SəDƏRƏk xeyriYYƏ CƏMİYYƏTİ naxçivan qəDİm dən güNÜM ÜZƏ QƏDƏR (Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş məqalələr toplusu) Bakı 2014



Yüklə 8,95 Mb.
Pdf görüntüsü
səhifə34/62
tarix19.07.2018
ölçüsü8,95 Mb.
#56634
1   ...   30   31   32   33   34   35   36   37   ...   62

Səfəvilər  dövlətinin  təşəkkülü  zamanı  həmin  dövlətin  tərkibinə  daxil 
oldu  [35,92].  Bu  zaman  Naxçıvanda  Şərur  adlı  yerdə  qızılbaş 
qoşunları  ilə  ağqoyunlu  əsgərləri  arasında  baş  vcrən  şiddətli  döyüş 
şəhərin  səfəvilər  tərəfindən  ələ  keçirihnəsi  üçiin  əsas  amil  olmuşdu. 
Qızılbaş  ordusunun  Naxçıvandakı  bu  qələbəsinin  səbəbi  yerli  əha- 
linin  ağqoyunlulara  rəğbət  bəsləməməsi,  qızılbaş  qoşununun  və 
bilavasitə  İsmayılın  şəxsi  döyüş  qabiliyyəti  ilə  izah  edilir.  Naxçıvan 
şəhərinin  əhalisi  qızılbaşlara  heç  bir  müqavimət  göstərmir,  yaxud  da 
açıqcasına  onların  tərəfınə  keçirdilər  [2,96;  14,124].  Naxçıvan 
bölgəsinin  Səfəvilər  dövlətinə  birləşdirilməsi  qızılbaşların  qüvvəsini 
daha  da gücləndirdi.
Səfəvilərin  qərbə  tərəf  irəliləməsi  onları  Yaxın  Şərqdə  ilhaqçılıq 
siyasəti  yeridən  qüdrətli  Osmanlı  imperiyası  ilə  toqquşdurdu.  Lakin 
1514-cü  il 
Çaldıran  döyüşündə 
Şah 
İsmayılın  məqlubiyyəti 
Azərbaycanın  mərkəzi  şəhəri  Təbrizlə  yanaşı,  Naxçıvanın  da  osman- 
lıların  əlinə  keçməsilə  nəticələndi.  Osmanlı  qoşunlarının  Naxçıvanda 
ağalığı  beş  gündən  artıq  davam  ctmədi  və  Osmanlı  ordusu  Naxçıvan 
şəhərini  tərk  edərək  İrəvana  çəkilməyə  məcbur  oldu.  Osmanlı  or- 
dusunun  Naxçıvana  daxil  olması  və  gcri  çəkilınəsi  «Çaldıran  Rüzna- 
məsində»  təfsilatı  ilə  öz  əksini  tapmışdır:  «1514-cü  ilin  20  scntyabrı 
çərşənbə  günü 
Araz  çayını  keçib  Əlincə  qalasının  yuxarı 
hissəsindəki  Kəsikkünbəzdə  dayanıldı.  Növbəti  gün  Naxçıvan 
şəhərinə  daxil  olub,  qızılbaş  olduqlarına  görə  xalqı  yəğma  edildi. 
Sentyabrın  22-də  cuınə  günü  Qarabağ  şəhərinin  yanında  düşərgə 
salındı.  Ertəsi  gün  Naxçıvanın  Əhmədbəy  Zoviyyəsi,  sonra  isə  Sədə- 
rək  və  Hacı-Ləiəli  yanından  kcçilərək  Böyiik  Vcdi  və  Kiçik  Vedi 
kəndləri  arasında  dayanıldı.  Scntyabrın  26-da  Zəngi  çayından 
keçərək  İrəvan  şəhərinə  daxil  olundu»  [3,291;  1 1,226-227].
XVI 
əsrin  30-cu  illərində  Osınanlı-Səfəvi  miinasibətlərinin 
gərginləşməsi  nəticəsində  ycnidən  hər  iki  dövləl  arasında  hərbi 
əməliyyatlar  təzələndi.  1534-cii  ildə  İbrahim  paşanın  rəhbərliyi 
altında  Osmanlı  ordusunun  Azərbaycana  yiirüşii  başlandı  və  İbrahim 
paşa  tərəfındən  Xosrov  paşa  Əlincə  qalasmı  tutmağa  göndərildi 
[8,247].  Sultan  Süleymanın  Azərbaycana  yiiriişləri  zamanı  əsas
döyüş  meydaniarından  birinə  çevrilən  Naxçıvan  gah  Osmanlı,  gah  da 
Səfəvi  qoşunları  tərəfındən  əldən-ələ  keçmişdi. 
1554-cü  ilin 
ortalarında  Sultan 
Süleyman  dördüncü  dəfə 
böyük  qoşunla 
Azərbaycan  ərazisinə  daxil  olaraq  Naxçıvan  şəhəri  üzərinə  hərəkətə 
başladı.  Bu  onun  «Naxçıvan  səfəri»,  yaxud  «12-ci  səfəri»  adlanır 
[6,159;  11,108].  Şah  Təhmasib  1554-cü  ilin  8  iyununda  Naxçıvanı 
tərk  edərək  Bazarçay  yaylağına  tərəf  çəkildi.  Öz  taktikasına  sadiq 
qalan  Şah  Təhmasib  düşmənin  başlıca  qüvvələri  ilə  toqquşmadan 
çəkinərək,  sultan  qoşunlarının  hərəkət  edəcəyi  gözlənilən  yollara 
viranedici  həmlələr  edirdi.  İsgəndər  bəy  Münşinin  yazdığına  görə, 
sultanın  Naxçıvana  hərəkəti  zamanı  qızılbaşlar  yollarda  osmanlılara 
qəfıl  basqınlar  edir,  ayrı-ayrı  dəstələri  qılıncdan  keçirir  və  əsir 
alırdılar  [9,179-180].  Buna  baxmayaraq,  Osmanlı  ordusu  iyulun  28- 
də  Naxçıvana  daxil  olmuş,  şəhərdə  qalan  əhalinin  mallarmı  və 
gizlədilmiş  dəfinələri  qarət  etmiş,  yerli  əmirlərin  saraylarını  və 
iqamətgahlarını  yandırmış,  üç  gün  ərzində  «daş  üstə  daş  qoymamış- 
dılar»  [3,291;  11,227].  Osmanlı  ordusunun  törətdiyi  dağıntıları,  hətta 
Osmanlı  tarixçiləri  də  etiraf edirlər.  XVI  əsrin  sonları  -  XVII  əsrin  1 
yarısında  yaşamış  tarixçilərdən  İ.Pəçəvi  yazırdı:  «Aydınlıq  gündüz 
qaranlıq  gecəyə  çevrildi.  27-ci  gün  Naxçıvan  düzənliyinə  çatdılar... 
Bütün  şəhər  və  kəndlər,  qəsəbələr  və  evləri  o  qədər  amansızlıqla 
talan  edirdilər  ki,  onlardan  bir  əsər  belə  qalmırdı»  [31,22;  14,125]. 
Mənbələrin  verdiyi  məlumatlara  görə  Sultan  Süleyman  Naxçıvanda 
çox  qalmadı.  Bunun  əsas  səbəblərindən  biri  qoşun  üçün  yaşayış 
vəsaiti,  ərzaq  və  hərbi  sursatın  çatışmaması  olmuşdu  [16,85;  5,82]. 
Buna  görə  də,  sultan  üç  gündən  sonra  1554-cü  ilin  30  iyulunda  şəhəri 
tərk  etməli  olmuşdu.  Osmanlı  əsgərləri  şəhəri  tərk  edən  zaman  Sultan 
Süleymanın  əmrinə  əsasən  şəhər  yandırıldı  [8,378;  14,126].  Kəskin 
ərzaq  çatışmazlığı  ilə  üzləşən  sultan  qabaqcadan  od  vurub  yandırdığı 
Naxçıvanı  tərk  edərək  Ərzuruma  qayıtdı.  Qızılbaş  qoşunları  gcri  çə- 
kilən  osmanlıların  ardınca  Osmanlı  ərazisinə  qədəm  qoydular. 
Osmanlı  mənbələrində  «Naxçıvan  səfəri»  adı  ilə  məşhur  olan  Sultan 
Süleymanın  bu  hərbi  yürüşündən  Osmanlı  dövləti  bir  şcy  qazanmasa 
da,  həmin  yürüş  Səfəvi  ordusunun  möhkəm  müdafiə  mövqelərini


dağıtmaq,  sərhəddəki  mühüm  hərbi  məntəqələri  tutmaq  və  ölkənin  ən 
zəngin  sahələrindən  hesab  olunan  Naxçıvanı  iqtisadi  cəhətdən  zəif- 
lətınək  və  əzməklə  nəticələnmişdi  [14,126;  16,85 j.
Beləliklə,  XVI  əsrin  birinci  yarısında  bir tərofdən  Osmanlı-  Səfəvi 
müharibələrinin  vurduğu  ağır  zərbə,  digər  tərəfdən  Şah  Təhmasibin 
«Viran  edilmiş  ərazi»  taktikasından  istifado  etməsi  Naxçıvanın 
xarabazara  çevrilməsinə  səbəb  olmıış,  onun  goləcək  iqtisadi  və 
mədəni  inkişafına  mənfı  təsir  göstərmişdi.  1555-ci  ilin  iyununda 
Amasyada  Səfəvi-  Osmanlı  sülhünün  imzalanmasından  sonra  Nax- 
çıvan  bölgəsi  Səfəvi  dövlətinin tərkibində qaldı.
XVI 
əsrin  son  rübündə  Osmanh  sultanı  111  Muradın  Aırıasya 
sülhünü  pozaraq  Səfəvilərə  qarşı  yeni  müharibəyə  başlaması  nəinki 
Naxçıvana  vurulan  ağır  zərbəni  aradan  qaldırmağa  iırıkan  verməmiş, 
hətta  onu  yenidən  müharibə  meydamna  çevirmişdir.  1578-1590-cı 
illər  osmanlı-səfəvi  müharibəsinin  gedişində  Naxçıvan  bölgəsinin 
osmanlılar  tərəfindən  tutulması  ilə  bağlı  dövriin  mənbələrində  geniş 
məlumatlar  azdır.  Oruc  bəy  Bayat  Fərhad  paşanın  1583-cü  ildə  İrə- 
vana  yürüşü  zamanı  Naxçıvanı  ələ  keçirdiyi  haqda  məlumat  verir 
[29,104].  Türk  tarixçisi  Bəkir  Kütükoğlu  Oıuc  bəy  Bayatın  bu 
məlumatının  digər  mənbələrdə  öz  əksini  tapmadığını  əsas  götürərək, 
Naxçıvanın  alınmasına  şübhə  ilə  yanaşmış,  oııun  fəthinin  Özdəmir- 
oğlunun  Təbriz  yürüşünə  kimi  mümkünsüz  olduğunu  qeyd  ctmişdir 
[12,136;  19,65].  İsgəndər  bəy  Münşinin  göstərdiyi  kimi,  Çuxur-Səd 
bəylərbəyi  Məhəmməd  xan  Toxmaq  diişmən  lıticumu  qarşısında 
dayana  bilməyərək  İrəvanı  tərk  cdərək  Naxçıvana  çəkildi,  qazilərin 
ailəsini  və  uşaqlarım  Əlincə  qalasında  mühafi/ə  ctdi  [9,88].  Bu 
faktlar  göstərir  ki,  Naxçıvan  şəhəri  həmin  dövrdə  osınanlıların  nə- 
zarəti  altında olmamışdı.  Görüniir osmanlı  ordusıı  şəlıəri  talan  edərək 
onu  tərk  etmişdi.  B.Klitükoğlunun  ınəlumatma  görə,  səfəvi  şahının 
Azərbaycana  gəlməsi  Toxmaq  xanın  İrəvandan  sonra  sığındığı 
Naxçıvan  üzərinə  yiırüş  edərək  qala  tikdirmək  ar/usundan  osmanlı 
qüvvələrini  çəkindirmiş  və  sərdarın  Giirciistana  yiiriişə  qərar  verınəsi 
ilə  nəticələnmişdir  [12,139;  19,65].  B.KiitükoğLunun  istifadə  ctdiyi 
hökmlərdən  birində,  1583-cü  ilin  mayında  osınanlıların  Naxçıvana
yiirüş  edərkən  möhtəşəm  bir  qala  inşa  edilməsi  tələbi  öz  əksini 
tapmışsa,  da  Naxçıvanın  keçmiş  hakimi  olan  Şərəf  xan  Bidlisiyə 
göndərilən  hökmdə,  Naxçıvanm  fəth  olunmasından  sonra  onun  oğlu 
Əhməd  bəyə  sancaqlıq  kimi  veriləcəyinə  aid  məlumat  verilmişdir 
[12,139;  19,65].  Bu  bir  daha  göstərir  ki,  həmin  dövrdə  Naxçıvan 
şəhəri  səfəvilərin  nəzarətində  qalmışdı.  Naxçıvan  bölgəsinin  hərbi 
strateci  mövqeyi  Osmanlı  dövlətini  müharibənin  gedişində  daim 
maraqlandırırdı.  Oruc  bəy  Bayatın  fikrincə,  Sultan  Murad  Osman 
paşanı  iranlılara  qarşı  gələcək  kampaniya  üçün  baş  komandan  təyin 
edərək əsas  məqsədin  Naxçıvanın  ahnması  olduğunu  ona  bildirmişdi. 
Lakin  1585-ci  ilin  11  avqustunda  Osman  paşa  Ərzurumdan  yürüşə 
başlayan  zaman  əsgərlər qarşısında  rəsmi  şəkildə  bildirmişdi  ki,  Nax- 
çıvana  hərəkət  edəcəklər.  Ancaq  tezliklə  aydın  oldu  ki,  həqiqi 
məqsəd  Təbrizi  tutmaqdır.  Buna  görə  də  yürüş  Naxçıvana  deyil, 
Təbrizə  yönəldildi  [29,109-110].  Bu  faktlar  bir  daha  göstərir  ki, 
Osmanlı  dövləti  Naxçıvana  hərbi  strateci  cəhətdən  xüsusi  diqqət 
yetirmişdi.
B.Kütükoğlunun 
istifadə 
etdiyi 
Osmanlı 
«Mühimmə» 
sənədlərində  göstərildiyi 
kimi, 
1588-ci 
ilin 
yazında  sərdara 
göndərilən  hökmdə  bildirilirdi  ki,  Qəzvinə  göndərilmiş  casuslar  və 
çaşnigir  Vəli  Ağadan  hələlik  bir  xəbər  alınmasa  da,  İrəvan 
bəylərbəyinin  kətxudası  vasitəsilə  göndərdiyi  məktubda  şahın 
Naxçıvan  valiliyinə  təyin  etdiyi  Şahqulunun  Ordubad  və  Culfanı  zəbt 
etdiyi,  ətrafdakı  bəylərbəilərin  Naxçıvana  gəlməsi  əmr  olunmuşdu 
[12,191-192;  19,66].  Bu  məlumatları  Mustafa  Selaniki  də  təsdiq  edir. 
Onun  məlumatına  görə,  çəkilməyə  məcbur  edilmiş  Şahqulu  Sultan 
İrəvanı  mühasirəyə  almış,  ancaq  geri  çəkilməyə  məcbur  cdilmiş, 
həmçinin  bununla  bərabər  qızılbaşlar  Naxçıvan  bəyini  məqlub  edib 
öldürmüşdülər [21,30-31 ].
Naxçıvan  bölgəsinin  osmanlılar tərəfindən  işğal  edilməsi  ilə  bağlı 
nə  osmanlı,  nə  də  fars  dilli  mənbələrdə  məlumat  yoxdur. 
F.Kırzıoğlunun  fikrincə,  Təbrizin  fəthindən  sonra,  1586-cı  ilin 
yayında  Qaracadağ  hakimi  Şahverdi  xan  ilə  birlikdə  Təbriz  mühafızi 
Səfər  paşaya  adam  göndərən  Ordubad,  Qarqar,  Culfa,  Qapan


Yüklə 8,95 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə