə qalasını  mühasirəyə aldı»  [25,79].
1436-cı  ilin  yazında  Teymuri  Şahrux  Azərbaycanı  tərk  etdiyi 
zaman  Əlincə  qalası  İsgəndərin  oğlu  Şah  Qubadın  ixtiyarına  keçdi. 
Şahrux 
Azərbaycanda 
Qaraqoyunluların 
hakimiyyətini 
aradan 
qaldırmağa  daha  qadir  olmadığını  anlamışdı.  Buna  görə  də  o,  Qara 
Yusifın  oğulları  arasında  gedən  rəqabət  və  düşmənçilikdən  istifadə 
etməyi  münasib  bildi.  Qeyd  etmək  lazımdır  ki,  Şahrux  Qarabağı  tərk
edən  zaman  Azərbaycan  hökmdarlığını  Cahanşaha  tapşırmışdı. 
Bununla  da  İsgəndərlə  qardaşı  Cahanşah  arasında  kəskin  mübarizə 
başladı.  Əbu  Bəkr  Tehrani  yazır  ki,  «İsgəndərin  orduya  və  əhaliyə 
etdiyi  zülm  nəticəsində  ona  nifrət  edən  Azərbaycan  qalalannın  baş- 
çıları  Əlincə qalasından  başqa  bütün  digər qalaları  Cahanşah  Mirzəyə 
verdilər»  [25,93].  Amma  o  zaman  Əlincə  qalası  və  Naxçıvan 
İsgəndərə  sadiq  qüvvələrin  nəzarətində  qalmışdı.  1438-cı  il  baharın 
əvvəllərində  «İsgəndər  əzəmətli  əmirləri  ilə  Çuxur-Səd  və  Sürməli 
qışlaqlarından  çıxıb  Təbriz  istiqamətində  hərəkət  etdi.  Onun  qardaşı 
Cahanşah  da  Qızılağac  qışlaqlarından  ayrılıb  Ərdəbilə  yollandı.  O, 
Əmir  Bayazid  Bəstami  və  bəzi  Şirvan  əmirlərilə  birlikdə  Təbrizə 
yollandı,  Mərənd  yaxınlığında  dayandı.  Mirzə  İsgəndər  də  onunla 
döyüşmək  üçün  hərəkət  edib.  Sufıyanın  Həft  Çeşmə  adlı  yerində 
dayandı».  Döyüş  ərəfəsində  «İsgəndərin  yolunda  çox  zəhmətlər 
çəkən  və  heç  bir  mükafat  görməyən  nökərlər  ondan  naümüd  oldular. 
Onun  dövlətinin  ulduzunu  sönmüş,  Cahanşah  Mirzənin  cah-cəlalını 
artmış  gördülər.  Döyüş  səfləri  bir-birilə  qarşılaşanda  İsgəndərin 
qoşunu  Cahanşaha  qoşulmağı  qərara  aldı.  Onun  əyanlarından  Piri 
bəy  Qaramanlı  bu  vaxt  ondan  üz  döndərib  Cahanşahın  dərgahına  iiz 
tutdu.  İsgəndər  bundan  çox  həyəcanlandı  və  bu  zaman  ona  necə 
bədbəxtlik  üz  verdiyini  anladı,  atını  minib  Əlincə  qalasına  gəldi. 
Xəzinəsi,  arvadları,  övladlarından  bəziləri  bu  qalada  idilər.  Qardaşı 
Cahanşah  Mirzənin  qoşunu  isə  səmanıh  qəzavii-qədəri  və  amansız 
bəla  kimi  o  qalanı  mühasirəyə  aldı»  [25,90-91;  8,228-229].  İsgəndər 
Əlincə  qalasında  olduğu  vaxt  oğlu  Şah  Qubad  atasını  öldiirmək 
tlkrinə  düşüb  qırx  nəfərlə  birlikdə  İsgəndərin  yataq  otağına  soxuldu 
və  onu  qətlə  yetirdi,  xəzinəni  ələ  keçirərək  bir  qismini  qoşuna 
payladı  və  əhvalatı  əmisi  Cahanşaha  bildirdi.  Xəzinənin  yarısı,  Avnik 
qalası  və  Pasin  vilayəti  Cahanşah  tərətlndən  ona  vcrildi  [25,94; 
8,230].  Beləliklə  Əlincə  qalası  Cahanşahın  ixtiyarına  keçdi.  Qalada 
baş  verənləri  öyrəndikdən  sonra  Cahanşah  ata  qatili  olan  Şah  Qubadı 
və  bu  işdə  əli  olan  bəzi  əınirləri  öldürdü.
1467-ci  ilin  noyabrında  Cahanşahın  Ağqoyunlu  Uzun  Həsənlə 
döyüşdə  öldürülınəsindən  sonra  Maku  qalasında  zindanda  saxlanılan


oğlu  Həsən  Əli  qaladan  çıxaraq  ətrafına  topladığı  2-3-  minlik  qüvvə 
ilə  Təbrizə  daxil  oldu.  Bu  zaman  «Əlincə  qalasının  sahibi  Yaqub 
Çöhrə  onun  hüzuruna  gəldi  və  atasının  illərlə  topladığı,  onun 
sağlığında  məmləkətin  zəruri  işlərini  həll  ctmək,  yeni  torpaqlar 
tutmaq  kimi  məqsədlərə  sərf  olunan  xəzinəsini  Həsən  Əliyə  çat- 
dırdı»  [25,234].  Əbu  bəkr  Tehraninin  verdiyi  bu  məlumatdan  aydın 
olur  ki,  XV  əsrin  60-cı  illərində  Əlincə  qalası  Qaraqoyunlu 
dövlətinin  nəzarətində  olmuş  və  Yaqub  Çöhrə 
tərəfindən  idarə 
olunmuşdur.  Dövlətin  ən  vacib  işlərinin  həlli  üçiin  ayrılan  xəzinənin 
məhz  Əlincədə  mühafızə  olunması  bu  qalaya  diqqəti  daha  da  artır- 
mışdı.  Bu  zamandan  başlayaraq  Əlincə  qalası  Qaraqoyunlularla 
Ağqoyunlular  arasında  gedən  mübarizə  mcydanına  çevrildi.  Uzun 
Həsən  Cahanşah  üzərindəki  qələbədən  sonra  Naxçıvan  vilayətinə 
gəlmiş,  Naxçıvana  çatanda  Ağqoyunlu  dəstələrinin  Avnik,  Bayazid 
və  Gərni  qalalarını  ələ  keçirdiyi  haqda  xəbər  tutmuşdu.  O  zaman 
Həsən  Əlinin  rəhbərliyi  altında  Qaraqoyunlu  oıdusunu  darmadağın 
etdikdən  sonra  Sultan  Xəlil  Təbrizə  gəlmiş  vo  Şahəli  bəy  Pornakı 
müzəffər  əsgərlərdən  bir  dəstə  ilə  birlikdə  Əlincə  qalasına 
göndərmişdi 
[25,250]. 
Əbu 
Bəkr 
Tehrani 
Əlincə 
qalasının 
ağqoyunlular  tərəfındən  tutulması  haqda  maraqlı  məlumat  verir.  O, 
yazır:  «Huri  adlı  yerdə  xəbər gəldi  ki  Şahəli  boy  Əlincəni  tutub.  Qısa 
müddətdə  belə  bir  qala  əziyyət  çəkmədən  bütün  xəzinələri  ilə 
birlikdə  ələ  keçdi.  Bu  hadisə  Turan  şahlarının  dilində  bir  misal  oldu 
ki,  əvvəlki  sahibqran  Əmir  Teymur  o  cür  qüdrətlə  təqribən  on  yeddi 
il  (on  dörd  olmalıdır-T.N.)  Əlincəni  mühasirədə  saxladı;  elələri  oldu 
ki,  mühasirə  dövründə  doğulub  böyüdü  və  mühasirədəkilərlə 
döyüşdü;  böyük  əzab  və  itkilərdən  sonra  qala  fəth  olundu.  Lakin  bu 
əbədi  dövlətdə  ilahinin  hökmü  ilə  qala  xəzinəsilə  birlikdə  qısa 
zamanda  ələ  keçdi  və  sakinlərə  heç  bir  ziyaıı  dəyınədi»  [25,251]. 
Beləliklə,  Qaraqoyunlu  dövlətinin  süqutundan  sonra  Naxçıvan  və 
eləcə  də  Əlincə  qalası  Azərbaycan  Ağqoyunlıı  dövlətinin  nəzarəti 
altına  keçdi.  Ağqoyunlu  Sultan  Yaqubun  öliimündən  sonra  taxt-tac 
uğrunda  şahzadələr  və  əmirlər  arasında  qanlı  toqquşmalar  başladı. 
Sultan  Yaqubun  oğlu  Baysunqur  lələsi  Sufl  Xəlil  Mosullunun
köməyi  ilə  rəqiblərinə  qalib  gəldikdən  sonra  əmirlər  tərəfindən 
padşahlığa  namizəd  göstərilən  Rıistəm  Mirzəni  Əlincə  qalasında 
zindana  saldırdı  [33,176;  14,98].  Həsən  bəy  Rumlunun  məlumatına 
görə,  1492-ci  ildə  Eybə  Sultan  Bayandur  ordusu  ilə  Qarabağdan 
Əlincəyə  yollandı,  qalanın  hakimi  olan  Qazaq  Seyid  Əlini  özünə 
müttəfiq  etdi  və  həbsdəki  Rüstəm  bəyi  azad  edərək  Təbrizə  yollandı 
[8,632-633].  Baysunqur  qaçdığı  üçün  Rüstəm  Mirzə  taxt-taca 
yiyələndi.  1497-ci  ilin  yazında  Uzun  Həsənin  nəvəsi  Gödək  Əhməd 
Naxçıvan 
yaxınlığında 
Rüstəm 
padşahın 
qüvvələrini 
ağır 
məqlubiyyətə  uğratmış  və  hakimiyyəti  ələ  almışdı.  Naxçıvan  ölkəsi
XV  əsrin  əvvəllərində Ağqoyunlu  dövlətinin hakimiyyəti  altında olan 
əraziyə  daxil  oldu.
XV 
əsrdə  Naxçıvanın  Qaraqoyunlu  və  Ağqoyunlu  dövlətlərinin 
tərkibində  olmasını  bu  bölgədə  həmin  sülalə  ilə  bağlı  çox  qiymətli 
qoç  daş  heykəllər  və  qəbirüstü  sənədlərin  tapılması  da  sübut  edir. 
Naxçıvan  qəbristanlıqlarında  belə  qoç  daş  heykəllər  və  sənduqə- 
lərvardır.  Bu  qoç  heykəllərin  və  sənduqələrin  bir  qisminin  üzərinə 
ərəb  əlifbası  ilə,  kufi  xətlə  yazılmış  kitabələr  və  tarix  verilmişdir. 
Qəbirüstü  sənədlərin  bəziləri  ağ  mərmərdən  ustalıqla  yonulub  hazır- 
lanmış  və  üzərləri  nəbati  ornamentlə  böyük  zövqlə  bəzədilmişdir 
[4,86].
Qaraqoyunlu  Cahanşah  dövründə  Culfa  rayonunun  Xanağa 
kəndində  tikilmiş  məscid  və  türbə  dövrümüzə  kimi  gəlib  çatmışdır. 
Türbəni  vəzir  vəzifəsində  işləyən  Hacı  Məhəmmədin  tikdirdiyi 
məlumdur  [17,22-23].
Azərbaycan  Səfəvilər  dövlətinin  yaranması  vətonimizin  orta 
çağlar tarixində  ümdə  əhəmiyyətə  malik  olan  hadisələrdən  biridir.  Bu 
dövlətin  yaranması  Azərbaycan  və  həmhüdud  ölkələrdə  fcodal 
münasibətlərinin  daha  da  inkişafının  labüd  yekunu  idi.  Sofəvilərin 
yürütmüş  olduqları  mərkəzləşdirmə  siyasəti  iqtisadi  inkişaf  üçün 
imkanlar  yaratdı.  Azərbaycan  şəhərləri  arasında  mövcud  olan  əla- 
qələr  xeyli  genişləndi.  Yadelli  işğalçıların  basqınları  zamanı  dağıdıl- 
mış  bir  sıra  şəhərlər  yenidən  dirçəlməyə  başladı.  Yenidən  dirçələn 
bclə  şəhərlərdən  biri  də  Naxçıvan  idi.  Naxçıvan  1501-ci  ildə


Yüklə 8,95 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə