SəDƏRƏk xeyriYYƏ CƏMİYYƏTİ naxçivan qəDİm dən güNÜM ÜZƏ QƏDƏR (Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş məqalələr toplusu) Bakı 2014



Yüklə 8,95 Mb.
Pdf görüntüsü
səhifə35/62
tarix19.07.2018
ölçüsü8,95 Mb.
#56634
1   ...   31   32   33   34   35   36   37   38   ...   62

bölgələrinin  bəyləri  ilə  yanaşı  Naxçıvan  hakimi  də  ölkəsini  O sm an- 
lılara  birləşdirmişdi  [11,323;  19,66].  Bununla  yanaşı,  qcyd  etdiyimiz 
kimi  Şah  Abbasın  Naxçıvan  bəylərbəyi  təyin  etdiyi  Zülqədərli 
Şahqulu  Sultan  1587-1588-ci  illərin  qışında  Naxçıvan  bəyini  məqlub 
edərək bu bölgəni  nəzarət altına almışdı.
Osmanlılar  tərəfındən  son  dəfə  Naxçıvanın  ələ  keçirilməsi 
haqqında  məlumat  vaxtilə  (1576-1577-ci  illər)  Naxçıvan  hakimi 
olmuş  Şərəf xan  Bidlisinin  əsərində  verilmişdir.  Şərəf xan  yazır:  «h. 
992-ei  ildə  (20  noyabr  1588-9  noyabr  1589-cu  il)  Sərdar  Fərhad  paşa 
xalqın  etdiyi  xahiş  və  müraciətlərə  əsasən  İrəvaıı  bəylərbəyi  Xızır 
paşam  Naxçıvam  zəbt  etməyə  göndərdi.  Xızır  paşa  ora  çatan  zam an 
bütün  əhali  itaət  göstərdi.  Vilayət  ələ  keçirildi.  Balaban  köşkündə 
möhtəşəm  bir  qala  tikdirildi»  [23,260;  11,373].  Beləliklə,  1589-cu 
ildə  Naxçıvan  bölgəsi  osmanlılar  tərəfındən  işğal  olundu.  Naxçıvan 
əyaləti  1590-cı  ilin  noyabrında  tərtib  edilən  Rəvan  Əyalət  dəftərinə 
əsasən  İrəvan  bəylərbəyliyinin  tərkibinə  qatılmışdı.  İrəvan  Əyalət 
dəftərində  buraya  bağlı  olan  Naxçıvan  bölgəsinin  nahiyyələri  belə 
göstərilmişdir:  «Naxçıvan  bölgəsi»:  1.  Naxçıvan,  2. 
«Məvazıi 
xatun»,  3.  Arslanlı-mülkü,  4.  Qarabağ,  5.  Dərəşam,  6.  Dərəşahbuz.  7. 
Bazarçayı  nahiyyələri;  II.  Şərur  bölgəsi:  1.  Şərur,  2.  Zar,  3.  Zəbil,  4. 
Əlincə,  5.  Sisyan  nahiyyələri;  III.  Ordubad  bölgəsi;  1.  Ordubad,  2. 
Culfa,  3.  Azad-  Siçan,  4.  Şorlut.  5.  Norküt  nahiyyələri»  [11,178; 
19,67].  Bu  sənəd  XVI  əsrin  sonunda Naxçıvan  əyalətinin  sərhədlərini 
dəqiqləşdirməyə  imkan  yaradır.  1590-cı  ilin  21  martında  İstanbulda 
imzalanan  Səfəvi-  Osmanlı  sülh  müqaviləsinə  əsasən  Azərbaycanın 
əksər  bölgələri  kimi  Naxçıvan  da  Osınanlı  imperiiyasının  ha- 
kimiyyəti  altında  qaldı.  Osmanlı  hərbi  komandanlığı  Naxçıvan 
şəhərini  öz  hərbi  düşərgələrindən  birinə  çcvirdi.  Şəhərin  strateci 
əhəmiyyətini  nəzərə  alan  osınanlı  hərbi  komandanlığı  onun  möhkəm- 
ləndirilməsi  üçün  xüsusi  səy  göstərdi.  Naxçıvanın  idarə  olunması  bu 
vaxt  Osmanlı  sultanı  tərəfındən  Xızır  paşaya  həvalə  olunmuşdu 
[14,128;  24,67].  Lakin  Şah  Abbas daxili  siyasətdə  və  hərbi  sahədə  bir 
sıra  islahatlar  həyata  keçirərək  mərkəzi  hakimiyyəti  gücləndirdi, 
Türkiyədə  baş  verən  qarışıqlıqdan  istifadə  edərok,  1603-cü  ilin  sen-
tyabrında  Osmanlılara  qarşı  müharibəyə  başladı  [34,65].  Səfəvi  şahı 
21  oktyabrda  Təbriz  şəhərini  Osmanlı  işğalından  azad  edərək, 
Osmanlılara  qarşı  hücumu  daha  da  gücləndirdi.  İsgəndər  bəy  Münşi 
bununla  bağlı  yazır:  «Şah  Təbriz  qalasını  alıb  oranın  işlərini 
nizamladığdan  sonra  öz  himmət  kəməndini  bütün  irsi  Azərbaycan 
vilayətini  almağa  ataraq  öz  cahangirlik  bayrağını  qaldırdı,  şahanə 
yürüş  yüyənini  Naxçıvan  və  İrəvan  şəhərinə  yönəltdi»  [10,446].  Əsas 
hücum  hədəfınin  Naxçıvan  seçilməsi  təsadüfı  deyildi.  Bu  zaman 
Naxçıvan  özünün  hərbi  və  iqtisadi  əhəmiyyətinə  görə  diqqət 
mərkəzində  idi.  Məhz  buna  görə  də, 
qızılbaş  qoşunları  Culfa 
şəhərini  və  Əlincə  qalasını  aldıqdan  sonra,  1603-cü  ilin  sonlarında 
Naxçıvan  şəhərinə  doğru  hərəkət  etdi.  Bu  zaman  Sufıyan  döyüşündə 
şücaət  göstərmiş  Ərdəbil  valisi  Zülfıiqar  xan  Qaramanlı  qızılbaş 
ordusuna  komandan  təyin  olunmuşdu  [19,68].
Bu  zaman  Naxçıvan  və  İrəvan  bəylərbəyi  Şərif  paşa  idi.  Əli 
paşanın  əsir  düşməsini  və  Təbriz  qalasımn  tutulması  xəbərini  alan 
osmanlılar  pərişan  oldular və  Naxçıvan  qalasında  qalmaqdan  qorxub 
olduqca  möhkəm  olan  İrəvan  qalasına getdilər.  Şərif paşa  burada  150 
nəfərlik  döyüşçü  saxlayıb,  əsas  qüvvələri  İrəvana  apardı.  Osmanlı 
qoşununun  İrəvana  çəkilməsinin  səbəblərindən  biri  də  Naxçıvan 
qalasının  bu  vaxt  zəifliyi,  qala  divarlarının  alçaq  olması  hərbi  sursat 
və  ərzaq  ehtiyatlarının  azhğı  olmuşdu.  Təbrizli  Arakel  Osmanlı 
qoşunlarının  Naxçıvan  şəhərini  tərk  etməsindən  bəhs  edərək  göstərir 
ki,  Təbrizin  əldən  getməsi  və  qızılbaşların  Naxçıvana  yaxınlaşması 
xəbərindən  sonra  «dəhşətə  düşmüş»,  «qanadları  sınmış»,  «ürəkləri 
zəifləmiş»  və  «başlarım  itirmiş»  Osmanlı  qoşunlarının  İrəvana 
qaçmaqdan  başqa  çarələri  qalmamışdı  [26,50; 
14,129].  Digər
tərəfdən,  osmanlı  qoşunları  qızılbaşlara  rəğmət  bəsləyən  şəhər  əha- 
lisinə  mühasirə  zamam  bel  bağlaya  bilmirdi.  İsgəndər  bəy  münşinin 
verdiyi  məlumata  görə,  Culfa  və  Naxçıvan  döyüşsüz  ələ  keçirildi, 
yerli  əhali  və  əyanlar  Zülfıiqar  xanı  qarşılamağa  çıxaraq  şah 
ordusunu  təntənə  ilə  qəbul  etmiş,  osmanlı  qarnizonu  və  şəhər  təslim 
olmuşdu  [10,  447].  Beləliklə  də,  «Azərbaycan  vilayətinin  əzəmətli 
yerlərindən  biri  olan  Naxçıvan  qalası  da  qalib  dövlət  övladlarının


ixtiyarına  keçdi.  Şah  Abbas Naxçıvan  ülkasını  Çıraq  Sultan  Ustaclıya 
verdi» [10,447].
Naxçıvan  şəhəri  qızılbaş  qoşunları  tərəfmdən  tutulduqdan  üç  gün 
sonra  Şah  Abbas  Naxçıvana  gəldi.  Onunla  biıiikdə  Naxçıvan 
şəhərinə  gəlmiş  Alman  imperatoru  11  Rudolfıın  səfıri  Tektander 
göstərir  ki,  Naxçıvan  da  Mərənd  və  Culfa  şəhərləri  kimi  qızılbaş 
qoşunlarına heç bir  müqavimət göstərməmişdi  [28,33;  14,130].
Bu  zaman  qızılbaş  ordusunun  gəlişini  gözləmoyən  Ordubad  şəhər 
əhalisi  osmanhlara  qarşı  üsyan  qaldırdı.  Qəssab  Hacının  rəhbərliyi 
altında  şəhər  əhalisi  Osmanlı  qarnizonunu  tərksilah  edərək  Ordubad 
qalasını  ələ  keçirdi.  Yaranmış  vəziyyəti  düzgiin  qiymətləndirən  Ma- 
ku  vilayətinin  hakimi  Mustafa  bəy  Naxçıvana  Şah  Abbasın  hüzuruna 
gələrək ona tabe  olduğunu bildirmişdi.  1604-cii  ilin  iyulunda  qızılbaş 
ordusu  ciddi  müqavimətdən  sonra  İrəvan  qalasım  osmanlılardan  azad 
etdi.  İrəvan  qalasının  fəthindən  sonra  o  vilayətin  idarəsi  Əmirgünə 
xana 
tapşırıldı.  Naxçıvan  ölkəsı  isə  Maqsud  Sultan  Kəngərliyə 
verildi  [10,455].
Təbrizin,  Naxçıvanın  və  İrəvan  bölgəsinin  səfəvilərin  hakimiyyəti 
altına  qayıtması  osmanlıların  şərqdəki  nüfuzunu  xcyli  sarsıtmış  oldu. 
Osmanlı  dövləti  ərazilərin  itirilınəsi  ilə  hcsablaşmayaraq  1605-ci  ildə 
Osmanlı  sərdarı  Cığaloğlu  Sinan  paşanın  komandanlığı  altında 
Azərbaycana  yeni  ordu  göndərdi.  İsgəndər  bəy  Münşi  bununla  bağlı 
yazır:  « 0   vaxtlarda  müzəffər  qızılbaş  döyüşçiilərinin  müqaviməti  və 
bir  neçə  şəhər  və  qalanın  alınması  baş  vcrmişdi.  Cığaloğlu  özünün 
şücaət,  igidlik  və  hüsn-tədbirinə  görə  başqalarmdan  üstün  olduğu 
üçün  Əhməd  xan  onu  vəzire-əzəm  və  ləşkər  sərdarı  təyin  etınişdi.  0  
zaman 
diqqət 
Azərbaycandakı 
qızılbaşlara 
yönəldiyindən 
Cığaloğlunun  yürüşü  qoşun  toplanması  səbəbindən  bir  ncçə  dəfə 
ləngidildi»  [10,466].
Osmanlı  ordusunun  Qarsdan  yürüşə  başlaması  nəticəsində  Səfəvi 
qüvləri 
Ağcaqalada 
dayanaraq 
düşmənin 
yiiriiş 
istiqamətini 
müəyyənləşdirməyə  çalışdırlar.  Cıqaloğlunun  Naxçıvan  və  İrəvan 
səmtinə  üz tutduğu  və  köç-köç  hərəkət ctdiyi  məlıım  oldu.  Şah  Abbas 
Osmanlı  qoşunlarmın  çoxluğundan  təşvişə  diişərək  azad  ctdiyi  şəhər
və  qalalardan  əhalini  təcili  şəkildə  köçürməyə  və  həmin  şəhərlərin 
dağıdılması  haqqında  əmr  verdi.  Bununla  bağlı  İsgəndər  bəy  Münşi 
yazır:  «Rəiyyətin  pərişanlığına yol  verilməməsin  deyə  belə  bir hökm 
verildi:  Bu  yerlərin  rəiyyəti  köçürülsün  və  uzaq  bir  yerə  göndərilsin 
ki,  müxalif  ləşkər  hücumundan  kənar  və  dövran  hadisələrindən 
arxayın  olsunlar.  Qızılbaş  ləşkərinin  özləri  ilə  apara  biləcəyi  qədər 
azuqə  götürüb,  yerdə  qalan  hər  şeyi  oda  yaxıb  yox  etsinlər  ki, 
rumilərin  əlinə  heç  nə  düşməsin.  Humayun  ordu  isə  öz  ləşkərləri  ilə 
rumilərin  olduqları  yerin  həndəvərində  dayanıb  gözləsinlər  ki,  rum 
ləşkəri  özü  üçün  azuqədən  və  atları  üçün  yemdən  məhrum  olaraq 
əskərləri  pis  vəziyyətə 
salınsın  və 
belə  oian  halda  fəth  nişanlı 
əskərlər  harada  məsləhət  bilinsə  orada  da  onların  dəf  olunmalarına 
başlasınlar»  [10,466].  O  zamankı  şəraitdə  dövlət  üçün  münasib  olan 
diizgün  müəyyən  və  ləyaqətli  əzm  ilə  fikirləşdikləri  kimi  də  hərəkət 
cdərək  ailə  üzvlərini  özlərindən  ayırıb  Əlincə  tərəfə  göndərdilər. 
Əmirgünə xanı  isə  İrəvan  camaatın/  köçürməyə  yolladılar.  O da,  əm- 
rə  əməl  edib  rəiyyəti  Qaracadaq  tərəfə  köçürdü.  Meşələrdə  və 
əlçatmaz  yerlərdə  qalanlardan  başqa  bir  nəfər  də  olsa  üstündə 
qalmadı.  Ordu  Ağcaqaladan çıxıb  Üçkilsədə dayandı»  [10,466].
Osmanlı  ordusu  İrəvana  çatan  vaxt  qızılbaş  qoşunu  Vcdi  çayımn 
kənarında  dayanmışdı.  Şah  Abbas  orada  Naxçıvan  hakimi  Maqsud 
Sultan  Kəngərlini  o  mülkün  əhalisini,  qulamı  Təhınasibqulu  bəyi  isə 
Culfa  camaatını  köçürməyə  göndərdi.  Naxçıvan  şəhərinin  əhalisi 
köçüb 
Dizmara 
və 
Qaracadağa 
getdi, 
amma 
öz 
qədim 
ırıəskənlərindən  əl  çəkınək  istəməyən  Culfa  caınaatını  isə,  onların 
can  və  mallarının  qorunması  üçün  zorla  köçürüb  İsfalıan  yaxınlığında 
Zayəndərud  çayı  kənarında  ycrləşdirdilər  [10,466].  Görünlir  Osmaıılı 
ordusunun  hücumu  qarşısında  şahın  fərmanı  qısa  miiddətdə  həyata 
keçirilmişdi.  Əhalini  köçürtmək,  əkin  sahələrini  yandırmaq,  məhsıılu 
osmanlı  əsgərlərinin  əlinə  vcrməmək  üçün  qızılbaşlar  tərəfındən 
Naxçıvan  bölgəsi  dağıdılıb  viran  qoyulınuşdu.  Şah  ordusu  bütiin  tiki- 
lıiəri, 
istchkamları 
xarabazara 
çevirmişdi. 
Düşməni 
yaşayış 
vəsaitlərindən  məhruın  ctmək  məqsədilə  onlar  ağaciara  od  vurur, 
ınal-qaranı  aparır  və  su  çcşınələrini  zəhərləyirdilər.  Onlar  keçmişin


Yüklə 8,95 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə